26
dözümsüzü mən sayılırdım. Gəmi bir balaca yırğalanan kimi
başım üstümdə durmur, tezcə dəniz xəstəliyinə tutulurdum.
Amma indi bilirsən məni fırtına harada tutur? Aliyənin «harada»
– deyə soruşan nəzərləri Təyyara çevrildi. – Bilmirsən? – Xeyir.
Təyyar əllərini şappıldadıb ciddi bir səslə soruşdu: – Doğrüdan
bilmirsən?
– Doğrudan bilmirəm.
– Aliyə bacım, mən elə guman edirdim ki, dənizçinin hansı
fırtınada ağlını itirdiyinə heç olmasa kitablarda rast gəlmiş
olarsınız. İndi ki, bilmirsən, deyim də, keçib. Sahildə,
restoranda. Təyyarın sözünə Əmir qəhqəhə çəkdi. Aliyə çevrilib
geri baxdı. O doğrudan da Təyyarın söhbətinə aludə olduğundan
Əmirin onlarla dabanbasdı gəldiyini büsbütün unutmuşdu.
Əmirin cingiltili gülüşü ona xoş gəldi. O, Əmirə ikinci dəfə
nəzər yetirdi. Əmir, Aliyənin dostanə baxışlarından cürətlənib,
gülüş doğurub, qızı da güldürmək üçün Təyyara bir sual verdi: –
Hansı dərəcə altında? Yan basa-basa yeriyən Təyyar geri
qanrılmadan: – Qırx üç dərəcəli bir ağbaşın təsiri altında. – dedi
– Ağbaş deyirəm ha, qarmızıbaşların dalğası məni yatağa yıxa
bilmir. Qəzənfər söhbətə qarışa bilmədiyi üçün yanıb-yaxıldı.
Münasib bir sual axtardı. Lakin fikirləşdi ki, Təyyar pis cavab
verib Aliyənin yanında onu utandıra bilər. Buna görə də o
axtarışını acı bir təəssüf hissilə dayandıraraq yarışda onu ötən
«rəqibinə» heç kimin görə bilmədiyi bir nifrətlə baxdı. Təyyar
burda olmasaydı Qəzənfər bir ağrı, bir təsir vasitəsi tapıb Əmiri
dilxor edərdi. Lakin o indi bir tərəfdən də çox yaxşı anlayırdı ki,
Əmirlə əvvəlki kimi rəftar eləmək olmaz, o Aliyəni yanında
təhqirə, həqarətə dözməz, səbirsiz cavanların çoxu kimi o da
irəlini, gerini fikirləşməyib pis dillənər. Bu düşüncələr
Qəzənfərə əzab versə də o, ürəyində, qəlbində uçuşan qızıl
qanadlı qığılcımları söndürə bilməyib Aliyəyə, Əmirlə mübarizə
etmədən sahib olmağa ümid bağlayırdı. Axı, o sirsifətcə
Əmirdən qəşəngdir. Onlar dəmir yol şəbəkəsindən keçib
meydançaya çıxdılar. – Avtobus basa-bas olur. Həm də mən,
27
üst-başına ətir çiləmiş ənlikli-kirşanlı arvadların maşina
doldurduqları qoxudan boğuluram. – deyə Təyyar üzünü
Aliyəyə tutdu.
– Taksiyə oturaqmı? Aliyə onların hamısında göz
dolandırıb zarafatla: – Deyəsən, hamınızın cibi boşdur. – dedi –
Məndən soruşursunuz, ya mənim cibimdən? Cibimdən
soruşursunuzsa mən hazıram. Təyyar əlini onun kürəyinə vurdu:
– Aliyə bacım, lap yerində dedin. Əmir, dənizçi kamandası beşə
qarşı iki hesabı ilə uduzdu. Taksiyə yönəldilər. Təyyar Aliyəyə
qabağı – şoferin yanını göstərdi. Aliyə isə dalda oturdu. Təyyar
israr etdi: – Aliyə bacım, düş, bura keç. – Mən ki, nabələdəm.
Bələdçi qabaqda oturmalı deyilmi?! – Doğru sözdür, – deyə
Təyyar qabaqda əyləşdi. – Aliyə bacım bizi yaman tez-tez
borclu çıxarır. Əmir, Aliyənin sağında oturdu. Qəzənfər sol
tərəfdəki qapını açıb oturmaq istəyəndə şofer dedi ki, maşina o
yandan oturmaq küçə hərəkəti qaydalarına ziddir. Qəzənfərin
niyyəti baş tutmadı. «Pobeda» dağ yolunu dırmanır, yaşıllıqlar
içində şütüyürdü. Aliyənin nəzərləri yeni gördüyü dağ-
dərələrdə, zümrüd meşələrdə, meşələrin içində salınmış ağ evli
təzə qəsəbələrdə olsa da fikir diqqəti Əmirdə idi. Əmir tez-tez
Aliyəyə baxır, lakin gözlərini onun üzündə çox saxlamayıb
başqa səmtə çevirirdi. Əmirin baxışları Aliyənin qılçalarına
zillənəndə o diksindi. Aliyəyə elə gəldi ki, dizlərinin üstü
açılmışdır. Baxarkən qılçasının Əmirin qılçasına yapışdığı və bu
utancaq oğlanın öz ayağını götürüb o tərəfə qoymasını görəndə
ürəyində ona qarşı dərin bir ehtiram duydu. Maşın onları
yırğalayıb çiyin-çiyin vuranda Əmirin necə qızardığını, onun
özünü Qəzənfərə sıxdığını müşahidə etdi: «Namuslu oğlana
oxşayır. Yaman da utancaqdır. Ayrısı olsa yırğalanmanı bəhanə
eləyib üstümə yıxılar, ətinin ətimə, bədəninin bədənimə
toxunmasından ləzzət alardı. Bu da bəziləri üçün bir təsəllidir.»
«Pobeda» şəhərə girmişdi. Şofer onların hara gedəcəklərini
soruşmadan sürürdü. Təyyar güldü. – Ay şofer saxla. Şofer
28
qardaş, dillənməsəm bizi hara aparacaydın? Şofer gülümsədi,
lakin cavab vermədi. Aliyə maşından düşərək:
– Görünür planı yarımçıqdır. – dedi – müştərisi az olan
taksi həmişə belə eyləyir. – Yaman dedin ha! – deyə şoferə pul
verən Təyyar gülməkdən az qala yıxılacaqdı. Şofer də gülüb
maşını tərpətdi. – Aliyə bacım, kinoya gedək, yoxsa gəzək? Bu
kinonu yaman tərifləyirlər. Bizim bu kəl oğlanlar keçən səfər
baxıblar. Qoy özləri desinlər gərək baxmağa deyərmi? –
Qiyamət kinodur. – deyə Qəzənfər ağzını açmağa hazırlaşan
Əmirə aman verməyib tez tərifə keçdi. – Mənim hər kinodan
xoşum gəlməz, amma «Hələ sən mənimləsən» kimi kino
görməmişəm. Az qaldım ağlayam. Nə cür daşürəkli adam olsa
gözləri dolar. – Adamı orada ağladan nədir? – deyə Aliyə
dayanıb Qəzənfərin üzünə fəhmlə baxdı. – Ona görə ki... Adama
bərk təsir eləyən?
– Hə. Qəzənfər qısa müddətli sükutdan sonra əlavə etdi: –
Bir nəfər, kişinin halalca arvadını əlindən almağa çalışır. –
Zorla? – Bir yanı zorla, bir yanı da xoş. Aliyə elə güldü ki,
Qəzənfər, qıtlıq zamanı çörək təknəsinə yüyürərək analıq
tərəfindən kötəklənən yetim uşaq kimi geriləyib dala qaldı. – Pis
kino deyil – deyə Əmir izah elədi – Orda həyat var, orda
psixologiya var, orada insan taleyi var, orada ailə ər-arvad
məhəbbəti var. Kinonun sonunu həyəcan, intizar içində
gözləyirsən. Bədbəxt kasıb ərin gözəl namuslu arvadının maddi
çətinliklərə dözməyib pul qazanmaq, ərinə kömək etmək
istəməsi, həmin qadının ifaçılıq məharəti və bu istedada vurulan
kinorejissorun məhəbbəti göstərilir. Məncə baxsanız sizin də
xoşunuza gələcəkdir. Əmirin kinoya verdiyi qısaca xülasə
Aliyəni heyran qoydu. Təyyar bunu düşüb: – Aliyə bacım, –
dedi – təəccüblənmə. Dənizçilər indi sənin çoxdan eşitdiklərin
kütbeyinlər, qabalar deyillər. Səni inandırıram ki, bizdən çox
qəzet, kitab, jurnal oxuyan olmaz. Haradan desən dənizçi oradan
sənə xəbər verər. Atalar sözü var: «Çox oxuyan alim olar.» Biz
oxuyub alim olmasaq da hər kitabdan, hər qəzet-jurnaldan bir
Dostları ilə paylaş: |