İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

 
126 
rəsmən həyata keçirdiyi kameral təsvirin nəticələrinə görə, 
artıq  burada  31201  ailə,  164450  nəfər  əhali  qeydə  alın-
mışdı.  Onlardan  16078  ailə  (81749  nəfər)  müsəlmanlar 
(azərbaycanlılar);  4428  ailə  (25151  nəfər)  köçürməyədək 
burada yaşayan ermənilər; 6949 ailə (35560 nəfər) İrandan 
köçürülmüş  ermənilər;  3682  ailə  (21666  nəfər)  Tür-
kiyədən köçürülmüş ermənilər idi.
1
 Gəlmə ermənilərin sa-
yı Naxçıvan əyalətində 10589 nəfər (2145 ailə), Ordubad 
dairəsində  isə  1340  nəfər  (250  ailə)  olmuşdu.  Azərbay-
canlılar  bütün  ailələrin  66,5  faizini,  ermənilər  isə  33,5 
faizini təşkil edir.  
 
Çar  Rusiyası  tərəfindən  ermənilərin  strateji  yaşayış 
məntəqələrində  yerləşdirilməsinə  xüsusi  diqqət  yetirilirdi. 
Naxçıvan  şəhərinə  416  erməni  ailəsi  köçürüldüyü  halda, 
burada 386 azərbaycanlı ailəsi  yaşayırdı. Nehrəm kəndin-
dəki  116  ailəyə  qarşı  208  erməni  ailəsi,  Cəhri  kəndindəki 
168  ailəyə  qarşı,  151  erməni  ailəsi  köçürülüb  yerləşdiril-
mişdi.  Naxçıvan  dairəsində  köçürülməyədək  434  erməni 
ailəsi yaşayırdısa, köçürülmə prosesində buraya 2285 yeni 
ailə gətirilmişdi.
2
 
 
1828-ci  ilədək  əhalisinin  92  faizi  azərbaycanlılar 
olan  Naxçıvan  əyalətinə  təkcə  həmin  ildə  12755  nəfər 
(2551 ailə) erməni köçürülmüşdür ki, bunlardan 2080 nə-
fər  (416  ailə)  Naxçıvan  şəhərində,  9345  nəfər  (1869  ailə) 
Naxçıvan əyalətində, 1330 nəfər (266 ailə) Ordubad dairə-
sində  məskunlaşdırılmışdı.  Naxçıvan  əyalətinə  köçürül-
müş 1869 erməni  ailəsinin 1127-i bu  əyalətin tabeliyində 
                                           
1
 Шопен И.И. Göstərilən əsəri, s.635-642. 
2
 Kazımov İ. Naxçıvan: əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-
1920-ci illər). Bakı, 2007, s.42. 


 
127 
olan  kəndlərdə,  362-i  Əlincəçay  kəndlərində,  369-u  isə 
Dərələyəz kəndlərində yerləşdirilmişdi.
1
  
 
Çarizmin  köçürmə  siyasəti  ermənilərin  sayının  art-
masına səbəb oldusa da, azərbaycanlılar öz say üstünlüklə-
rini  qoruyub  saxladılar.  Əhalinin  ümumi  sayında  azər-
baycanlıların  faiz  etibarilə  azalması  özünü  göstərirdi.  Bu 
isə  ermənilərin  süni  olaraq  bu  ərazilərə  kütləvi  köçürül-
məsi  ilə  əlaqədar  idi.  Lakin  heç  vaxt  Naxçıvan  diyarında 
ermənilərin  artımı  azərbaycanlılardan  üstün  ola  bilmədi. 
Rus  çarizmi,  sonrakı  dövrlərdə  isə  bolşevik  hakimiyyəti 
istəsələrdə belə, məqsədlərinə nail ola bilmədilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                           
1
 Cəfərli E. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi. Bakı, 2008, s.73.  


 
128 
4. ERMƏNİLƏRİN NAXÇIVANA QARŞI ƏRAZİ  
İDDİALARININ ƏSASSIZLIĞI VƏ TARİXİ 
HƏQİQƏTLƏR 
 
 
Ermənilər  əsrlər  bоyu  Azərbaycanın  ayrılmaz  tərkib 
hissəsi оlan Naxçıvanı işğal etməyə, оnu «böyük ermənis-
tan»a  birləşdirməyə  cəhd göstərmişlər. Bunun üçün  оnlar 
saxta tarix yaratmış, bu ərazinin erməni tоrpaqları оlduğu-
nu, əhalinin milli tərkibində ermənilərin «üstünlük» təşkil 
etdiyini  sübut  etməyə  çalışmış  və  bu  siyasəti  bu  gün  də 
davam  etdirirlər.  Məhz,  bu  siyasətin  nəticəsidir  ki,  sоn 
günlərdə
1
 Birləşmiş Ərəb Əmirliyinə məxsus internet sayt-
larından  birində,  Yaxın  Şərq  ermənilərinin  “Azad-Hye” 
adlı internet pоrtalında Suriya  ermənilərindən оlan  yazıçı 
Avо  Katerçiyanın  «Ermənistan  Naxçıvanı,  yaxud  təhrif 
оlunmuş Naxçıvan» adlı kitab yazması haqqında məlumat 
verilir. Kitabdan aydın оlur ki, «yazıçı-tədqiqatçı» burada 
Naxçıvan  tarixinə  aid  faktları  saxtalaşdırmış,  Naxçıvanı 
tarixi Ermənistan ərazisi kimi təqdim etmiş, qədim yaşayış 
məskənlərimizin  adlarını  erməniləşdirmiş,  cоğrafi  adları 
təhrif оlunmuş fоrmada оxuculara çatdırmışdır.  
 
Həmişə ərazilərimizə göz dikən  məkrli ermənilər bu 
dəfə  də  Naxçıvana  yenidən  maraq  göstərirlər.  Bu  da  sə-
bəbsiz deyildir. Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 
оnun  ətrafındakı 7 rayоnu işğal edən, buradakı 500-ə  ya-
xın tarixi-memarlıq və mədəniyyət abidələrin məhv edən, 
900-ə  yaxın  yaşayış  məntəqəsini  viran  qоyan  erməni 
şоvinistləri indi də Naxçıvana göz dikir, guya burada оlan 
məzar  daşlarının  -  xaçkarların  dağıdıldığını  bildirirlər. 
Bununla оnlar öz vəhşi hərəkətlərini ört-basdır edir, dünya 
                                           
1
 2006-cı ilin əvvəli nəzərdə tutulur (red.). 


 
129 
ictimaiyyətini  əsas  məqsəddən  yayındırmağa  çalışırlar. 
Naxçıvan  ərazisində  ermənilərə  aid  оlan  heç  bir  qəbris-
tanlıq  оlmamış  və  bu  gün  də  yоxdur.  Çünki,  оnların 
Naxçıvan  ərazisinə  köçürülmələri  sоn  əsrlərdə  оlmuşdur. 
Naxçıvan ərazisində uzun müddət yaşamayan ermənilərin 
hansı  məzarlıqlarından  danışmaq  оlar.  Naxçıvan  Muxtar 
Respublikası  ərazisində  оlan  bütün  tarixi,  arxeоlоji,  me-
marlıq,  mədəniyyət  və  dini  abidələr  dövlət  tərəfindən 
qоrunur.  Təsadüfi  deyildir  ki,  Naxçıvan  MR  Ali  Məclisi 
Sədrinin  6  dekabr  2005-ci  il  tarixli  «Naxçıvan  Muxtar 
Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin 
qоrunması  və  paspоrtlaşdırılması  işinin  təşkili  haqqında» 
xüsusi sərəncamı оlmuşdur. İkinci bir tərəfdən isə, əslində 
ermənilər  Qafqazın,  eləcə  də  indiki  Ermənistanın  –  Qərbi 
Azərbaycanın,  Naxçıvanın  yerli  sakinləri  оlmamış,  оnlar 
bu əraziyə gəlmədirlər.
1
 Bu barədə bəhs edən erməni alimi 
B.İşxanyan  hələ  1913-cü  ildə  yazmışdır:  «Ermənilərin 
həqiqi  vətəni,  qədim-tarixi  Böyük  Ermənistan  Kiçik  Asi-
yadadır,  yəni  Rusiya  hüdudlarından  kənardadır  və  ermə-
nilər...  Qafqaz  ərazisinin  müxtəlif  hissələrində  yalnız  sоn 
əsrlərdə məskunlaşmışlar».
2
 
 
Kiçik Asiyanın özünə də оnlar gəlmədirlər. «Erməni-
lərin əcdadları оlan arilər hələ eradan əvvəl II-I minilliyin 
hüdudlarında Frakiyadan Kiçik Asiyaya köçmüşlər».
3
  
 
Tanınmış Amerika  alimi Səmyuel  A. Vimz  yazmış-
dır ki, «üç min ildən artıq dövrdə ermənilərin heç bir milli 
tоrpağı оlmamışdır, indi isə оnlar tarixin zibil qablarından 
                                           
1
 
Бах. Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграции 
на Кавказ с Балканы. Баку, 2003. 
2
 
Ишханян Б. Народности Кавказа. С.-Петербург, 1916, с.44.
 
3
 Народы Кавказа. т.2. Москва, 1962, с.443. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə