inkişafı üçün geniş imkanlar açmışdır [29, s. 32]. Ümumilikdə, ötən
dövr ərzində m uxtar respublikada 33 idman obyekti tikilərək,
yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir
[11, s. 161]. İdmançılar üçün yaradılan şərait öz nəticəsini verirdi.
Bir sıra güclü idmançılar yetişdi. Naxçıvanlı idmançılar beynəlxalq
səviyyəli yarışlarda uğurlar qazandılar.
M uxtar respublikada uşaq və gənclərin fıziki sağlamlığı ilə ya-
naşı əqli inkişaflarma da xüsusi diqqət yetirilmişdir. Şahmat idman
növünün m addi-texniki bazası gücləndirilmişdir. Naxçıvan şəhə-
rində, Culfa, Şahbuz və Şərurda yeni tipli, dünya səviyyəli uşaq-
gənclər şahm at məktəbləri tikilərək istifadəyə verilmişdir. Naxçıvan
şəhərində beynəlxalq standartlara cavab verən yeni şahmat məktəbi
tikilmişdir. Gənclər idmanm müxtəlif növləri üzrə məşğul olurlar və
bu idmançılarm sayı artır. Bədən tərbiyəsi və idmanla məşğul olanlar
1996-cı ildə 21600 nəfər, 2001-ci ildə 25985 nəfər, 2006-cı ildə 32332
nəfər, 2009-cu ildə 36076 nəfər olmuşdur. Bədən tərbiyəsi və idman
kadrları artdığı kimi, idman dərəcələri və mükafat alanlarm da sayı
ilbəil artmışdır.
Ümumiyyətlə, m uxtar respublika rəhbərliyinin diqqət, qayğı
və dəstəyi ilə keçirilən bütün tədbirlər, gənclər və idman sahəsində
atılan addım lar nəticəsində m uxtar respublikada müasir tələblərə
cavab verən, milli mentalitetimizə uyğun gələn gənclər və idman si-
yasəti formalaşmış və uğurla həyata keçirilməkdədir.
G öründüyü kimi, son 15 il ərzində Naxçıvan Muxtar Respub-
likasmın ictimai-siyasi həyatmda, sosial-iqtisadi və mədəni inkişa-
fında heç bir dövrlə m üqayisə olunm ayacaq səviyyədə hərtərəlli
inkişaf baş vermiş, inkişafm Naxçıvan modeli yaranmışdır. Bu inki-
şaf və dəyişikliklər o qədər yüksək səviyyəyə çatmışdır ki, bir çox
hallarda bunu inkişafm Naxçıvan möcüzəsı kimi də xarakterizə edir-
lər. Bəli, “m öcüzə” yaradılmışdır, lakin Naxçıvanm sosial-iqtisadi
və mədəni həyatmda. “Möcüzə”nin əsasmda ümummilli lider Heydər
Əliyevin düşünülmüş, ölçülüb-biçilmiş siyasətinin nəticəsində hazır-
lanan siyasi və sosial-iqtisadi kurs, bu kursu yaradıcılıqla inkişaf et-
dirən və həyata keçirən ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü
fəaliyyəti dayamr.
Naxçıvan M uxtar Respublikasmm 1995-2010-cu illər inkişafı
183
bilavasitə M uxtar Dövlətə uğurla rəhbərlik edən Ali Məclisin Sədri
Vasif Talıbovun adı və səmərəli fəaliyyəti ilə bağlıdır. Onun əqidə
bütövlüyü, Heydər Əliyev siyasi kursuna sədaqəti, problemlərə bə-
lədliyi, onlara milli mövqedən və dövlətçilik prinsipindən yanaşması,
yorulmaz fəaliyyəti, yüksək tələbkarlığı və prinsipiallığı, eyni dərə-
cədə xeyirxahlığı və vətənpərvərliyi əldə olunan nailliyyətlərin əsas
şərti olmuşdur
184
NƏTİCƏ
Azərbaycan Respublikası müstəqilliyinin bərpa etməsinin 20
illiyini bu il yüksək səviyyədə qeyd edəcək. Müstəqillik hər bir xalqm
taleyində əvəzolunmaz tarixi nailiyyətdir. Bu nailiyyətlərdən hər bir
vətəndaşımıza fərəh doğuran pay düşür.
Müstəqilliyimizin ilk illəri xalqımız və ölkəmiz üçün ağrı-acı-
larla əlaqəli olub. Məkrli düşmənlərimiz Azərbaycanm bir sıra tarixi
torpaqlarm a yiyələnmək üçün əwəlcə pərdələnmiş, sonra isə açıq si-
lahlı m übarizə yolu ilə fəaliyyətə keçmişdir. Azərbaycan rəhbərləri-
nin səriştəsizliyi və milli m araqlardan çıxış etməmələri bir sıra
ərazilərimizin işğal edilməsi ilə nəticələnmişdir.
Erməni daşnakları Naxçıvanla da bağlı məqsədlərini gizlət-
məmiş, sərhədlərimizə silahlı basqm lar etmiş, lakin layiqli cavabla-
rmı almışlar. U lu öndər Heydər Əliyevin Naxçıvanda olması,
fəaliyyət göstərməsi erməni iddialarmm reallaşmasma imkan vermə-
mişdir. Heydər Əliyevin Naxçıvan M uxtar Respublikası Ali Məcli-
sinin Sədri kimi həyata keçirdiyi tədbirlər Naxçıvanı xilas etmişdir.
Ümummilli lider Heydər Əliyevin səmərəli və gərgin əməyi nə-
ticəsində blokada şəraitinin yaratdığı çoxsaylı problemlərlə üzləşmiş
Naxçıvanda sosial-iqtisadi vəziyyətin normalaşdırılması sahəsində
mühüm nailiyyətlər əldə edildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin
siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizin və onun tarixi böl-
gəsi olan N axçıvam n ictimai-siyasi və sosial-iqtisadi həyatmda yeni
mərhələnin əsası qoyuldu.
Y .T alıbovun Naxçıvan M R Ali Məclisinin sədri seçilməsi
Naxçıvanm m üasir tarixində m ühüm əhəmiyyət kəsb edən hadisə
oldu. Məhz onun rəhbərliyi altm da Naxçıvanda ümummilli lider tə-
rəfmdən əsası qoyulan ictimai-siyasi sabitliyin və sosial-iqtisadi in-
kişafın ardıcıllığı təm in edildi. Regionun sosial-iqtisadi uğurları
ildən-ilə və sürətlə artır. Sənaye dinamik inkişaf edir, yeni sənaye sa-
hələri yaradılır.
Sahibkarlıq üçün əlverişli şərait mövcuddur, müəssisələrin
185
fəaliyyəti bərpa edilir, yeni iş yerləri, istehsal sahələri yaradılır. Ti-
kinti, quruculuq, abadlıq və yaşıllaşdırma tədbirləri uğurla aparılır.
Əhalinin qaz və elektrik enerjisinə tələbatı tam ödənilib. İxrac yönlü
mallar istehsalı xeyli artıb.
Təhsil, elm, səhiyyə və mədəni-maarif sahəsində ciddi uğurlar
əldə edilib. Onların inkişafma fıkir verilir, maddi-texniki bazası möh-
kəmləndirilir. Mədəniyyət abidələri qorunur, təmir və bərpa edilir.
Kitabxanalar, muzeylər, mədəniyyət evləri yenidən qurulur.
Naxçıvan M uxtar Respublikası, eləcə də Naxçıvan şəhəri
abadlaşır, müasirləşir, yenidən qurulur, beynəlxalq tədbirlər keçir-
mək üçün bir məkana çevrilir. Türkdilli ölkələrin dövlət başçılarmm
IX zirvə toplantısı, Azərbaycan-Türkiyə biznes forumunun Naxçı-
vanda keçirilməsi, bir sıra ölkələrin dövlət və hökumət rəhbərlərinin
Naxçıvana gəlmələri Naxçıvanm ictimai-siyasi həyatı, sosial-iqtisadi
və mədəni inkişafı haqqmda hər şeyi deyir.
Naxçıvan sürətlə və dinamik inkişaf edən bir diyara çevrilir.
186
Dostları ilə paylaş: |