Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

Unutmaq lazım deyil ki, insanın özünü yetərincə və lazımınca ifadə etməsini bir forma kimi

daşıyan  nitq  mədəniyyəti  insana  fəlsəfi  və  elmi  nəzəriyyələr  əsasında  özünü  ifadə  etməsinin

mümkünlüyünü və bu mümkünlüyün əsas yollarını (istiqamətini) öyrədir.

Başlıca dəyər adət və ənəyə, o cümlədən bərqərar olunmuş əxlaqa əsaslanan mədəniyyətdir.

Bu, mədəniyyət daşıyıcıları mövcud və qeyri‐mövcud dəyərlərə hörmətlə yanaşmaqla özünü ifadənin

ən mürəkkəb forması hesab olunan davranışı, məhz ən ali səviyyədə yerinə yetirməlidirlər.

Davranışın  fikri  ifadə  etmək  və  özünü  ifadə  etmək  kimi  mühüm  formalarının  məğzini  məhz

insanın ali varlıq olması və ali dəyərlərə malik olması daşıyır. Bir‐birindən məntiqi əsaslara görə çox

da fərqlənməyən fikri ifadə və özünü ifadə başlıca olaraq insanı təcəssüm etdirir. Bu, təəcəssümdə

isə yenə də şüurun misilsiz kainatda mövcud olanlar (əldə olunanlar və bunlara qarşı münasibət)

mühüm əhəmiyyət kəsb edir.

Təbii  ki,  vəkilin  davranışı  o  zaman  mükəmməlliyi  ilə  seçilir  ki,  şüurda  yetərincə  elmi‐əxlaqi

normalar  mövcuddur.  Lakin  bunların  yoxluğu  vəkilə  davranışın  aşağı  həddə  olmasına  şərait

yaratmamalıdır, çünki ən azından sadəlik (hər kəsə “adi insan” olmağı nümayiş etdirmək) adlanan

bir vəziyyət mövcuddur və bu sadəlik kifayət edir ki, zamanında danışmalı, yaxud zamanında susmalı,

eləcə də zamanında hər hansı bir hərəkət etsin. Vacib deyil ki, sənin davranışın hansısa bir elmi baxış

baxımından  yüksək  olan  bir  insanın  davranışını  xatırlatsın,  yaxud  ona  bənzər  olsun,  yetər  ki,  bu

davranış sadəliyi ilə yalnız hörmətə arxalansın (savadlı olmaq şərt deyil, əsas məntiqli danışmağı

bacarmaqdır). Hörmətlə həyata keçirilən davranış bəşər aləmində insan üçün mövcud ünsiyyətlərin

ən alisidir.

Nitqdə olduğu kimi davranışda da vəkil, ünsiyyətdə (Müəllif qeydi: Vəkilin ünsiyyəti artıq onun

xidməti hesab olunur. Bu, xidmət üçün vəkil ilk öncə davranış qaydalarını, dil və nitq mədəniyyətini,

dilin mədəni və ədəbi formasının şərtlərinə əməl etməlidir.) olduğu şəxsə ona xoş olacaq, yaxud onu

inandıracaq üsullardan istifadə etməməli, yalnız aldığı məlumatla bağlı mövcud reallığı və gözlənilən

nəticəni (bəzən bu, hal istisna təşkil edir) ətraflı və aydın şəkildə bildirməlidir.

Unutmaq lazım deyil ki, nitq mədəniyyəti tək natiqliklə ölçülmür, eyni zamanda onun özünü

ifadəyə xidmət edən hər hansı bir hərəkəti (hərəkətsizliyi) də nitq mədəniyyətinin əsasını təşkil edir

(Müəllif qeydi: Bu barədə əvvəlki hissələrdə müəyyən bir araşdırma aparmışıq.).

Bertran  Rassel  (1872­1970) yazırdı:  “İnsanların  yaratdığı  qanunlarda,  sizin  öz  yaşamınızda,

yaşadığınız  toplumda,  hansısa  bəlli  bir  xətt  üzrə  davranmalı  olduğunuzu  göstərən  buyruqlar

yazılmışdır, siz bu qanunları qəbul  eləyə  də,  dana  da  bilərsiniz;  təbii  qanunlar  isə  şeylərin  özünü

gerçəklikdə necə apardıqlarının yazıya alınmasıdır”

Beləliklə, əxlaq qaydalarına söykənən davranış münasibətləri başlıca olaraq özünü (istədiyini)

tanıtmanın mümkünlüyünün dərkindən və bu mümkünlüyün ətrafa lazımınca çatdırılmasından gedir.

Davranış  qaydaları  fikri  ifadə  edəcək  və  müəyyənləşdirilmiş  (yazılı  və  şifahi) bir  formadan,  bu

formanın mövcud istfadə üsullarından və bu, üsulların real (mümkün olan) istifadəsindən ibarətdir.

Vəkil üçün davranışın xüsusi mühümlüyü və mürəkkəbliyi ondan ibarətdir ki, onun davranışına

göz qoyan insanlar mübahisə iştirakçısı olanlardır (baxmayaraq ki, vəkil tək proses iştirakçılarını

deyil, açıq məhkəmə iclasında iştirak edən şəxsləri də nəzərə almalıdır) və bu, insanlarla hər hansı

bir kiçik davranış böyük bir mübahisəyə gətirə bilər. Bunu vəkil öncədən nəzərə almalı və bunun

qarşısını almağa hər zaman hazır olmalıdır.

Vəkilin davranışı məhkəmədən kənar (hüquq məsləhətxanası və s.) və məhkəmə olmaqla iki

hissədən ibarətdir (Müəllif qeydi: Bunlar vəkilin xidməti işiylə əlaqədar olduğu məkanlar qismində

çıxış edirlər, lakin vəkilin nitq mədəniyyəti tək onun xidməti vəzifəsini yerinə yetirdiyi zamanla bitmir,

eyni  zamanda  onun  xidmətdən  kənar  müəyyən  məkan  və  zamanda  özünün  vəkil  olduğunu

unutmaması və bununla da öz adına xələl gətirə biləcək hərəkətlərdən çəkinməsi zəruri şərtdir. Bu,

şəxsi həyata müdaxilə kimi başa düşülməməlidir.). Məhkəmədə vəkilin davranışı müəyyən qaydalar

çərçivəsində müəyyən olunur və bu müəyyənetmə özlüyündə məsuliyyət daşıyır (Müəllif qeydi: Bu

barədə hazırki yazının “Məsuliyyət” hissəsində müəyyən məlumatlar verilmişdir.).

Qarşındakı insan, səni dinləyən, yaxud müzakirə edən insan məhz  sənin  münasibətindən  sən



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  24 ­




­  25 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

olmalıdır,  yəni  vəkil  qarşısında  olan  insanı  öz  düşüncə  tərzinə  görə  özünün  səviyyəsinə

qaldırmalıdır, əgər bu çətindirsə onda özü onun səviyyəsinə qalxmalıdır. Öz səviyyəsinə qaldırma

öz biliyi qədər bilik bəxş etmə anlamına gəlmir, burada öz səviyyəsinə qaldırma qarşıdakı insanı

olduğu kimi qəbul etmə və onu müsbətə (Müəllif qeydi: Burada işlədilən “müsbət” ifadəsi, əslində

şəxsin şüur və düşüncə səviyyəsini olduğu kimi qəbul etmə və şəxslə buna uyğun dərəcədə əlaqə

saxlamaqdır. Daha doğrusu, vəkilin, onu dinləyən, yaxud ünsiyyətdə olan şəxsin şüur və düşüncə

səviyyəsinin hüdudları daxilində onunla əlaqə saxlamaq niyyətindən çıxış edərək, şəxsi ən azından

onun kimi düşünməyə və özünü ifadəyə inandırmaqdır.) doğru çəkmə başa düşülür. Bununla yanaşı

vəkil  qarşısındakı  şəxsi  öz  səviyyəsinə  doğru  çəkə  bilmirsə,  o  zaman  etdiyi  hərəkətin  düzgün

anlaşılması  üçün  müəyyən  hərəkətlər  (söz,  jest  və  s.)  etməlidir  ki,  bütün  bunların  özəyində

mədəniyyətin dayandığı unudulmamalıdır. Məsələn, təfəkkürümə görə, vəkil göstərəcəyi hüquqi

xidməti  ucuz  qiymətə  müştəriyə  təklif  edirsə,  demək  ki,  onun  pula  ehtiyacı  var.  Eyni  zamanda

müştəri  ki,  ucuz  qiymətə  hüquqi  yardıma  razı  olursa,  demək  ki,  vəkilin  zəhmətinə  və  uğuruna

inanmır. Belə olan halda vəkilin pulsuz xidmət göstərməsi, yaxud olduqca aşağı qiymətə xidmət

təklif etməsi vəziyyətində müştəri bunu (bu hərəkəti) vəkilin mövcud vəziyyəti ilə deyil, məhz onun

özünün maddi vəziyyəti ilə, yəni maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirməli və bununla

da vəkilin ona qarşı etmiş olduğu xeyirxahlığa xoş təbəssüm göstərməlidir.

Apardığım araşdırma zamanı məlum olmuşdur ki, vəkillərin əksəriyyəti məhkəmə iclasında

səs‐küy  salmasını  (Müəllif  qeydi:  Vəkil  tərəfindən  məhkəmə  iclasında  səs‐küy  salınması,  yaxud

çılğıncasına,  hədsiz  diqqət  cəlb  edəcək  hərəkətlərlə  özünü  ifadə  etməsi  təcrübədə  tez‐tez  rast

gəlinən  hallardandır.  Belə  hallar  əsasən,  məhkəmə  iclasında  andlı  iclasçıların  iştirakını  nəzərdə

tutan ölkələrin təcrübəsində daha geniş yayılmışdır. Burada həqiqətən vəkilin məqsədi hər necə

olur‐olsun müştərini razı salmağa xidmət edir və bunun üçün qanunları çox da yaxşı bilməyən andlı

iclasçılar  inandırmaq  üçün  qanun  normalarını  elan  etməkdən  daha  çox,  müəyyən  hərəkətlərin

edilməsi  zəruridir.  Lakin  belə  bir  hərəkətlərin  edilməsi  doğrumu,  vəkilin  müştərini  razı  salmaq

üçün etdiyi etik və davranış mədəniyyətindən kənar hərəkəti nə dərəcədə düzgün ola bilər. Təəssüf

ki,  bu  sahədə  müəlliflərin  fikir  ayrılığı  mövcuddur.)  müştərilərin  marağı naminə,  yaxud  onların

kənar şəxslər tərəfindən tanınması və onlarda maraq doğurması üçün edirlər. Belə ki, vəkilin bu

halı  istər  müştərisi,  istərsə  də  ətrafdakılar  tərəfindən  onun  necə  çalışqan,  necə  savadlı  olduğu

anlamına gəlir. Lakin bu düzgün mövqe deyil (Müəllif qeydi: Əslində apardığım sosial araşdırmaya

uyğun olaraq belə bir nəticəyə gəldim ki, bəli, məhz vəkillərin məhkəmə iclasında səs‐küy salması

onlara  müştəri  tapmaq  baxımından  kömək  edəcək  bir  hərəkətdir.  Belə  ki,  vəkil  bu  hərəkətilə

müəyyən mənada “ad” qazanır və bu, “ad” sayəsində müəyyən bir müştəri toplumu qazanır. Bəziləri

yaranmış  bu  vəziyyətdə  müştərini;  onun  sadə  olmasını  və  hüquqi  təhsilinin  olmaması  kimi

günahlandırıllar. Lakin unutmaq lazım deyil ki, biz yaşadığımız dünyada məhz hər birimiz öz şur

və  düşüncəmizdən  istifadə  edərək,  məhz  insanlara  nəyin  düzgün,  nəyin  yanlış  olduğunu,  nəyin

müvəqqəti,  nəyin  daimi  olduğunu  çatdırmalıyıq.  Bəli,  bu  günki  cəmiyyətdə yaşayan  və  intim

münasibətlərdən yazan bir gənc yazarın kitabları böyük ədib Mirzə Ələkbər Sabirin (1862‐1911)

kitablarından  çox  satıla  bilər  (çox  oxunula  bilər),  lakin biz  müvəqqəti  və  daimi  anlayışları

qarışdırmamalı, Sabirin kim olduğunu unutmamalı, şüurlu bir insan kimi onun yaradıcılığını müdafiə

edərək bilməyənlərə və oxumayanlara Sabiri tanındırmalıyıq.). Vəkili nə müştərinin, nə hakimin,

nə də ki, digərlərinin mövqeyi əsla maraqlandırmamalı, vəkil əksinə ətrafdakı insanları öz nitqi ilə,

öz  hərəkətləri  ilə  nümunə  olmaqla  yanaşı  müdafiənin, hüquqi yardımın  necə  və  kim  tərəfindən

aparıldığını bəyan etməlidir (nümunəvi davranış hərəkətləri ilə özünü tanıtma üsulu).

Vəkil məhkəmə iclasında tamaşa yaratmamalı (Müəllif qeydi: Nobel ödüllü Dario Fo (1926­

2016) deyirdi: “...bəli, təlxəklik mənim peşəmdir”. Tamaşa aktyorlara, o cümlədən təlxəklərə xas

olan bir peşədir, onu icra etmək isə onların vəzifəsidir. Vəzifədən kənar hüquq kimi bundan istifadə

edənlər  qeyri  peşəkarlar  kimi  əksər  hallarda  gülüşlə  qarşılanırlar.),  onun  bir  parçasına

çevrilməməlidir.  Zatən  tamaşa  yaratmaqla ətrafdakıların  münasibətini  dəyişməyi  düşünmək

ağılsızlıqdır. Biz teatr tamaşasını izləyirmiş kimi baxırıq, müzakirə edirik və bir nəticəyə gəlirik.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə