əmək proseslərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folk-
loru ilk növbədə janr baxımmdan rəngarəngliyi ilə diqqəti cəlb edir.
Xalqımızm yaradıcı düşüncəsinin məhsulu olan miflər, əfsanələr,
nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar, dastanlar, aşıq yara-
dıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri nəsildən-nəsilə,
əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəmanəmizə
qədər gətirib çıxartmışdır.
Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi mərasimləri
Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir. Yurdumuzun
qədim sakinlərinin, əcdadlarımızm dünyagörüşünün, bədii-estetik
təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənə-
tinin ən qədim qaynaq- ları eramızdan əvvəl 4-cü - 1-ci minilliklərə
aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi Dədə Qorqud”
kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanm ən qədim
kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqra-
fiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir ya-
radıcılıq nümunəsidir.
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə
geniş yayılmış qədim çalğı alətlərimizin bu gün geniş təbliğinə və
gənc nəslə, elecə də beynəlxalq ictimaiyyətə tanıdılmasma ciddi
ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum,
kərənay, ney, zurna, balaban kimi çalğı alətlərimizin adlarına musiqi
tarixinə dair mənbələrdə, “Kitabi Dədə Q orqud”, “Koroğlu” das-
tanlarmda, eləcə də klassik şairlərimizin əsərlərində rast gəlinir.
Qədim çalğı alətlərinin bir çoxu bərpa olunmuş və yenidən musiqi
alətləri sırasına daxil edilmişdir.
Xalqımızm müstəqillik yoluna qədəm qoyduğu indiki şəra-
itdə xalq yaradıcılığmm, əsrlər boyu yaranan mənəvi və maddi-mə-
dəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin
dirçəldilməsi, onlarm geniş şəkildə tətbiq və təbliğ olunması mühüm
əhəmiyyət kəsb edir.
Naxçıvan M uxtar Respublikasmda xalq yaradıcılığmm in-
kişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülmüş,
folklor kollektivlərinin və xalq teatrlarm ın fəaliyyəti gücləndirilmiş,
onlar milli geyim dəstləri ilə təmin olunmuşlar. Hal-hazırda muxtar
respublikada mövcud olan 50 folklor kollektivinin 600-ə yaxm üzvü
256
xalq yaradıcılığmm bu vo ya digər sahələrini qoruyub yaşatmaqda-
dır.
Xalqlarm, ölkələrin bir-birinə daha çox inteqrasiya olun-
duğu, dərin qloballaşma proseslərinin getdiyi indiki şəraitdə azər-
baycanlılarm milli kimlik pasportu olan xalq yaradıcılığmm
qorunub saxlanması və inkişaf etdirilməsi, xalq sənəti nümunələri-
nin, milli mətbəxin, folklorun, milli rəqs və mahnı sənətinin daha
geniş, sistemli şəkildə təbliğ olunması, böyüməkdə olan gənc nəslə
milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə qərara alıram:
1. “Novruz bayramı” şənliklərində Xalq yaradıcılığı günləri
keçirilsin.
2. Azərbaycan Milli Elmlər Akademiyasmm Naxçıvan böl-
məsi:
2.1. Naxçıvan M uxtar Respublikası ərazisində mövcud olan
etnoqrafık və folklor materiallarmm yenidən toplanması, sistemləş-
dirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün tədbirlər görülsün,
əldə olunmuş materiallar əsasmda “Naxçıvan folkloru antologi-
yası”nı hazırlayıb nəşr etdirsin;
2.2. Naxçıvan folkloru atlasmı işləyib hazırlasm;
2.3. Naxçıvan M uxtar Respublikasmm Mədəniyyət və Tu-
rizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin sistemli
şəkildə təbliği üçün təsirli tədbirlər görsün;
3. Naxçıvan M uxtar Respublikasmm Mədəniyyət və Turizm
Nazirliyi və Naxçıvan M uxtar Respublikasmm Bəstəkarlar Təşkilatı
xalq mahnı və rəqslərinin, Naxçıvanla bağlı saz havalarmm tədqi-
qinə və təbliğinə, qədim çalğı alətlərinin tətbiqinə diqqəti artırsmlar.
4. M uxtar respublikada mövcud olan xalq teatrlarm m və
folklor ansambllarmm fəaliyyətinə hərtərəfli köməklik göstərilsin.
5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV
Naxçıvan şəhəri, 07 fevral 2009-cu il.
257
“NUH PEYĞƏMBƏR: DÜNYA TUFANI VƏ NAXÇIVAN”
MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUMUN
KEÇİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan dünyanm on qədim sivilizasiya mərkəzlərindən biridir.
Şərur rayonundakı Qazma, Orubad rayonundakı Kilid, Babək rayonun-
dakı Daşqala və Naxçıvan şəhəri ərazisindəki Duzdağ mağaralarmdan
əldə olunmuş maddi-mədəniyyət nümunələri, Əshabi-Kəhf ziyarətgahı
ən qədim dövrlərdən burada insanlann yaşadığmı sübut edir.
Naxçıvanm qədimliyini sübut edən mühüm amillərdən biri də bu
yurdun Nuh peyğəmbər və tərafdarları ilə bağlı olmasıdır. Ordubad
rayonu ərazisində olan və eradan əvvəl 4-1-ci minilliyə aid edilən Gə-
miqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhda-
ban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarımn mövcudluğu Nuh
peyğəbərin bu torpaqda yaşamasınm daha bir əyani ifadəsidir.
Son vaxtlar Nuh peyğəmbər, Dünya tufanı və bunlarm Naxçı-
vanla əlaqəsi ciddi aktuallıq kəsb etmiş, bir sıra araşdırmalar aparılmış,
Gəmiqaya abidəsi kompleks şəkildə öyrənilmiş, tarix və mədəniyyət
abidələri yenidən elmi tədqiqata cəlb olunaraq pasportlaşdırılmış, qeyd
olunanlarla bağlı 20-dək kitab və monoqraflya, 120-dən çox elmi mə-
qalə çap olunmuş, “Naxçıvan abidələri ensiklopediyası” hazırlanaraq
nəşr edilmişdir. Bundan əlavə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki
məzarüstü türbəsinin yeri dəqiqləşdirilmiş, abidənin qalıqları aşkar
edilmiş və həmin abidə yenidən bərpa olunmuşdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alıram:
1.2009-cu ilin aprel aymda Naxçıvan şəhərində “Nuh peyğəmbər:
dünya tufam və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçirilsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
Naxçıvan şəhəri, 10 fevral 2009-cu il.
258
Dostları ilə paylaş: |