İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
120 
də xeyli fəaliyyət göstərsələr də məqsədləri baş tutmadı.
1
 
Bundan  sonra  erməni  daşnakları  təşkilatlanmağa 
başladılar. 80-ci illərin axırlarından başlayaraq Naxçıvanla 
bağlı təşkilat, ittifaq, cəmiyyətlər yaradır, saxta, obyektiv-
likdən uzaq kitablar nəşr etdirir, qəzetlər çıxarırlar. Dağlıq 
Qarabağı sanki özlərininki hesab edən ermənilər indi fəa-
liyyətlərini Naxçıvana yönəldiblər. Ermənilər 90-cı illərdə 
Naxçıvana qarşı silahlı mübarizəyə başladılar. Ulu öndəri-
mizin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı 
gözləyən  təhlükə  və  bəlalardan  xilas  etdi.  Onlara  layiqli 
cavab verildi, geri oturduldu. Erməni daşnakları başa düş-
dülər ki, qəhrəman naxçıvanlılar keçən əsrin əvvəllərində 
olduğu  kimi,  indi  də  Naxçıvan  Muxtar  Respublikasının 
ərazi bütövlüyünü qorumaq əzmindədirlər. 
Göründüyü  kimi,  Naxçıvan  tarixin  bütün  mərhələlə-
rində  Azərbaycan  xalqına  məxsus  olmuşdur.  Naxçıvanın  si-
yasi və etnik tarixi, milli tərkibi, coğrafi adları, yetirdiyi gör-
kəmli  şəxsiyyətləri  bunu  əyani  olaraq  təsdiq  edir.  Dünya 
sivilizasiyasına  dəyərli  töhfələr  vermiş  Naxçıvan  ölkəmizin 
ən  qədim  bölgələrindən  biridir.  Tarixi  qaynaqlar  da  erməni 
uydurmalarını  rədd  edir.  Bununla  belə  erməni  saxtakarları, 
erməni  «tədqiqatçıları»  hələ  də  Naxçıvan  iddialarından  əl 
çəkmir,  yeni-yeni  uydurmalar  irəli  sürürlər.  Ona  görə  də 
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, biz bun-
ların  hamısına  lazımi  cavab  verməliyik,  bütün  bu  iddiaların 
əsassız,  uydurma  olduğunu  beynəlxalq  aləmdə  sübut  etmə-
liyik,  Azərbaycanın  ərazi  bütövlüyünü  nəinki  indiki  dövrdə, 
gələcək nəsillər üçün də qoruyub saxlamalıyıq. 
 
 
                                           
1
 Musayev T. Yaddaşımızın qızıl səhifəsi... «Xalq qəzeti», 2000, 16 avqust. 


 
121 
3. ERMƏNİLƏRİN NAXÇIVAN ƏRAZİSİNƏ  
KÖÇÜRÜLMƏSİ 
 
XIX  əsrdə  çar  Rusiyasının  Azərbaycanı  işğal  etmə-
sində fəal iştirak edən, çarizmin müstəmləkəçilik siyasəti-
nin  aləti  olan  ermənilər  bunun  müqabilində  bu  ərazilərdə 
yerləşmək  və  dövlətlərini  yaratmaq  arzusunda  olmuşlar. 
Onları çar Rusiyası 1828-ci ildə və sonrakı dövrdə Şimali 
Azərbaycan  torpaqlarına  köçürmüşlər.  Ermənilərin  Azər-
baycan  torpaqlarına  köçürülməsi  məsələsi  hələ  XVIII 
əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  torpaqlarında 
erməni  dövləti  yaratmaq  niyyəti  güdən  Rusiya  imperi-
yasının  çoxdankı  işğalçılıq  planlarının  tərkib  hissəsi  idi.
1
 
Azərbaycan torpaqları  Rusiya imperiyası tərəfindən tutul-
duqdan  sonra  Türkmənçay  müqaviləsinin  15-ci,  Ədirnə 
müqaviləsinin 13-cü maddələrinə əsasən Qacarlar İranı və 
Osmanlı  imperiyasında  yaşayan  ermənilər  kütləvi  şəkildə 
Azərbaycan  torpaqlarına  köçürüldülər.  Osmanlı  və  İranla 
sərhəd  ərazilərdə  ermənilərin  yerləşdirilməsi  çarizmin 
müstəmləkəçilik  niyyətlərindən  irəli  gəlirdi.
2
  Azərbayca-
nın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya im-
periyası  erməniləri  kütləvi  şəkildə  “Rusiya  təbəəliyində 
olan  torpaqlar”  adı  altında  Azərbaycanın  keçmiş  İrəvan, 
Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Gürcüsta-
nın  məhz  azərbaycanlılara  məxsus  torpaqlarında  yerləş-
dirdi.
3
 
                                           
1
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan 
torpaqlarına köçürülməsi (AMEA-nın müxbir üzvü Y.Mahmudovun elmi 
redaktorluğu ilə). Bakı: Azərbaycan, 2009, s.375. 
2
 Qasımlı M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və 
Dağlıq Qarabağa əsassız iddiaları// Qarabağ: bildiklərimiz və 
bilmədiklərimiz. Qafqaz Universiteti, 2010, s.3. 
3
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan 
torpaqlarına köçürülməsi, s. 376-377. 


 
122 
 
Ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına  köçü-
rülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun baş-
çılıq etdiyi Cənubi Qafqaz  diyarının diplomatik dəftərxa-
nasında  hazırlanmışdı.  Erməni  köçürülmələrin  əsas  təşki-
latçısı və rəhbərləri general İ.F.Paskeviç, general P.D.Sisi-
anov,  general  N.F.Rtişev,  diplomat  A.S.Qriboyedov,  rus 
ordusunun  polkovniki  Q.Lazarev  (erməni  mənşəli  zabit  – 
İ.H.), knyaz Q.S.Qolitsın, erməni arxiyepiskopu Nerses və 
b.  olmuşlar.
1
  1828-ci  il  fevralın  29-da  general  İ.Paskeviç 
göstəriş vermişdi ki, ermənilər başlıca olaraq Naxçıvan və 
İrəvan vilayətlərində, qismən Qarabağda yerləşdirilsin, bir 
sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdı-
ğı yerlərə köçürülsün və həmin yerlər ermənilərə verilsin. 
Xristianları Naxçıvan və İrəvan vilayətlərinə getməyə razı 
salmaq lazımdı. Bu vilayətlərdə xristian əhalisini nə qədər 
mümkündürsə  çoxaltmaq lazımdı.
2
  İran  erməniləri  İrəvan 
və Naxçıvan vilayətlərinə köçürülmələrini istəyirdilər. Gü-
ney Azərbaycanın Təbriz, Marağa, Xoy, Maku, Salmas və 
b. bölgələrindən minlərlə erməni Naxçıvana köçürüldü.
3
 
 
Çar Rusiyası Şimali Azərbaycanın İrəvan və  Naxçı-
van  xanlıqlarının  ərazisində  “erməni  vilayəti”ni  yaratdı. 
“Erməni vilayəti” İrəvan, Naxçıvan əyalətlərinə və Ordu-
bad  dairəsinə  bölünmüşdü.  İrəvan  əyalətinə  15  mahal 
(Qırxbulaq,  Zəngibasar,  Gərnibasar,  Vedibasar,  Şərur, 
Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talın, Seyidli-Ağsaq-
qallı,  Sərdərabad,  Körpübasar,  Abaran,  Dərəçiçək,  Göy-
                                           
1
 Rəhimov Y. XIX əsrdə ermənilərin Naxçıvan ərazisinə köçürülməsi (rus 
mənbələri əsasında)/Kültür evreni (Türkiyə). Ankara, 2010, №6, s.283. 
2
 Глинка С. Описание армян азербайджанских в пределы России. Баку: 
Элм, 1990, с.103. 
3
 Вердиева Х.Ю. Переселенческая политика Российской империи в 
Северном Азербайджане. Баку, 1999, с.106. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə