|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqMəsələ 2540: Əgər insanın əlində olan mal məchulul-malik olsa, yə`ni sahibi namə`lum olsa
Məsələ 2540: Əgər insanın əlində olan mal məchulul-malik olsa, yə`ni sahibi namə`lum olsa
və o mala itirilmiş deməsələr, onun sahibinin həmin insanın o maldan istifadə etməsinə razı
olduğuna əmin olandan sonra, hansı tərzdə onun istifadəsinə razı olsa, o maldan o cür
istifadə edə bilər. Əgər belə olmasa onun sahibini tapmağa ehtimal verdiyi vaxta qədər
axtarmaq lazımdır, sahibinin tapılmasından mə`yus olduqdan sonra gərək o malı fəqirə
sədəqə versin. Vacib ehtiyata əsasən, sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir.
Həmçinin, onun icazəsi ilə malın qiymətini də sədəqə verə bilər. Əgər sonra sahibi tapılsa,
belə ki, sədəqə verildiyinə razı olmasa, vacib ehtiyata əsasən malın əvəzini ona verməlidir.
HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ OVLAMAĞIN HÖKMLƏRİ
Məsələ 2541: Əti halal olan heyvanlar, istər vəhşi olsun, istər ev heyvanı əgər onların
başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni
pakdır. Amma dəvənin, balığın və çəyirtkənin halal olması üçün başqa yol var ki, sonrakı
məsələlərdə qeyd olunacaq.
Məsələ 2542: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal
olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş və tutulması mümkün
olmayan əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və
halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti
halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Məsələ 2543: Əti halal olan vəhşi heyvan o halda ovlamaqla pak olar ki, qaça bilsin, ya uça
bilsin. Buna görə də, qaça bilməyən ceyran balası və uça bilməyən kəklik balası ovlamaqla
pak və halal olmaz. Əgər ceyran və onun qaça bilməyən balasını bir güllə ilə ovlasalar,
ceyran halal, balası isə haramdır.
Məsələ 2544: Balıq kimi, sıçrayan qana malik olmayan, əti halal olan bir heyvan özü-özünə
ölərsə, pakdır. Amma onun ətini yemək olmaz.
Məsələ 2545: Əti haram olan və qanı sıçramayan heyvanın, məsələn, ilan və kərtənkələ
ölüsü pakdır. Deməli, onu şikar etməyin və ya başını kəsməyin tə`siri yoxdur.
Məsələ 2546: İt və donuzu ovlamaqla və başını kəsməklə pak olmaz və onların ətini yemək
də haramdır. Həmçinin yerdə yuva quran, sıçrayan qanı olan siçan kimi heyvanı baş
kəsmək və ya ovlamaqla əti və ya dərisi pak olmur.
Məsələ 2547: Əvvəlki məsələdə deyilmişlərdən başqa əti haram olan heyvanları silah ilə
ovlamaq, ya başını kəsməklə ətləri və dəriləri pak olur, istər yırtıcı olsunlar, istər qeyrisi.
Hətta əgər (fiqhi nəzərdə ixtilaflı olan) fil, ayı və meymun olsa belə. Amma əgər əti haram
olan heyvanı silah, itlə şikar etsələr, pak olması məhəlli işkaldır.
Məsələ 2548: Əgər diri heyvanın qarnından ölü bala çıxsa, ya onu çıxarsalar, onun ətini
yemək haramdır.
HEYVANLARIN BAŞINI KƏSMƏYİN QAYDALARI
Məsələ 2549: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam
kəsməlidirlər: 1- nəfəs borusu, 2- udlaq (yemək borusu) 3-4- hülqum və udlağın yan
tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə,
vacib ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın
ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.
Məsələ 2550: Əgər dörd damardan bə`zisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra
qalanını kəssinlər, faydası yoxdur. Amma onları can verməmişdən qabaq kəssələr, adi
qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır.
Məsələ 2551: Əgər canavar qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir
şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olar və həmçinin əgər hulqumundan da bir
şey qalmasa, hətta əgər bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa,
ya bədəninə birləşik qalsa, o qoyun vacib ehtiyata əsasən haram olar, amma əgər bədəninin
başqa bir yerini yırtsa, əgər qoyun diri olsa və deyilmiş qayda ilə başını kəssələr, halal və
pak olar. Bu hökm təkcə canavar ilə qoyuna aid deyil.
HEYVANLARIN BAŞINI KƏSMƏYİN ŞƏRTLƏRİ
Məsələ 2552: Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman
uşağı əgər müməyyiz olsa, yə`ni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər.
Amma kitab əhli olmayan kafir, ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn,
nəvasib firqəsindən, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan
kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, vacib ehtiyata
əsasən o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Vacib ehtiyata
əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını
ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını
kəsməyə münasib zəruriyyət olmasa belə.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda
olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər
heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və
onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir
heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan
haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi
yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa,
heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir
çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi
yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir.
Heyvanın üzü qibləyə kəsilməsinə e`tiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə
kəsməsə də səhihdir. Heyvanın başını kəsənin də üzü qibləyə olması, ehtiyat müstəhəbbdir.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş
kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə,
kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da,
kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə
görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını
çəkməsə, eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə
vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu
təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında
laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o
Dostları ilə paylaş: |
|
|