|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqMəsələ 2563: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən
Məsələ 2563: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən
birisini ayırarsa, o üzv haram olar. Amma əgər 2559-cu məsələdə deyilən şərtlərə uyğun
olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq
aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başını bir tərəfə salsa və
insan heyvanın can verəndən sonra çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu
halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma əgər heyvanın
başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa,
baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə
şəriətdə göstərilən tə`limata uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır.
Məsələ 2564: Əgər ağac, daş, ya onunla ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki
yerə bölsələr, üstündə baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə
əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə
onun başını kəssələr, halal olar. Əgər belə olmasa, o hissəsi də haram olar.
Məsələ 2565: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və ondan diri bala çıxsa, belə
ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa,
haramdır.
Məsələ 2566: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və onun qarnından ölü bala
çıxarsalar, əgər o bala o heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın
qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış
olub, bədəninin tük və ya yunu çıxıbsa, pak və halaldır.
OV İTİ İLƏ OV ETMƏK
Məsələ 2567: Əgər ov iti əti halal olan vəhşi bir heyvanı ovlasa, o heyvanın pak və halal
olmasının altı şərti vardır:
1. İt elə tərbiyə olunsun ki, onu nə vaxt ovu tutmaq üçün göndərsələr getsin və nə vaxt
getməyinin qarşısını alsalar, dayansın. Amma ova yaxınlışdığı və onu gördüyü zaman
qarşısını almaqla dayanmazsa, zərəri yoxdur. Həmçinin sahibi gələnədək ovdan yeməyi
adət etmişsə eybi yoxdur. Ovun qanını yeməyi adət etmiş olsa da, eybi yoxdur. Amma vacib
ehtiyata əsasən sahibi ovu ondan almaq istədiyi vaxt mane olmamasının onda adət olması
şərtdir.
2. Sahibi onu göndərsin, əgər özü ovun dalınca getsə və bir heyvanı ovlasa, o heyvanı
yemək haramdır. Hətta əgər it özü ovun dalınca getsə və sonradan sahibi səslənsə ki, iti
daha tez ova çatdırsın, sahibinin səsi ilə tələssə də vacib ehtiyata əsasən, o ovu yeməkdən
çəkinsinlər.
3. İti göndərən şəxs, silahla ovlama bəhsində deyildiyi kimi gərək müsəlman olsun.
4. Şikarçı iti göndərən vaxt ya it heyvana çatmazdan qabaq Allahın adını çəksin. Əgər bilə-
bilə Allahın adını çəkməsə, ov haramdır. Amma əgər yaddan çıxarsa, eybi yoxdur.
5. Ov, itin dişindən yaralanaraq ölsün; əgər it ovu boğsa, ya ov qaçmaqdan, ya qorxudan
ölsə, halal deyil.
6. İti göndərən şəxs, ora yetişən vaxt heyvan ölmüş olsun, ya əgər diridirsə, baş kəsməyə
vaxt olmasın (amma ova yetişməkdə gecikmək qeyri-normal cəhətindən olmasın). Amma
əgər heyvanın başını kəsə biləcək qədər vaxtın olduğu halda yetişsə və heyvan ölənə qədər
başını kəsməsə, halal deyildir.
Məsələ 2568: İti göndərən şəxs, ora yetişən zaman heyvanın başını kəsə bilərsə, belə ki,
bıçağı çıxartmaq kimi hazırlıq görəndə vaxt keçsə və o heyvan ölsə, halaldır. Amma əgər
heyvanı kəsmək üçün yanında bir şey olmasa və heyvan ölsə, vacib ehtiyata əsasən, halal
olmaz. Əlbəttə bu halda heyvanı buraxsa və it onu öldürsə, halal olar.
Məsələ 2569: Əgər bir neçə iti göndərsə və birlikdə bir heyvanı ovlasalar, belə ki, onların
hamısında 2567-ci məsələdə deyilmiş şərtlər olsa, ov halaldır, əgər onların birində o şərtlər
olmayıbsa, ov haramdır.
Məsələ 2570: Əgər iti bir heyvanı ovlamaq üçün göndərsə və it başqa heyvanı ovlasa, o ov
halal və pakdır. Həmçinin əgər o heyvanı başqa bir heyvan ilə birlikdə ovlasa, onların hər
ikisi halal və pak olar.
Məsələ 2571: Əgər neçə nəfər birlikdə iti göndərsələr və onlardan biri bilə-bilə Allahın
adını çəkməsə, o ov haramdır. Həmçinin əgər göndərdikləri itlərdən biri 2567-ci məsələdə
deyildiyi kimi tərbiyə olunmasa, o ov haram olar.
Məsələ 2623: Əgər şahin, ya ov itindən başqa bir heyvan bir heyvanı ovlasa, o ov halal
deyil. Amma ovlanan heyvana canlı olduğu halda yetişərlərsə və onu İslami qaydalara görə
kəsərlərsə, halaldır.
BALIQ VƏ ÇƏYİRTKƏ OVU
Məsələ 2573: Əgər əsl yaradılışında pulcuqu olan balıq, sonradan hər hansı bir səbəbə görə
pulcuqu tökülmüş olsa da, sudan diri tutub, sudan kənarda can verərsə, pak və onu yemək
halaldır. Belə ki, suda ölsə pak, amma onu yemək haramdır. Hərçənd zəhər kimi bir vasitə
ilə ölmüş olsa belə. Amma əgər balıqçının torunda suda ölərsə, bu halda onu yemək
halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də, haramdır.
Məsələ 2574: Əgər balıq sudan kənara düşsə, ya dalğa onu kənara atsa, ya su çəkilsə və
balıq quruda qalsa, belə ki, ölməmişdən qabaq bir kəs onu əl ilə ya başqa bir şey ilə tutsa,
can verəndən sonra halal olar. Əgər tutmazdan əvvəl ölsə, haramdır.
Məsələ 2575: Balıq tutan adamın müsəlman olmağı və tutan zaman Allahın adını çəkməsi
lazım deyil. Amma gərək müsəlman, onun sudan diri tutulduğunu və ya suyun içində
balıqçının torunda öldüyünü görsün, ya da başqa bir yolla buna xatircəm olsun.
Məsələ 2576: Sudan diri, ya ölü tutulması mə`lum olmayan balıq müsəlmanın əlində olsa və
onda halal olmasını göstərən bir təsərrüf etsə, məsələn yemək, ya satmaq kimi, halaldır.
Əgər kafirin əlində olsa, diri tutduğunu desə də, haramdır. Amma əgər insanın, onun
sudan diri tutulduğuna və ya suda balıqçı torunda öldüyünə xatircəmliyi olarsa, halaldır.
Məsələ 2577: Canlı balığı yemək halaldır.
Məsələ 2578: Əgər diri balığı qızartsalar, ya sudan kənarda can verməmişdən qabaq
öldürsələr, onu yemək caizdir.
Məsələ 2579: Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri halda suya
düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir.
Məsələ 2580: Əgər çəyirtkəni əl ilə, ya başqa bir şey ilə diri tutsalar, can verəndən sonra
halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım
Dostları ilə paylaş: |
|
|