14
saxlayıb içəriyə qulaq asmış, qorxudan, təlaşdan şiddətlə
çırpınan ürəyinin döyüntülərindən başqa bir səs eşitməmişdi. O
qapıları bir-bir açıb içəri baxmaq istəmiş, lakin utanmışdı. Aliyə
qapını döyüb matrosların birindən Qəzənfərin yaşadığı kayutu
xəbər ala bilərdi. Ancaq ilk gündən gəmidə Qəzənfər axtaran
qızın haqqında cürbə-cür dedi-qodular uydurulacağından
qorxmuşdu. O qəzetə büküb bir banka qatıq gətirmişdi. Qatığı
atılama qayırıb «zəhərlənən» Qəzənfərə içirəcəkdi. Aliyə
kurilkadan çıxan Qəzənfərlə qarşılaşarkən sevindi. O, Qəzənfəri
ayaq üstə görəcəyini güman etməmişdi. Aliyə elə fikirləşmişdi
ki, Qəzənfər indi öldüm-öldümdədir. Qəzənfəri sancılanan,
öyüyən, qusan vəziyyətdə təsəvvür edən qızın sıxıntıdan
qurtarması onun canına can, qanına qan gətirdi. Aliyənin ürəyi
də, qəlbi də fərəhlə, sevincə darlıq elədi.
– Çox şükür. Qəzənfər onun kimə, nəyə dua elədiyini başa
düşmədi. Elə bildi ki, kurilkadan qəfildən çıxması Aliyəni
səksəndirmişdir. – Qorxdunuz? – Xeyir. – Bəs... Qəzənfər nəsə
demək istədi, lakin bacarmadı. O əlbəttə təəssüflənəcəkdi:
«Sizin gəldiyinizi bilsəydim səslənə-səslənə çıxardım.» –
deyəcəkdi. Qəzənfərin nəzərləri Aliyəni səmavi gözlərindən
onun allanmış yanaqlarında, düymə dodaqlarında, döyüntülü
sinəsində dolanıb ayaqlarına sürüşdü. Aliyənin balaca ağ
ayaqları üstü deşik-deşik sadə yay ayaqqabısının içində
gizlənmişdi. O xələtini soyunub biçimli çəhrayı donunu
geyinmişdi. Bu don onun mütənasib bədəninin qabarıq
cizgilərini elə bir yaraşığa salmışdı ki, elə bil yüzlərlə sənətkarın
birgə səyi sayəsində yaradılmış, «Bütün gözəlliklərin fövqündə
duran qadın gözəlliyi – bakirə qız şəkli» idi. – İndi necəsiniz,
yaxşısınızmı? Aliyənin səsi Qəzənfərin pərəstişkar nəzərlərini
ayaqlarından ayırıb yuxarı qaldırdı. Qapının dalında durub
onların danışıqlarını dinləyən Əmir qəzəblə deyinirdi:
«Salondan iki saat bundan qabaq çıxmışıq hal-əhval tuturlar.
Bircə gün bir-birini görməsələr lap qucaqlaşıb öpüşər,
camaatdan da utanmazlar. Qızların bəzisinin heç bircə belə də
15
ağlı yoxdur. Oğlandan sevirəm, sözünü eşidən kimi bilmirlər o
məhəbbətə özlərini necə qurban versinlər. Kapitan Təyyar
demişkən zəruri ehtiyac ödənilənədək ömrü olan o məhəbbətin
haqqında qətiyyən fikirləşmirlər. Aliyə görəsən, niyə götür-qoy
eləyə bilmir? O gərək öz-özünü düşünüb deyə ki, ey mənim
yatmış ağlım hardasan, səhər məni görən oğlanın günorta eşq
elan etməsi inandırıcıdırmı? Aliyə də Qəzənfər ağılda imiş.
Aliyəyə yazığım gəlir, həyatı puç olacaq, gərək onu başa salam
ki... Nə dərdimə qalıb, özgənin namusunu çəkən olmuşam!?
Yox, evlərini tanısaydım Bakıya gələndə qardaşına deyərdim ki,
bacın yolunu azmağa başlayıb, ona ağıl ver. Qardaşı soruşsa: nə
eləyir? Cavabım nə olar? Aliyədə günah yoxdur, təqsirin çoxu
Qəzənfərdədir. Məni yandırıb-yaxan onun kəmhövsələ
olmasıdır. Səbrini basmır ki, görək qız özünü necə aparır,
ağıldan, kamaldan, evdarlıqdan-zaddan nəyi var, nəyi yox.
Atalar demişkən, əslində olan özünü dırnaqda göstərəcək.» Əmir
mülahizələrini öz-özünə söyləyəndə qapının çölündə üz-üzə
dayanan Qəzənfər gözlənilməz sualdan çaşmış, bunun dostluğa,
yaxud sevildiyinə bir işarəmi olduğunu ayırd edə bilməmişdi,
fikir-zikir etmiş, düşünüb-daşınmış, bunu aydınlaşdırmaqda aciz
qalmışdı. – Yaxşıyam, sağ olun. Siz necəsiniz , babətsinizmi? –
İndi mən də yaxşıyam. Amma bayax... Sizə qatıq gətirmişəm,
özünüzü... mçsəniz pis olmaz. Qəzənfər yenə də üzdən getdi,
dərinə enə bilmədi. Qəzənfərə elə gəldi ki, Aliyə ona pay
gətirmişdir. O heç düşünməmişdi ki, hansı qız özgə bir şeylə də
yox, qatıq payı ilə bir gündə ikicə dəfə gördüyü oğlanın yanına
gələr! Onların arasında dostluq söhbəti olmuşdumu? Onlar bir-
birinin baxışını tutmuşdumu, bir-birinin gözlərində qərq
olmuşdumu? – Payınız çox olsun! – deyə Qəzənfər əlini sinəsinə
qoyub bədənini qabağa əyərək Aliyənin hörmətini minnətdar
qəlbilə qəbul etdi. – İnciməyin, mən qatıq yeyən deyiləm.
Amma onu ki, siz gətirmisiniz, zəhər də olsa içərəm. Əmir, isti
hava dəyəndə ağrıları artan yanıq yaralarından yatan xəstə kimi
darıxdı. Kürəklərini göynədən sızıltı yandırıcı giziltilə bütün
16
bədənini dolandı. Alnına istilik gəldi. Boynunun dalı alışıb
yanası oldu. Sanki orada ocaq qalanmışdı. «Qəzənfərə pay
gətirib.» – deyə kinayə ilə Aliyəni yamsıladı – İndi mən də
yaxşıyam. Amma bayax...» Əmir heyfini ovuşdurduğu
əllərindən aldı:» Bu nə sarsaq qız imiş ə! Tək bircə günün içində
qızla oğlanın belə tez dostlaşması kimin ağlına batar. Atalar
doğru deyib: ağıl camaldan azar.» Əmir öz-özünü deyinə-deyinə
karidora çıxanda Qəzənfər qatıq bankasını Aliyədən almış,
qızarıb pörtmüş üzündəki minnətdarlıq ifadələrini eynilə
saxlayaraq qıza baxırdı.
– Siz də burdaymışsınız? Əmir Aliyəyə baxıb zorla
gülümsədi. – Bəli, papiros çəkirdim. – Papiros çəkirsiniz? – ıh.
Aliyə Qəzənfərin qarşısından çəkilib Əmirin önünə gəldi. –
Çoxdan çəkirsiniz? Əmir ona qarşı yeriyən baharın füsünkar və
əzəmətindən, təravət və gözəlliyindən özünü itirdi. – Xeyli...
Beş ildir.
– Canınıza yazığınız gəlmir? Tərgidə bilmirsiniz? –
Tərgitmək asandır, ancaq...
– Çətindir? Əmir kəkələdi: – Elə bir çətinliyi yoxdur.
Amma... mən... – İradəsizlər həmişə... Əmir, Aliyə ilə onun
arasına soxulmağa çalışan, nəsə deyib qızı buradan
uzaqlaşdırmağ istəyən Qəzənfərə qəzəblə baxsa da nifrətini dəf
edib gülümsədi. – Həkim məsləhət görüb. – Xəstəliyiniz var? –
Xeyir. Qəzənfər gülə-gülə söhbətə qarışdı: – Yalan deyir, var.
Aliyə təəccübləndi: – Nə xəstəliyidir? Qəzənfər hırıldayıb ağzını
Aliyənin qulağına tutdu: – Köklük. Əmir utandığından tərlədi.
Qəzənfər istehzalı izahında davam etdi. Bir ay çəkməyəndə
bilirsiniz kimə oxşayır? O qədər kökəlir ki, qarnı... Arxadan
gələn Təyyar deyinə-deyinə özünü onlara yetirməsəydi Əmir,
Qəzənfərə acıqlanacaqdı. Bu xalasının toyu olmuşlar hələ
yatmayıb? Ə pəhləvanlar niyə yatmamısınız? İndi ki, yuxunuz
gəlmir, sizə iş tapacam. Aliyə bacım şama nə hazırlayacaqsınız?
– Nə desəniz. – Birinci düyü supu. İkincisi nə olsun? Kartof
qızartması ilə aranız necədir? – Lap yaxşı. – Dayan, dayan. –
Dostları ilə paylaş: |