İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

*
aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə sahəsində qeyri-dövlət 
bölməsinin payı 83-99 faiz arasmda dəyişir.
2.5. Nəqliyyat və rabitə sahəsində 
baş verən dəyişiklikiər
M uxtar respublikanın sosial-iqtisadi inkişafmm sürətlənmə- 
sində nəqliyyat  və  rabitənin  də xüsusi  yeri vardır.  İyirmi  ilə  yaxm 
blokada  şəraitində  yaşamasma baxmayaraq muxtar  respublikanm 
nəqliyyat sisteminin inkişaf etdirilməsi məqsədi ilə sistemli tədbirlər 
görülmüşdür.  Doğma  diyarm  öz  qapılarım  dünya  dövlətlərinin 
üzünə açdığı bir dövrdə nəqliyyat sisteminin, yollarm, hava limanı- 
nın,  avtovağzalların müasir tələblərə  cavab verməsinin  əhəmiyyəti 
bir  qədər  də  artıb.  Naxçıvan  Beynəlxalq  Hava  Limanmm  rolu və 
əhəmiyyəti xeyli yüksəlib.  Həm xarici ölkələrə (Türkiyə Cümhuriy- 
yəti, Rusiya Federasiyası), həm də respublikamızm Bakı, Gəncə kimi 
şəhərlərinə gedən sərnişinlər bu limanm xidmətindən istifadə edirlər. 
Ulu öndərimizin tövsiyəsi,  diqqət və qayğısı,  ölkə Prezidenti  İlham 
Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Li- 
manı  öz  gözəlliyi,  müasirliyi  və  rahatlığı  ilə  sərnişinləri  razı  salır. 
Naxçıvanlılarm Azərbaycan  Respublikası  ilə  əlaqələri  yalnız hava 
nəqliyyatı ilə həyata keçirilir. 90-cı illərin ortalarmda hava limanmm 
yenidən qurulması,  2004-cü ildə isə Naxçıvan Beynəlxalq Hava Li- 
manınm tikilib istifadəyə verilməsi ağır yüklü nəqliyyat təyyarələri- 
nin qəbul olunmasma imkan vermişdir.
M uxtar respublikada yol infrastrukturunun inkişafı ilə bağlı 
əhəmiyyətli tədbirlər həyata keçirilmiş, yeni yollar salmmış, körpülər 
tikilmişdir.  1995-ci ildə cəmi  16 km asfalt yol çəkilmişdirsə, 2010-cu 
ildə bu  198,6 km-ə çatmışdır.  İstifadəyə verilmiş yollarm  88,4 km-i 
magistral,  110,2 km-i isə yerli əhəmiyyətli yollardır. Naxçıvan-Sədə- 
rək yolu ən yüksək səviyyədə qurulmuşdur. Hazırda Naxçıvan-Culfa 
yolunda  işlər  aparılır.  Son  15  ildə  119  körpü tikilərək  və ya  əsaslı 
təmir olunaraq istifadəyə verilmişdir.  Bunlarm arasmda beynəlxalq 
əhəmiyyətli “Ümid” körpüsünün, Şahtaxtı-Poldəşt körpüsünün çox 
böyük əhəmiyyəti vardır.  Sədərək,  Culfa və  Şahtaxtı  Gömrük ida- 
rələrinin  sərhəd-keçid  komplekslərinin  istifadəyə  verilməsi,  “Bakı-
123


Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunun açılması nəqliyyat 
və iqtisadi əlaqələrin genişlənməsində mühüm mərhələ olmuşdur.
2010-cu ildə yol  infrastrukturunun inkişafı  ilə  bağlı  əhəmiy- 
yətli tədbirlər həyata keçirilmiş, 277 kilometr uzunluğunda yeni yol- 
lar salmmışdır.  Istifadəyə verilmiş  yollarm  167  km-i magistral,  110 
km-i isə yerli əhəmiyyətli yollardır [15, 2011, 29 yanvar].
Sərnişin daşmmasmm və avtobus xidmətinin səviyyəsini yax- 
şılaşdırmaq məqsədilə 2009-cu ildə Naxçıvan,  Şərur,  Culfa və Şah- 
buz  şəhərlərində,  2010-cu  ildə  O rdubad  şəhərində  avtovağzal 
kompleksləri istifadəyə verilmişdir.
Sərnişin daşmmasında rahatlığı və təhlükəsizliyi təmin etmək, 
xidmətin səviyyəsini artırmaq məqsədi ilə muxtar respublikaya xeyli 
sayda avtobus gətirilmiş  və istismara buraxılmışdır.  1988-ci ilin so- 
nunda  muxtar  respublikada  14216  ədəd  avtomobil  mövcud  idisə,
2011-ci ilin əvvəlində bu göstərici 3 dəfə artaraq 38692 ədədə çatmış- 
dır. 2010-cu ildə muxtar respublikaya  14 yeni avtobus gətirilmişdir. 
Naxçıvan Avtomobil Zavodu müxtəlif modeldə maşmlar istehsal et- 
məyə başlamışdır.
Naxçıvan  M uxtar  Respublikasmm  rabitə  sisteminin  rolu  da 
xeyli artmışdır.  1995-2001-ci illərdə muxtar respublikada rabitənin in- 
kişafı yüksək xətlə getmişdir. Cənubi Koreyanın “D EU  telekom” şir- 
koti  ilə  bağlanmış  müqaviləyə  (1998)  əsasən  muxtar  respublikanm 
yaşayış məntəqələri telefonlaşdırılaraq abonentlər birbaşa Beynəlxalq 
Telefon  rabitə sisteminə çıxma  imkanı  əldə etmişlər.  Telekommuni- 
kasiya sistemində aparılan yenidənqurma işlərinin nəticəsində 35 min- 
dən yuxarı elektron tipli xətt  və nömrə,  eyni zamanda mobil telefon 
şəbəkəsi istifadəyə verilmişdir.  Ötən dövrdə muxtar respublikada te- 
lekommunikasiya sahəsində çox işlər görülüb, əhalinin yeni texnologi- 
yalara  olan  tələbatı  xeyli  yüksəlib.  Bu  gün  muxtar  respublika üzrə 
fərdi kompyuterlərin sayı 45 minə çatmış, internetdən istifadə edənlə- 
rin  sayı  100  mindən  çox  olmuşdur.  Naxçıvanın  özünün  müstəqil 
“Naxtel” mobil rabitə sistemi mövcuddur və bunun vasitəsilə muxtar 
respublika ərazisinin 80 faizi simsiz internetlə təmin olunur.  Muxtar 
respublikada aktiv istifadə olunan mobil telefonlarm sayı hazırda 358 
min ədəddən çoxdur [15, 2011, 29 yanvar].  Əhalinin hər  100 nəfərinə 
88  mobil  telefon düşür.  Hazırda muxtar respublikada mobil telefon
124


abunəçilərinə xidmət edən 4 mobil operator fəaliyyət göstərir.
Muxtar respublika rəhbərliyinin informasiya və kommunika- 
siya sisteminin inkişafma böyük əhəmiyyət verməsinin nəticəsidir ki, 
bu  sahədə çox böyük uğurlar  əldə edilmişdir.  Qısa müddət  ərzində 
muxtar respublika  ərazisində mövcud  olan rabitə müəssisələri mo- 
dernləşdirilmiş,  yeni  rabitə müəssisələri  yaradılmışdır.  2005-ci  ildə 
muxtar respublikada  9  rabitə müəssisəsi və 79  poçt  şöbəsi mövcud 
olmuşdur.  Rabitə xidmətlərindən gələn gəlirlər xeyli artmışdır. 2000-ci 
il  ərzində  muxtar  respublikanm  rabitə  müəssisələri  tərəfındən  7,8 
milyon manatlıq rabitə xidməti göstərilmişdir ki,  bu da  1995-ci illə 
müqayisədə 3,7 dəfə çox idi. 2007-ci ildə rabitə xidmətlərinin həcmi 
16207,6 min m anata çatmışdır.  2009-cu il ərzində  3  min  55  yeni te- 
lefon  çəkilişi  aparılmış,  poçt  və rabitə  xidmətlərinin  həcmi 2008-ci 
illə  müqayisədə  34  faiz  artaraq  31,1  milyon manat  təşkil  etmişdir. 
İnformasiya və rabitə sahəsində yeni texnologiyalarm tətbiqi rabitə 
xidmətlərinin həcminin də artmasma müsbət təsir göstərmiş, 2010-cu 
ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 
36 milyon manatdan çox olmuşdur ki, bu da 2009-cu illə müqayisədə 
18  faiz artım  deməkdir.  Ümumi  rabitə xidmətinin  86 faizi və  ya  31 
milyon 442 manatı mobil rabitənin payma düşmüşdür.
İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin forma- 
laşdırılması istiqamətində tədbirlər görülmüş, Azərbaycan-Türkiyə 
optik kabel magistralınm Naxçıvan  seqmentinin yaradılması  hesa- 
bına böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsi 
mümkün  olmuşdur.  Naxçıvan  şəhərində,  bir  sıra  qəsəbə  və  kənd- 
lərdə yeni nəsil avtomat telefon stansiyaları quraşdırılmışdır.  64 te- 
lefon stansiyasmda birləşdirici xətt əlaqəsi yaratmaq məqsədilə 554,2 
km uzunluğunda radiorele xətti və 119 km fiberoptik kabellərdən is- 
tifadə etməklə  7470  telefon  kanalı  yaradılmış,  61  antena  qülləsi  ti- 
kilmişdir.  M uxtar  respublika  üzrə  hər  100  ailəyə  düşən  stasionar 
telefon aparatlarm m sayı 65-ə çatmışdır.
2.6. Elektroenergetikanın yenidən qurulması və inkişafı
Naxçıvan M uxtar Respublikasmm sosial-iqtisadi inkişafında 
elektroenergetikanm xüsusi rolu vardır.  Ölkəmizdə elektroenergeti-
125


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə