105
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA /
ÜMUMİ PRİNSİPLƏR
“Media etikası” hər şeydən öncə
jurnalistlərin,
kommunikasiya
mütəxəssislərinin, reklam müdirlərinin
və başqa uyğun peşə sahiblərinin etik
qaydalarını əhatə edir.
İş və niyyətləri nə qədər fərqli və müxtəlif olsa da,
jurnalistlər, radio ve televiziya prodüserləri, reklam
müdirləri və kommunikasiya mütəxəssislərinin ən
azından bir ortaq nöqtəsi var: hər gün media yoluyla
geniş bir auditoriyaya məlumat çatdırırlar.
Burası da var ki, mediayla bağlı əxlaqi problemlər yalnız
bu sahədə çalışanları deyil,
demokratik bir cəmiyyətin
bütün vətəndaşlarını maraqlandırır. Ortaya çıxan etik
problemlər də yalnız qaynağın perspektiviylə bağlı
deyil, media istifadəçisinin perspektivi də gözardı
edilə bilməz. Bundan başqa, tutalım, demokra-
tik bir cəmiyyətdə mediada plüralizmin normativ
yönləri kimi, medianın necəliyindən qaynaqlanan
makro-etik problemlərdən də söz açmaq lazımdır.
Əsl vurğu həmişə göndəriciyə (bu halda jurnalistə,
mediaya – red.) edilsə də, tutumlu bir media etikası
həm göndərənə, həm də alıcının (auditoriya
nəzərdə
tutulur – red.) vəzifə və məsuliyyətləri ilə medianın
tip və sistemlərinin etikayla bağlı yönlərinə həssas
yanaşmalıdır.
Hər məsuliyyət biçiminin şəxsi olduğu
qədər də kollektiv bir yönü var: bütün
redaktorların və bütün heyətin,
şirkətin və ya peşə təşkilatının
məsulliyəti. Burada dörd prinsipdən
bəhs edə bilərik:
Şəxsi prinsiplər: Belə prinsiplər hər bir adamın çevrəsi,
yetişdirilmə şəkli, inanc sistemləri, tərbiyə və ya
təcrübəsiylə gəldiyi əxlaqi qənaətlərlə bağlıdır. Bunlar
bir davranışın doğru, yoxsa yanlış olması
barədə suala
cavab verərkən müəyyənləşdirici və yönləndirici olur.
Təşkilat prinsipləri: Hər şirkətin yazılı, ya da (çox vaxt)
yazılı olmayan, təşkilat mədəniyyətinin parçasına
çevrilən və yeni işə başlayanlara “burada işlər belə
görülür” demənin bir yolu olaraq qəbul etdirilən
prinsipləri var. Şirkətin içindəki və kənarındakı in-
sanlar bu şirkət mədəniyyətindən xəbərdardır. Onlar
şirkətdən nə gözləyəcəklərini və təşkilatın hansı imici
olduğunu bilirlər: “Bəlkə, başqa yerdə icazə verə
bilərlər, amma burada buna biz dözmərik!”. Bu cür
prinsiplər konflikt və mübahisəli durumlarda, yaxud
rəhbərlik kadr siyasəti və işçi qəbulu məsələlərində
bir seçimlə üz-üzə qalarkən ortaya çıxır. Burada
bütövlükdə iş etikası adlandırılan
bir sahəyə girmiş
oluruq.
Peşə prinsipləri: Bunlar peşə təşkilatının içində keçərli
olan və işin necə görüldüyünü yoxlayan bütöv bir yazılı
və yazılı olmayan əxlaqi prinsiplər sistemidir. Söhbət
yazılı prinsiplərdən gedirsə, bunlar bütövlükdə peşə
davranış qaydalarının içərisində yer alır.
Cəmiyyət prinsipləri: Bütövlükdə cəmiyyət içində
işləyən əxlaqi prinsiplər var. Bunlar açıq tərifi verilən
və dəyişməz prinsiplər deyil,
bir-birinə təsir göstərən
müxtəlif prinsip və dəyər sistemlərinin sürəkli dəyişən
“etik arxa planı”dır.
106
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA /
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: TABLOİD XƏBƏRÇİLİK
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR:
TABLOİD XƏBƏRÇİLİK
Ünlü adamların özəl yaşamları
haqqında dedi-qodular, qısa za-
manda varlanmaq, məşhurlaşmaq
tarixçələri, çarpıcı fəlakət xəbərləri,
hansısa insanın suç hekayətləri
tabloid qəzetlərdə ortaya çıxan,
amma bu gün, başda televiziya
olmaqla müxtəlif kommunikasi-
ya mühitlərinə sızan xəbərçilik
biçiminə çevrilib.
Belə xəbərlər silsiləsi yayılıb və hardasa bütün
dünyada
bəyənilən hala gəlib. Bu üzdən “tabloid mətbuat”
sözündən çox “tabloid formatlar”dan söz açmaq daha
anlamlı və əhatəli bir yanaşma sayılar.
Tabloid mətbuatla birgə inkişaf edən, ancaq bu gün
tabloidləşən digər formatların/növlərin içinə sızan
xəbərçilik anlayışı, yuxarıda da vurğulandığı kimi,
izləyicini bir başqasının yaşamına boylanan kimi
səciyyələndirir. İzləyici və “maqazin“ müxbirləri,
izləyici və qadınlara yönəlik gündüz proqramlarının
aparıcıları, izləyici və cinayət olaylarını araşdıran
müxbirlər başqasının həyatına boylananlar ordusu-
nun eyni suç ortaqlarıdır. Tabloid xəbərçiliyin önə
çıxardığı “bəd olayların (negativity) xəbər dəyəri var“
anlayışı belə olayları izləyici və xəbərçi/proqramçıların
dəyərləndirmələrindən qaynaqlanır. Yenə yuxarıda
göstərildiyi kimi, izləyici-seyrçi-tamaşaçı
özünün
günlük yaşamında “başqaları”nın özəl yaşamındakı
bəd məqamlarla maraqlanar və günlük ünsiyyət
ortamlarında bu olayları taparaq yenidən istehsal edər.
O, bu yenidən istehsal prosesində olayı yozaraq dəyər
və ideologiyasının süzgəcindən keçirir və iştirakçıları
ittiham edir. Tabloid media və uyğun dəyərlərin içinə
sızdığı digər proqramlar da bənzər biçimdə “şəxsi”
olanı, “özəl yaşama dair” olanı açıb-ağardır və bu za-
man yayılmış dəyər ittihamlarını yenidən istehsal edir.
Məşhurların yaşamına tamaşa özəlliyi gətiriləndə,
izləyici bir yandan onları yamsılayır, digər yandan bəzi
olaylara görə onları ittiham edir və ya qınayır. Beləcə,
tabloid xəbər dəyərləri ictimai olaya şəxsi özəllik verir.
Tabloidləşmə faktını qavramaqdan ötrü medianın
funksiyalarına dair suala ehtiyac qalırmı? Media
insanları, sadəcə, əyləndirməli, yoxsa düşündürməlidir?
Ya da, ən azı, onları əyləndirərkən bir yandan da
düşündürməlidirmi? Tabloid formatlar əylənmək,
xoş
zaman keçirmək, ən çoxu başına “pis hadisə”,
“şəxsi fəlakət” gələn adamların halına acımaq, on-
lara üzülərək baxmaq üçündür. Olayların ictimai
xarakterdən çıxarılaraq özəlləşdirilməsi izləyicini
düşündürməz. İzləyici rahat və güvənli evində həyata
baxar və öz halına “şükür edər”. O, başqalarını it-
tiham edərkən seyr etdiyi olayların siyasi, iqtisadi və
mədəni mühiti haqqında düşünməz. Tamaşaçı seyr
etdiyi neqativ olayların arxasında özünün də bir payı,
məsuliyyəti olduğunu ağlına gətirməz.
Tabloidləşmə faktı ilə birlikdə izləyici yabançılaşır, siya-
si bir duruş formalaşdırma qayğısına qalmır və yuxulu
vəziyyətə yuvarlanır. Başqalarının yaşamını izləyərək
onlara ittiham irəli sürmək, başqalarının yaşamına
məsuliyyət daşımaqdan qat-qat asan və daha rahatdır.