Jurnal XII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   21   22   23   24   25   26   27   28   29

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

­  54 ­

2016‐2018‐ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdqi edilməsi haqqında Sərəncamının tələbinə

əsasən  2016‐2018‐ci  illərdə  korrupsiya  cinayətləri  ilə  əlaqədar  ibtidai  araşdırma  çərçivəsində

“istintaq  sövdələşməsi”  institutunun  tətbiqinə  dair  təkliflərin  hazırlanmasının  zəruriliyi  və  bu

sahədə  işlərin  görüldüyü  vurğulanmışdır.  İnteraktiv  şəkildə  aparılmış  simpoziumda  “Moldova

Respublikasının  cinayət‐prosessual  məcəlləsində  təqsirin  etirafı  əqdinin  müddəalarının  tətbiqi

təcrübəsi”, “ABŞ‐da təqsirin etirafı əqdinin prosedurunun xüsusiyyətləri”, “Azərbaycanda təqsirin

etirafı əqdinin tətbiqinin hüquqi nəticələri” mövzularında təqdimatlar olmuş, tədbir iştirakçıları

arasında kazuslar həll olunmuş, tədbirin sonunda isə iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Qeyd  olunmalıdır  ki,  simpozium  Avropa  İttifaqı  tərəfindən  maliyyələşdirilməklə  “Azərbaycanda

ədliyyə  sisteminin  inkişafına  və  cinayət  işləri  üzrə  məhkəmə  qərarlarını  icra  edən  qurumların

göstərdiyi  xidmətlərin  təkmilləşdirilməsinə  dəstək”  layihəsi  çərçivəsində  təşkil  olunmuşdur.

Tədbirdə  Aİ‐nın  beynəlxalq  ekspertləri  qismində  ABŞ  və  Moldovanın  sabiq  prokurorluq  işçiləri

xanım Pamela Fahey və Stanislav Pavlovski, yerli ekspert qismində isə Azərbaycan Hüquq İslahatları

Mərkəzinin nümayəndəsi Fərhad Nəcəfov iştirak etmişdir.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Beynəlxalq mətbuat səhifələrindən

LOBBİÇİLİYİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ O

QƏDƏRMİ VACİBDİR?!

Martın 22‐də Avropa Şurası Nazirlər Komitəsi

lobbiçilik  fəaliyyəti  ilə  bağlı  maraqlı  tövsiyə

sənədi  qəbul  etmişdir,  hansı  ki,  bu  məsələ

Avropa  Şurasına  üzv  dövlətlərin  hər  birində

aktualdır. Üstəlik, kapitalizm münasibətlərinin

hökmran  olduğu  bu  ölkələrdə  iqtisadi  maraq

qruplarının dövlət idarəçiliyi və siyasətə güclü

təsirə malik olmaları nəzərə alınarsa, mənzərə

bizim üçün daha aydın şəkildə görünmüş olar.

Məsələ ilə bir balaca dərindən maraqlandıqda,

görərik ki, bu sənədin qəbulu təsadüfi xarakter

daşımır. Belə ki, Avropa Şurası nəzdində fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə üzə Dövlətlər

Qrupunun hesabatlarında bir sıra dövlətlərdə lobbiçilik fəaliyyətinin hüquqi reqlamentasiyasında

çox saylı çatışmazlıqların mövcudluğu aşkar olunmuşdur ki, bu kimi hesabatlar Nazirlər Komitəsi

tərəfindən tövsiyə sənədinin qəbulunda təsirsiz ötüşməmişdir.

Beləliklə, qeyd olunan sənədin adı “Dövlət orqanları tərəfindən qərar qəbul edilməsi prosesinə

təsir baxımından lobbiçilik fəaliyyətinin hüquqi nizamlanması üzrə töysiyələr”dir. Tövsiyələrdə

qeyd olunur ki, açıq hökumət və qərar qəbul edilməsində şəffaflığın təmin edilməsi baxımından

lobbiçilik fəaliyyəti faydalı olsa da, üzv ölkələrin əksəriyyətində bu fəaliyyəti tənzimləyən ətraflı

qanunvericilik  bazası  yoxdur.  Bu  mənada  şəffaflığın  təmin  edilməsi  baxımından  üzv  dövlətlər

lobbiçilik fəaliyyətinin qeydiyyatı üzrə müvafiq dövlət orqanına səlahiyyət verməli və bu reyestr

ictimaiyyətə açıq olmalıdır. Qeydiyyat məlumatları ən azı aşağıdakı informasiyaları özündə ehtiva

etməlidir: lobbiçinin adı, lobbiçilik fəaliyyətinin mövzusu, xeyirinə lobbiçik fəaliyyəti göstərilən

sifarişçinin kimliyi.

Normativ  sənəddə  həmçinin  lobbiçilərin  etik  davranış  məsələləri,  qaydaları  pozduğu  təqdirdə

onlara  tətbiq  olunacaq  effektiv  sanksiyalar  öz  əksini  tapmalıdır.  Təcrübədə  əksər  lobbistlərin

vaxtilə dövlət rəsmiləri arasından çıxdığını nəzərə alaraq, Nazirlər Komitəsi hesab edir ki, lobbiçik

fəaliyyətinə başlamamışdan əvvəl dövlət qulluqçuları vəzifədən getdikdən sonra müəyyən “soyuma

müddəti”ni  keçməlidirlər.  Yəni,  qanunvericlikdə  dövlət  qulluqçusu  vəzifədən  getdikdən  sonra

müəyyən müddət müəyyənləşdirilməlidir ki, məhz həmin müddət keçəndən sonra lobbist olmaq

istəyən sabiq dövlət qulluqçusu fəaliyyətə başlaya bilər. Bu mexnizmin məqsədi lobbistin vaxtilə

işlədiyi  sfera  ilə  əlaqələrinin  “soyuma”sından  ibarətdir  ki,  bu  qərəzsiz,  qeyri‐qanuni  təsirlərin

aradan  qaldırılması  və  obyektiv  fəaliyyətin  təmin  edilməsi  baxımından  əhəmiyyətlidir.

Tövsiyələrdə eyni zamanda "dövlət qulluğu üzrə qanunvericilikdə dövlət qulluqçuları ilə lobbistlər

arasında münasibətləri tənzimləyən normalar da qeyd olunmalıdır" bildirilir.



ALİ MƏHKƏMƏNİN HAKİMİNİN XASİYYƏTİ ƏN AZI BELƏ OLMALIDIR!

Oxucularımıza ABŞ‐nin “Canlı Elm” dərgisində çıxmış “Ali məhkəmənin hər bir hakiminin xasiyyəti

necə  olmalıdır?”  başlıqlı yazınının  tərcüməsini  təqdim  edirik.  Bu  yazı  əsas  etibarilə  ABŞ Ali

Məhkəməsinin hakimləri prizmasından yazılsa da, öz unversallığı baxımından ölkəmizin hakimləri

üçün də maraq kəsb edə bilər.

­  55 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Məsələyə siyasətdən kənar və indiyə kimi ABŞ Ali Məhkəməsində 112 nəfər hakimin işlədiyini də

nəzərə  alsaq,  ideal  hakim  hansı xüsusiyyətlərə  sahib  olmalıdır  sualı bizləri  düşündürməyə

bilməz.  Belə ki,  hüquqi  biliklərindən  savayı,  hakimin  hansı  göstəricilərinin  olması

şərtdir? Aşağıdakı ali məhkəmə hakiminin, habelə işlədiyi məhkəmənin faydalandığı ən arzuolunan

5 xüsusiyyəti göstərilmişdir.



1. Kollegiallıq

Ali məhkəmənin hakimləri ömürlük təyin olunduqlarından təbiidir ki, onlar digər həmkarları ilə

məcburi qaydada yola getməli və bir‐birlərinə sayğı ilə yanaşmalıdırlar. Lakin kollegiallığın digər

bir  çaları  da  var:  bu  xasiyyət  işlərə  baxarkən,  bir  hakimin  digər  hakimi  öz  tərəfinə  çəkmək

ehtimalını artırır. “Ali Məhkəmənin Tarixi” jurnalının redaktoru Melvin Urofski bir hadisəni bu

cür xatırlyır – “Məhkəmə prosesində çox vaxt azlıqda qalan hakim Tomas Klarens deyərdi ki, gərək

biz hakimlər həmişə səmimi münasibəti saxlayaq, çünki bu gün mənim gözlədiyimin əksinə qərar

çıxaran hakimə hər hansı hüquqi mövqe ilə bağlı sabah mənim özümün ehtiyacım yaranar bilər.”

Məhz  bu  səbəbdəndir  ki,  məhkəmə  qərarına  dair  xüsusi  rəy  yazan  hakimlər  fikirlərini

“həmkarlarımın mövqeyinə hörmətlə bildirirəm” ifadələri ilə bitirirlər.



2. Ağıllı və sadəlik

Təbii ki, “Ali Məhkəmənin hakimi bilikli olmalıdır” ifadəsini işlətmək artıq hakimi aşağılamaq kimi

səslənə bilər. Lakin hakim hər bir halda özünün kim olduğunu hiss eləməldir, özünü dərk etməlidir.

Ən pis hakim odur ki, ali məhkəmə hakimi olmasına baxmayaraq, orada olmağı istəmir. Belələri

hakim  olduqlarını  təm  mənada  anlaya  bilməzlər.  Məhz  belə  hakimlər  ətraflarında  qorxu  hiss

yaratmaqla məhkəmədə çalışanları narahat edirlər.

Ağıllı olmaqla bərabər, hakimlər sadə olmalıdırlar. Hakim anlamlıdır ki, o, dünyanın problemini

həll  etmək  iqtidarında  deyil  və  sadəcə  ali  məhkəmənin  hakimidir,  nəinki  tanınmış  bir  şəxsdir.

Vaxtilə sabiq hakim David Souter barədə belə deyilirdi: o, lider deyildi, lakin Souterə görə, hakim

insan hərəkətlərini mühakimə edir və hakimlər də insan varlığı olaraq mükəmməl varlıq deyillər.



3. Məhkəməyə hörmət

Bir‐birinə qarşı sayğı ilə yanaşmaqla bərabər, hakimlər öz təmsil etdikləri quruma da hörmətlə

yanaşmalıdırlar.  Bu,  o,  deməkdir  ki,  hakim  anlamalıdır  ki,  məhkəmə  hakimiyyəti  hakimiyyətin

sərbəst qollarından biri olmaqla bu “üçlüy”ü formalaşdıran komponentdir.



4. Müxtəlif peşələrdən gələn hakimlər

Bəzən ölkə başçısı sentorlar, hüquq professorları və tanınmış vəkillər arasından Ali Məhkəməyə

hakim təyin edir. Bununla belə, Riçard Niksonun prezidentliyi dönəmindən bəri bu vəzifəyə əsas

etibarilə  aşağı  instansiyada  çalışmış  hakimlər  təyin  edilirlər.  Peşə  keyfiyyətləri  və  göstəriciləri

baxımından belələrini hakim təyin etmək daha asandır. Uofski vaxtilə siyasi təcrübəsi olmuş şəxslər

arasından hakim təyin edilməsi praktikasını “çox böyük səhv” adlandırır. Bununla belə Urofski

hesab  edir  ki,  ali  məhkəmənin  hakim  elə  bir  insan  olmalıdır  ki,  o,  hökumətin  necə  fəaliyyət

göstərdiyini duysun.



5. Nəyi etmək olmaz

Bütün hakimlər ideal deyildirlər. Məsələn, Hakim Frankfurter bəlkə də, Ali Məhkəmənin tarixində

ən  ağıllı  hakim  olmuşdur,  lakin  onun  eqoizmi  çox  yüksək  olduğundan  o,  bəzən  həmkarlarına

nəsihət  verməkdən  çəkinməzdi.  Əslində  ali  məhkəmənin  hakimləri  özlərinə  yüksək  səviyyədə

dəyər verən fərdlərdirlər və bu cür nəsihətamiz söhbətlər onlara xoş gəlmir. Hətta hakim Vilyam

Duqlas yuxarıda adıçəkilən hakim Frankfurterin hərəkətlərindən qıcıqlananlardan birincisi idi.

Elə ki, Frankfurter ağızını açırdı ki, danışmağa başlasın, Duqlas söhbətə məhəl qoymadan ona gələn

məktubları götürərək gedib divanda əyləşib onları  oxumağa  başlayardı  və  söhbət  Duqlasın  bu

­  56 ­



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə