İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Dövlət müəssisələrinin alıcılarına təsir edən amillər



Yüklə 1,02 Mb.
səhifə86/86
tarix22.03.2024
ölçüsü1,02 Mb.
#182938
1   ...   78   79   80   81   82   83   84   85   86
Istehlak-i-davranisi-az-m-hazir-l-r

Dövlət müəssisələrinin alıcılarına təsir edən amillər. İqtisadi vəziyyət, təşkilat özəllikləri, şəxsiyyətlərarası münasibətlər və şəxsin fərdi xüsusiyyətləri kimi amillərin təsiri özünü biruzə verir. Fərqləndirici xüsusiyyətlər arasında büdcə orqanlarının və müxtəlif ictimai qrupların nəzarətini göstərmək olar. Müşahidəçilərin biri kimi bır sıra üzvünün hökumətin yol verdiyi israf və sui-istifadə halların ifşa edərək özün karyera qurduğu Dövlət Duması çıxır edir. Məsrəflər haqqında qərarlar nəzarət-təftiş orqanlarının və ictimaiyyətin nəzarətinə məruz qaldığından hökumət orqanları və büdcə təşkilatlar dəftərxana işinə kifayət qədər vaxt sərf etməli olurlar. Alışın təsdiq edilməsi üçün çoxsaylı sənədlərin tərtib edilməsi zəruridir.
Hökumət tərəfindən məhsul alışı proseduraları. Dövlət satınalmaları iki əsas yolla həyata keçirilir: danışıqlar nəticəsində bağlanana müqavilələr və ya aşıq hərraclar vasitəsilə. Müqavilə üsulundan istifadə edərkən dövlət təşkilatı bir və ya bir neçə şirkətlə işləyir və onlardan biri ilə müqavilənin bağlanması istiqamətində işləyir. Bu metoddan ilk öncə ETTKİ üzrə irihəcmli məsrəfləri və əhəmiyyətli risk dərəcəsini nəzərdə tutan mürəkkəb layihələrlə iş zamanı və ya kifayət qədər güclü rəqabətin olmaması şəraitində istifadə edilir. Hal-hazırda bu satınalmanın əsas formalarındandır. Bu müqavilənin icrası daimi nəzarət altında saxlanılır, tədarükçü həddindən artıq çox gəlir əldə edərsə, müqaviləyə yenidən baxıla bilər.
Həmçinin son zamanlarda açıq hərrac metodu da yayılmağa başladı, bu metod çərçivəsində dövlət təşkilatı ixtisaslaşmış tədarükçülərdən məhsulun tədarükü və ya podratın verilməsi haqda təklifləri sorğu edir və ən aşağı qiyməti təklif edən tədarükçü ilə müqavilə bağlanılır. Tədarükçü texniki şərtləri cavab verib-vermə­yəcəyini, tədarük şərtlərinin ona uyğun olub-olmadığınmı müəyyən etməlidir. Şirkətin reputasiyası və şəxsi münasibətlər də mühüm əhəmiyyət kəsv edir.


Xülasə
Sənaye təyinatlı məhsullar bazarının özəlliyi bundan ibarətdir ki, burada alıcıların sayı az olur. Sənaye təyinatlı məhsulların alıcıları – peşəkarlardır. Sənaye təyinatlı məhsullara olan tələb geniş istehlak məhsullarına olan tələblə müəyyən edilir.
Alış prosesi kənardan məhsul və ya xidmətin əldə edilməsi ilə təmin edilən problem və ya tələbatın firma işçilərindən biri tərəfindən dərk edilməsi anından başlayır.
Cüzi məbləğlərə alışın həyata keçirilməsi haqda qərar bir qayda olaraq bir nəfər – alış üzrə agent və ya menecer tərəfindən qəbul edilir. Lakin əksər hallarda məhsulun alınması təşkilatın bir neçə əməkdaşı tərəfindən həyata keçirilir. Alış mərkəzini təşkil edən qrup üzvləri ümumi məqsədlərə, ümumi informasiyaya malik olurlar və onlar tərəfindən qəbul edilən qərarlar üzrə birgə risk daşıyırlar.
Yoxlama suallar

  1. Sənaye təyinatlı məhsullar bazarının mahiyyəti nədən ibarətdir?

  2. Sənaye təyinatlı məhsulların alınması haqda qərarların qəbul edilməsi mərhələlərini sadalayın.

  3. Kompleks satışın hansı formaları mövcuddur?

  4. Funksional-qiymət təhlili adətən hansı əsas sualları cavablandırır?

  5. Tədarükçünün arzu olunan xarakteristikalarının siyahısını sadalayın?

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə