33
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
Məhkəmə aktları
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15‐ci
maddəsinin şərh edilməsinə dair
28 mart 2017ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr),
Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze və
Kamran Şəfiyevdən (məruzəçi‐hakim) ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Xəyalə
Cəmilova və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin
baş məsləhətçisi Vasif Əmiraslanovun,
ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru Sübhan Əliyevin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Xəqani Məmmədov və
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri Oktay Həsənovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq
xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 və 15‐ci maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 29‐cu maddəsinin I, II və III hissələrinin tələbləri baxımından şərh
edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K. Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Qanun) 8.0.1 və 15‐ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 29‐cu maddəsinin I, II və III hissələrinin tələbləri baxımından şərh
edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, Şabran rayon Pirəbədil bələdiyyəsi Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi
İdarəsinə (bundan sonra – DƏDRX‐in 5 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Sumqayıt
İnzibati‐İqtisadi Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil bələdiyyəsinin 30 iyun
2014‐cü il tarixli iclas protokolunun qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Zöhramlı
34
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
kəndində yerləşən sahəsi 300 kv.m. olan torpaq sahəsi üzərində Şabran rayon Pirəbədil
bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına
alınması və bununla bağlı müvafiq çıxarışın Şabran rayon Pirəbədil bələdiyyəsinə təqdim edilməsi
öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
Sumqayıt İnzibati‐İqtisadi Məhkəməsinin 29 iyul 2016‐cı il tarixli qərarı ilə iddia təmin
edilmiş və həmin torpaq sahəsi üzərində Şabran rayon Pirəbədil bələdiyyəsinin mülkiyyət
hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi
cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə qənaətə gəlmişdir ki,
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15‐ci maddəsində ayrılmış torpaq
sahəsinin hansı kateqoriya torpaqlara aid olduğunun göstərilməməsi hüquqların dövlət
qeydiyyatına alınmasından imtinanın əsası kimi müəyyən edilməmişdir.
DƏDRX‐in 5 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati‐İqtisadi
Məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla
əsaslandırılmışdır ki, Pirəbədil bələdiyyəsinin xəritəsində ayrılmış ərazinin hansı kateqoriya
torpaqlara aid olduğu göstərilmədiyindən həmin torpaq sahəsinin təyinatını müəyyən etmək
mümkün deyildir və bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və
15‐ci maddələrinə əsasən iddia təmin olunmamalıdır.
Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən torpaq sahəsinin
təyinatının müəyyən edilməsinin mümkün olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına
alınmasından imtina edilməsi konstitusiya hüquqlarının pozulmasına gətirib çıxara bilər.
Müraciətedənin fikrincə, belə müraciətlərə münasibətdə inzibati orqan tərəfindən inzibati
icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati
icraat haqqında” Qanun) tələblərinə uyğun şəkildə aparılmalı, torpaq sahəsinin hansı kateqoriyaya
aid edildiyi araşdırılmalı və yalnız bundan sonra obyektiv, qanuni və əsaslı inzibati akt qəbul
edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan bəzi hallarda “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Qanunun 15.1.1 və 15.1.5‐ci maddələrinə təhrif etməklə istinad edərək
hüquqların dövlət qeydiyyatına alınmasından imtina edir.
Sumqayıt Apellyasiya Məhkəməsinin qənaətinə görə, təcrübədə yaranan qeyri‐ müəyyənliyin
aradan qaldırılması və insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 15‐ci maddələrinin şərh
edilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatı üzrə işi araşdıraraq belə
qənaətə gəlir ki, müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Qanunun 15‐ci maddəsi Konstitusiyanın 29‐cu maddəsinin VI hissəsinin
tələbləri nəzərə alınmaqla şərh edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri
hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət
hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar
və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə
birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək
hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə
bilməz (Konstitusiyanın 13‐cü maddəsinin I hissəsi və 29‐cu maddəsinin I, II, III və IV hissələri).
Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1‐ci maddəsində də öz əksini
tapmışdır.
Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi
ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13‐cü maddəsinin müddəaları nəzərə