1
İsmayıl Qarayev
A Ş İ Q L Ə R
2
Limandan səhərə yaxın ayrılan gəmi açıq dənizdə idi.
Günəş dənizin fonuna topalaşmış buludların içindən yenicə
sıyrılıb çıxırdı. Qarşıdan xəzri əsirdi. Kiçik ləpələr bitib-
tükənməz nağılını gəminin qulağına pıçıldayırdı. Bir dəstə
qağayı qırıldaşa-qırıldaşa gəmini müşaət edirdi. Gah onlar
gəmini, gah da gəmi onları arxada qoyurdu. Suitiləri gəmiylə
gizlənqaç oynayırdı. Gəmi yaxınlaşanda batır, gəmi uzaqlaşanda
üzə çıxır, başlarını sirkələyib qulaqlarını çırparaq səsləşirdilər.
Sanki oyunda onlara uduzan gəmiyə gülürdülər. Sahil boyu
sıralanmış boynubükük dağların başı bəyaz buludlarla
örtülmüşdü. Dağların ətəklərindəki meşəliklər yerin sinəsinə
göydən düşmüş ala-tala ləkəni xatırladırdı. Meşənin ucqarında
görünən şəhərciyin ağ evləri arxac yerində cücərmiş yüzlərlə
göbələyə oxşayırdı. Şəhərcikdən dəniz kənarına bir ağ yol
uzanırdı. Həmin yolla şəhərə dırmanan çəhrayı bir minik maşını
torpaqda sürünən yaz böcəyinə bənzəyirdi. Qəzənfər dənizə
vurulmuşdu. Ona elə gəlirdi ki, gəmidən çıxsa-balıq quruda tez
ölən kimi – sahildə işləyə bilməz, dincliyi, rahatlığı olmaz,
sahilin heç bir işi, heç bir əyləncəsi onun ruhunu oxşaya bilməz.
Təbiətin heç zaman yatmayan, kükrəyən, sakit çağlarında belə
tənbəl-tənbəl enib-qalxan bu narahat qəlbində yaşamağa lap
uşaqlıqdan alışmışdı. Bəlkə də qəlbin çırpıntıları bir gün onu
məhv edəcəkdi. Lakin o belə bir əcələ, təslim olmağı ağlına
gətirmirdi. Göyərtədə durub dəqiqələrlə həyatın bu geniş,
həyatın bu dərin ürəyinin döyüntülərinə maraqla tamaşa etdiyi
üçün gəmidə ona «Dəniz məcnunu» adı vermişdilər. Kapitan
Təyyarın istehzası olmasaydı Qəzənfərin gözləri sulardan indi
də yığılmazdı.
– Qeys, Leyli necə, bu gün çoxmu füsunkardır?
– Dedikcə.
– Rəssam olsaydın tablolar yaradardın ki, ha-a-a...
– Tayı-bərabəri olmazdı, hə?
– O asılı olardı sənin fırçanın qüdrətindən.
3
– Məncə dənizdə gördüklərimi həqiqi halında yaratmağa
heç bir fırçanın qüdrəti çatmaz. Bu aləmin...
– Yaxşı, yaxşı, uzun danışma, get nahar elə, qırx dəqiqədən
sonra növbədə dayanmalısan. Unutmusan?
– Baş üstə. Aşpaz arvadın məzuniyyətə getdiyindən, onun
yerinə bir qızın göndərildiyindən Qəzənfərin xəbəri yox idi. O,
qızı görüb salonun qapısı ağzında ayaq saxladı. Qız, xələtin
önünü arxasına geyindiyindən onun kürəkləri açıq qalmışdı. O
əsgiylə qalaylı mis çaynikin çölünü silirdi. Bir hörüyə yığdığı
qızılı saçdarı başının hərəkətinə uyğun olaraq gah sağ, gah da
sol çiyninə düşürdü. Paxlavavari sırğaları yırğalanıb onun
boyun-boğazından öpürdü. Qız kambuza keçmək üçün geri
qanrılanda səmavi gözlər Qəzənfəri çaşdırdı. O adət naminə
qızla salamlaşmağı unutdu, geri çəkilib ona yol verdi. Bu iltifat
Qəzənfərin iradəsindən kənar bir ehtiram idi. O öz-özlüyündə bu
barədə düşünməmişdi. Qız gülümsündü. Onun təbəssümlə
süzülüb kiçilən gözləri Qəzənfərin qalan ağlını da başından aldı.
– Sabahınız xeyir – deyə o Qəzənfərə əlini uzatdı
– Aliyə. Qəzənfər heç nə demədən çaşqınlıq içində qızın
pambıq kimi yumşaq ağ əlini sıxdı. Bu an onun gözləri heç nəyi
görmədi. Qəzənfərin gözlərini təsadüf dumanı örtmüş,
qulaqlarını nəqafil heyrət batırmışdı. Onun dili Aliyə kambuza
girəndən sonra açıldı:
– Qəzənfər. Pilətənin fısıltısı və gurultusundan Aliyə
Qəzənfərin səsini eşidə bilmədi. Qəzənfər çirkli iş paltarında
salona girib nahar eləməyə utandı, tez kayutuna gedib tər-təmiz
geyindi. Qayıdıb gələndə salonda motorçu Əmiri gördü. O da iş
paltarında idi; yönü kambuza oturmuşdu. Kambuzun içində
əlüzyuyana doğru tumboçkadan qab-qacaq çıxaran, peroq kəsib
nimçələrə qoyan, pilətənin üstündə qaynayan qazana ət parçaları
kəsib atan Aliyəyə baxırdı. Həm də necə? Əlaçı olsa beş, on göz
də özgədən borc alardı. Kofe onun qabağında buğlana-buğlana
qalmışdı. Aliyə o yan-bu yan gedib gəldikcə o da bədənini sağa,
sola əyir, boğazını irəli uzadıb qızı nəzərlərilə təqib edirdi.
4
Qəzənfər onun hərəkətlərini axıracan oğrun-oğrun izləyərək
sinəsindən qopan şaqraq gülüşü saxlaya bilmədi. Əmir oğurluq
elədiyi zaman üstü qəfildən alınan adam kimi diksinib
bədheybət səs çıxartdı. Sonra fincanı qapıb kofeni içməyə
başladı. Lakin düz içə bilmədi. Kofe ağzının yanlarından
sinəsiaşağı süzələndi. Qəzənfər buna daha da bərkdən güldü.
Əmir cibindən cındır çıxarıb yaxasını siləndə Aliyə də
Qəzənfərin peroq payını götürüb salona getdi.
– Nəyə gülürsünüz? Gülən Qəzənfər, pərt olan isə Əmir idi.
Onların heç biri dillənmədi. Əmir cavab vermək iqtidarında
deyildi, o qulaqlarının dibinəcən qızarmışdı. Hər iki gicgahından
sıçrayan bir damcı tər yanaqlarıaşağı sürüşüb bir cüt muncuq
kimi çənəsinin altından asılmışdı. Qəzənfər də ki, bu sevməli
qıza yalan söyləyə bilməyib etinasızlığın xilaskarlığına sığınıb
kofeni içirdi.
– Gülməli bir şey varsa, deyin mən də gülüm. Qəzənfər
Aliyənin incidiyini duyub tələsik, həm də ciddi bir tövrlə:
– Allah eləməsin, – dedi.
– Xoflu adam hər şeyi özünə götürər. Bağışlayın sözüm pis
çıxdı, nabələd adam əvəzinə xoflu sözünü işlətdim. Nabələd
adamlar, yəni...
– Qəzənfər fikrini izah etməkdə çətinlik çəkdi. Bu da
Aliyənin küskün gözlərinə baxanda baş verdi.
– Allah eləməsin sizə gülək. Korluğunuz yox, keçəlliyiniz
də heç yox. Əmir kofeni üstünə dağıtdı, ona gülüşürdük.
– Eybi yoxdur, mən öz payımı ona verərəm, – deyə Aliyə
yenidən gülümsəyərək Əmirə ikinci dəfə kofe süzüb verdi.
– Elə buna gülürdünüzsə... Aliyə kambuza gedəndən sonra
Əmir Qəzənfərə elə bir sərt nəzərlə baxdı ki, elə bil dostu onu
heç nədən ötrü yüz adamın qarşısında biabır eləmişdi.
– Nəyə gülürsən, arsız-arsız!
– Adam görməmisən, niyə elə baxırdın? Aliyə yenə də
salona gəldi. Onların mübahisəsi kəsildi. Dinməz-söyləməz
nahar eləyib salondan çıxmağa tələsdilər. Lakin Aliyənin səmavi
Dostları ilə paylaş: |