41
karidorlarında görünmürdü. Qəzənfər ayaqlarının ucunda
Aliyənin qapısının açar yerindən içəri baxmaq istədi. Lakin
nəgahani bir lərzə, titrəmə onun qətiyyətini qırdı, o ixtiyarsız
halda göyərtəyə çıxdı. Məhəccərə söykənib fikrə getmiş Əmiri
görəndə utandı. Öz-özünə: «Kar könlündəkini anlar». – dedi.
Dinməzcə ona yaxınlaşıb dirsəklərini məhəccərə dayadı. Nəfəs
alıb verirmiş kimi görünən dənizin qabarıb çökələn sinəsinə
baxmağa başladı. Mühərrikləri soyudub dənizə tökülən suyun
şırıltısı, maşınların gumbultusu qəlbi qara sirli gecəyə əfsanələr
danışırdı. Gəmi azacıq yanlara əyilib düzəlir, yatanlara beşik
olur, oyaqlara layla çalırdı. Ongünlük ayparanın qabarmalara
qalxıb çökmələrlə enən əyrim-üyrüm solğun sarı lentləri sularda
yuyunurdu. Aliyənin göyərtəyə növbə matrosu ilə birgə çıxıb
orta tikintiyə sarı getməsi aşiqləri heyrətləndirirdi. Aliyəni
kapitanmı, yoxsa, böyük şturmanmı çağırtdırıb? Onlar keçid
körpüsündən keçib ikinci mərtəbəyə qalxan Aliyənin ayaq
səslərini, şturmanın açılıb-örtülən qapısının şaqqıltısını
dinlədilər. Aliyə görünməz olandan sonra bir-birinə baxdılar:
Şturman Aliyəni gecə vaxtı niyə çağırtdırıb? Şturmanın
aynasının pərdəsi salınmışdı. Pərdəyə divanda oturan Aliyənin
başının kölgəsi düşmüşdü. Bir əlin kölgəsi isə onun başı
üzərində tərpənirdi. Elə bil o əl Aliyənin başına ətir çiləyirdi.
Əlin hərəkəti dayandı, pərdədən silinib yox oldu. Çox keçmədi
ki, pərdədə iki əlin kölgəsi yenidən oynadı. Əllər Aliyənin
başına toxundu, deyəsən, onun saçlarını tumarlayırdı. Sonra
ikinci bir başın kölgəsi yan tərəfdən Aliyənin çiyninə doğru
uzandı. Görünür bayaqdan ayaq üstə olan şturman qızla yanaşı
oturub ona nəsə deyirdi. Bu, böyük şturmanın armud saplaqlı
nazik boğazının üstündə duran yekə, pırpız saçlı başı idi. –
Əclafın işinə bax! – deyə böyük şturmanın hərəkətindən
hiddətlənən Qəzənfər, Əmirin qolunu xışmaladı. – Öpür, öpür!
Əmir isə yumruğu ilə havanı hədələdi:
– İlanın ağzına da lənət, qarasına da! Bu qız axmağın biri
imiş ki. Elə bilirdim... Ona bax, ora bax! Kölgənin biri böyüyüb
42
pərdəni, tamamilə, örtdü. Aliyə ayağa qalxıb kayutdan
çıxmaqmı istəyirdi? Yox, belə deyildi. Pərdədə əllərin, qolların,
bədənlərin kölgələri çapalayıb parpılamağa başladı. Onlar yəni
zarafatlaşırdılar? Birdən bağırtı eşidildi. Bu, böyük şturmanın
qışqırtısı idi. Qapı açıldı. Koridorun qarşı tərəfdəki divarına işıq
heykəl kimi dayanan Aliyənin kölgəsi düşdü. Karidorun o
başından da Təyyarın qapısı açıldı. O yüyürə-yüyürə baş
şturmanın kayutuna girdi. Əmirlə Qəzənfər də ora qaçışdılar.
Aliyənin saçları üzünə dağılmışdı. Kayuta dolmuş ətir qoxusu
adamı boğurdu. Aliyənin donunun yaxası cırılmışdı. Onun sinəsi
qəzəb və hiddətdən partlayıb dağılacaqmış kimi həyəcanla
çırpınırdı. Gözlərindən nifrət, kin-küdurət yağırdı. Rəngi qar
kimi ağırmışdı. Böyük şturman isə bayılmış halda yıxılmışdı. O
titrəyir, udqunur, dişlərini xırçıldadır, yumruqlarını döşəməyə
çırpırdı. Onun gözləri qapalı idi, kiprikləri səyriyirdi. Təyyar
şturmanın sinəsinə su səpir, dişləri sınmasın deyə ağzını
açmağa, dişləri arasına dəsmal qoymağa çalışırdı. Şturmanın da
çənəsi bir-birinə elə kilidlənmişdi ki, onu aralamaq qeyri-
mümkün idi. Şturmanın əlləri açılandan, bədəni süstləşəndən
sonra Təyyar ayağa qalxdı. Bir əlilə sinəsini örtüb saçlarını
üzündən yığan Aliyəyə baxdı. O sanki qeyrətli, namuslu
bacısına baxırdı. 6. Hadisədən hamı xəbər tutmuşdu. Hər kəs öz
fərziyyə və gümanlarını müxtəlif şəkilə salsa da danışıqların
çoxu birinci şturmana qarşı çevrilən ittihamlardan ibarət idi. –
Şturman bəlkə kefli imiş. O dünən şəhərə getmişdimi?
– Getmişdi.
– Səkkiz yazmırdı ki? – Ağlı başında idi, heç doqquz da
yazmırdı. – Bəs, niyə belə sarsaqlıq eləyib? – Guya tanımırsan,
köhnənin əli uzunudur. Bunun bir niyəsi yoxdur ki! Qızı nə
üçünsə kayutuna çağırtdırıb, qızın gözləri onun canına od salıb,
o da özünü saxlaya bilməyib. Yazıq şturman neynəsin, Aliyəyə
canüstə olan xəstənin də tamahı düşər. Amma gərək böyük
şturman özünü belə aparmayaydı. O tərbiyəçidir, gəmidə
kapitandan sonra ikinci adamdır. Gəmidə qanun-qayda tələb
43
eləyənin özü naqis olanda başqalarına nə deyəsən!? – Görəsən,
qızı heyvan kimi birdən qucaqlayıb? – Əvvəlcə başına ətir səpib,
saçlarında əl gəzdirib, qızın özünü özünə tərifləyib. Aliyənin
dillənməməsi, – Allah bilir, bəlkə də, çox söz deyib. Əlbəttə
deməmiş olmaz. – gülümsünməsi şturmana cürət verib. Amma
Aliyə başqa mənada gülümsəyirmiş: özünü yorma, bir şey
çıxmaz! Şturman yola gətirdiyini güman eləyib qızı öpmək
istəyib. Aliyə başına dolandığım da klassik bir yumruqla onu
yerə uzadıb. – Harasından vurub? – Orasından. – Lap orasından,
ha. – Hə, sərrast zərbə olub. Təyyar gecəykən radioqram
göndərib idarədən böyük şturmana əvəz istəmişdi. Aliyənin,
özünün, Qəzənfər və Əmrin iştirakı ilə akt tərtib edib əhvalatı
olduğu kimi yazmışdı. Gəmi Bakıya çatan kimi aktı götürüb
rəisin yanına gedəcək, hadisəni ən kiçik təfərrüatını qədər ona
danışacaqdı. Aliyə akta acıqlı vaxtı qol çəkmiş, sonra isə
peşman olmuşdu: «Mükafatını aldı. Mən ondan şikayət
eləməyəcəm. Təqsir onda yox, onu pis öyrədən pozğun
qadınlardadır. Gəmidə işləməyə gələn qadınlar özlərini yaxşı
aparmış olsaylar, mənim də başıma bu iş gətirilməzdi. Nolar,
hamı səhv eləyə bilər, dünyada qüsursuz adam tapılmaz.
Şturmanın təkcə özünü yox, onun ailəsini də düşünmək
lazımdır. Eşitmişəm ki, arvad-uşağı var. İşdən qovsalar, arvadı
bu həngaməni bilməmiş olmayacaq. Hər halda bunun səbəbini
də öyrənəcək. Sonra? Ailə zidiyyəti, ayrılıq, uşaxların yetim
qalması kimi bədbəxtliklər onların qarşısına çıxacaq. Mən onu
arvad-uşağının xatirinə bağışlayıram.» Aliyə başına sonradan
gələn ağılı Təy yara bildirəndə o demişdi: – Bacım, mənim
ağıllı, mərhəmətli, mənim insaflı, rəhimli bacım, o bu gəmidə
qala bilməz! Belə bir hoqqadan sonra onu burada necə
saxlayaq?! Bunun üstünü bu gün malalasam sabah matroslar
sənə sataşsalar onlara nə deyə bilərəm?! Şturmanı
cəzalandırmasam onlardan nizam-intizamı hansı haqla, hansı
ixtiyarla tələb edərəm?! Bu şturman sarsaq adamdır, üçüncü
dəfədir ki, gəmidə qadına sataşır. İki dəfə onu tək mən yox,
Dostları ilə paylaş: |