|
![](/i/favi32.png) İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq«Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə
«Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə
xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minha illa xəyrən, və əntə ə`ləmu biha
minna, əllahummə in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiə`tən fətəcavəz
ənha, vəğfir ləha, əllahumməc`əlha indəkə fi ə`la illiyyin vəxluf əla əhliha fil-ğabirin,
vərhəmha birəhmətikə ya ərhə-mərrahimin» deməsi daha yaxşıdır.
Bundan sonra beşinci təkbiri deyə bilər və bununla da meyyit namazı bitər.
Məsələ 599: Təkbirlər və dualar namaz öz halından çıxmayacaq şəkildə ardıcıl
oxunmalıdır.
Məsələ 600: Meyyitin namazını camaat ilə qılan şəxs onu camaatla belə qılsa, təkbir və
duaları özü oxumalıdır.
MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI
Məsələ 601: Bir neçə şey meyyit namazında müstəhəbbdir:
1.
Meyyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma
ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud
dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyyit namazına çatmamasından
qorxarsa, təyəmmüm etməlidir.
2. Əgər meyyit kişidirsə, imam-camaatın və ya münfərid olaraq, namazını qılan şəxsin
meyyitin qamətinin orta qismində, əgər meyyit qadındırsa, sinəsinin müqabilində
dayanması;
3. Ayaqyalın namaz qılması.
4. Hər təkbirdə əllərini yuxarı qaldırması.
5. Meyyitlə onun arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək
miqdarda az olması;
6. Meyyit namazının camaatla qılınması;
7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan
oxusunlar.
8. Camaatla qılınan meyyit namazında mə`mumun, bir nəfər olsa belə, imamın arxasında
durması;
9. Namaz qılanın meyyiti və mö`minləri çox dua etməsi;
10. Camaat namazında, namazdan qabaq üç dəfə «Əssalat» deməsi.
11. Meyyit namazını, xalqın meyyit namazı qılmaq üçün daha çox getdikləri yerdə
qılmaları;
12. Meyyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz
qılanların sıralarına qatılmaması;
Məsələ 602: Məscidlərdə meyyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda
məkruh deyildir.
DƏFNIN HÖKMLƏRI
Məsələ 603: Meyyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara
bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra
çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi
lazımdır.
Məsələ 604: Əgər meyyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya
tabutda da qoya bilərlər.
Məsələ 605: Meyyit, bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə, torpaqda sağ yanı
üstə uzandırılmalıdır.
Məsələ 606: Əgər bir şəxs gəmidə ölərsə, belə ki, cəsədi xarab olmayacaqsa və onun gəmidə
olmasının bir maneəsi yoxdursa, quruya yetişincəyə qədər gözləyib, torpağa dəfn
edilməlidir. Əks təqdirdə, ona gəmidə qüsl verib, hənut edib, kəfənləyib və namazını
qıldıqdan sonra, bir nehrəyə qoyub, ağzını bağlayaraq dənizə atmaları və ya ayağına ağır
bir şey bağlayaraq, dənizə atmaları gərəkdir. Mümkün olduğu təqdirdə, onu, heyvanlara
dərhal yem olmayacağı bir yerdə, dənizə atmalıdırlar.
Məsələ 607: Düşmənin, meyyitin qəbrini açaraq, onu çıxarıb qulağını, burnunu və ya başqa
üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu təqdirdə, əvvəlki məsələdə söylənildiyi
tərzdə onu dənizə atmalıdırlar.
Məsələ 608: Dəryaya atmağın xərci ya qəbri möhkəm etməyin xərci lazım olan surətdə,
meyyitin malının əslindən götürə bilərlər.
Məsələ 609: Kafir bir qadın ölər və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası
müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası
qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, onun bətnindəki uşağın bədəninə ruh
daxil olmadığı təqdirdə də, müstəhəbb ehtiyata əsasən, eyni hökmü daşıyır.
Məsələ 610: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlığında isə kafirin
dəfni caiz deyildir.
Məsələ 611: Müsəlmanın, ona hörmətsizlik sayılan yerlərdə (məsələn, zir-zibil tökülən
yerlərdə) dəfn edilməsi caiz deyildir.
Məsələ 612: Meyyiti qəsb olan yerdə və məscid kimi meyyitin dəfnindən başqa bir şey üçün
vəqf olan yerdə vəqfə zərər yetirəcəyi, yaxud hansı məqsədlə vəqf olunubsa, həmin
məqsədə maneçilik törətdiyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehiyata görə,
zərər və ya maneçilik törətməsə də, hökm eynidir.
Məsələ 613: Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün açmaq caiz deyil, amma
qəbir köhnəlibsə və birinci meyyit tamamilə aradan getsə, bu caizdir.
Məsələ 614: Tük, dırnaq və diş olsa belə, meyyitdən ayrılan şey onunla bərabər dəfn
edilməlidir. Əgər meyyitdən ayrılan şey meyyitin dəfn edilməsindən sonra olarsa, o şey
meyyitin dırnaq, tük və ya dişi olsa belə, lazım ehtiyat olaraq başqa bir yerdə dəfn
Dostları ilə paylaş: |
|
|