Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

­  41 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya

hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat

orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsini və “Konstitusiya

Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu maddələrini

rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  29‐cu  maddəsinin  VI  hissəsi  baxımından

“Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Qanunun  15‐ci  maddəsində  nəzərdə  tutulan

hüquqların  dövlət  qeydiyyatına  alınmasından  imtina  hallarının  bu  Qərarın  təsviri‐əsaslandırıcı

hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının  Milli

Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət

qeydiyyatına  alınması  üçün  təqdim  edilən  sənədlərdə  torpağın  kateqoriyası  (məqsədli  təyinatı)

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  kateqoriyaya  uyğun  gəlmədikdə,

həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində

hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında”

Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər.

Torpaq  sahəsi  üzərində  hüquqlar  dövlət  qeydiyyatına  alınarkən  torpağın  kateqoriyasının

(məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  14.1‐ci  maddəsinə  uyğun  olaraq  qeydiyyat

dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin

baxılmamış  saxlanılmasına  və  ya  hüquqların  dövlət  qeydiyyatının  dayandırılmasına  səbəb  olan

hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.

3.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir

edilə bilməz.

        Sədr                                                                                           Fərhad Abdullayev



­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

BİRİNCİ BÖLMƏ

AXUNDOV AZƏRBAYCANA QARŞI

(Şikayət № 39941/07)

Q Ə R A R

03 fevral 2011­ci il

Bu  qərar  qətidir,  lakin  redaktə  edilməsi üçün  yenidən baxıla  bilər.  Qərar Konvensiyanın  44­cü

maddəsinin 2‐ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən  redaktə edilə bilər.

Axundov Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,

     Xristos Rozakis, Sədr,

     Nina Vajiç,

     Xanlar Hacıyev,

     Din Spilman,

     Sver Erik Jebens,

     Qeorqe Nikolau, hakimlər,

və Soren Nilsen, Bölmə Katibi,

 

13 yanvar 2011‐ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:



PROSES

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34­cü maddəsinə

əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Marif Xəlil oğlu Axundovun («ərizəçi»)

Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 39941/07) iş 12 sentyabr 2007‐ci ildə başlanılmışdır.

2.  Ərizəçini  Azərbaycanda  vəkil işləyən  cənab  F.Ağayev  təmsil  edib.  Azərbaycan Hökumətini

(«Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.

3.  Ərizəçi, xüsusən  iddia  etdi  ki,  23  fevral  1998‐ci  il  tarixli  qətnamənin  icra olunmaması  onun

Konvensiyanın  6,  13  və  1 saylı  Protokolun  1‐ci  maddələri  ilə  təmin olunmuş  ədalətli  məhkəmə

araşdırılması, səmərəli hüquqi müdafiə vasitəsi və mülkiyyət hüquqlarını pozmuşdur.

4. Bölmənin Sədri 26 noyabr 2008‐ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına

gəlib.  Həmçinin  qərara  alınmışdır  ki, şikayətin  mahiyyətinə  onun  məqbuliyyəti  ilə  eyni  vaxtda

baxılsın (Konvensiyanın 29‐cu maddəsinin 3‐cü bəndi).

FAKTLAR

5. Ərizəçi 1951‐ci ildə anadan olmuşdur və Bakıda yaşayır.



6.  Ərizəçi  Maliyyə  Nazirliyinin  (“Nazirlik”)  Bakı  şəhəri  üzrə  Nəzarət‐Təftiş  İdarəsinin  (“İdarə”)

müfəttişi  işləmişdir.  01  may  1997‐ci  ildə  işi  qənaətbəxş  qiymətləndirilmədiyi  üçün  Nazirlik

tərəfindən vəzifəsindən azad olunmuşdur.

7. Ərizəçi Nazirliyə qarşı iddia qaldıraraq əmrin qanunsuz hesab olunmasını tələb etmişdir. 23 fevral

1998­ci  il  tarixli  qətnaməsi  ilə  Səbail  rayon  məhkəməsi  iddianı  təmin  edərək,  onun  işinə  bərpa

olunmasını qət etmişdir. Bundan başqa, məhkəmə 01 may 1997‐ci ildən (işdən çıxarılma tarixi) 23

fevral  1998­ci  ilədək  (qətnamənin  çıxarılma  tarixi)  ödənilməmiş əmək  haqqının  ödənilməsini

Nazirliyə tapşırmışdır. Qanunla müəyyən olunmuş müddətdə 23 fevral 1998‐ci il tarixli qətnamədən

şikayət verilməmiş və həmin vaxtda qüvvədə olan qanunvericiliyə uyğun olaraq, o, çıxarılmasından

10 gün sonra qüvvəyə minmişdir.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə