49
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
(a) Qərarın Konvensiyanın 44cü maddəsinin 2‐ci hissəsinə əsasən qəti olduğu gündən üç ay
müddətində mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə
həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər
hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı
məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun
ödənilməlidir;
7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77‐ci qaydasının 2‐ci və 3‐cü bəndlərinə
müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 fevral 2011‐ci ildə göndərilib.
Soren Nilsen
Xristos Rozakis
Bölmə Katibi
Sədr
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
50
Yerli mətbuat səhifələrindən
6 HAKİM BARƏDƏ İNTİZAM İCRAATI BAŞLANILMIŞDIR
Məhkəmə‐Hüquq Şurasının bütün apellyasiya
məhkəmələri sədrlərinin və hakim assosiasiyaları
rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.
Tədbirdə çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət
Məmmədov dünyanı iqtisadi böhran bürüdüyü
şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin davamlı inkişafının təmin olunduğunu,
sosial və iqtisadi layihələrin uğurla icra edildiyini
məmnunluqla diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş insan haqlarının
prioritetliyi və humanizm siyasətinə sadiqlik ölkəmizdə dövlət idarəçiliyinin əsas prinsiplərinə
çevrilmişdir. Möhtərəm Prezidentimiz tərəfindən 3.800‐dən çox, o cümlədən ötən ay 423 məhkum
əfv edilmiş, Azərbaycan Respublikasının Birinci vitse‐prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 min insana
şamil olunmuşdur. Ölkə Prezidentinin təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin
dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək, 1500‐dək
məhkum cəza çəkməkdən azad olunmuş, yaxud cəza müddətləri azaldılmışdır. Bu baxımdan dövlət
başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017‐ci il tarixli Sərəncamının
müstəsna əhəmiyyəti qeyd olunmuşdur.
İclasda Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunmuş, onun ölkəmizdə insan haqlarının,
xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının
fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün «yol xəritəsi» olduğu vurğulanmışdır. Həbs
qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə
törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə
nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir.
Bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə
təcrübəsi əvvəllər ümumiləşdirilmiş, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə
edilmişdir. Bu sahədə kobud pozuntulara görə Məhkəmə‐Hüquq Şurası tərəfindən 15 hakim ciddi
intizam məsuliyyətinə cəlb edilmiş, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə
qərar qəbul edilmişdir. Bununla belə köklü dönüş baş verməmiş, həbs qətimkan tədbirinin
seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməmişdir.
Qeyd olunmuşdur ki, məhkəmələrdə baxılan cinayət işlərinin və bütövlükdə məhkumetmənin
sabitliyi ölkəmizdə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli
nailiyyətdir. Lakin təəssüf ki, barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan,
habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artmışdır. Bununla
əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı
təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə
olunmuş, bu sahədə mövcud nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin
yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınmışdır.
Həmçinin, Şurada Sərəncamda verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş
Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilmişdir. Cəza siyasətinin
humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200‐dən artıq dəyişikliyin edilməsi, o cümlədən
iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
51
alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq
vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş
tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış mühüm qanun layihəsi ətraflı
müzakirə edilmişdir.
Eyni zamanda bildirilmişdir ki, Sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal
icrasına başlanılması nəticəsində 450‐yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq
təcridxanalarından azadlığa buraxılmış, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli
azalmışdır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri iclasda çıxış edərək Sərəncamın insan
haqlarının,
xüsusilə
azadlıq
hüququnun
qorunmasında,
ədalətli
cəza
siyasətinin
formalaşdırılmasında proqram xarakteri daşıdığını bildirmişlər.
İclasda Sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının
məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs
qətimkan tədbirinin seçilməsi təcrübəsinin mütəmadi təhlil olunaraq ümumiləşdirilməsi, həbs
müddətinin uzadılmasına yeni, təsirli nəzarət mexanizmlərinin işlənilməsinin və ədalətli cəza
siyasəti formalaşmasının zəruriliyi vurğulanmışdır.
Şurada ötən il məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə məhkəmə hakimiyyətinin
özünüidarə səlahiyyətlərinin daha da genişləndirilməsi ilə bağlı mütərəqqi dəyişikliklər edilməsi,
o cümlədən məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması səlahiyyətinin Məhkəmə‐
Hüquq Şurasına həvalə edilməsi diqqətə çatdırılmışdır.
Bununla əlaqədar iclasda məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı apellyasiya məhkəmələrinin
təklifləri dinlənilmiş, məhkəmələrin iş yükü üzrə aparılmış təhlillər və onun mütənasibliyi nəzərdən
keçirilmiş, ərazi yurisdiksiyası zəruri dəyişikliklər edilməklə yenidən təsdiq olunmuşdur.
İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara
yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılmışdır.
(c) MHŞ
"DQR"IN STATUSUNA AVROPA MƏHKƏMƏSİNİN MÜNASİBƏTİ ‐ YENİ
“Məlum olduğu kimi, bir qrup azərbaycanlı hüquq
müdafiəçisi ötən ilin aprel ayında Ermənistanın
hərbi təxribatının qurbanı olmuş 700‐dən çox
Azərbaycan vətəndaşının adından Avropa İnsan
Hüquqları Məhkəməsinə ərizə ilə müraciət
etmişdilər. Ermənistan tərəfi isə yenə də dünya
ictimaiyyətini aldatmaq üçün cılız və təxribat
xarakterli addım atıb.” Azərbaycan Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov
bununla bağlı məlumat verib. O, müsahibə zamanı
ermənilərin növbəti dəfə yalanı həqiqət kimi təqdim
etmək cəhdlərinin iflasa uğradığını bildirib.
“Ondan başlayaq ki, tanınmayan və separatçı “Dağlıq Qarabağ Respublikası” (“DQR”) prezidentinin
hüquq məsələləri üzrə müşaviri Emil Babayan Avropa Məhkəməsinin sədrinə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, məhkəmə prosesində “DQR”in iştirakı üçün şərait yaradılsın. O, göndərdiyi
məktubda Montevideo Konvensiyasına istinad edərək bəyan edir ki, guya, marionet “Dağlıq Qarabağ
Respublikası”nın bütün müstəqil dövlətlərə xas atributları və müstəqil məhkəməsi mövcuddur.
Qeyd edim ki, 1933‐cü ildə qəbul edilən Montevideo Konvensiyasında müstəqil ölkənin
formalaşması üçün dörd prinsip əsas götürülüb: