98
yırğalana-yırğalana aşağa enən xərəyi tutub saxlamağa
çalışırdılar.
... Xərək də göyərtəyə çatdı, xəstələr də vertolyota
qaldırıldı, iki gəminin ikisi də şimala üz tutdu – biri havada,
digəri dənizdə. Qəzənfərin təbirincə onun gəlhagəli idi, bəxti
tərəqqi edir, iqbalı onu bir gündə iki təsadüflə oğlanı qıza
sevdirə bilən yüksəkliklər, üslünlüklər rəmzinə çevirirdi. Həmin
gün «ovçuların» xilasından sonra Qəzənfəri lovğalandıran, ona
öyünmək ixtiyarı verən ikinci bir hadisə baş verdi. Günorta vaxtı
idi. Gəmi az dayanacaqdı. Təmizləyici nasos anbarların qalan
azacıq yükü də sorub qovurdu. Anbarçı baş göyərtənin üzərində
o yan-bu yana yüyürür, açarla arakəsmələri açıb uzaq
anbarlardakı yükün qalığını yaxındakına – nasosun ağzına
yığararaq istismar vaxtına qənaət etməyə, səfərə tez hazır
olmağa çalışırdı. Qəzənfər növbədə idi. O qoluna növbətçi
olduğunu göstərən qırmızı bağlamış, gəmidən körpüyə uzadılan
trapın yanına nicat dairəsi, əleyhiqaz, ağırlıq kəndiri qoymuşdu.
Özü də gah keçid körpüsünün, gah da orta tikintinin baş
göyərtəyə düşən kölgələri altında dayanırdı. Ekipaj üzvlərinin
çoxu şəhərə getmişdi. Gəmidə qalanlar isə kayutlara çəkilib
yatır, yay günəşinin odlu nəfəsindən özlərini qoruyurdular.
Göyərtədə Qəzənfərlə anbarçıdan başqa heç kim görünmürdü.
Hərdən yükün boşaldılmasına nəzarət edən növbətçi şturman da
«Burda mən də varam.» deyən hay-küylə özünü göstərib
kayutuna çəkilərək rahatlığının qayğısına qalırdı. Dəniz lal idi.
Ətrafda dərin bir sükut hökm sürürdü. Arabir körpüdəki
matroslar budqasının telefonu zırınqıldayırdı. Başını çətir altında
gizlədən ağ donlu, ağ ayaqqabılı, sarı saçlarını gödək kəsdirib
burdurmuş qırmızıdodaq qızın körpüdən gəmiyə boylandığını
sezən Qəzənfər kölgədən günə çıxaraq trapa sarı yeridi.
– Kim lazımdır? Qız seyrək xırda dişlərini göstərib
utanırmış kimi gözlərini yerə dikdi. – Əlisoltan. – O şəhərə
çoxdan gedib. Qız nəzərlərini yerdən ayırıb düzəltmə qaşlarını
qaldırdı: – Doğru deyirsən? Bəlkə o özü tapşırıb ki, məni
99
soruşan olsa belə deyin. – Nə etmək olar, gözəl qız – deyə
Qəzənfər qızı ələ salmağa başladı. – Gərək özünü ona boş
tanıtmayaydın. Elə eləyəydin ki, həmişə o səni axtarmalı olaydı.
Əlisoltan indi kağızdan keçmiş güllədir, qayaya rast gələnəcən
süzəcəkdir. Dərdin mənə məlumdur, amma nə edim?! İstəyirsən
gəl onun kayutunda otur, gözlə, hayanda olsa beş, on dəqiqəyə
qayıtmalıdır. O bəlkə sənin işlədiyin idarəyə, yaxud yaşadığın
evə gedib? Ola bilər ki, sən bəri gəlmisən, o da o yana gedib.
Belə hallar çox olur. Gəzməyə başlayandan sonra başınıza heç
belə iş gəlibmi? Qız kobud, hiddətli bir səslə:
– Yox! O məni aldatmayacağına söz vermişdi. – Haçan?
Ürəyinin odunu söndürməmişdən qabaq, eləmi? Qız əllərilə
üzünü örtdü, guya utanırdı. – Əlisoltan neçəncidir? Yəqin
axırdan birinci yerdədir. Qız əllərini üzündən götürdü. Çirkin bir
gülüşlə açılan dodaqlarını güclə bir-birinə qısıb seyrək dişlərinin
üstünü örtdü.
– O siyahıya yeni bir oyunçunun adının düşməsini
arzulayırsanmı? Qız göz qapaqlarını endirdi.
– Yaxşı, bəri gölgəyə gəl, günün altında durma, o
gözəlliyin qədrini bil, heyifdir onu günəşdə yandırma. Qəzənfəri
təklif və tərifinə inanan qız köhnə tanışlar kimi ərklə dilləndi:
– Bir şeyin var, yeməyə? – Kefin nə istəsə düzəldərəm. Hər
şey pulun başında deyilmi?! Qız körpüdən trapa adladı:
– Kayutda təkcə olursan?
– Əlbəttə, arxayın ol, mən elə əclaflardan deyiləm.
Qəzənfər də trapın üstünə çıxdı. Qız elə bildi ki, Qəzənfər
əlindən tutub onu ehtiramla gəmiyə gətirəcəkdir. Demə
Qəzənfər qızın Əlisoltana olan etibarını sınaşdırırmış. Bayaqdan
bəri təbəssümsüz bir söz danışmayan Qəzənfərin üzündən
qasırğa keçmişdi. Qız Qəzənfərin üzünə baxanda aldandığını
duyub səksəndi, geri dönməyə çalışdı, lakin qolaylandı.
Qəzənfər əlini yetirməsəydi o gəmi ilə körpünün arasına
yıxılacaqdı. Qəzənfər onun əlindən çıxıb qaçmağa üz qoyan
qızın dalınca bir kəlmə də danışmadı. Qız elə bil əsirlikdən
100
qaçırdı. Qəzənfərin başı qıza qarışanda ambarçı qadın yükün
miqdarını müəyyən etmək məqsədilə anbara lot sallamışdı.
Lakin buna müvəffəq ola bilməmişdi. Anbarın içinə cuman lot
öz ağarlığı və iti sürətilə kəndiri anbarçının əlindən çıxarmışdı.
Kəndirin yarıdan çoxu qıvrılaraq yükün üzərinə sərələnmişdi.
Anbarçı pillələrlə aşağa enmişdi ki, kəndirin ucunu ələ keçirib
lotu çıxartsın və yükü yenidən ölçsün. Bu azacıq müddətdə xam
neftin qazı təhlükəsizliyini unudan anbarçıya öz təsirini
göstərməyə başlamışdı. Onun gözlərinin qabağını duman, yaş
örtmüşdü. Gözlərinə heç bir şey görünməmişdi. O sanki dərin
zülmət bir quyuya atılmışdı. Anbarçı belə bir çaşqınlıq içində
əlləri və ayaqları ilə kor kimi pillələri axtarıb tapa-tapa yuxarı
dırmanmağa çalışdı. Ancaq boğucu qaz bu bir neçə dəqiqə
ərzində onu büsbütün sarsıtmışdı. Anbarçının qol-qılçalarında
qüvvət qalmamışdı. O bağırıb növbətçini xəbərdar etmək, onu
köməyə çağırmağa istədi. Lakin boğazı göynədi, boyun
damarları şişib böyüdü, səsi çıxmadı. Anbarçının əlləri pillədən
üzülüb yükün içinə yıxılanda Qəzənfər onun boğuq fəryadını
eşitdi. O ora-bura vurnuxdu, o yan-bu yana yüyürdü, anbarçının
ikinci fəryadını eşidib anbarın başına gəldi. Anbarçı dizdən
aşağa olan yükün içində çapalayırdı. Qəzənfər cəld əlehqazı
geyindi, ağırlıq ipini götürüb anbara endi. Kəndiri anbarçının
belinə bağlayıb göyərtəyə çıxdı. Anbara düşərkən harayladığı
şturmanla matrosun köməyilə onu bayıra dartdılar. Anbarçının
paltarlarını soyundurub onu kölgəyə sürüdülər. Bir az bundan
qabaq növbətçilərdən başqa qeyri sakinləri görünməyən gəminin
göyərtəsi indi adamla dolmuşdu. Kimi təcili yardım çağırır, kimi
anbarçının qollarını oynadıb, qabırğalarını sıxıb ona süni
tənəffüs verir, kimi də isti su gətirib onun sifətinin neftini,
çirkini yuyurdu. Anbarçının nəfəsi gedib-gəlsə də onun gözləri
açılmırdı. Öyünmələrlə hərdən sinəsi qabarıb ovurdları şişsə də
o qusa bilmirdi. Aliyə qatıq atılması gətirib ona içirmək istədi. –
Sən üst-başını batırma, ver mən içirim – deyə Qəzənfər qazanı
qamarlayıb onun əlindən aldı. – Cəhənnəm olsun paltar! – Aliyə
Dostları ilə paylaş: |