31
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
robotun öyrədilməsinə daha cox vaxt sərf edilmişdirsə, onu öyrədənin öhdəliyi də bir o qədər çoxdur,
və təbii ki, robotun davranışı ilə vurulan zərərin nəticəsində məsuliyyət daşıyan tərəf axtarılarkən,
robotun əldə etdiyi bacarıqlar onun özünüöyrətmə bacarıqlarından fərqləndirilməlidir.
Bundan başqa, robotun qeyri‐düzgün davranışı hansı mənbədən əmələ gəldiyi kimi məqamlar
ayırd edilməlidir, məsələn, robot həmin davranışı istehsalçı tərəfdən aldığı bacarıqlar çərçivəsində
etmişdir, yoxsa, digər mənbələrdən faydalanmışdır ?
Robot instruksiya edilərək hərəkətə gətirilir. Həmçinin, robotun sizin instruksiyanız olmadan
hansı davranışı öyrənə bilməsi kimi məsələ də aydınlaşdırılmalıdır, məsələn, robot tozsaranın evdə
hər hansı əşyanı sındırması zamanı insan faktoru arxa plana çəkilə bilər, yoxsa yox ?
Gələcəkdə hazırlanacaq qanunvericilik aləti bu suallara cavab tapmaq üçün robotlar tərəfindən
dəyə biləcək zərəri müəyyənləşdirmək üçün robotların zərərli davranışı ilə vurulan zərər arasındaki
səbəbli əlaqəni özündə bir norma kimi ehtiva etməlidir.
Nəticə və təklif:
Beləliklə, bu yazıda müəllif robotlara xüsusi statusun, başqa sözlə, üçüncü tip hüquqi statusun
verilməsi təklifi ilə çıxış edir. Məhdud hüquq və vəzifələrin verilməsi yolu ilə robotlar xüsusi status
ala bilərlər.
Bu cür status robotların hüquq və vəzifələrini hüquq münasibətlərinin birbaşa və ya məhdud
şəkildə iştirakçıları olmaqla hüquqi norma çərçivəsində həyata keçirməyə imkan yaradır. Nə qədər
gülməli səslənsə də bəzi Avropa İttifaqının hüquqşünasları tərəfindən robotları insanlardan
fərqləndirmək üçün onların əlinə qırmızı bayraq verilməsi və ya hər hansı digər vasitələrlə
nişanlanması kimi təkliflərlə də çıxış edənlər olmuşdur.
Bildiyiniz kimi, heyvanlar hüququn obyekti statusuna malikdirlər, lakin onlar əvvəlcədən görə
bilmədikləri hərəkətləri yerinə yetirə bilərlər.
Bəzən ev heyvanlarının sahibləri müxtəlif tipli təlimlərə göndərilir və bu zaman biz heyvanların
törətdiyi hər hansı zərərlə bağlı onların sahiblərinin nə dərəcədə biliklərə malik olması və bu cür
zərəverici hərəktlərin baş verməsi arasındakı səbəbli‐əlaqə araşdırılır.
Anqlo‐sakson hüququnda ev heyvanları vəhşi heyvanlardan fərqləndirilir, onlar belə hesab
edirlər ki, vəhşi heyvanlardan fərqli olaraq ev heyvanın edə biləcəyi hərəkəti onun sahibi əvvəlcədən
görə bilmə qabiliyyətinə malikdir və onların zərərverici hərəkətlərinə görə onların sahibləri öhdəlik
və ya məsuliyyət daşıyırlar.
Əlbəttə, robotları heyvanlarla müqayisə etmək ağılasığmazdır, heyvanlardan fərqli olaraq,
süni intellektin həyata keçirəcəyi hərəkətlər barədə bizdə daha az hiss və təcrübə vardır.
O da qeyd edilməlidir ki, Distributed autonomous organzations (DAOs) kompüter
proqramlarında kodlaşdırılmış qaydalar əsasında fəaliyyət göstərən təşkilatdır və bü tip təşkilatların
robotlara xüsusi status və ya üçüntü tip hüquqi statusun verilməsi üçün onların davranışlarının
formalaşdırılmasında böyük təsiri vardır.
Bundan başqa, yuxarıda yazılanlardan aydın olur ki, robotların hərəkətlərini hüquqi öhdəlik
münasibətləri çərçivəsində tənzimləmək çətindir. Bu səbəbdən xüsusi sığorta sisteminin və ya
kompensasiya fondunun yaradılması arzuolunandır. Əlbəttə, bu sığorta sxemi bu sahədə fəaliyyət
göstərən sahibkarlar üçün daha böyük öhdəlik və ya məsuliyyət deməkdir. Bu sahibkarlıq sahəsi
artıq müstəqil avtomobillərin və kiber‐sığortanın yaratdığı risklərlə mübarizə ərəfəsindədir. Sığorta
kompensasiyadan onun süni intellekt üçün yaratdığı stimulverici hallara görə daha çox seçilir. Bu
məsələnin hüquq, kompüter və sığorta sahələri tərəfindən daha dərin tədqiq olunmasına ehtiyacı
vardır.
Həmçinin süni intellekt (proqram təminatı) və robotlar arasında da yaranan simmetrik
problemlər nəzərə alınmalıdır. Çünki, bunlar sıx əlaqəlidirlər – robotların işlək hala gətirilməsində
və müstəqil hərəkətində süni intellektin birbaşa danılmaz rolu vardır. Robotların daşıdığı öhdəlik
üçün səmərəli mexanizm yaratmaq məqsədilə proqram təminatı ilə bağlı öhdəlikərin robotlarların
hüquq münasibətlərindən irəli gələn öhdəliklərindən ayrılmaz olduğu əmin edilməlidir.
32
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
Beləliklə, cəmiyyətdə robotların bacarıqlarının daha da məhdudlaşdırılması, onların
təhlükəsiz saxlanılması sahəsində, mülki hüquqi zərərin, cinayətlərin qarşısını almaq üçün və sosial
dəyərləri daha da möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirilə bilər. Bunun üçün daha
mürəkkəb hüquq mexanizmin yaradılmasına, başqa sözlə, aşağıdakı tədbirlərin həyata
keçirilməsinə ehtiyac vardır:
a) İcbari sığorta sxeminin hazırlanması istehsalçılar, istehlakçılar və ya satıcılar tərəfindən
zərər vuran robotlara qarşı tətbiq olunan qoruyucu mexanizm kimi;
b) Robotların vurduğu zərəri sığorta qarşılamadığı təqdirdə, yaradılan kompensasiya fondu
tərəfindən zərərin kompensasiya edilməsi, bundan başqa bu cür kompensasiya fondu bir sıra
maliyyə əməliyyatları üçün robotların marağı çərçivəsində, məsələn, investisiya və ya digər
maliyyələşdirmə üsülları vasitəsilə müstəqil robotların inkişafı və onların davranışının
tənzimlənməsi sahəsində görüləcək tədbirlərdə çox faydalı ola bilər. Belə fond həm ümumi olaraq,
həm də hər robot tipi üçün fərdi fond şəklində yaradıla bilər;
c) Robotun qeydiyyatı zamanı onun hansı sığorta sistemi vasitəsilə tənzim olunduğu,
kompensasiya fondu ilə əlaqəsini və digər detalların müəyyən edilməsi üçün onların kodlaşdırılaraq
qeydiyyata alınması;
d) Robotlar üçün məhdud hüquq və vəzifələrin müəyyən ediılməsi yolu ilə xüsusi hüquqi
statusun verilməsi.