dir. M artın 21-də Fransadan Naxçıvana humanitar yardım göndo-
rilmişdir. M artm 24-də Türkiyə hökuməti Naxçıvana 25 milyon
Amerika dolları həcmində kredit ayırmışdır. Türkiyə və İran döv-
lətlərinin, şirkətlərinin və qeyri-hökumət təşkilatlarmm Naxçıvana
yardımları davam etmişdir.
Heydər Əliyev fevralm 12-də Bakıda Azərbaycan Respubli-
kasınm prezidenti Əbülfəz Elçibəylə görüşmüş, blokada şəraitində
yaşayan Naxçıvanm ağır sosial-iqtisadi vəziyyətindən və onların həlli
yollarmdan bəhs etmişdir.
Naxçıvan M R Ali Məclisinin Sədri Heydər Əliyevin məqsəd-
yönlü siyasəti, müdrik fəaliyyəti, böyük dövlətçilik təcrübəsi və xalqm
ona olan sarsılmaz inamı və dəstəyi Naxçıvanı real erməni işğalmdan
xilas etdi və blokadanm aradan qaldırılmasına, əhalinin sosial-iqti-
sadi vəziyyətinin yaxşılaşdırılmasma öz müsbət təsirini göstərdi.
1.11. Naxçıvanda dövlət çevrilişinə cəhd
Heydər Əliyevin rəhbərliyi altmda muxtar respublikada döv-
lət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahə-
sində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı.
İqtisadi islahatlar həyata keçirildi, sahibkarlığm inkişafı üçün
müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diq-
qət verildi. Naxçıvanda mütəmadi hal almış erməni hücumlarınm
qarşısı almdı.
Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi
bütün Azərbaycan xalqınm diqqətini cəlb edir, ona ümidlər artırdı.
AXC hakimiyyəti isə onun uğurlarm a ögey münasibətdə qalaraq,
fəaliyyətini separatçılıq kimi qələmə verməyə çalışır və Naxçıvan
MR-də hakimiyyət çevrilişi etmək, qeyri-demokratik yolla haki-
miyyəti dəyişmək cəhdləri edirdi. İstər A.Mütəllibov, istərsə də onu
əvəz etmiş Ə.Elçibəy hakimiyyəti Naxçıvana ögey münasibətdə idi-
lər. Naxçıvanı taleyin hökmünə buraxmışdılar. Hər iki hakimiyyətin
Naxçıvanla bağlı siyasəti siyasi ambisiyalardan uzağa getmirdi.
AXC Naxçıvanda da öz hakimiyyəlini qeyri-qanuni yolla ələ
almaq istəyirdi. Onlar Baş nazir vəzifəsini ələ keçirərək Becan Fər-
zəliyevin həmin vəzifəyə təyin edilməsinə nail olmuşdular. Lakin bu
53
onları qane etmirdi. Əsas vəzifəyə - M uxtar Respublika Ali Məclisi-
nin sədri vəzifəsinə yiyələnmək istəyirdilər. Ona görə də istər respub-
lika rəhbərliyinin, istərsə də Naxçıvandakı cəbhəçilərin əsas məqsədi
Naxçıvanda vəziyyəti gərginləşdirmək, müxtəlif təxribatlar törətmək
yolu ilə Heydər Əliyevi Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdır-
maq idi. Cəbhəçilərin Ali Məclisin sessiyasmda təfriqə salmaq və bu-
nunla Heydər Əliyevə qarşı müəyyən planları həyata keçirmək
cəhdləri boşa çıxandan sonra çevriliş etmək yolunu tutdular. O
vaxtkı daxili işlər naziri Isgəndər Həmidov məhz polisin əli ilə bu işi
reallaşdırmağa çalışdı.
İyul ayınm axırlarından Xalq Cəbhəsi qüw ələrinin müxtəlif
yollarla polisi siyasətə cəlb etmək, ondan öz siyasi məqsədləri naminə
istifadə etmək cəhdləri görünməyə başladı [9, 1997, 23 oktyabr].
Azərbaycan Respublikasmm daxili işlər naziri İsgəndər Hə-
midov Naxçıvana gəlir və avqustun 20-21-də N axçıvan M R Ali
Məclisində olur. O, əwəlki nazirin vəzifədən azad olunmasım, həmin
işə daha layiqli, təcrübəli adamm təyin olunmasınm zəruriliyini bil-
dirir. Ali Məclisin Sədri Heydər Əliyev onun təklifı ilə razılaşır. Ra-
zılıq əldə olunur ki, nazir vəzifəsi hələlik birinci müavin
Ə.Ələkbərova həvalə edilsin [9, 1997, 23 oktyabr]. İ.Həm idov isə bu
vəzifədə AXC-nin fəal üzvü S.Mustafayevi görmək istəmiş, 18 av-
qust 1992-ci il tarixdə 1718 nömrəli əmr vermişdi. Heydər Əliyevlə
söhbətindən sonra bu vəzifəyə kadr təyin etməyin onun səlahiyyətinə
aid olmadığım bilib, bu məsələni hələlik açmamışdır. Heydər Əliyev
İranda olarkən İ.Həmidov S.Mustafayevin nazir təyin olunması
haqqmdakı əmri Naxçıvan M R D İN -nə göndərmişdir. Naxçıvan
MR DİN-nin polis əməkdaşları bu təyinatı qəbul etməmiş, 1 sent-
yabr 1992-ci il tarixdə Azərbaycan daxili işlər nazirinin müavini
R.Quliyevin iştirakı ilə Naxçıvan M uxtar Respublikası D İN polis
əməkaşlarınm iclası keçirilmiş və bu iclasın etiraz bəyanatmı Azər-
baycan və Naxçıvan M R rəhbərliyinə göndərmişlər [19, s.383-385].
Naxçıvan MR Daxili İşlər Nazirliyinin polis əməkdaşlarmm hüquq
və şərəfıni Müdafiə Komitəsi Respublika Prezidentinə, Ali Sovetə
və Baş Prokurora müraciət etmişdir [19, s.385-389].
Naxçıvan M R Ali Məclisinin 17 sentyabr 1992-ci il tarixli ses-
siyası Naxçıvan MR daxili işlər naziri vəzifəsini müzakirə etdi. Na-
54
mizədlərin adları gündəliyə salmdı. Alternativ qaydada seçki keçi-
rildi. Ə.Ələkbərov 86 səsdən 69 səs, S.Mustafayev isə 3 səs topladı.
Ə.Ələkbərov Naxçıvan M R Daxili Işlər naziri vəzifəsinə seçildi [19,
s.388; 37, 1999, 9 may].
AXC-nin Naxçıvanda hakimiyyəti qeyri-qanuni yolla yiyə-
lənmək üçün polisi ələ keçirməsi taktikası baş tutmadı.
Naxçıvan M R Ali Məclisinin Rəyasət Heyəti 15 oktyabr
1992-ci il tarixdə «Naxçıvan M uxtar Respublikası Daxili Işlər Na-
zirliyində yaranmış vəziyyət haqqmda» məsələ müzakirə etdi. Qəbul
edilmiş qərar respublika Prezidentinə və Ali Sovetə göndərildi.
İ.Həmidov planm baş tutmayacağmı gördükdə başqa bir hü-
quqa zidd hərəkətə yol verdi. O, Azərbaycan Respublikası DİN-nin
əmri ilə Naxçıvan M R daxili işlər naziri və müavinini - Ə.Ələkbə-
rovu, N.Həsənovu, qərargah rəisi O.Zalovu, şöbə və bölmə rəislərini
M.Həsənov, B.Əyyubov, A.Qurbanov və başqalarmı daxili işlər or-
qanlarmdan çıxardı.
Naxçıvanda sifarişi Bakıdan alan qüvvələr öz pozuculuq
fəaliyyətlərini daim davam etdirirdilər. Onlar Heydər Əliyevə qarşı
təxribat törətm ək üçün cəhdlər edirdilər. AXC Naxçıvan şöbəsi
Heydər Əliyevin əleyhinə qızğın təbliğat aparırdı. Oktyabrm 24-də
isə AXC hakimiyyəti ələ almaq üçün silahlı çevriliş etdi. Naxçıvanda
xalq cəbhəsinə məxsus silahlı dəstələr muxtar respublika Daxili İşlər
Nazirliyi, Televiziya və Radio Verlişləri Komitəsi, Rabitə İdarəsi,
şəhər elektrik şəbəkəsi binalarmı, habelə telestudiyanı zəbt edib ha-
kimiyyət əleyhinə bəyanat verdilər [39,1992,28 oktyabr]. 24 oktyabr
çevriliş cəhdinə ümumi rəhbərliyi o vaxt Naxçıvandan Azərbaycan
Ali Sovetinə deputat seçilmiş F.Quliyev həyata keçirirdi. Təşkilatçı-
lıq işlərinə və çevrilişçi dəstələrə AXC Naxçıvan şöbəsinin sədri
A.Quliyev, N axçıvanda Daxili İşlər naziri olmaq istəyən cəbhəçi
S.Mustafayev rəhbərlik edirdi [18, 2002, 24 oktyabr]. Çevriliş cəh-
dində Azərbaycan X alq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin 300 nə-
fərə yaxın silahlı dəstəsi iştirak edirdi [24, s.99]. Lakin xalq çevriliş
cəhdini dəstəkləmədi. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin
çağırışı ilə ayağa qalxdı. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar
piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən
çox adam Heydər Əliyevi müdafıə etmək üçün Ali Məclis binasınm
55
Dostları ilə paylaş: |