107
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA /
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR:
ÖZƏL YASAM
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR:
ÖZƏL YASAM
“Özəl yaşam” anlayışı telexəbərçilik etikasının ən çox
dartışılan mövzularından biridir. Bunun ən birinci
səbəbi kommunikasiya texnologiyasının inkişafıyla
ayrıca önəm qazanan bu anlayışın qarışıqlığı və
sərhədlərinin qeyri-müəyyənliyidir. Məsələn, bu
suallara tezcə cavab almaq mümkün deyil: Qorunan
“özəl yaşam” sahəsi haradan başlayıb harada bitir? Bu
anlayış dilimizdə və mədəniyyətimizdə kökləri çox-çox
qədimlərə gedən “məhrəmlik”lə hansı dərəcədə üst-
üstə düşür? “Özəl yaşama müdaxilə olar” adıyla bir sıra
bilginin verilməməsi senzura sayılmazmı?
Özəl yaşam anlayışı tarixilik baxımından çox yeni qəbul
edilən “muxtar fərd” (“avtonom individ“) ehtimalını
əsas götürür. Bu ehtimala görə, insan “muxtar fərd”
olaraq o qədər tək və bənzərsiz ictimai varlıqdır ki,
ləyaqətinə həmişə sayğı göstərilməlidir. İnsanın bir
növ toxunulmazlığı var. Bu toxunulmazlıq insanın fiziki
varlığını təcavüzlərdən qoruduğu kimi, haqqındakı
bəzi bilgilərin, ya da onun şərəf və ləyaqətinin də
qorunmasını əhatə edir. Fərd həmin sahəyə aid
məlumatı başqaları və media ilə yalnız
özü istərsə,
paylaşır. İstəməzsə, dəniz ilbizi kimi qapalı qala bilir və
kimsə onu aça bilməz.
Artıq sezdiniz ki, özəl yaşam anlayışına bu şəkildə
tərif verilməsi televiziya xəbərçisinin çox önəmli bəzi
etik vəzifələri ilə potensial da olsa, ziddiyyət yaradır:
televiziya xəbərçisi xalqın gerçəkləri öyrənmə hüququ
çərçivəsində doğruları doğru biçimdə ictimai rəyə
açıqlanmasına məsuliyyət daşıyır. Bəs televiziya
xəbərçisinin xalqa anlatmağa borclu olduğu doğrular
özəl yaşam dairəsinə girirsə, onda necə olacaq? Yaxud,
tutalım, içkiyə aşırı alışqanlığına görə, ərindən və ya
xanımından ayrılan adam tanınmış bir siyasətçi, ya
da kino ulduzu isə? “Özəl yaşam dairəsindədir” deyə
üstündən keçiləcək? Yox,
əgər bəzi motivlərlə - bəzi
gərəkçələrlə bu xəbər yenə də yayımda yer alacaqsa,
bu, o siyasətçinin və ya kino ulduzunun “içki dostu”
olan adi vətəndaşın özəl yaşam dairəsinə də girmək,
onun görüntülərindən də yararlanmaq anlamına
gələcəkmi?
Bu örnəkdən də anlayacağınız kimi, özəl yaşam
haqqının (bəzi Qərb hüquqçuları bunu “rahatsız
edilməmə” haqqı şəklində də tanıyır) hüdudları tətbiq
edildiyi adama görə dəyişir. Bu da ilk baxışda adamı
çaşdıran bir durumdur. Axı vətən bilgisi kitabları təməl
haqlardan insanların eyni dərəcədə yararlandığını
vurğulayır. Təməl haqq və azadlıqlar baxımından xeyli
anlayış vətəndaşlara eyni ölçülərdə tətbiq edilsə də,
burada durum fərqlidir: “Bəzilərinin özəl yaşam dairəsi
digərlərindən xeyli dardır”. Bu ilginc durumu “sıradan
insanların yaşamında ünlülərdən və güclülərdən
daha böyük olan şey nədir?” şəklində tapmacaya
çevirə bilərsiniz. Bütün bərabərsizliklər kimi, bu
bərabərsizliyin də açıqlanması və əsaslandırılıb haqlı
göstərilməsi lazımdır.
Özəl yaşam haqqının çağdaş bir anlayış olduğunu
bildirdik. Ancaq bundan belə bir anlayışın daha öncə
heç olmadığı qənaətini çıxara bilmərik. İnsanların
yadelli istismarına qapalı bir muxtariyyat sahəsi tapıla
biləcəyi düşüncəsi, nüvə halında da olsa, həmişə olub.
Feodal toplumlarda,
qorunan fərdin yerinə ailə, ya
da qəbiləni qoya bilərik. Əksər hallarda qoruyan da
onlardır. Bu dairənin hüdudlarını, adətən, din və ya
adətlər müəyyənləşdirib. Hüdudlarla bağlı qaydalar
bəzən çox ayrıntılıdır. Qaydalar pozularsa, cəzalar da
çox sərt ola bilər. Kim ailənin və ya ayrı-ayrı üzvlərin
harasını görə bilər, yaxud onların haqqında nələri bilə
bilər? İslam hüququnda bu kimi sualların cavabları
“məhrəmlik” mövzusuna aiddir. “Məhrəm” sözü
ərəbcədən çevirəndə yasaq, qadağa mənası verən
“haram’’ sözündən törəmədir. Onun pozulması “günah”
sayılıb və dini cəzalar verilib. Feodal və ilkin şəhər
həyatında özəl yaşamın qorunmasında “məhəllə” çox
önəmli rol oynayıb. “Məhəllə namusu” anlayışı yaxın
zamanlaradək təsirini sürdürüb, qəsəbə kimi yerlərdə
hələ də sürdürməkdədir.
Günümüzdə isə, özəlliklə
böyük şəhərlərdə, məhəllənin yerini media və özəlliklə
televiziyanın tutduğunu söyləmək olar. Televiziya özəl
yaşam baxımından həm ən böyük pozucu, həm də
özəl yaşam hüququnu pozanları açıqlayan bir çeşid
cəzaverən durumundadır.
108
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA /
ÖZƏL YAŞAM DAİRƏSİNİN HÜDUDLARI
ÖZƏL YAŞAM DAİRƏSİNİN HÜDUDLARI
Bir şəxsin icazəsiz girilməyəcək, oxunmayacaq,
sərgilənməyəcək, alış-veriş predmetinə çevrilməyəcək
özəl yaşam dairəsinə nələr daxildir? Ölkədən-ölkəyə
bəzi fərqlərlə yanaşı, demokratik ölkələrin hamısında
həmin dairəyə bunların daxil olduğunu sadalaya bilərik:
•
şəxsin özəl qeydləri;
• fotoşəkilləri;
• film və videoları;
• məktubları;
• telefon danışıqları;
• gündəlikləri;
• cinsi həyatı;
• sağlamlığına dair bilgilər;
• özəl yaşamını keçirdiyi məkanlar;
• ailə münasibətləri.
Bir başqa deyimlə, bir adamın maraqlananlara haqlı
olaraq: “Sənə nə! Orası yalnız mənə aid məsələdir!”, -
deyə biləcəyi hər mövzu.
Təbii, bəzi vəziyyətlərdə “sənə nə?” sualına veriləcək
haqlı cavablar ola və özəl yaşam dairəsinin hüdudları
daha da daraldılaraq yenidən müəyyənləşdirilə bilər.
Yuxarıda sadaladıqlarımızın mütləq toxunulmazlığı
olsaydı, qəzetlərimizin bir çox səhifəsi boş qalar,
televiziya xəbərlərində və özəlliklə maqazin
programlarında böyük boşluqlar diqqət çəkərdi.
“Özəl yaşamla bağlı qoruma hansı durumlarda keçərli
sayılmaz?” sualına detallı-ayrıntılı bir cavab vermədən
daha öncə də qısaca söz açdığımız bir şeyi xatırlayaq:
Demokratiyalarda özəl yaşamın qorunması kimi ən
təməl haqqın digər haqlarla ziddiyyət yaratdığı durum-
lar ola bilər. Bu ziddiyyətə dair ən çox xatırladılan misal
xalqın gerçəkləri öyrənmə haqqı ilə cəzalandırılacaq
vətəndaşların ədalətli mühakimə hüququ arasındakı
potensial ziddiyyətdir.
Televiziyada gedən xəbərlər məhkəmə araşdırması
prosesinə təsir göstərərsə, ortaya bəzi geridönməz
sonuclar çıxa bilər. O üzdən, bir çox yerdə
ikinci haqq daha önəmli sayılıb,
məhkəməyə aid
xəbərlərdə media azadlığına zidd təsir bağışlayan
ayrı-ayrı məhdudiyyətlər qoyulub. Kameraların
məhkəmə salonlarına alınmaması, suçlananların bəlli
mərhələyədək tam adlarının verilməməsi və bizdə
çox əməl olunmasa da, ibtidai istintaqın gizliliği bu
məhdudiyyətlərdən bəziləridir.
Bu mövzuyla bağlı mübahisələr heç bir ölkədə
bitməyib, axı xalqın özünü daha yaxşı idarə edə
bilməsi üçün aramsız və dolğun bilgiləndirilməsi
demokratiyanın vazkeçilməz şərtlərindən biridir.
Bu səbəbdən televiziya xəbərçiləri media azadlığı
dairəsinin mümkün qədər genişlənməsini istəyir və
məhdudiyyətlərlə razılaşmırlar. Azadlıq dairəsinin
mümkün qədər genişlənməsinə səy göstərmək
demokratik ölkələrdə xəbərçilərin etik öhdəliklərindən
biridir, çünki birbaşa işlərini yaxşı görüb-görməməklə
bağlıdır. Media axtaracaq, araşdıracaq, görüntüləyəcək
və ictimai rəyi bilgiləndirəcək. Bu, onun vəzifəsidir.
Amma-ancaq-lakin… Bəs medianın
xalqa bildirməsi
gərəkən mövzu özəl yaşam dairəsinə girirsə, onda
necə?
Yeri gəlmişkən, sağlamlıqla bağlı məlumat adi hallarda
özəl yaşam çərçivəsində qorunduğuna görə, önəmli bir
siyasətçinin ölümcül xəstəliyə tutulduğunu da yazmaq
olmaz? Bəs bu siyasətçi önəmli biri deyilsə, o zaman
necə? Yaxud bu adam siyasətçi yox, kino aktyordursa?
Və ya siyasətçinin yaxın adamıdırsa? Ya da bu adam
xəstəliyinin bilinməsini özü və özəlliklə istəyirsə, onda
nə olacaq?
Özəl yaşama aid qanun və peşə prinsiplərinin tələbləri
olsa da, hər olayı öz özəllikləri kontekstində ayrıca
dəyərləndirmək ən doğru yol kimi görünür. “Özəl
yaşam„ arqumentini keçərsiz sayıb xəbərə yayımda yer
vermək qərarı alarkən nələrə baxılmalıdır?
Baş verən
olayla bağlı hansı suallara mütləq cavab tapılmalıdır?
Mövzuyla
dərindən
maraqlananlar, ən
azı, bu sualların
cavablanmasını
zəruri sayırlar:
• Özəl yaşama
dair bilgilərə
çatarkən hansı
məqsəd güdülür?
• Bu məqsəd haqlı
və önəmlidirmi?
•
Özəl yaşam
çərçivəsini aşaraq
əldə ediləcək
bilgi o məqsədə
yetişməyə imkan
verirmi?
• Özəl yaşam
hüdudlarının
aşılması bu amacın
gerçəkləşməsi
üçün yeganə
və ya ən yaxşı
yoldurmu?
• Özəl yaşam
çərçivəsinə
aid bilgilərə
çatma üsullarına
dair hansı
məhdudiyyətlər
var?
• Bu bilgilər əldə
edildikdən sonra
nə olacaq? Onlar
nə qədər zaman
və necə qoruna-
caq?
Əslinə qalsa,
bütün olay-
larda özəl yaşam
dairəsiylə bağlı
son qərara təsir
göstərəcək iki
təməl meyardan
danışa bilərik:
1) Sözügedən
adamın kimliyi ilə
bağlı meyar;
2) Sözügedən
bilginin ictimai
nəticələri ilə bağlı
meyar.