aeroport martın 1-də işə salındı. Sınaq uçuşları müvəffəqiyyətb nə-
ticələndi.
Muxtar Respublika blokada şəraitinə düşdüyündən, qatarla-
rm hərəkətləri dayandığmdan, Bakı ilə əlaqələr lazımi səviyyədə ol-
madığmdan əhali çətin vəziyyətə düşdü. Heydər Əliyev çox ağır
şəraitdə Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Naxçıvanlılar
hər cür çətinliyə, aclığa, qışda 40 dərəcəyə çatan şaxtaya dözürdülər.
Qaz olmadığmdan, enerji fasilələrlə verildiyindən və az olduğundan
ağacların 70 faizi kəsilib yandırıldı.
1992-ci il martm 22-25-də Heydər Əliyev Türkiyə Respubli-
kasınm Prezidenti Turqut Özalm və Baş nazir Süleyman Dəmirəlin
dəvəti ilə Türkiyəyə səfər edib qardaş ölkənin dövlət başçıları ilə da-
nışıqlar apardı. Heydər Əliyevin Baş nazir Süleyman Dəmirəl ilə
görüşündə Naxçıvan MR-in statusu məsələsindən də bəhs olundu.
Bununla əlaqədar Süleyman Dəmirəl qeyd edirdi ki, Türkiyə xarici
qüvvələrin Naxçıvanm statusunu dəyişdirmək cəhdlərinə etinasız
qalmayacaq və muxtar respublikaya hər cür yardım göstərəcəkdir.
Səfərin gedişində - m artın 24-də 13 maddədən ibarət əməkdaşlıq
haqqm da protokol imzalandı. Sənəddə Türkiyə və Naxçıvan ara-
smda iqtisadiyyat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibət-
lərin inkişaf etdirilməsi nəzərdə tutuldu. Türkiyə N axçıvana 100
milyon dollar kredit verdi və bunun hesabma ərzaq, əkin üçün
toxum, avadanlıq göndərdi [19, s.607]. Sədərək-Türkiyə yolu tikildi.
Qarşılıqlı avtonəqiliyyat əlaqələri yarandı. «Türksat» rabitə şirkəti
Naxçıvanm Bakı ilə telefon əlaqəsini bərpa etdi.
Türkiyə ilə Naxçıvanm yaxmlaşmasmda Heydər Əliyevin xid-
mətləri əvəzsiz idi. Naxçıvan tədricən türk dünyasına qovuşurdu.
Heydər Əliyev deyirdi: «Qədim türk diyarı Naxçıvan Azərbaycanm
ayrılmaz hissəsidir. Qarşılaşdıqları çətinliklərə dözə-dözə naxçıvan-
lılar Azərbaycanm bütövlüyü, müstəqilliyi uğrunda mübarizə apa-
rırlar. Rusiyanm əsarətindən çıxdıqdan sonra A zərbaycan türk,
islam aləminə yaxmlaşıb qovuşmalıdır. Bu mənada Naxçıvan türk
islam dünyasına bir qapıdır».
Türkiyə Araz çayı üzərində körpü salmaq barədə öhdəlik
götürmüşdü. Həmin öhdəlik qısa m üddətdə icra olundu. Türkiyə
mətbuatmda Türkiyəni Naxçıvanla birləşdirəcək körpünün tikinti-
50
sinin tamamlanmaq üzrə olduğu və onun may ayında açılacağı bil-
dirilirdi. Naxçıvan körpüsü Türkiyənin Qafqaz və Orta Asiya döv-
lətlərinə keçidini təmin edən bir qapı idi. 1992-ci il maym 28-də
Naxçıvan ilə Türkiyə arasmda «Sədərək-Dilucu» 228 m-lik «Ümid
körpüsü» açıldı [34, s.ll]. Körpünün rəsmi açılışında Türkiyə
Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl başda olmaqla
Türkiyədən Naxçıvana böyük nümayəndə heyəti gəlmişdi. Baş nazir
Süleyman Dəmirəl körpünün açılışım Azərbaycanla Türkiyə ara-
smda əməkdaşlığm yeni dövrünün başlanğıcı adlandırdı. Heydər Əliyev
həmin körpünü «arzu və ümidlərin körpüsü» kimi dəyərləndirdi.
Muxtar respublika parlamentinin qərarmda deyilirdi: «Sədərək-Dil-
ucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasınm
Naxçıvan M uxtar Respublikası arasmda rəsmi sərhəd keçid qapısı
elan edilsin» [9, 1999, 9 iyun].
M uxtar respublikamn tranla da əlaqələri genişlənirdi. Heydər
Əliyev 1992-ci il avqustun 22-26-da İran İslam Respublikası Prezi-
dentinin dəvəti ilə Tehrana səfər etdi. Naxçıvan MR-in ehtiyacları
ilə bağlı qonşu dövlətlə damşıqlar aparıldı [19, s.653]. İran İslam
Respublikası ilə Naxçıvan M uxtar Respublikası arasında iqtisadi və
mədəni əməkdaşlıq haqqm da 16 maddədən ibarət protokol imza-
landı [19, s.658-662]. Bağlanmış protokola əsasən muxtar respubli-
kanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il
ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi,
hər ayda 100 ton maye qazm verilməsi kimi həyati vacib məsələlər
həll olundu. Oktyabr-noyabr aylarmda İran İslam Respublikasm-
danNaxçıvana yardımlar, neft, dizel yanacağı, kömür və ərzaq məh-
sulları göndərildi. Dekabrm 3-də Şahtaxtı-Poldəşt arasında üzən
körpü istifadəyə verildi [19, s.774]. Həmin gün İrandan Naxçıvana
təqribən 30 mqvt gücündə elektrik enerjisinin verilməsinə başlanıldı.
Türkiyədən-İqdir şəhərindən Naxçıvana elektrik xətti çəkildi [5,
v.30-31]. M uxtar respublika Türkiyənin elektrik şəbəkəsinə qoşuldu.
İranla Naxçıvan arasm da Poldəşt və Culfada müştərək bazarlar
açıldı.
Heydər Əliyevin gərgin əməyi, diplomatik fəaliyyəti sayəsində
Naxçıvan M R-in nəqliyyat, enerji blokadası yarıldı, əhali sözün əsl
mənasmda achqdan və ölümdən xilas oldu.
51
II
Naxçıvanm Türkiyə və İranla iqtisadi, ticarət, mədəni əmək-
daşlığmın genişlənməsi bəzi qüvvələrin «narahatlığına» səbəb oldu.
Onlar bu əlaqələri Naxçıvanda separatizm meyillərinin güclənməsi
kimi təqdim edirdilər. Dövlət nümayəndələri m uxtar respublikaya
kömək etmək əvəzinə, onun rəhbərliyinə təzyiq göstərir, konstitusiya
hüquqlarmı məhdudlaşdırmağa çalışırdılar. M uxtar respublika Ali
Məclisi Rəyasət Heyətinin 7 dekabr 1992-ci il tarixli qərarm da gös-
tərilirdi: «Ali Məclisin Rəyasət Heyəti bəyan etməyi zəruri hesab edir
ki, Bakıda və Naxçıvanda ayrı-ayrı dairələr tərəfindən Naxçıvan
M uxtar Respublikası rəhbərliyinin fəaliyyətindəki separatizm haq-
qmda yayılan şayiələr uydurmadır, böhtan xarakteri daşıyır və heç
bir əsası yoxdur. Türkiyə və İranla əlaqələrin inkişaf etdirilməsi
Azərbaycan Respublikasmm ümumi siyasətinin tərkib hissəsidir,
uzun müddət blokada şəraitində olan muxtar respublikanm sosial-
iqtisadi problemlərinin həll edilməsinin zəruriliyindən irəli gəlir» [9,
1999, 9 iyun].
Heydər Əliyev Naxçıvanın düşdüyü blokada vəziyyətindən çı-
xarılmasmda və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılma-
smda dünyanm iri dövlətlərinin hum anitar yardım göstərməsi
istiqamətində fəaliyyət göstərirdi. Elə bu məqsədlə də Heydər Əliyev
1993-cü il yanvarm 20-də ABŞ prezidenti B.Klintona m əktub gön-
dərdi. M əktubda deyilirdi: «... Sizə çatdırmaq istəyirik ki, Azərbay-
can Respublikasınm Naxçıvan M uxtar Respublikası artıq səkkiz
aydır ki, ağır iqtisadi blokada şəraitindədir. Naxçıvan M uxtar Res-
publikasmı Azərbaycanm əsas hissəsi ilə bağlayan və Ermənistanm
ərazisindən keçən bütün kommunikasiya xətləri pozulmuşdur. Buna
görə də m uxtar respublikanın iqtisadiyyatınm zəruri ehtiyatlarla
təmin olunmasında, əhalinin ərzağa, elektrik enerjisinə, yanacağa
olan minimum tələbatmm ödənilməsində son dərəcə çətinliklər ya-
ranıb» [22, s.378].
ABŞ prezidenti Heydər Əliyevin məktubuna dərhal reaksiya
vermiş, ABŞ-ın Bakıdakı səfıri Riçard Mayls Naxçıvana gəlmiş,
Naxçıvanın ehtiyaclarmı öyrənmişdir. Bir aydan sonra ABŞ-m Nax-
çıvana təcili hum anitar yardımı başlanmışdır. ABŞ-dan uçan və bir
milyon ABŞ dolları dəyərində olan tibb ləvazimatı və ərzaq məhsul-
ları ilə yüklənmiş «Boinq» təyyarəsi m artm 9-da Naxçıvana gəlmiş-
52
Dostları ilə paylaş: |