23
ehtirası ilə Aliyəni bərk-bərk qucaqladım, üzümü-üzünə
sürtdüm, öpmədimsə də dodaqlarım dodaqlarına toxundu.
Bunları da ləngər elədi?! Qollarımı onun belinə dolayan da
ləngər oldu?! Axmaq iş gördüm, sarsaqlıq elədim Aliyənin
əvəzinə başqa qız olsa ağlayar, söyər, qışqırar başıma bir oyun
gətirərdi ki, canımı qoymağa yer tapmazdım. Amma o yalnız
iki, üç dəfə qışqırmaqla kifayətləndi. Buna baxmayaraq onun
varlığı coşğun bir böhran, daşqın bir üsyan ərəfəsində idi. Yaxşı
ki, ləngər onu da mənə çırpdı. Belə olmasa o, bəlkə də heç
yumşalmazdı. «Açıq sinə, titrəyən döşlər, yastığın üstünə
səpələnmiş ətirli qızılı saçlar, mələfənin altında hiss olunan
qüvvətli baldırlar, yırğalanan ət-əndam kimin səbrini əlindən
almaz?! Kimi cinayətə, vəhşiliyə sövq etməz?! Kişi üçün
dünyada ən qüvvətli maqnit qadın gözəlliyidir! Ondan kənarda
qalmaq, onun sehirləyici qüdrətindən uzaqlaşmaq hər kişinin
hünəri deyil! Mən nə edəydim?! Aliyənin hələ paltarda ikən
valehedici cizgilərinin çoxunu bütün çılpaqlığı ilə görəndə
özümü necə saxlayaydım?! Yox, adam özünü saxlaya bilər.
Amma mən o məqamda nədənsə şüursuz, iradəsiz oluram.
Gərək sabah özümü elə aparam ki, guya pis iş görməmişəm, o
məsələdə mənim heç bir təqsirim yoxdur. Aliyə ilə bu mövzuda
söhbət eləmək də lazım deyil. Çox and içmək də yaramaz.
Adam çox and-aman eləyəndə inam yarada bilməsi bir yana
dursun, özünə qarşı olan şübhəni daha da artırır. Hər şeyin təhəri
var, həddini aşan andlar adi sözlərdən təsirsiz olur.» Əmir isə
gözlərini yummuşdu. Onun xəyalında əlvan dairələr uçuşurdu.
Dairələr gah böyüyür, gah kiçilir, gah da sapa düzülüb çevrə
halında dövr edir, bəzəkli bir haşiyə yaradırdı. Bu haşiyənin
içərisində Aliyənin xəyalın canlanır, o get-gedə Əmirə
yaxınlaşıb parlaq, gülümsər gözlərilə ona baxırdı. Aliyənin
gözləri bəzən böyüyür, bəzən kiçilir, xəyal xəyaldan uzaqlaşıb
əriyir, görünməz olub yenidən canlanırdı. Budur Aliyə ilə yanaşı
oturmuşdur. Aliyə ona baxıb gülümsəyir. Əmir qızarıb tərləyir,
24
kürüklərindən qalxan hərarəti ürəyindən keçib canına yayılan
toxdadıcı bir sərinlik söndürür.
– Əmir, səndəmi məni sevirsən? Bu necə sualdır? Bu
istehzadırmı? Aliyənin gözlərindəki o gülüşün mənası nədir?
Aliyə nə üçün həyəcansızdır? Bu sualı həyəcanlanmadan
söyləmək olarmı?
– Əmir, bu barədə heç fikirləşmisənmi? Əmir titrəyir. Aliyə
əlini Əmirin çiyninə qoyub özünü onun üstünə yıxır. Aliyənin
şişkin sinəsi Əmirin çiynində yoğrulur. Oradakı çırpıntılar Əmiri
sıxır, elə bil o, ağır yük altında qalmışdır. – Əmir, mən səni...
Sən də məni... eləmi? Aliyənin gül qoxulu, cənnət havalı nəfəsi
Əmirin üzünü oxşayır. Əmir onun nəfəsini udmaq istəyir, amma
nədənsə boğulur. Aliyə birdən başını Əmirin sinəsinə qoyur,
süzülüb gedən baxışlarını onun gözlərinə dikib pıçıldayır:
– Mən səninəmmi? Səninəmmi? İstəyirsənmi mən sənin
olam? Hə-ə-ə? Əmirin sevincindən başı gicəllənir. Aliyənin
ətirli qızıl saçları onun boyun-boğazını qıdıqlayır. Aliyə gül
yanağını Əmirin qaysaqlanmış dodaqlarına yaxınlaşdırır.
Xəyalın rahiyəsi Əmiri bihuş edəndə onları işə çağırdılar. İki
fikir yorğunu növbəti təhvil götürməyə getdi. Onlar iş başında
olanda hava ağarmış, günəş, xəzərin aynasında süzən öz əksinə
boylanmağa başlamışdı. Günəşin çəpəki şüaları sulara
səpələnmişdi. Axşamkı fırtınadan sonra yorulub yatmış dənizin
hamar sinəsi gözqamaşdırıcı parıltılar saçırdı. Parıltılar oynaşır,
parıltılar qaynaşır, parıltılar axışırdı. Elə bil dənizin üzündə irili-
xırdalı qızıl pullar üzüşür, artıb çoxalırdı. Gəminin yaratdığı,
getdikcə uzanıb dənizin üzünə yayılan, kotan şırımlarına oxşar
arxa-arxaya söykənən ləpələr bu sakit, bu şairanə ahəngi pozur,
suların bəzəyini silir, balıqlar səltənətinin əlvan süfrəsini
süpürüb aparırdı. Gəmi körpüyə yan alan kimi geyinib-keçinib
şəhərə getməyə bayaqdan hazırlaşanların dəstəsi yola düzəldi.
Körpünün taxtaları onların tələsən təmkinli addımları altında
yatıb qalxdı, cırıldayıb şikayətləndi. Asfalt cığıra döyülən
dabanların guppultusu nəhəng neft çənlərində əks-səda tapdı.
25
Təyyarla Aliyə də bu dəstənin arasında idi. Təyyarın sağ yanı ilə
Aliyə, sol yanı ilə isə Qəzənfər irəliləyirdi. Əmir hamıdan dalda
gedirdi. Təyyar, Aliyənin birinci dəfə gördüyü bu şəhərlə bağlı
olan öz müharibə təəssüratlarını söyləyirdi. Yanacaq götürərkən
düşmən təyyarələrinin necə şığıdığını, onların gəmisini necə
bombaladığını, necə xilas olduqlarını danışırdı. Gəmi yanıb
dağılarkən yaralıları da qayıqlara doldurub fırtınalı havada
sahilə can atdıqlarını söyləyəndə Aliyə soruşdu: – Dünənkindən
də pis fırtına idi? – Dünənki fırtına deyildi ki! Beş bal xəzri
əsirdi. Amma onda tufan qopmuşdu. Hə, sahil uzaq idi.
Uşaqların çoxu yaralanıb şil-axsaq olmuşdu. Cəmisi beş altı
adam avar çəkirdi. Ölüm-zülüm sahilə yaxınlaşanda təyyarələr
üstümüzə yenidən od ələdi. Bombalar o yan-bu yanımızda suya
düşüb partladı. Təyyarələr qayıqların üstünə bir də cumanda o
dağı görürsənmi? – Bu tərəfdəki alçaq dağı, yoxsa... – Yox, lap
o hündür dağın dalından bizimkilər çıxdı. Göy üzündə
təyyarələrin vuruşması çox maraqlı olur, bu şərtlə ki, elə biləsən
zarafatlaşır, yaxud məşq eləyirlər. Onlarınkı beş idi, bizimki on
beş. Onlar gördülər ki, iş ayrı cürdür, bizdən əl çəkib tez göyə
milləndilər, bizimkilər də onların dalınca. Göydə bir parta-part,
bir gurha-gur vardı, daha nə deyim! Orada atılan güllələr burada
yağış kimi bizim yanımıza səpələnirdi. – Axırı nə oldu – deyə
Aliyə söhbətin ürəyə sıxıntı gətirən ağırlığından darıxdı –
hansılar qalib gəldi? – Əlbəttə bizimkilər! Onlar susdular.
Stansiyaya uzanan asfalt səkidə onların izi qalırdı. Fısıldayan
qatarlar fit verib təkərlərini fırıldadaraq ağır yüklü vaqonları öz
arxasınca dartırdı. Şəhərlə dəmir yol stansiyasını bir-birindən
ayıran yaşıl donlu dağın sinəsilə avtolar şütüyürdü. Təyyarla
Aliyənin arxasınca gələn Qəzənfərlə Əmir nəzərlərilə bir-birini
təhdid edirdilər. Onlar baxışları ilə Aliyəni bir-birindən qoruyur,
«Ona baxma!» – deyirdilər. Bəzən çiyin-çiyinə dəyir, bəzən də
saymazyanalıqla biri digərinin qarşısına keçərək qısqandığı
gözlərin yolunu bədənilə kəsirdi. – O zaman mən gəmidə ocaqçı
idim. Ekipajımızın ən cavanı, ən cansızı, ən qorxağı, ən
Dostları ilə paylaş: |