|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqala bilər. Amma əgər mal sahibi ikincidən alsa, ikinci qəsb edən sahibinə verdiyi şeyi
ala bilər. Amma əgər mal sahibi ikincidən alsa, ikinci qəsb edən sahibinə verdiyi şeyi
birincidən tələb edə bilməz.
Məsələ 2521: Əgər satdıqları bir şeydə müamilənin şərtlərindən biri olmasa, məsələn, o şey
ki, gərək çəki ilə alış-veriş edilsin, çəkisiz müamilə etsələr, müamilə batildir və belə ki,
satıcı və alıcı müamiləni nəzərə almadan razı olsalar ki, bir-birinin malında istifadə
etsinlər, eybi yoxdur. Əgər belə olmasa, bir-birlərindən aldıqları şey qəsbi mal kimidir və
gərək hər biri onu digərinə qaytarsın. Bu halda əgər hər birinin malı o birisinin əlində tələf
olsa, istər müamilənin batil olduğunu bilsin, istərsə də bilməsin, gərək onun əvəzini versin.
Məsələ 2522: Əgər satıcıdan görməsi və ya bir müddət onun yanında qalıb bəyənərsə,
alması üçün bir mal alarsa və o mal tələf olarsa, məşhura əsasən, gərək onun əvəzini
sahibinə versin.
İNSANIN TAPDIĞI MALIN HÖKMLƏRİ
Məsələ 2523: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi mə`lum olmaq
üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş)
olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəbb ehtiyata əsasən, onu
sahibi tərəfindən fəqirə sədəqə versin. Əlaməti olmayan pul da bu hökümdədir. Amma
əgər məkan və ya zaman xüsusiyyətləri və miqdarı pul üçün bir əlamət olarsa, gərək onu
2524-cü məsələdəki əsasda e`lan etsin.
Məsələ 2524: Əgər tapdığı şeydə onunla sahibini tapa biləcək, bir nişanı olsa, hərçənd bilsə
ki, onun sahibi malı möhtərəm olan kafirdir, o halda o şeyin qiyməti bir dirhəmə çatsa,
gərək tapdığı gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə e`lan etsin. Əgər qiyməti bir
dirhəmdən az olsa, vacib ehtiyat odur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt
sahibi peyda olsa, belə ki, sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin.
Məsələ 2525: Əgər insan özü e`lan vermək istəməsə, əmin olduğu bir kəsə deyə bilər ki,
onun tərəfindən e`lan etsin.
Məsələ 2526: Əgər bir ilə qədər e`lan etsə və mal sahibi tapılmasa, belə ki, o malı Məkkə
hərəmindən qeyri bir yerdə tapıbsa, onu sahibi peyda olan zaman ona vermək üçün
saxlaya bilər. Bu müddət ərzində malın özünü saxlayıb ondan özü üçün istifadə edə bilər.
Həm də onu, sahibi tərəfindən sədəqə olaraq fəqirlərə də verə bilər. Vacib ehtiyat odur ki,
onu özü üçün götürməsin. Əgər malı hərəmdə tapıbsa, vacib ehtiyat odur ki, onu fəqirlərə
sədəqə versin.
Məsələ 2527: Əgər bir il e`lan edəndən sonra mal sahibi tapılmasa, malı sahibi üçün
saxlasa və aradan getsə, belə ki, onu saxlamaqda israfçılıq və səhlənkarlıq etməsə, zamin
deyil. Amma əgər sahibi tərəfindən sədəqə versə, sahibin ixtiyarı var ki, ya sədəqəyə razı
olsun, ya malının əvəzini tələb etsin. Sədəqənin savabı sədəqə verənin olar.
Məsələ 2528: Malı tapan kəs əgər bilərəkdən deyilmiş göstərişlərə əsasən e`lan etməsə,
günah etməsindən əlavə, əgər faydası olduğunu ehtimal etsə, e`lan etməsi vacibdir.
Məsələ 2529: Əgər dəli, ya həddi-büluğa çatmayan uşaq, üzərində nişanəsi olan və qiyməti
bir dirhəmə çatan bir şey taparsa, onun vəlisi e`lan edə bilər. Hətta o şeyi uşaqdan və ya
dəlidən almışdırsa, e`lan etməsi vacibdir. Əgər bir il e`lan edilsə, malın sahibi peyda
olmasa, gərək 2526-cı məsələdə deyilənə əməl etsin.
Məsələ 2530: Əgər insan e`lan etdiyi ilin içərisində sahibinin tapılacağından ümidsiz olsa,
gərək şəriət hakiminin izni ilə vacib ehtiyata əsasən, onu sədəqə versin.
Məsələ 2531: Əgər e`lan etdiyi ilin içərisində mal aradan getsə, belə ki, onun
saxlanmasında səhlənkarlıq və ya ondan istifadə etmişdirsə, onun əvəzini sahibinə
zamindir. E`lanı isə davam etdirməlidir. Əgər səhlənkarlıq və istifadə də etməyibsə, ona
heç bir şey vacib deyil.
Məsələ 2532: Əgər nişanəsi olan və qiyməti bir dirhəmə çatan malı, e`lan verməklə onun
sahibinin tapılmayacağı mə`lum olan bir yerdə taparsa, onu birinci gün sahibləri
tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il
tamam olana qədər səbr etməməlidir.
Məsələ 2533: Əgər bir şey tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa
düşsə, keçmiş məsələlərdə verilmiş hökmlərə görə əməl etməlidir.
Məsələ 2534: Tapılan şeyi sahibinin e`lanı eşitdiyi təqdirdə, o şeyi öz malı olduğuna ehtimal
verəcək şəkildə e`lan etməlidir. Belə ki, bu onu məsələ halın müxtəlifliyi ilə dəyişir. Bə`zi
hallarda, məsələn; «bir şey tapmışam» – deməsi, kifayət edir. Amma bə`zi hallarda isə
onun cinsini də müəyyən etməlidir. Məsələn; «bir qızıl parçası tapmışam» – deməlidir.
Bə`zi yerlərdə də onun müəyyən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn; «bir qızıl
sırğa tapmışam» – deməlidir. Amma hər bir halda, o şeyin müəyyən olana qədər bütün
xüsusiyyətlərini deməməlidir. Elə bir yerdə e`lan etməlidir ki, sahibinə xəbər çatmasına
ehtimal versin.
Məsələ 2535: Əgər bir kəs, bir şey tapsa və başqası «mənim malımdır» – deyərək, onun
nişanələrini müəyyən edərsə, malı olduğuna xatircəm olduğu halda o malı, ona verməlidir.
Mal sahibinin çox vaxt bilmədiyi nişanələri demək lazım deyildir.
Məsələ 2536: Əgər tapdığı şeyin qiyməti bir dirhəm qədər olsa, belə ki, e`lan etməsə,
məsciddə və ya camaatın toplaşdığı başqa yerdə qoysa və o şey aradan getsə və ya onu
başqası götürsə, onu tapan adam zamindir.
Məsələ 2537: Əgər bir ilə qədər qalmayacaq bir şey taparsa, gərək qala biləcək axır
müddətə kimi, əlbəttə qiymətinə tə`sir edən bütün xüsusiyyətləri ilə bir yerdə saxlasın.
Vacib ehtiyat odur ki, bütün bu müddət boyu e`lan etsin. Əgər sahibi tapılmasa, onun
qiymətini müəyyən edib özünə götürə bilər, ya onu satıb pulunu saxlamalı, hər iki halda
e`lanını davam etdirməlidir. Əgər sahibi tapılsa pulunu ona verər. Əgər bir ilə qədər sahibi
tapılmasa, gərək 2526-cı məsələdə deyilənlərə əməl etsin.
Məsələ 2538: Əgər tapdığı şey dəstəmaz aldığı və namaz qıldığı vaxt onunla olsa, hətta
sahibi tapılan halda o şeyi qaytarmaq istəməsə, dəstəmazı və namazı batil olmur.
Məsələ 2539: Əgər bir kəsin ayaqqabısını aparsalar və onun yerində başqa ayaqqabı
qoysalar, belə ki, qalan ayaqqabının onun ayaqqabısını aparan kəsin olduğunu və
ayaqqabını aparan həmin adamın apardığı ayaqqabının əvəzində öz ayaqqabısını
götürməyə razı olduğunu bilsə, o ayaqqabını özünkünün yerinə götürə bilər. Onun
ayaqqabısını haqqsız yerə, zülm olaraq götürüldüyünü bildiyi təqdirdə də hökm eynidir.
Amma bu halda o ayaqqabının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır.
Əgər belə olmasa, artıq qiymət üçün məchulul-malikin hökmü caridir. Bu iki haldan başqa
halda, məchulul-malikin hökmü o ayaqqabıya cari olacaqdır.
Dostları ilə paylaş: |
|
|