İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
79 
ermənilərin,  yəni  friqlərin,  Balkan  köçkünlərinin  torpaq-
ları imiş. Bundan başqa onların mövcud konsepsiyalarında 
Kiçik  Asiyanın  bir  hissəsi,  Kilikiya  çarlığı  kimmerlərin 
torpaqları  Melid,  Tabal,  Kummuk,  Kuman,  Xubuşkiya, 
Şulriya və Kolxidanın da müəyyən qismi aclıqdan torpaq-
larını tərk etmiş, ermənilərə aid imiş.
1
  
Bu hələ hamısı deyil. Onlar Nuhu özlərinə baba seç-
məklə Bibliyada adı keçən daşqın altındakı ərazilərə də sa-
hib  çıxırlar.
2
  Bütün  bunlar  isə  friqlərin  Frakiyadan  köçü 
ilə başlamışdır. Bütün  bunlar  müxtəlif rəngli mifik bir ta-
rix ortalığa çıxarır. Çünki tufan dövrü friqlər tarix səhnə-
sində  yox  idilər.  Qəribə  də  olsa  dünya  alimləri  xristian 
faktoruna söykənməklə dünya tarixini zibilləyən bu uydur-
maları qəbul etməkdədirlər. Bu, tarixdə anoloqu olmayan 
bir  iddia  olmaqla  nədənsə  xristian  tarixçiləri  tərəfindən 
sükutla qarşılanan elmi sayıqlamadır.  
Bütün bu uydurma tarixin məhsulu isə «böyük Ermə-
nistan»dır.  Lakin  adın  «böyük  Ermənistan»  olması  tarixi 
mənbələrdə qeydə alınmır. Qəribə də olsa, nədənsə erməni 
tarixçilərinin  öyündüyü  bu  tarixə  rəğmən  bu  ərazidəki 
dövləti  türk  sülalələri  arşakidlər,  ərvəndlər  idarə  etmiş, 
yenə nədənsə onun  yarandığından süqutuna qədər bu çar-
lıq hakimiyyətinin başında, yəni taxtında kimmer, sak, skif 
boylarının nəzarəti ilə türk əsilli çarlar oturmuşlar.
3
  
Bütün  bunlara  baxmayaraq  bu  gün  ermənilər  göz 
yaşı  içində  hələ  onların  «keçmişlərini»  özündə  yaşadan, 
                                           
1
 Морской атлас Министерство Обороны СССР, М.,1958, т. III, л.1-2. 
2
 Библия. Российское библейское общество. VIII, М., 1994, с.17. 
3
 Марр Н.Я. Избранные работы т. I, М-Л.,1935. с.195; Меликишвили А. Г. 
К истории древней Грузии. Тбилиси: Изд. АН Грузинская ССР,1959, 
с.291. 
 


 
80 
dünya tarixçilərinə bəlli olmayan yüzlərlə kitabın olduğu-
nu da iddia etməklə bildirirlər ki, hələ qədim erməni tarixi 
dumanlıdır,  tam  araşdırılmayıb.  Bu  isə  erməni  tarixçiləri-
nin XX-XXI əsrlərə adlamış növbəti konsepsiyasıdır.  
Təəssüflə  qeyd  edək  ki,  bu  sayıqlama,  təhrif  olun-
muş,  uydurulmuş,  bəzən  isə  başqa  xalqların  tarixindən 
oğurlanmış «erməni tarixi» bu gün bəzi dövlətlərin siyasi 
marağı  fövqündə  tarixə  daxil  olur,  muzdlu  tarixçilər  tərə-
findən müdafiə olunmaqla konfliktlərə, müharibələrə, soy-
qırımlara  yol açır, milyonlarla insanın qurban getməsi ilə 
nəticələnir. Azərbaycan xalqı bu acıların canlı şahidləridir. 
Bütün  bunlara  dünya  tarixçiləri  əsasən  də  xristianlar 
«xristian  faktoru»na  söykənməklə  susur  və  ermənilərdən 
soruşmurlar:  «Siz  friqlər  nədən  torpaqlarınızı  atdınız  və 
necə oldu ki, az bir qüvvə ilə bu qədər, az qala 15 ölkənin 
torpağını  tuta  bildiniz?  Əgər  bu  doğrudan  da  belədirsə 
niyə friq adınızı hayas, arman, file, somxeti kimi adlara 
dəyişdiniz?»  
Belə  suallar  onlarladır,  lakin  ermənilər  hələ  də  öz 
uydurma «elmi kəşfləri ilə» özlərini «qədim dövlət» kimi 
tarixin  yaxasına  yamamaqda  davam  edirlər.  Əgər  antik 
qaynaqlara  doğru-dürüst  müraciət  olunarsa  ermənilərin 
son  yüz  illərdə  yaratdığı  tarix  mifdən,  uydurmadan  və 
nağıldan uzağa getməyəcəkdir.  
Bu  uydurmalarla  dolu  olan  erməni  müəlliflərindən 
Q.A.Kapansyanın «tarixi», Y.A.Manandyan, S.T.Eremya-
nın araşdırmaları A.N.Ter-Qevondyan tərəfindən bəyənil-
mir, «qədim tarixləri» haqqında N.V.Arutunyanın fikirləri 
isə V.A.Parsamyanın maraqlarına cavab vermir. Ümumən 
mövcud konsepsiya erməni tarixçilərinin əsərləri üçün adi 
hala  çevrilmişdir.  Bununla  belə  əsərlərdə  gətirilən  fakt-


 
81 
ların  özünün  təkzibinə  və  ziddiyətli  erməni  uydurmasına 
diqqət yetirmək oxucular üçün də maraqlı olardı.  
Q.A.Kapansyan  öz  «tarixi  məlumatlarında»  guya 
əsaslı mənbəyə istinad etməklə (mənbəni göstərmir) yazır 
ki,  «arim»  etnosu  e.ə.  VIII  əsrin  sonunda  Balkanlardan 
Kiçik Asiyaya Hetlərin Hayasa əyalətinə gəlib «hayasa», 
e.ə.  VII-VI  əsrlərdə  «Arman»  yaylasına  köçməklə  «ar-
man» adlandılar. Zaman keçdikdən sonra isə onlar bütün 
Urartu  ərazisinə  yayıldılar.
1
  Başqa  «yeni  mənbə»  tapan 
müəllif, yazır ki, «onlar - «ermənilər» e.ə. VI əsrdə güclü 
xalq  kimi  Urartu  dövlətinin  ərazilərini  tutdular  və  sonra 
yerli  əhalini  dağlara  sıxışdıraraq  özləri  düzənlərdə  məs-
kunlaşdılar. Daha sonra isə e.ə. III və II əsrlərdə urartular 
bütövlükdə  erməniləşdilər  və  erməni  dilində  danışmağa 
başladılar.
2
  Burada  Q.A.Kapansyan  öz  ölkələri  və  köçlə-
rindən  heç  nə  yazmır.  Lakin,  istər  mənbələrin,  istərsə  də 
müəllifin özünün məlumatlarında ərmən və urartular etnik 
mənşəyinə görə ayrı-ayrı xalqlardır.
3
 Bununla belə müəllif 
onlara  aid  olmayan  Urartu  yazılarını  və  bu  tarixi  nədən 
mənimsədikləri  haqqında  da  heç  nə  demir.  Hətta,  bu  gün 
bu  yazıların  rast  gəlindiyi  əraziləri  belə  ermənilər  öz 
torpaqları  hesab  etməkdə  fəallıq  göstərirlər…  Ancaq 
dünya tarixçiləri bu uydurma tarixin dünya tarixşünaslığı-
na yamanmasına etiraz etmirlər. Təəssüflər olsun ki, bizlər 
hələ  də  xristian  faktorunu  nəzərə  almadan  Avropa  birlik-
lərindən,  ikili  siyasət  yeridən  dövlətlərdən  bu  istiqamətdə 
hansısa  bir  ədalət  gözləməklə,  qeyri-adi  iqlimi,  nadir  və 
                                           
1
 Капанцян Г.А. Хайаса- колыбель армян. Ереван,1946, с.161-162. 
2
 Yenə orada, c. 163. 
3
 Геродот. История. Л.:Наука, 1972, I, c.28, 168; II, c.103-134; III, c.90; 
IV, c. 80, 93-99. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə