Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları


Samitlərin tələffüzdə əvəz olunması və səslərin tələffüzdən düşməsi



Yüklə 361,03 Kb.
səhifə15/22
tarix22.03.2024
ölçüsü361,03 Kb.
#183800
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs (1)

Samitlərin tələffüzdə əvəz olunması və səslərin tələffüzdən düşməsi.

  • N samiti b, m samitlərindən əvvəl gəldikdə m kimi tələffüz olunur. Məs; Xanbaba-Xa[m]baba, tənbəl-tə[m]bəl, sünbül-sü[m]bül və s.

  • C samitindən sonra dil-diş samiti gəldikdə c əvəzinə j tələffüz edilir. Məs; əcdad-ə[j]dad, səcdə-sə[j]də, vicdan-vi[j]dan və s.

  • Ç ilə bitən təkhecalı sözlərdən sonra dil-diş samiti ilə başlanan şəkilçi və ya söz gəldikdə ç əvəzinə tələffüz olunur. Məs; qaçdı-qa[ş]dı, köçdü-kö[ş]dü, uçsa-u[ş]sa və s.


Səslər tələffüzdən düşür.

  • st, şt, xt birləşmələri ilə bitən sözlərin sonunda t səsi həmin sözlərdən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə tələffüzdən düşür. Məs; dosluq (dostluq), xoşbəxdir (xoşbəxtdir) və s.

  • Sözlərdə o və ö saitlərindən sonra gələn v tələffüzdən düşür. Məs; dovşan- d o şan, növbə- n ö bə, lövbər- l ö bər və s.

  • Samitin yanaşı işşləndiyi bəzi alınma sözlərdə t tələfüzdən düşür.

Yazılır: Deyilir:
Dispetçer dispeçer
Reçept resep
Şmidit şmit

  • Eyni qoşa samitli sözlərin bir qismində yanaşı gələn samitlərdən biri tələffüzdən düşür.

Yazılır: deyilir:
Attestat a[t]estat
Akkord a[k]ord
Attaşe a[t]aşe
Barrikada ba[r]ikada
Qrammatika qra[m]atika
Sait və samitlərin tələffüzü ilə bağlı olan bu orfoepik qaydalardan nitqdə düzgün istifadə etmək bacarığının yaradılması və inkişaf etdirilməsi Azərbaycan dili dərslərinin, xüsusən fonetik mövzuların tədrisi qarşısında duran başlıca məqsəd olmalıdır.
Müəyyən tələffüz hadisəsi ilə əlaqədar başqasının nitqi üzərində müşahidə aparmaq fonematik eşitmə qabiliyyətinin inkişafı baxımından olduqca faydalıdır. Bu cəhəti nəzərə alaraq uzun deyilən saitlərin orfoepiyası üzərində iş aparılarkən eşitməyə əsaslanan çalışmalara daha çox yer verilməlidir.
Fonetik mövzuların bəzisinin tələffüzlə əlaqəsi bir qədər dolayı şəkildədir. “Danışıq səsləri” keçilərkən müəllimlər bəzən danışıq səsləri, hərflər, onların bir-birindən fərqin kimi məsələləri dərslikdəki məlumat üzrə şagirdlərə öyrətməklə kifayətlənirlər. Halbuki həmin mövzunun nitq inkişafı, xüsusən tələffüzlə bağlı bir sıra cəhətləri vardır ki, onların şagirdlər tərəfindən şüurlu dərk olunması vacibdir. Səslərin əmələ gəlməsi və səs cihazı haqqındakı məlumat ifadəli qiraət vərdişlərinin yaradılmasında, eləcə də fasilə, vurğu, melodiya, ritm və s. intonasiya elementlərinin asan mənimsənilməsində də xüsusi əhəmiyyət kəsb edir.
Müəllimin səs yaradıcılığını aydın təsəvvür etməsi şagirdlərin nitqində təsadüf olunan funksional xarakterli tələffüz qüsurlarının əmələ gəlmə səbəbini düzgün müəyyənləşdirmək və onlara qarşı müvəffəqiyyətlə mübarizə aparmaq baxımından da əhəmiyyətlidir.
Danışdıqlarımızdan belə bir nəticəyə gəlirik ki, danışıq səslərinin yaranması haqda məlumatın xüsusi mövzu şəklində dərsliyə salınması orfoepiyanın səmərəli təlimi üçün olduqca faydalıdır.
Şübhəsiz ki, fonetik mövzuların tədrisində tələffüz üzrə işin forması və məzmunu təkcə yuxarıda şərh etdiklərimizdən ibarət deyildir.
Nitq mədəniyyətinin mühüm sahəsi sayılan ədəbi tələffüzə dair bilik və bacarıqların verilməsi və onların avtomatikləşmiş vərdişlərə çevrilməsi ilə bağlı aparılacaq işlər morfologiya tədrisində davam və inkişaf etdirilməlidir.

1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə