edildi və həmin il dekabrm 29-da Azərbaycan Respublikasınm Milli
Məclisi tərəfındən təsdiq olundu [9, 1998, 30 dekabr].
İlkin variantda təklif olunan 12 fəsil, 146 maddə son vari-
antda daha yığcamlaşdırılaraq 6 fəsil, 50 maddə oldu, nəticədə isə
Konstitusiya daha dolğun, daha bitkin bir sənədə çevrildi.
1.15.Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
seçkilərin keçirilməsi
Azərbaycan Respublikası müstəqilliyini bərpa etməsi və yeni
Konstitusiyasmı qəbul etməsi ilə ölkədə demokratik dövlət, vətəndaş
cəmiyyəti quruculuğu üçün hüquqi əsas yaratdı. 1995-ci il noyabrm
12-də müstəqil Azərbaycan Respublikası parlamentinə m ojaritor və
proporsional sistemlə ilk seçkilər keçirildi [8, s.379]. Həmin gün Nax-
çıvan M R parlamentinə də demokratik seçkilər keçirildi [9, 1995,22
noyabr]. Seçki dairələrində 45 nəfərə qarşı 153 nəfər deputatlığa na-
mizədliyini irəli sürdü [31, s.500]. Keçirilən seçkidə 36 seçki dairəsi
üzrə seçkilər baş tutdu. M uxtar respublikada səsvermə hüququ olan
vətəndaşlardan 176236 nəfər, yəni ümumi seçicilərin 89,9%-i iştirak
etdi [31, s.501]. 8 seçki dairəsində seçkilər baş tutmadığmdan təkrar
seçkilər 26 noyabrda keçirildi.
1995-ci il dekabrm 16-da Naxçıvan M uxtar Respublikası Ali
Məclisinin birinci sessiyası oldu. Sessiyada digər məsələlərlə yanaşı,
Naxçıvan M uxtar Respublikası Ali Məclisi sədrinin seçilməsi məsə-
ləsinə baxıldı. Naxçıvan M uxtar Respublikası Baş nazirinin xarici
iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Talıbov yekdilliklə Ali
Məclisin sədri seçildi.
1995-2000-ci illərdə Naxçıvan M R Ali Məclisinin 7 sessiyası
keçirildi. Burada muxtar respublikamn dövlət quruculuğu, büdcə və
maliyyə məsələləri, ictimai-siyasi, sosial-mədəni inkişaf və başqa
mühüm əhəmiyyətli məsələlər müzakirə edildi və qərarlar qəbul
edildi. Naxçıvan M uxtar Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbovun problemlərin həlli istiqamətində gündəlik nəzarəti, qay-
ğısı və köməkliyi, muxtar respublikanm iqtisadiyyatmm, sənayesi-
nin, sosial sahələrin, tikinti, abadlıq işlərinin aparılm asm a,
infrastrukturun digər sahələrinə əsaslı təsir etdi, həlli çatmış prob-
62
lembrin, çətinliklərin tez bir zamanda operativ həll edilməsinə zəmin
yaratdı, muxtar respublika inkişaf və tərəqqi yollarmda inamla ad-
dımlamağa başladı [30, s.5].
2000-ci ilin noyabrında Azərbaycan Respublikasmda yeni
parlament seçkiləri təşkil olundu. Mərkəzi Seçki Komissiyasmda 17
siyasi partiya və bir seçki bloku qeydiyyatdan keçdi. Demokratik
konqresə üzv partiyalarm demək olar ki, hamısı seçkilərdə iştirak
etdi. Xalqm fəal iştirakı ilə 2000-ci il noyabrm 5-də keçirilən parla-
ment seçkiləri nəticəsində Azərbaycan Respublikasmm yeni parla-
menti yarandı və qanunvericilik fəaliyyətinə başladı [8, s.380].
Naxçıvan M R Ali Məclisi Sədrinin 31 iyul 2000-ci il tarixli
fərmanı ilə Naxçıvan M uxtar Respublikası Ali Məclisinə seçkilər
2000-ci il noyabr ayınm 5-nə təyin edildi. Milli Məclisə keçirilən seç-
kilərdə Naxçıvan M R-in ərazi vahidləri üzrə 5 seçki dairəsi, Naxçı-
van MR Ali Məclisinə keçirilən seçkilər üzrə isə 45 seçki dairəsi
yaradıldı. 210 min seçicini əhatə edən 259 seçki məntəqəsi yaradıldı
[31, s.524]. 5 seçki dairəsində 16, 45 seçki dairəsində isə 95 nəfərin
namizədliyi qeydə almdı.
Seçki günü seçici siyahılarmda 209412 nəfər seçici olmuş, on-
lardan 164892 nəfəri seçki bülleteni alaraq seçkidə iştirak etmişdir.
Yəni seçicilərin 78,7 faizi seçkilərdə iştirak etdi. Naxçıvan M R Ali
Məclisinə seçkilərin nəticələrini Naxçıvan M R Ali Məhkəməsi 20
noyabr 2000-ci il, Naxçıvan M R MSK 21 noyabr 2000-ci il tarixli
qərarları ilə 45 birmandatlı dairə üzrə deputatların seçildiyini təsdiq
etdi [39, 2000, 22 noyabr].
2000-ci il dekabrm 7-də ikinci çağırış Naxçıvan M uxtar Res-
publikası Ali Məclisinin birinci sessiyası keçirildi. Sessiyada Vasil'
Talıbov ikinci dəfə Naxçıvan M uxtar Respublikası Ali Məclisinin
sədri seçildi. 1995-2000-ci illərdə Naxçıvan M uxtar Respublikasına
rəhbərlik etmiş Vasif Talıbovun məqsədyönlü, düşünülmüş, səriştəli
idarəetmə taktikası, prinsipial mövqeyi, dövlətçiliyə sədaqəti, baca-
rığı və enerjisi, N axçıvan diyarınm ərazi bütövlüyünün qorunub
möhkəmləndirilməsi məsələlərini bacarıqla həll etməsi onun həmin
vəzifəyə yekdilliklə seçilməsi ilə nəticələndi. Sessiyada Naxçıvan
Muxtar Respublikasmm 2001-ci il Dövlət büdcəsi təsdiq edildi, Ali
Məclisin 6 daimi kommisiyası yaradıldı [39, 2000, 9 dekabr].
63
2000-2005-ci illərdə Naxçıvan M uxtar Respublikası Ali Məc-
lisinin altı sessiyası keçirilmiş, burada muxtar respublikamn daxili
həyatı, dövlət quruculuğu, ictimai-siyasi, sosial-iqtisadi inkişafı,
Dövlət büdcəsi və onun icrası haqqmda və başqa məsələlər müzakirə
edilmişdir. 2003-cü ilin yanvarm 7-də ikinci çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin dördüncü sessiyasında «2003-cü ilin
Naxçıvan M uxtar Respublikasmda Heydər Əliyev ili elan edilməsi
haqqında» qərar qəbul edildi. Qərarda deyilir: «Xalqımızm əvəze-
dilməz liderinin 35 ilə yaxm bir müddətdə Azərbaycanm rəhbəri kimi
siyasi fəaliyyəti, milli və müstəqil dövlət quruculuğu təcrübəsi müasir
tariximizin ən mühüm mərhələsini təşkil edir... Tarixdə tək-tək şəx-
siyyətlərə qismət olubdur ki, xalqınm sonsuz və dərin məhəbbətini
qazana bilsin, həyatı, əməlləri öz ölkəsinin həyatı ilə bağlı olsun, vəh-
dət təşkil etsin. Möhtərəm Heydər Əliyevin dövlət quruculuğu sahə-
sində həyata keçirdiyi tədbirlər, daim xalqmın milli m araqlarm dan
çıxış etməsi, beynəlxalq sistemdə cüzi dəyişikliyi belə nəzərə almağı
bacaran planetar təfəkkür sahibi olması onu nəinki iyirminci yüzil-
liyin, eyni zamanda iyirmi birinci yüzilliyin də dahi şəxsiyyəti kimi
bütün dünyaya tamtmışdır. Azərbaycan xalqı qarşısmda tarixi xid-
mətlərini və anadan olmasmın 80 illiyini nəzərə alaraq... 2003-cü il
Naxçıvan M uxtar Respublikasmda Heydər Əliyev ili elan edilsin»
[39, 2003, 9 yanvar].
2004-cü il yanvarm 6-da ikinci çağırış Naxçıvan M uxtar Res-
publika Ali Məclisinin beşinci sessiyasmda Heydər Əliyev ili adlan-
dırılan 2003-cü ilin əsas yekunları təhlil edildi. «2003-cü ildə m uxtar
respublikada cari qiymətlərlə 610 milyard m anata yaxm, yaxud
2002-ci illə müqayisədə 16 faiz artıq ümumi məhsul istehsal edilmiş-
dir» [39, 2004, 8 yanvar].
300-ə qədər yeni sosial obyektlər istifadəyə verildi və ya əsaslı
bərpa edildi, ordu quruculuğu sahəsində ciddi işlər görüldü, tikinti-
energetika kompleksi hərəkətə gətirildi, geniş abadlaşdırma, quru-
culuq tədbirləri davam etdirildi, suvarma-meliorasiya işləri artırıldı
və s.
Üçüncü çağırış Azərbaycan Respublikasmm Milli Məclisinə
seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasımn Prezi-
denti İlham Əliyev 4 iyul 2005-ci il tarixdə sərəncam imzaladı və
64
Dostları ilə paylaş: |