İxtisas: Mühəndis Fizikası Qrup: 2512a Fənn



Yüklə 106,96 Kb.
səhifə2/3
tarix26.10.2023
ölçüsü106,96 Kb.
#131421
1   2   3
Qocayev Optica Full (1)-517-521

ET   aT  T   aT 4

(14.35)



r

r
Digər tərəfdən ET   T 4 olduğundan T 4aT 4
və buradan

Tr T 4 a . (14.36)
a p 1 olduğundan Tr p T .
Radiasiya pirometri. Radiasiya temperaturunu təyin etmək üçün işlədi- lən cihaz radiasiya pirometri adlanır. Belə pirometrin sxemi şəkil 14.7-də göstərilmişdir. Pirometrin optik sistemi M işıq mənbəyinin Q qəbuledicisin- də bu qəbuledici lövhəsinin tam sahəsini tutan xəyalını almaq imkanı verir. Bu şərt daxilində vahid zamanda mənbədən qəbuledici lövhəsinin vahid sət- hinə düşən enerji mənbə ilə qəbuledici arasındakı məsafədən asılı olmur. Onda qəbuledici lövhəsinin qızma temperaturu və qızmış ucları qəbuledici löv- həsinə bərkidilmiş termocüt batareyası dövrəsindəki termoelektrik hərəkət- edici qüvvəsi yalnız temperaturunu təyin etmək istədiyimiz cismin inteqral şüalandırma qabiliyyətindən ( ET ) asılıdır. Termocüt dövrəsinə birləşdirilmiş millivoltmetrin şkalası, mütləq qara cismin şüalanmasını müəyyən edən tem- peratur dərəcələri ilə dərəcələnir. Deməli, təsvir etdiyimiz pirometr ixtiyari cismin (qara olmayan) radiasiya temperaturunu təyin etməyə imkan verir.
Rəng temperaturu. Mütləq qara cismin şüalandırma qabiliyyətinin spektral paylanması məlum olduqda şüalandırma qabiliyyətinin maksimu- muna görə Vinin yerdəyişmə qanununa əsaslanmaqla temperaturu belə təyin etmək olar:

T b .
m
(14.37)

Günəşin bu üsulla təyin olunmuş temperaturu təxminən 6000 K-dir.
Vinin yerdəyişmə qanunu yalnız mütləq qara cismə aid olduğundan ixti- yari cismin temperaturunu bu üsulla təyin etmək olmur. Lakin müəyyən olunmuşdur ki, bəzi cisimlərin temperaturunu (14.37) düsturuna əsasən təyin etmək olar. (14.34)-dən göründüyü kimi:



 ,T 1 .
E ,T a(T )
Verilmiş temperaturda a(T )  a0  1 olduğundan
,T 1 Const  1.
E ,T a0

Bu nisbətin sabit olması o deməkdir ki, hər iki əyrinin (  , T
E , T -nin

tezlikdən asılılıq əyrisinin) konturu eynidir.  , T
əyrisi məlum olduqda, bu

əyrinin hər bir nöqtəsinin koordinatını eyni bir sabit ədədə – vahiddən kiçik

olan
a0 ədədinə vurmaqla
E ,T
əyrisini qurmaq olar. a0 vahidə nə qədər ya-

xın olarsa cisim də öz şüalandırma qabiliyyətinə görə mütləq qara cismə o qədər yaxın olar. Deməli, adi cisimlərin şüalandırma qabiliyyətinin spektrə görə paylanması həmin temperaturdakı mütləq qara cisminki kimi olur. Belə olduqda enerji şüalandıran boz cismin rəngi, həmin temperaturdakı mütləq qara cismin rəngi kimi olur. Mütləq qara cismin bu temperaturu (həmin tem- peraturda mütləq qara cismin şüalanması rəngcə boz cismin şüalanmasına yaxındır) boz cisimlərin, yaxud şüalanma enerjisinin spektrə görə paylan- ması boz cisminkinə çox yaxın olan cisimlərin rəng temperaturu adlanır:




Yüklə 106,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə