101
irəli cumub anbarçının başını dizləri üzərinə qaldırdı. – Burada
adam ölür, sən də paltar-palaz dərdi çəkirsən. Mənə ver
atıllamanı. Ambarçının bədəni elə boş idi ki, elə bil onun
sümüklərinin hamısını bütün əzaları arasından çəkib
çıxarmışdılar. Qolunu sinəsinə qatlayanda sürüşüb yanına
düşürdü. Başı Aliyənin dizləri üstündə durmurdu. Qatıq
atıllamasının anbarçıya deyəsən bir az köməyi oldu. Atılmadan
Aliyə ona yarıyacan içirəndən sonra anbarçının gözləri açıldı, əli
ağzına qalxdı. Ovcu ilə ağzının qatıq bulandığını sildi. Köks
oturub gözlərini qapayandan sonra öyüyərək dikəlmək istədi.
Aliyə onun başını əlləri arasına alıb ağzını yana çevirdi,
anbarçını qalxmağa qoymadı:
– Qus, qus! – Aliyənin səsində mehriban bacı təlaşı,
qayğısı, səmimiyyəti vardı
– Səni qusmaq qurtaracaq, qus! – Çəkilin görək! Əllərində
xərək, sumka olan həkim və şəfqət bacıları anbarçını dövrəyə
almış iyirmidən çox sıx insan həlqəsini sındırdı. Təxirəsalınmaz
ilk yardımdan sonra onu maşına qoyub şəhər xəstəxanasına
apardılar. Maşın yola düşərkən anbarçı xırıldayıb dedi: – Məndə
qorxulu bir şey yoxdur. Təcili yardım maşını gözdən itməmiş
körpünün üstündə bir dəstə adam göründü. Onların hamısının
əllərində gül dəstəsi vardı. Onlar inistitut tələbələrinə
oxşayırdılar. Dəstənin önündə gələn şlyapalı kişini qoltuğunda
qalın bir kitab vardı. Görünür bu müəllim idi; tələbələri
ekskursiyaya gitirirdi. Otuz, otuz beş nəfərlik bu dəstənin
iyirmidən çoxu əlvan geyimli qızlardan ibarət idi. Onlar hara
gəlirdilər? Bu təntənə nə üçündür? Gəmi beş, on dəqiqədən
sonra limanı tərk etməyəcəkdimi? Dənizçilər çaşbaş olub
qaldılar. Təyyarın özü belə bir şey anlaya bilmirdi. Rəngbərəng
çətirlər, güllü saya ağ, yaşıl donlar, mətin addımlar, şabalıdı
saçlar, dəniz gözlü səmimi baxışlar təntənə ilə gəmiyə
yaxınlaşırdı. Çox fikirləşəndən sonra Təyyara elə gəldi ki. onlar
ekskursiyaya gəlirlər. Ona görə də dəstəni qabaqcadan xəbərdar
etmək üçün irəli çıxdı. Müəllim şlyapasını başından götürüb
102
reverans elədi: – Xilaskarlara salam olsun! Müəllimin reveransı
çətirlərdə təkrar olundu; onun eyni sözləri dilində nəqarət kimi
səsləndi. Təyyar onların salamını aldı, təbrikə gələnləri gülə-
gülə gəmiyə dəvət etdi.
– Buyurun, buyurun, xoş gəlmisiniz. Təyyar qonaqları
zabitlər salonuna qədər müşayət etdi. Radistə tapşırdı ki, radio
ilə hamını tez salona çağırsın. Dənizçilərin çoxu gəzməkdən
təzəcə qayıtmışdılar, təmiz, təzə paltarları əyinlərində idi. İş
paltarlarında olanlar da tez geyinib-kecindilər, tellərini daradılar,
ətirlənib salona toplaşdılar. Ətirli çiçəklər bir-birinə qarışdı.
Salonda elə bil gül sərgisi açılmışdı. İçəri girənin ruhu
təzələnirdi. Təzə paltarların xışıltısı, altı yeyilməmiş
ayaqqabıların tap-tupu kəsilir, lal bir sükut içində gözlər
gözlərdə, baxışlar baxışlarda qərq olurdu. – Yoldaşlar, – deyə
Təyyar ayağa qalxıb hamının nəzərini özünə cəlb etdi – əvvəlcə
diqqətinizə çatdırım ki, vaxtımız çox azdır, görüşümüz ləzzətsiz,
söhbətimiz qısa olacaq. Buna sizin kimi mən də təəssüflənirəm.
Amma nə etmək olar. Yolçu yolda gərək. Qonaqlar Dağıstan
Avaftonom Respublikasının dövlət tibb institutundan gəliblər.
Onlar bizə xilaskar adı veriblər. Biz xilas etdiyimiz qız və oğlan
tibb institutunun tələbələri imişlər. Demək biz yüzlərlə xəstələrə
şəfa verəcək iki həkimi həyata qaytarmışıq. Bizim bu
müvəffəqiyyətimiz Qəzənfərin hünəri ilə bağlıdır. Onun
sayıqlığı olmasa, bəlkə də o iki həyatı dənizin dalğa döyüşçüləri
donduracaq, yaxud bizim dilimizlə desək suların dərinliyinə
gedib qayıtmaz kəşfiyatçı göndərəcəkdi. Buna görə də
ekipajımız Qəzənfərə minnətdardır. Yeri gəlmişkən deyim ki,
gəmiçilik idarəsi Qəzənfərin bu qoçaqlığını qiymətləndirib, ona
təşəkkür və pul mükafatı veriblər. Radioqramı bir az bundan
qabaq almışam. Onu oxumaq üçün ekipaj üzvlərini onsuz da
salona çağıracaqdım. Göründüyü kimi iki toy bir vaxta düşdü.
Qəzənfərin sonuncu fədakarlığından sonra danışacam. Bu
hadisədə anbarçının təqsiri çox böyükdür. Xəstəxanadan
çıxandan sonra biz bunu ona bildirəcəyik. Dənizçilərin hamısına
103
bəllidir ki, anbarçı anbar da, kameron şöbəsinə də girəndə yükün
qazlı, qazsızlığından asılı olmayaraq növbətçini xəbərdar
etməlidir. Ancaq bizim anbarçı qanununa pozub. O xəstəliyin
verdiyi əzabdan başqa bizdən rəsmi cəza alacaqdır. Xəstəyə
hamı rəhm eləyir. O insafdan bizdə də var. Ancaq biz mərhəmət
eləyib onu sağalandan sonra cəzalandıracayıq. Təyyarın bu
sözünə hamı güldü. Ancaq arxada kimsə mızıldandı: Gülüş
səsləri salonu yenidən doldurdu. Təyyarın özü də güldü. O:
– Kim idisə bir xal artıq qazandı – deyə müəllimə baxdı. –
Bir sözə bax! Yaxşı məntiqdir. Həmin səs bir də eşidildi: –
Qəribə məntiqdir. Müqəssiri qalxmağa qoymazlar. Qalxsa onu
ikinci dəfə yerə uzatmaq üçün xeyli qüvvə sərf edilməlidir.
Təyyarı atmacalayan Saləddinin dostu idi. Təyyar yerindən
danışanın kim olduğunu bilsə də, bu kinayələri qonaqların
yanında cavabsız qoydu. – İndi sözü qonaqların ağsaqqalına
verək. Müəllim ayağa qalxanda tələbələr oğrun-oğrun
gülüşdülər.
Müəlliminüz-gözündən
məzəkarlıq
yağırdı.
Baxışlarında bir istehza məharəti gizlənmişdi. Dodaqlarında isə
təbii kinayə dolu bir təbəssüm vardı.
– Hörmətli dənizçilər, bilmirəm tələbələrin, müəllim
heyətinin təşəkkürünü sizə necə, hansı söz-söhbətlə çatdırım.
İcazə versəniz sizə kiçik bir nağıl söyləyərdim. Hər tərəfdən
«Buyurun, danışın.» Sədaları ucaldı. – Mən ədəbiyyatçı
deyiləm, cızmaqaraçıyam, loru kənd dilində danışacam. Çünki
bu nağılı həmin dildə mənə babam danışıb. Etiraz etmirsiniz ki?
– Xeyir. – Söyləyin. Müəllim alnına tökülən yumşaq telini
barmaqları ilə geri daradı. Gözlərini qıyıb tavana baxdı. Sanki
hafizəsində ,nəyi isə araşdırır, nəyi isə nizama salırdı. – Yox,
deyəsən babamın dililə danışa bilməyəcəm. Mənim dilimdə o
nağıl öz gözəlliyini itirəcəkdir. Gəlin bu nağılın söylənməsini
başqa görüşlərimizə saxlayaq. Dəniçilər də, tələbələr də
razılaşdılar. – Qonağın günahından keçərlər – deyə müəllim öz
fikrini təsdiqini tələb edən bir ifadə ilə Təyyarın üzünə baxdı. –
On ildir kitab dilində danışıram. Bilirəm ki, kitab dili babamın
Dostları ilə paylaş: |