İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 1,02 Mb.
səhifə81/86
tarix22.03.2024
ölçüsü1,02 Mb.
#182938
1   ...   78   79   80   81   82   83   84   85   86
Istehlak-i-davranisi-az-m-hazir-l-r

4. Tədarükçü axtarışı. Məhsula olan tələblər formalaşdırıldıqdan sonra adətən ən uyğun tədarükçüləri müəyyən etməyə çalışırlar. Bunun üçün kommersiya sorğu kitabçalarını tədqiq edirlər, kompüter şəbəkələrində informasiya axtarırlar, telefon vasitəsilə digər firmaların tövsiyələrini sorğu edirlər. İstehsalat gücü məhsula olan kəmiyyət tələblərinə uyğun olmayan və ya tədarükçü kimi mənfi reputasiyaya malik olan tədarükçülər mümkün namizədlər siyahısından çıxarılacaqdır. İxtisaslaşdırılmış tədarükçünün axtarışı alış qarşısında duran vəzifənin yeni və mürəkkəb olmasından və məhsulun bahalılığından asılıdır.
5. Təkliflərin sorğu edilməsi. Bundan sonra şirkət ən uyğun tədarükçülərdən təklifləri sorğu edir. Onlardan bəziləri sorğuya cavab olaraq öz kataloqunu və ya nümayəndəsini göndərəcək. Əgər məhsul mürəkkəb və bahalıdırsa, hər bir potensial tədarükçüdən müfəssəl yazılı təkliflər tələb olunacaq. Tədarükçülərin qiymətləndirilməsi onlar tərəfindən keçirilən rəsmi təqdimetmələrdən sonra həyata keçirilir.
6. Tədarükçünün seçilməsi. Bu mərhələdə alış komissiyasının üzvləri təklifləri tədqiq edir və tədarükçünü seçməyə başlayırlar. Müxtəlif namizədlərin texniki bacarıqlarını, məhsulun vaxtında çatdırılması və lazımi xidmətlərin göstərilməsi qabiliyyətlərini qiymətləndirirlər. Əksər hallarda tədarükçünün arzu olunan xarakteristikalarını nisbi əhəmiyyət dərəcəsinə görə qruplaşdıraraq həmin xarakteristikaların siyahısını tərtib edirlər, məsələn:
• Texniki yardım xidmətinin mövcudluğu.
• Müştəri tələblərinə sürətli reaksiya
• Tədarüklərin operativliyi.
• Məhsulun keyfiyyəti.
• Tədarükçü reputasiyası.
• Məhsulun qiyməti.
• Məhsul çeşidinin tamlığı.
• Nümayəndələrin ixtisaslı olması
• Kreditlərin verilməsi.
• Şəxsi münasibətlər.
• Məhsul üzrə ədəbiyyatın, dərsliklərin və məlumat kitabçalarının mövcudluğu.
Yekun seçim etməzdən öncə firma daha uyğun qiymətlərin və tədarük şərtlərinin əldə edilməsinə ümidi ilə üstünlük verdiyi tədarükçülərlə danışıqlar apara bilər. Əksər şirkətlər bir sıra təchizat mənbələrinə malik olmağa üstünlük verirlər.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə