11
verdi. Əmirin siması dəyişdi, gözlərindəki parıltı sönükləşdi,
sifəti sallanıb uzandı, dodaqları büzülüb kiçildi. – Qəzənfərdə bu
duyğuları yaratmaq çətindir, çünki onun bacısı yoxdur. Bacı
namusunu çiyinlərində daşımayan bir adamdan başqa qızlara
qarşı hərəkətlərində insaflı, vicdanlı olmağı tələb etmək!? Bacısı
olmayan bacı qədri bilərmi?! Qəzənfərə desəm ki, Aliyə ilə
evlənmək fikrin yoxdursa, onu başqalarına söz yeri, söhbət
mövzusu eləmə. Görəsən, nə cavab verər? Özgə vədə soruşsam
o ağlına ayrı şey gətirməzdi. İndi elə biləcək ki, özümə yol
açmaq, öz məqsədimi eyhamla ona çatdırmaq istəyirəm. Yaxşısı
budur susum, dillənməyim. Qəzənfərin pis niyyətdə olduğunu
duyanda onu danlaram. Qızdan əl çəkməsə Aliyəni xəbərdar
edərəm. Qızları pis niyyətlilərdən qorumaq lazımdır. Axı,
mənim də bacım var. Bacının namusu ləkələnincə qardaşa
havayı bir güllə dəysə yaxşıdır.» Qəzənfər kurilkaya girdi. O,
Aliyəyə qorxu, ürək döyüntüsü vermişsə özü də sarsılmış,
peşmançılıqdan möhkəmcə tərləmişdi. Onun başının seyrək sarı
tükləri sudan çıxarılmış qarğıdalı saçaqları kimi islanmışdı.
Üzünə də elə bil su çilənmişdi. Avazımış sifətindəki damcılar
tərə oxşamırdı.
– Bayaqdan bəri elə bircə papiros çəkmisən? – deyə o
qayğı, maraq, təəccüb xatirinə deyil, günahkarcasına dilləndi –
zəhmət olmasa birini də mənə ver.
– Ağzını acı eləmə. Əmirin papirosamı, yoxsa Qəzənfərin
canınamı heyfi gəlirdi?
– Sənin ağzın acı olanda yaxşıdır, mənimki pis!?
– Belə-belə öyrənəcəksən.
– Öyrənmərəm. Əmir ona bir papiros verdi. Qəzənfər yerini
dəyişib Əmirlə üzbə-üz oturdu. Onlar bir-birinin üzünə baxa
bilmirdilər. Əmir aşağı illüminatorlara boylananda, Qəzənfər
yuxarı qapıya sarı vurnuxurdu. Elə bil haçansa küsüşmüş, bir
məcburiyyət qarşısında qalıb qabaq-qabağa oturmuş, danışıb
barışa bilmir, biri üzünü o yana döndərəndə, digəridə yönünü bu
12
yana çevirdi. Qəzənfər ciyərlərinə gedən tüstüdən boğulub
öskürdü.
– Gözüm... öhə... kəlləmə... öhö.ö.ö... çıxdı. Qəzənfər
papirosu çəlləyə atdı.
– Əmir papirosu təzə öyrənəndə səni də belə öskürdürdü?
Əmir başını yırğaladı: hə.
– Bu, cana qəsd eləməkdir.
– Özgəyə qəsd eləməkdən bu yaxşıdır.
– Necə dedin?
– Eşitmədinsə bir də deyim. – Əmir, – deyə Qəzənfər
dostluğun pozulacağından qorxan adam ehtiyatlılığı ilə səsləndi.
– özüm ölüm ki, bayaq mən sənə başqa mənada gülməmişəm.
Tutalım elə-belə olub, sən mənə az gülmüsən? Uşaq deyilsən ki!
Atmaca ilə danışmağı haçandan öyrənmisən?! Axı, biz bir-
birimizə yadındadırmı, lap çoxdan söz verdik ki, istər kiçik
olsun, istər böyük, heç bir səhvimizin üstündən keçməyək,
deyək, düzəldək, yadındadırmı? Əmir üzünü Qəzənfərə çevirdi.
Onun dodaqları dartınırdı, gözlərində əsəbi bir çılğınlıq vardı.
Qəzəb alovu onu yandırır. O bilmirdi qəlbinin vaxtından qabaq
baş qaldırmış namünasib səsini necə boğsun. O bilmirdi
oyanmış ürəyinin naqafil üsyanını nə ilə yatırtsın. Əmir
söyləsinmi ki, Qəzənfər o qızı almayacaqsansa ona dəyib-
dolaşma, yazıqdır, bəlkə, birisilə xoşbəxt olacaq. Alacaqsansa...
Əmir, Qəzənfərin etibarına inanmırdı. Özü də bu etiqad onda bu
gün yaranmışdı. Sanki Əmirə belə bir əhvali-ruhiyyəni Aliyə
gətirmişdi. Əmir indi məngənə arasında qalmış kimi sıxılırdı.
Qəlbini didən bir duyğunun gücü, hökmü onu çaşdırmışdı. O
kimi müdafiə etməlidir? Köhnə dostunumu, yoxsa, bu gün gəlib
Əmirin qəlbinə anlaşılmaz hisslər axıdan tanımadığı bir qızmı?
Müdafiəçiyə ehtiyac yoxdur. Qəzənfəri nigarançılıqdan
qurtarmaq lazımdır. Ox atılmışdır, özü də hədəfə düz dəymişdir.
Ancaq bu ox elə bir yaydan sıçramışdır ki, onu atanın özü belə,
bunu nə məqsədlə elədiyini tam aydınlığı ilə dərk də bilmirdi.
13
– Əmir, eşitmədin? – Başın haqqı elə-belə dedim, ağlına
ayrı şey gəlməsin.
– Təki elə olsun. – deyə Qəzənfər təsəlli tapmış adam kimi
köksünü ötürdü. – Əmir onu bil ki, biz küsüb barışası olmasaq,
mən bu gəmidə qalmaram. – Küsüşmərik. – Nədənsə, kefin
yoxdur. – Heç özüm də bilmirəm.
– Evdən təzə məktub almamısan? – Almışam. – Sağlıq-
salamatlıqdırmı? – Hı. Onlar indi sükutda qalmağı sevmirdilər.
Bu sükunət onları sıxıntıya məhkum edirdi. İndiki səssizlik
sanki qurğuşun olub onların göz qapaqlarından asılırdı. – Dur
gedək yataq, – deyə Qəzənfər Əmirin qolundan tutdu. – Çaya bir
saat qaldı. Bir saat da qənimətdir. – Yuxum gəlmir. – Uzanaq,
yatmasaq da dincələk. – Sən get uzan, mən bir papiros da çəkib
gəlirəm. – Yaxşı, çək qurtar bir yerdə gedək. – Məni gözləmə. –
Gözləyəndə bəyəm bir şey itirirəm!? – Sənə dedim mənə görə
yuxusuz qalma. Qəzənfər əlini Əmirin çiyninə qoydu: – Qalx
gedək. Əmir çiynini onun əlinin altından acıqla qaçırtdı: – Sən
nə lazımdır! Qəzənfər kənara çəkilib incik bir səslə: – Heç nə, –
dedi, – getmirsən getmə. Qəzənfərin baxışları əvvəlki kimi
təmiz deyildi. O nəzərlər Əmirə qabaqkı səmimiyyətlə
dikilmirdi. O gözlər indi ləkəli, hiyləli idi. Əmiri də hirsləndirən
həmin bu ifadələr oldu.
– Dilin-ağzın varmı?! Sözü dillə söyləyərlər, əllə
danışmazlar. – Belə oldu? – deyə Qəzənfər ona qəzəbli bir nəzər
salıb ayağa qalxdı. – Qarnına azarın dolduğunu bilirəm, amma
dostluqda bu yaxşı iş deyil. Əmir əlini yelləyib ona: «Cəhənnəm
olub get, zəhləmi tökmə» işarəsi elədi. Qəzənfərin zəhərlənə
biləcəyi qorxusu canından çıxmayan Aliyə, onların kal
söhbətləri qurtaran zaman danışıq səsinə kurilkanın qarşısına
gəlmiş, qapının qənşərində dayanmışdı. O elə güman etmişdi ki,
Qəzənfər bayaq onun xətrinə dəymək istəməmiş, sancıya
dözməyi gəmiyə təzə gələn qızın qanını qaraltmaqdan üstün
tutmuşdu. Aliyə Qəzənfərin yaşadığı kayutu tanımırdı.
Matroslar yaşayan kayutların hərəsinin ağzında bir az ayaq
Dostları ilə paylaş: |