Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   21   22   23   24   25   26   27   28   29

­  47 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

36. Hazırkı iş üzrə qəti məhkəmə qətnaməsini icra etmək üçün bütün zəruri tədbirləri görməməklə,

dövlət  orqanları  Konvensiyanın  6‐cı  maddəsinin  1‐ci  bəndinin  müddəalarını  bütün  səmərəli

təsirindən məhrum etmişlər (baxın, yuxarıda qeyd olunmuş Burdov, § 37). Müvafiq olaraq, iş üzrə

Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi pozulmuşdur.

37. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13‐cü maddəsi əsasında şikayət

üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6‐cı maddəsi şikayətin bu

hissəsi üçün lex specialis‐dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, ¹ 31556/03, § 59, 25

oktyabr 2007‐ci il və Casiunien Litvaya qarşı, ¹ 41510/986, 06 mart 2003­cü il,  § 32).

Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsi

38.  Səbail  rayon  məhkəməsinin  23  fevral  1998‐ci  il  tarixli  qətnaməsi işdən  çıxarıldığı  gündən

qətnamənin qəbul edildiyi tarixədək (23 fevral 1998‐ci il) ödənilməmiş əmək haqqının ərizəçiyə

ödənilməsini  qət  etmişdir.  Qətnamənin  qüvvəyə  minməsinə  və  icra  icraatının  başlanılmasına

baxmayaraq,  qətnamə  Konvensiyanın  Azərbaycana münasibətdə  qüvvəyə  minməsindən  sonra

demək olar ki yeddi il ərzində icra olunmamışdır. Qətnamənin icrasına nail olmaq üzrə ərizəçinin

çarəsizliyi  onun  1  saylı  Protokolun  1‐ci  maddəsinin  birinci  paraqrafının  birinci  cümləsində

göstərildiyi kimi mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil edir.

39. 23 fevral 1998‐ci il tarixli qətnaməni vaxtında icra etməməklə, milli orqanlar ərizəçini əsaslı

gözlədiyi  pulu  almaqdan  məhrum  etmişdir.  Hökumət  bu  müdaxilə  üçün  hər  hansı əsaslandırma

təqdim etməmişdir (baxın, yuxarıda qeyd olunmuş Burdov, § 41).

40. Müvafiq olaraq, iş üzrə 1 saylı Protokolun 1‐ci maddəsi pozulmuşdur.

II. KOMPENSASİYA İCRAATI ÜZRƏ KONVENSİYANIN 6‐cı MADDƏSİNİN 1‐ci BƏNDİNİN VƏ 1 SAYLI

PROTOKOLUN 1‐ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

41. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinə və 1 saylı Protokolun 1‐ci maddəsinə istinadən,

ərizəçi şikayət edib ki, kompensasiya icraatı “ağlabatan” müddəti keçmiş və 17 yanvar 2003‐cü il

tarixli qətnamə ilə təyin olunmuş məbləğ kifayət olmamışdır.

42. Kompensasiya icraatının iddia olunan həddən artıq davamiyyətinə gəldikdə, ərizəçinin xeyrinə

yekun qətnamənin davamlı icra olunmamasına aid Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinə dair

qənaətini nəzərə alaraq, Məhkəmə bu şikayəti araşdırmağı zəruri hesab etmir.

43.  Daxili  məhkəmələrin  təyin  etdikləri  kompensasiya  məbləğinin  kifayətsizliyinə  aid  ərizəçinin

şikayəti  ilə  bağlı,  bütün  malik  olduğu  materiallar  baxımından  məsələlərin  səlahiyyəti  daxilində

olduğu  qədər  ərizəçinin  dəlillərini  hərtərəfli  araşdıraraq,  Məhkəmə  hesab  edir  ki, bu  şikayət

Konvensiyada göstərilmiş hüquq və azadlıqların pozuntusunun hər hansı görüntüsünü aşkar etmir.

44. Bundan irəli gəlir ki, o, Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin mənasında açıq‐aşkar

əsassızdır və həmin maddənin 4‐cü bəndinə əsasən rədd edilməlidir.

III. KONVENSİYANIN 41‐ci MADDƏSİNİN TƏTBİQİ

51. Konvensiyanın 41‐ci maddəsi nəzərdə tutur ki:

«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa

gələn  Yüksək  Tərəfin  daxili  hüququnun  yalnız  bu  pozuntunun  nəticələrinin  qismən  aradan

qaldırılmasına  imkan  verdiyini  müəyyən  edirsə,  zəruri  halda  zərərçəkən  tərəfə  əvəzin  ədalətli

ödənilməsini təyin edir.»




­  48 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

A. Zərər: Maddi zərər

46.  Ərizəçi  maddi  zərərə görə  35.409  EUR  tələb  etmişdir.  Bu  məbləğ  özünə  qətnamənin  icra

olunmaması səbəbindən işsiz qaldığı üçün ərizəçinin ailəsi və dostlarından götürməsi iddia olunan

məbləği daxil etdirir.

47. Hökumət bildirib ki, ərizəçinin tələbləri əsassızdır və o öz dəlillərini təsdiq etmək üçün hər hansı

sübut təqdim etməmişdir.

48.  Məhkəmə  hesab  edir  ki,  ərizəçi  maddi  zərərə  aid  tələblərini  təsdiq  edən  sübutları  təqdim

etməmişdir. Buna görə o, həmin tələbi rədd edir.

2. Mənəvi zərər

49. Ərizəçi mənəvi zərərə görə 15.000 avro kompensasiya tələb etmişdir.

50. Hökumət bu məbləği əsassız və həddən artıq hesab edib və bildirib ki, Konvensiya pozuntusunun

müəyyən olunması özlüyündə kifayətedici kompensasiyanı təşkil edir.

51. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamənin davamlı icra olunmaması nəticəsində

ərizəçiyə  mənəvi  zərərin  vurulması  mümkündür.  Lakin  tələb  olunmuş  məbləğ  həddən  artıqdır.

Konvensiyanın  41‐ci  maddəsinin  tələb  etdiyi  kimi  ədalətli  əsaslarla  qiymətləndirməni  edərək,

Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 EUR

kompensasiya məbləği təyin edir.

B. Xərc və məsrəflər

52. Ərizəçi, həmçinin daxili proseslərdə və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə

1.600 EUR tələb etmişdir.

53. Hökumət bu tələbi həddən artıq və məbləğlərin əslində xərclənmədiyini hesab etmişdir.

54.  Məhkəmənin  presedent‐hüququna  müvafiq  olaraq,  xərc  və  məsrəflərin  yalnız  həqiqətən  və

zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin

ödənilməsi  hüququna  malikdir.  Hazırkı  işdə  ərizəçi  tərəfindən  hər  hansı  təsdiqləyici  sənədlərin

təqdim olunmadığını nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərlə bağlı tələbi rədd edir.

C.  Faiz dərəcəsi

63. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi

Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.

BU SƏBƏBLƏRƏ GÖRƏ,  MƏHKƏMƏ YEKDİLLİKLƏ

Ərizəçinin  xeyrinə  olan  qətnamənin  icra  olunmamasına  dair  şikayəti  məqbul  və  şikayətin  qalan

hissəsini qeyri‐məqbul elan edir;

İş üzrə Konvensiyanın 6­cı maddəsinin 1‐ci bəndinin pozulduğunu qərara alır;

İş üzrə 1 saylı Protokolun 1‐ci maddəsinin pozulduğunu qərara alır;

Şikayətin Konvensiyanın  13­cü  maddəsi baxımından araşdırılmasının  tələb olunmadığını qərara



alır;

5. Qərara alır ki,




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə