22
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
hüquqları müdafiəsi mexanizmlərini tətbiq edə bilməyən, eləcə də tətbiq etmək üçün kifayət qədər
vaxtı olmayan tibb işçilərimiz bu sahədə ixtisaslaşmış nümayəndə və vəkillin xidmətindən istifadə
etməsi daha məqsədə müvafiq hesab olunur.
Ümumilikdə tibb işçilərinin hüquq və vəzifələri mövzusu aparılan hüquqi islahatlar çərçivəsində
aktuallığı artan bir mövzu olduğundan bu sahədə elmi tədiqiqatların aparılması zəruridir. Məqalədə
tibb işçilərinin hüquq və vəzifələri sadalanmış, həmin hüquq və vəzifələrin müdafiəsi
mexanizmlərindən bəhs olunmuşdur.
23
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
Məhkəmə aktları
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28‐ci maddəsinin şərh edilməsinə dair
12 aprel 2017ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr),
Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov
(məruzəçi‐hakim) və Kamran Şəfiyevdən (məruzəçi‐hakim) ibarət tərkibdə, məhkəmə katibi
Elməddin Hüseynovun, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin
hakimləri Cahangir Yusifov və Vidadi Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Qəmərlinin, ekspert
Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
Sübhan Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar
Hüseynovun, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat və
təmsilçilik şöbəsinin rəisi, ədliyyə polkovniki Rövşən Rəsulzadənin iştirakı ilə, Azərbaycan
Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya
icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
81.2‐ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında
konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati
Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 81‐ci maddəsində nəzərdə
tutulan apellyasiya şikayəti vermək hüququnun işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə
aktı ilə maraqlarına toxunan şəxslərə münasibətdə həmin Məcəllənin 81.2‐ci maddəsinin tələbləri
baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, iddiaçılar S.Hüseynova və qeyriləri Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər
Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati‐İqtisadi Məhkəməsinə müraciət edərək
alqı‐satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə
texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması
barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 1 may 2012‐ci il tarixli qərarı ilə iddia
təmin edilmişdir.
Həmin qərar qanuni qüvvəyə mindikdən sonra işdə iştirak etməyə cəlb edilməyən
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) apellyasiya
şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək birinci instansiya məhkəməsinin
qərarının ləğv edilməsini xahiş etmişdir.
24
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
Müdafiə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı
əsasında iddiaçıların adına dövlət qeydiyyatına alınan mübahisəli torpaq sahəsində 1950‐ci ildən
Müdafiə Nazirliyinin hərbi şəhərciyi yerləşir. Həmin torpaq sahəsi Müdafiə Nazirliyinin “N” saylı
hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən
ərazinin kimin istifadəsində olmasını müəyyənləşdirməmiş və maraqlarına toxunan Müdafiə
Nazirliyini üçüncü şəxs qismində işə cəlb etməmişdir.
Müraciətedənin fikrincə, inzibati prosessual qanunvericilikdə işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ ilə bağlı
birbaşa müddəalar mövcud olmadığından, Müdafiə Nazirliyinin apellyasiya şikayətinə mahiyyəti
üzrə baxılmasında prosessual çətinliklər yaranmışdır.
Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə
aktı ilə maraqlarına toxunan şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin olunması
və vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından İnzibati Prosessual Məcəllənin
81.2‐ci maddəsinin şərh edilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələ İnzibati
Prosessual Məcəllənin üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunmasını tənzimləyən
28‐ci maddəsinin şərh edilməsi yolu ilə həll edilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60‐cı maddəsindən irəli gələn məhkəməyə
müraciət etmək hüququ ilə hüquqi müəyyənliyin ayrılmaz tərkib hissəsi olan məhkəmə
qərarlarının stabilliyi prinsipinin əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir.
Konstitusiyanın 60‐cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71‐ci maddəsinin VI və VII
hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları
birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar
mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125‐ci maddəsinin I hissəsində məhkəmə
hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit
edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların
səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi
hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada
təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız
məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa
etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372‐ci maddəsinin
apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7‐ci
maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011‐ci il tarixli Qərarı).
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 420‐ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012‐ci il tarixli
Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz
növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində
səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir.
Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal
xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması
məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət
mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və
vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində
balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin
(hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa