17
Təyyar getməyə üz qoyan Aliyəni saxladı. – Bu kəl oğlanları
aparın kartof soysunlar. – Özüm soyaram. – Çatdıra bilərsən,
ancaq yorulub əldən düşərsən. – Yorulmaram. – Aliyə bacım,
mexaniklərin dil ilə desək yanacağın hamısını bir gün işlədib
qurtarsan, gəmimizdən qaçmalı olarsan. Biz buna yol
verməyəcəyik. – Təyyar başının işarəsilə onları kambuza
göndərdi. – Hə Aliyə bacım, dənizdə hər şeyə qənaət etmək
lazımdır. Qəzənfərlə Əmir Aliyənin dalınca gedə-gedə
düşünürdülər: Kaş Aliyəyə ikisindən birinin köməyi lazım
olmayaydı... Aliyə kambuz zibillənməsin deyə karidora iki
vedrə qartof gətirmiş, qabıqları yığmaq üçün alumin ləyəni
ortaya qoymuş, alçaq kürsülərin ikisini «köməkçilərinə
vermişdi. Özü isə isti su ilə sapılcanı yuyur, «ağlaya-ağlaya acı
soğan doğrayır, yekə qazana su töküb pilitənin üstünə qoyurdu.
Qəzənfərlə Əmir də kartofu soyduqca içində su olan vedrəyə
atır, bir-birilə bəhsə girib tez, təmiz soymağa çalışırdılar.
Onların əlləri iş görür, ürəkləri arzularla dolur, gizli bir nifrətlə
bir-birinin nəzərini gözdən qoymur, hər kəs naməhrəm sandığı
baxışlardan kambuzun içində hərlənən Aliyəni qoruyurdu. –
Gözlərin
əllərinə
baxsın.
–
deyə
Qəzənfər
Əmiri
töhmətləndirirdi. Məni bu gün görməmisən ki, belə çox
baxırsan. Bıçaqlar yaman itidir, əlini kəsərsən. Əmir dodaqlarını
dişlədi, ağzını doldurub nəsə demək istədi. Lakin səsini
çıxarmadı, dilinin ucuna gələn sözü uddu. Qəzənfər onu yenə də
təqsirləndirdi:
– Oğurluq eləmə. Bilirsənmi hansı oğurluğu deyirəm? Əmir
onun üzünə baxmadı. Heyfini əlindəki xarab kartofdan aldı.
Kartof ortadan çürüməyə başlamışdı. O bıçağın burnu ilə
kartafun ortasını ovdu, xarab olmuş yerini qoparıb atdı, əmələ
yaramayan sağ bir yeri qalmadığından onu ləyənə tullayaraq
ikincisini götürdü. Tərs kimi bunun da böyrü zədələnmiş,
üfunətli çürüntü kartofun ortasına işləmişdi. Əmir bunu da atdı.
– Bilmirsən? – Qəzənfər onun gərilmiş əsəblərinə bir də
toxundu.
18
– Sənin indiki əliəyriliyinə göz oğurluğu deyiblər. Əmir
dişlərini qıcırtdayıb gözlərini bərəltdi. Bıçağın tiyəsini
Qəzənfərin qarnına tuşladı. – De görüm neynərlər! Aliyə onları
görürdü. O elə bildi zarafatlaşırlar. Lakin Əmirin sərt
baxışlarını, ciddi vəziyyətini görüb hiss etdi ki, nədənsə onların
sözü düz gəlmir. Aliyə karidora atıldı: – Şəkil çəkdirmək
istəyirsinizmi? Mənim fotoaparatım var. Siz şeyləri göyərtəyə
daşıyıb yanaşı oturun, mən də aparatı gətirib şəklinizi o
vəziyyətdə çəkim, bura qaranlıqdır. Aliyə aparatı gətirməyə
getdi. Onlar şeyləri göyərtəyə daşıdılar. Vedrələri, ləyəni
qarşılarına yığdılar, oturub kürəklərini məhəccərə sövkədilər.
Onların üstünə kayutların kölgəsi düşmüşdü. Arxada görünən
köpüklü mavi sularda isə günorta yerindən boylanan günəşin
qızılı şüaları şimşək oynadıb göz qamaşdırırdı. Əmirin də,
Qəzənfərin gözləri Aliyənin getdiyi qapıya dikilmişdi. Onlar
sanki qaranlıq damxada oturub ev yiyəsinin şam gətirib
gəlməsini gözləyirdilər. – Hazırsınızmı? Qəzənfər: – Hazırıq. –
dedi – Mən şəkildə ciddi görünməyi xoşlayıram. – O boynunu
içinə qısılıb boğazını buxaqlandırdı, başını bir balaca dala atıb
sinəsini irəli qabartdı. – Elə oturmazlar, – deyə Aliyə aparatı
sinəsindən asıb Qəzənfəri yamsıladı. – Bu cür olmaz, özünü boş
tut, Əmir kimi otur, baxışlarını da yumşalt. Elə bil kiməsə acığın
tutub. Qəzənfər başını sol çiyni üzərinə əyib guya həqarətlə
Əmiri təqlid etdi.
– Belə necə, xoşunuza gəlirmi? – Yox, belə də olmaz.
Başını qaldır, boynunun üstündə düz saxla. Qəzənfər bu dəfə
belini büküb çə nəsini dirədi. Bu vəziyyətdə onun gözlərinin ağı
çoxaldı, qarası azaldı. – Məncə daha sözünüz olmayacaq. Aliyə
təngə gəlmiş kimi mızıldandı:
– Hər fotoqrafın bir gündə sizin kimi üç müştərisi olsa ona
ayrı cəza lazım deyil.
– Hansı vəziyyəti alım ki, sizin xoşunuza gəlim! – Mənə
görə əhəmiyyəti yoxdur. Amma fərz edin ki, burda sizdən heç
kim yoxdur. Tək olanda necə oturur, necə boylanırsınızsa, indi
19
də elə edin. Əmir onların danışıqlarına fikir vermirmiş kimi
qartof soyurdu. Lakin Qəzənfərə hərdən baxan çəp nəzərləri min
hiddət oxu atırdı. Aliyə onlardan tək bircə dəqiqə göz götürsəydi
o, Qəzənfərin zəhlətökənliyinə bir hədə, bir gözağartması ilə son
qoyardı. – Bu təhər necə, yaxşıdırmı? Gərək ki, daha sözünüz
olmasın. Usanmış Aliyə narazılıqla başını tərpətdi. – Keçib,
yaxşıdır. Aliyə aparatı düzəldib düyməni basmağa hazırlaşanda
Qəzənfər irişdi, qollarını yanlara açdı. Sanki kimi isə ağuşuna
çağırırdı. Əmir isə gözlərini yerə dikmişdi. Elə bil müqəssir, onu
dövrəyə alan camaatın qarşısında xəcalət çəkir, heç kimin ağ
üzünə, açıq alnına kölgəli gözlərilə baxa bilmirdi. – Aliyə, icazə
versəydiniz Təyyardan xahiş edərdim, gəlib biz üçümüzün bir
yerdə şəklini çəkərdi. – deyə Qəzənfər zarıltılı bir səslə dilləndi.
– həm yadigar... Aliyə aparatı qabına qoyaraq: – Mən
tanımadığım oğlanla şəkil çəkdirmərəm, – dedi. – Bəzən
oğlanlar, yanından yel olub ötə bilmədiyi qızın şəklini ələ
keçirərək onun barəsində öz tay-tuşlarına ağızlarına gələni
danışırlar. Aliyənin cavabı Əmiri sevindirdi. O pərt olmuş
Qəzənfərə xəfif-xəfif güldü. Aliyə çay dəmləməyə, süfrəni
hazırlamağa gedəndə Qəzənfər Əmirə dedi: – Az gül, ağzın yekə
olar. Əmir yumruğunu onun burnunun altına tutdu: – Nə iylənir.
Qəzənfər onun yumruğunu əlilə kənar elədi. – Dalaşmaq
istəyirsən? – Səsini kəs! – deyə Əmir yumruğu ilə Qəzənfəri
hədələdi. – Qız yanında hünərsiz it kimi qızışmazlar. Onlar bir,
iki dəqiqə bir-birinə toplu-tüfəngli nəzərlə süzdülər. * * * Xəzri
güclənmişdi. Gəmi, dənizin ən dərin yeri olan Dərbənd
rayonunda idi. Buludlar burulub sıxılır, qıvrılıb açılırdı. Onlar
sanki meydan darlığından təngə gəlib üsyana qalxmışdılar.
Üfüqün son qızartıları sönür, dəniz müğəniləri olan dalğalar
oyanır, bir-birilə qovuşub gurultu qoparırdılar; gəmi mahnılarla
qalxır, gəmi mahnılarla enirdi. Aliyəni dəniz xəstəliyi yatağa
yıxmışdı. Qəzənfəri sükanda başqası əvəz etmiş, şam yeməyini
o paylamışdı. Qəzənfər salonda, kambuzda yır-yığış eləyəndən
sonra sapılcada Aliyə üçün qızartdığı kartofu nimçəyə yığdı.
Dostları ilə paylaş: |