İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
82 
zəngin  sərvəti  olan  torpaqlarımızdan  qonşu  xalqlar  və  iri 
dövlətlərin umduqlarını görməməyə çalışırıq.  
İndi  isə  Q.A.Kapansyanın  uydurduğu  tarixi  dövrə 
yenidən  nəzər  salaq.  Qaynaqlar  o  dövr  ermənilərin  deyil, 
skif,  sak,  kimmer,  selevik  və  mitan  boylarının  köməyi  ilə 
624-cü  ildə  Midiya  dövlətinin  həm  Urartu  və  Parsuanı, 
həm də Assuriyanı işğal etməklə böyük imperiyaya çevril-
diyini qeyd edir.
1
 Bu hakimiyyət isə  Makedoniyalı İsgən-
dərin  Midiyaya  yürüşünə,  yəni  e.ə.  IV  əsrə  qədər  davam 
etmiş, bu dövrdə isə ərazidə növbəti «Kiçik Midiya» adla-
nan Atropatena türk dövləti yaranmışdır.
2
 
Məlumatdan göründüyü kimi, o tarixdə güclü Midi-
ya  dövlətinin işğal etdiyi  ərazidəki Urartunu, dövlət kimi 
tarix səhnəsində olmayan kiçik bir qurumun alması uydur-
ma  və  nağıldan  başqa  bir  şey  deyil.  Məsələ  burasındadır 
ki,  bu  tarixçi  əvvəlki  səhifələrdə  nə  yazdığını  unudur  və 
özünü  təkzib  edərək  «onda  bu  ərazi  (Urartu  nəzərdə  tu-
tulur-  İ.H.,  F.R.)  türk  tayfaları  sak,  kimmer,  midi-
yalılar, seleviklər və perslər tərəfindən işğal olundu», - 
fikrini açıqlayır.
3
  
Göründüyü kimi, müəllif digər erməni tarixçilərin-
dən  fərqli  olaraq  Hett  və  Hayasa  əyalətinə  köçkünlərin 
friqlər deyil «armilər» olduğunu iddia edir. Növbəti ermə-
ni məkri olan bu iddianın da heç bir tarixi əsası olmadığın-
dan nə tənqidə, nə də elmi mübahisəyə ehtiyac görünmür. 
Burada  artıq  onlar  özlərini  Mitan  türk  çarlığındakı 
                                           
1
 Грантовски Э.А. Ранняя история иранских племен Передней Азии. 
М., 1979, с. 321, 337, 340. 
2
 Страбон. География в17 книгах. Перевод,статья и комментарий Г. А. 
Стратановского. XI, М: Наука,1964, c.13.  
3
 Капанцян Г.А. Göstərilən əsəri, s. 162. 


 
83 
«ərmən»  türk  boylarına  sırımaqla
1
  qədim  Mitan  tarixinə 
yiyələnmək istəyirlər.  
Belə olan təqdirdə qarşıya haqlı bir sual çıxır. Nəyə 
görə siz friqlər ərmən və onların tarixi ilə belə maraqlanır-
sınız,  özünüzün  yazdığınız  kimi  sizin  ki,  ulu  babalarınız 
ərmən  deyil,  friqlərdir?  İkinci  bir  tərəfdən,  tarix  friqlərin 
sonrakı taleyindən heç nə demir və onların tarixə hər hansı 
bir  formada  təsir  gücü  yoxdur.  Belə  çıxır  ki,  S.  Nalband-
yanın  «Erməni  ədəbiyyatı»  kitabından  Q.A.  Kapansyanın 
xəbəri  yoxdur.  Əgər  o,  bu  «qədim  kitabı»  varaqlasaydı 
yəqin  ki,  öz  erməni  aliminin  maraqlı  məlumat  və  tarixi 
faktlarından  xəbərdar  olmuş  olardı.  Çünki,  V.S.Nalband-
yan göstərir ki, «Hetlər ölkəsində hürrü, xett və digər yerli 
sakinlər  köçkün  friqlərlə  müqayisədə  yüksək  inkişafa  və 
mədəniyyətə  malik  xalqlar  idi».
2
  İndi  mənbə  məlumat-
larından əldə olunan elmi nəticələri başa düşmək bir qədər 
çətinləşir.  Necə  olmuşdur  ki,  az  və  inkişaf  etməmiş  bir 
xalq özündən xeyli çox və mədəni bir xalqı öz doğma tor-
pağında  assimiliyasiya  edə  bilmişdir?  Bundan  başqa  hər 
iki müəllifin əsərində söhbət işğaldan deyil köçdən gedir. 
Lakin  erməni  tarixçiləri  friqlərin  aclıqdan  ölkələrini  tərk 
edib özgə ərazilərinə sığınmalarını işğalçılıq məqsədli bir 
hadisə  kimi  qələmə  verməyə  çalışırlar.  Onlar  bir-birini 
təkzib edə-edə belə bir tarix yaradırlar.  
Müəyyən zaman keçdikdən sonra ermənilər arasın-
da friqlərin Ərmən yaylasında avtoxton sakinlər olması id-
diası formalaşır. Öncə bu məsələ ətrafında susan rus alim-
lərinin  sonradan  kəskin  etirazları  oxucu  üçün  də  maraqlı 
olardı.  Moskvada  dərc  olunan  «Qədim  Şərq  tarixi»nin  II 
                                           
1
 Геродот. История. I, c.180; III, c.93. 
2
 Налбандян В.С. Göstərilən əsəri, s.7. 


 
84 
cildində  müxtəlif  müəlliflərin  bu  məsələ  ilə  bağlı  yazıla-
rında  deyilir:  «…  son  dövrlər  elmi  ictimaiyyət  arasında 
belə bir ideya formalaşıb ki, guya ermənilər qədim Ərmən 
yaylasının aborigen sakinləri olmuşlar. Lakin yetərincə ta-
rixi  faktlara  söykənərək  qətiyyətlə  demək  lazımdır  ki,  bu 
iddianın heç bir elmi əsası yoxdur»
1
.  Əlbəttə  bu  fikrə  hər 
bir  alimlə  yanaşı,  biz  də  şərikik  və  erməni  iddialarından 
dolayı ortalığa xeyli təbii suallar çıxır.  
Əgər  müasir  erməni-  friqlər  az  sayla  bu  günə 
qədər gəlmişlərsə o zaman Hett, Hayas, Urartu dövlət-
lərinin və Ərmən yaylasının yerli xalqları hara yox ol-
muşlar?  Doğrudanmı  azsaylı  friqlər-köçmənlər  onlar-
dan  xeyli  mədəni  olan  bu  xalqların  ərazilərində  sala-
mat qalmış, dörd dövlətin yerli sivil sakinləri isə tarix 
səhnəsindən silinmişlər? Əgər erməni alimləri özlərini-
nin  köçkün  olduqlarını  yazırlarsa,  onlar  necə  yerli 
xalq ola bilərdilər?  
Mübahisəyə ehtiyacı olmayan tarixi faktlar müqabi-
lində bugünkü erməni-friq tarixi ətrafında ermənilərin uy-
durduğu mövcud konsepsiya araşdırıcıların elmi nəticələri, 
tarixi  qaynaqların  məlumatları  qarşısında  avantüra,  ehti-
mal  və  fərziyyələrdən  formalaşmış  «erməni  tarixindən» 
başqa heç nə deyil. 
Təbii ki, belə bir tarixi uydurmazdan əvvəl erməni-
lərə  «milli  erməni  tarixçiləri»  tapmaq  gərək  olmuşdur. 
Onların  «tarixi»  ətrafında  qısaca  da  olsa  məlumatımızın 
əsas  məqsədi  məhz  bu  «erməni  tarixinin»  yaranmasında 
ermənilərin uydurduğu «milli erməni tarixçiləri»nin kimli-
yi haqqında qısaca məlumat verməkdən ibarətdir.  
                                           
1
 История древнего Востока. т. 2, М., 1983, с.46.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə