8
danışıb, ona tez-tez baxıb gülümsünməsindən belə başa
düşürəm. Qəzənfərə nə var! Mən deyiləm ki, dörd saat ərzində
mexanikdən iki dəfə icazə alıb papiros çəkməyə gələ, onda da
beş dəqiqədən artıq ləngiyə bilməyə. Belə gözəl qızın canına
şəhərdə yel dəyməyə qoymazdılar, çoxdan qapazlardılar. Yəqin
pozğunun, ağıldan yüngülün biridir. O, burda birini tələyə
salmağa gəlib. Nə bilim, bəlkə də, düz fikirləşmirəm.
Şəhərdəkilərlə kef çəkib yorulandan sonra gəmidə işləməyə
gələn, özünü bir məlakə kimi tanıdıb dənizçiyə ərə gedən qızlar
görmüşəm. Aliyə pis qıza oxşamır. Gözləri neçəyə desən dəyər.
Yanaqları ilə dodaqları qızıl gülü utandırır. Buxağı, sinəsi
aşıqlar demişkən, xəstəni sağaldır. Baldırdan-başdan, beldən-
buxundan da təndürüstdür. Gözəliyi kimi xasiyyəti də eyibsiz
olsa bəxtiyardır. Ona heyfim gəlir. Qorxuram Qəzənfər kefini
çəkib, səfasını sürəndən sonra deyə: xoş gəldin. Aliyə mənim
olsa – əxlaqı təmizdirsə – onu elə saxlaram, daha nə deyim.
Oğlanlar sevdikləri qıza sahib olana kimi çox şey vəd edirlər.
Elə ki, canlarının alovunu söndürdülər, olurlar süst-müst. Söz
dillərindən kəlbətinlə qoparılır, təbəssüm üzlərinə zorla
yapışdırılır. Mən elələrindən olmaram. Xəstələnəndə qayğısına
qalar, ev işlərində ona kömək edərəm. Mənimlə yaşamağa
başlayıb, həyat qurandan sonra çirkinləşsə də, şikəst olsa da onu
yenə əvvəlki həvəslə, ehtirasla sevərəm. Qəzənfərdən bunları
gözləmək olarmı? O, arvadxasiyyət adamdır, tez sevib, tez də
unuda bilir.» Onlar köks ötürüb ikisi də üzünü divara çevirdi.
– Əmir niyə yatmırsan? Əmir əsnədi, oturub gərnəşdi.
– Yuxum gəlmir. Mən gedim bir papiros çəkim. Qəzənfərə
elə gəldi ki, Əmir kurilka bəhanəsilə Aliyənin yanına gedir.
– Dur qapını daldan bağla, burda çək. Əmir şalvarını
geyinə-geyinə:
– Nə danışırsan! – dedi.
– Birinci dərəcəli yük daşıyan gəminin kayutunda papiros
çəkmək olar!? Kayut benzin qazı ilə doludur, hiss eləmirsənmi?!
Qəzənfər dikəlib çarəsizliklə bildirdi:
9
– Yaxşı onda qapını açıq qoy, ürəyim yaman darıxır. Əmir
kurilkaya gedəndən xeyli sonra Qəzənfər Aliyənin səsini eşitdi.
Ona elə gəldi ki, Aliyə Əmirlə danışır. Ona görə də şalvarını tez-
tələsik qılçalarına taxdı, əldəqayırma taxta ayaqqabılarını
ayaqlarına aldı, kəmərini bağlaya-bağlaya karidora, trapa sarı
yüyürdü. Koridorun döşəməsi də, trapın pillələri də dəmirdən
olduğundan taxta ayaqqabılar gəmidə tap-tup saldı ki, elə bil
Qəzənfəri qovan vardı. Qabları yuya-yuya astadan zümzümə
edən Aliyə adam qorxudan bu tap-tupa başını qapıdan çölə
çıxartdı. Rəngi ağarmış, təngənəfəs olmuş Qəzənfəri görcək
sarsıldı. Aliyə elə güman etdi ki, bozartmanın ətini həl
bişirmədiyinə görəmi, ya da «borş» – danmı Qəzənfər
zəhərlənməyə başlayıb. – Qusmamısan? Ürəyin bulanmır?
Sancılanmamısan? Qəzənfər eşitmirmiş kimi Aliyənin çiyinləri
üzərindən kambuza boylandı. Aliyə təlaş içində xəbər aldı: –
Qəzənfər, eşitmirsən? Qəzənfər gülümsəyərək ağar-ağır dala
çevrildi və trapla aşağa endi. Aliyənin solğun yanaqları allandı,
şiddətlə döyünən ürəyi sakitləşdi, bədənini xoş bir istilik bürüdü.
O göyərtəyə çıxıb özünü sərin yay mehinə verdi. «Yaxşı
qurtardım. Bəs, o, məni niyə qanürək elədi?» Bu pıçıltıdan, bu
cavabsız sualdan sonra Aliyənin qaşları çatıldı, səmavi gözləri
yerlə göyün – iki mavi ənginliyin uzaqlarda öpüşən intəhasız
dərinliklərinə dikildi. Əmir kurilkada oturub papiros çəkir,
xəyalında möhkəmlənməyən öz şəxsi fikirləri içində eşələnirdi.
Düşüncələrim o qədər çox idi ki, onların əhəmiyyətlisini seçə
bilmirdim. Öz parlaqlığı ilə diqqətini cəlb edən xəyal bir
baxışda, bir müşahidədə solğunlaşır, yeni təsəvvürlər yaranır,
onlar da öz qiymətini tezcə itirib yenisilə əvəz olunurdu. Gah
bu, gah da digər təəssürat Əmiri əlvan görünüşlərilə aldadır, onu
öz qoynuna mehribanlıqla, nəvazişlə alır, sonra isə bu
əmniyyətlərin hamısı bircə qasırğa ilə qovulurdu. O həvəsdən,
nəşədən xumarlananda heç bir şübhə, inamsızlıq zərbəsinə ümid
müqavimətilə cavab verə bilməyəcək varlığı heydən düşür,
bayğınlaşırdı. Əmirin alışdırdığı papirosun tüstüsü də keçirdiyi
10
xülya böhranlarına uyğun olaraq bəzən titrəyir, bəzən də sakit
axınla illyüminatorlara sarı sürünürdü. «Mən bayaq elə
fikirləşirdim ki, Aliyə aldadılmış qızdır. – deyə o düşünürdü. –
Nə bilim, bəlkə də elədir. Amma o, birinin hərarətilə
soldurulmuş gülə oxşamır. Aliyə bahar qönçəsidir. Mənim gözəl
qızlara nədənsə yazığım gəlir. Elə bil onlara üz verəcək
bədbəxtliklərin acı iztirablarını qabaqcadan duyub, narahat
oluram. Oğlanların taleyi isə məni o qədər də düşündürmür. Bu
duyğu məndə bəlkə də, üç bacım olduğuna görə yaranmışdır.
Mən öz doğma bacılarımın aldadılıb alçaldılmasına dözə
bilmədiyim kimi, başqa qızların da həyatının pozulmasına razı
olmaram. Bir dəqiqəliyə fərz edim ki, öz bacımın başına kələk
açıblar. Hirslənərəmmi? Buna söz yox! O naqis oğlan əlimə o
məqamda düşsə ona neynərəm? Əlimdən gələn hər şeyi! Biz öz
bacımızın belə bir sadiq müdafiəçisi, təəssübkeşi olduğumuz
halda nə üçün alçaq meyllərimiz öhdəsindən gələ bilməyək!?
Doğru sözdür: ağıllı qızı yoldan çıxara bilməzlər. Bəs, nə üçün
qızlardan həmişə iradəli, şüurlu olmağı tələb edib onları min
fitnə-fellə aldadaraq məqsədə çatmaq xatirinə canını fəda
etməyə hazır olduğunu müxtəlif əda və aktyor hərəkətilə
bildirib, qızları inandıran oğlanları günahkar sanmayaq?! Qızları
bədbəxt eləyən oğlanlara qarşı nifrətim o qədər güclüdür ki,
dağların buz suları sinəmin üstündən illərlə axsa belə, yenə
qəzəbimin odunu söndürə bilməz. – Əmir təkəbbürlə gülümsədi.
Sönmüş papirosunu yandırdı. Tüstünü iştahla ciyərlərinə çəkib,
qürurla havaya üfürdü. Qılçasını qılçasının üstündən aşırıb
ayağını yırğaladı. Səsini yoxlayırmış kimi öskürdü. Gicişmədiyi
halda boynunun dalını qaşıdı. Əlinin arxasını sifətilə yuxarı
sürüyüb üzünün tüklənib-tüklənmədiyini yoxladı. Əmirin
gözləri də parıldayırdı. Onun nəzərlərində, sifətində,
dodaqlarında bayaqkı ifadələr yox idi. İndi o simada öz
tərəqqisinə, öz səadətinə vurğun adamın məftuniyyətinə oxşar
məstanə sevinclər axışırdı. Lakin yavaş-yavaş bərpa olunmuş bu
əlamətlər, bu ruhi vəziyyət tədriclə öz yerini təəssüf ifadələrinə
Dostları ilə paylaş: |