JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə50/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   46   47   48   49   50   51   52   53   54

107
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: ÖZƏL YASAM
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR:
ÖZƏL YASAM
“Özəl yaşam” anlayışı telexəbərçilik etikasının ən çox 
dartışılan mövzularından biridir. Bunun ən birinci 
səbəbi kommunikasiya texnologiyasının inkişafıyla 
ayrıca önəm qazanan bu anlayışın qarışıqlığı və 
sərhədlərinin qeyri-müəyyənliyidir. Məsələn, bu 
suallara tezcə cavab almaq mümkün deyil: Qorunan 
“özəl yaşam” sahəsi haradan başlayıb harada bitir? Bu 
anlayış dilimizdə və mədəniyyətimizdə kökləri çox-çox 
qədimlərə gedən “məhrəmlik”lə hansı dərəcədə üst-
üstə düşür? “Özəl yaşama müdaxilə olar” adıyla bir sıra 
bilginin verilməməsi senzura sayılmazmı?
Özəl yaşam anlayışı tarixilik baxımından çox yeni qəbul 
edilən “muxtar fərd” (“avtonom individ“) ehtimalını 
əsas götürür. Bu ehtimala görə, insan “muxtar fərd” 
olaraq o qədər tək və bənzərsiz ictimai varlıqdır ki, 
ləyaqətinə həmişə sayğı göstərilməlidir. İnsanın bir 
növ toxunulmazlığı var. Bu toxunulmazlıq insanın fiziki 
varlığını təcavüzlərdən qoruduğu kimi, haqqındakı 
bəzi bilgilərin, ya da onun şərəf və ləyaqətinin də 
qorunmasını əhatə edir. Fərd həmin sahəyə aid 
məlumatı başqaları və media ilə yalnız özü istərsə
paylaşır. İstəməzsə, dəniz ilbizi kimi qapalı qala bilir və 
kimsə onu aça bilməz.
Artıq sezdiniz ki, özəl yaşam anlayışına bu şəkildə 
tərif verilməsi televiziya xəbərçisinin çox önəmli bəzi 
etik vəzifələri ilə potensial da olsa, ziddiyyət yaradır: 
televiziya xəbərçisi xalqın  gerçəkləri öyrənmə hüququ 
çərçivəsində doğruları doğru biçimdə ictimai rəyə 
açıqlanmasına məsuliyyət daşıyır. Bəs televiziya 
xəbərçisinin xalqa anlatmağa borclu olduğu doğrular 
özəl yaşam dairəsinə girirsə, onda necə olacaq? Yaxud, 
tutalım, içkiyə aşırı alışqanlığına görə, ərindən və ya 
xanımından ayrılan adam tanınmış bir siyasətçi, ya 
da kino ulduzu isə? “Özəl yaşam dairəsindədir” deyə 
üstündən keçiləcək? Yox, əgər bəzi motivlərlə - bəzi 
gərəkçələrlə bu xəbər yenə də yayımda yer alacaqsa, 
bu, o siyasətçinin və ya kino ulduzunun “içki dostu” 
olan adi vətəndaşın özəl yaşam dairəsinə də girmək, 
onun görüntülərindən də yararlanmaq anlamına 
gələcəkmi?
Bu örnəkdən də anlayacağınız kimi, özəl yaşam 
haqqının (bəzi Qərb hüquqçuları bunu “rahatsız 
edilməmə” haqqı şəklində də tanıyır) hüdudları tətbiq 
edildiyi adama görə dəyişir. Bu da ilk baxışda adamı 
çaşdıran bir durumdur. Axı vətən bilgisi kitabları təməl 
haqlardan insanların eyni dərəcədə yararlandığını 
vurğulayır. Təməl haqq və azadlıqlar baxımından xeyli 
anlayış vətəndaşlara eyni ölçülərdə tətbiq edilsə də, 
burada durum fərqlidir: “Bəzilərinin özəl yaşam dairəsi 
digərlərindən xeyli dardır”. Bu ilginc durumu “sıradan 
insanların yaşamında ünlülərdən və güclülərdən 
daha böyük olan şey nədir?” şəklində tapmacaya 
çevirə bilərsiniz. Bütün bərabərsizliklər kimi, bu 
bərabərsizliyin də açıqlanması və əsaslandırılıb haqlı 
göstərilməsi lazımdır.
Özəl yaşam haqqının çağdaş bir anlayış olduğunu 
bildirdik. Ancaq bundan belə bir anlayışın daha öncə 
heç olmadığı qənaətini çıxara bilmərik. İnsanların 
yadelli istismarına qapalı bir muxtariyyat sahəsi tapıla 
biləcəyi düşüncəsi, nüvə halında da olsa, həmişə olub. 
Feodal toplumlarda, qorunan fərdin yerinə ailə, ya 
da qəbiləni  qoya bilərik. Əksər hallarda qoruyan da 
onlardır. Bu dairənin hüdudlarını, adətən, din və ya 
adətlər müəyyənləşdirib. Hüdudlarla bağlı qaydalar 
bəzən çox ayrıntılıdır. Qaydalar pozularsa, cəzalar da 
çox sərt ola bilər. Kim ailənin və ya ayrı-ayrı üzvlərin 
harasını görə bilər, yaxud onların haqqında nələri bilə 
bilər? İslam hüququnda bu kimi sualların cavabları 
“məhrəmlik” mövzusuna aiddir. “Məhrəm” sözü 
ərəbcədən çevirəndə yasaq, qadağa mənası verən 
“haram’’ sözündən törəmədir. Onun pozulması “günah” 
sayılıb və dini cəzalar verilib. Feodal və ilkin şəhər 
həyatında özəl yaşamın qorunmasında “məhəllə” çox 
önəmli rol oynayıb. “Məhəllə namusu” anlayışı yaxın 
zamanlaradək təsirini sürdürüb, qəsəbə kimi yerlərdə 
hələ də sürdürməkdədir. Günümüzdə isə, özəlliklə 
böyük şəhərlərdə, məhəllənin yerini media və özəlliklə 
televiziyanın tutduğunu söyləmək olar. Televiziya özəl 
yaşam baxımından həm ən böyük pozucu, həm də 
özəl yaşam hüququnu pozanları açıqlayan bir çeşid 
cəzaverən durumundadır.


108
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
ÖZƏL YAŞAM DAİRƏSİNİN HÜDUDLARI
ÖZƏL YAŞAM DAİRƏSİNİN HÜDUDLARI
Bir şəxsin icazəsiz girilməyəcək, oxunmayacaq, 
sərgilənməyəcək, alış-veriş predmetinə çevrilməyəcək 
özəl yaşam dairəsinə nələr daxildir? Ölkədən-ölkəyə 
bəzi fərqlərlə yanaşı, demokratik ölkələrin hamısında 
həmin dairəyə bunların daxil olduğunu sadalaya bilərik:
şəxsin özəl qeydləri
• fotoşəkilləri; 
• film və videoları; 
• məktubları;
• telefon danışıqları; 
• gündəlikləri; 
• cinsi həyatı; 
• sağlamlığına dair bilgilər; 
• özəl yaşamını keçirdiyi məkanlar; 
• ailə münasibətləri. 
Bir başqa deyimlə, bir adamın maraqlananlara haqlı 
olaraq: “Sənə nə! Orası yalnız mənə aid məsələdir!”, - 
deyə biləcəyi hər mövzu.
Təbii, bəzi vəziyyətlərdə “sənə nə?” sualına veriləcək 
haqlı cavablar ola və özəl yaşam dairəsinin hüdudları 
daha da daraldılaraq yenidən müəyyənləşdirilə bilər. 
Yuxarıda sadaladıqlarımızın mütləq toxunulmazlığı 
olsaydı, qəzetlərimizin bir çox səhifəsi boş qalar, 
televiziya xəbərlərində və özəlliklə maqazin 
programlarında böyük boşluqlar diqqət çəkərdi.
“Özəl yaşamla bağlı qoruma hansı durumlarda keçərli 
sayılmaz?” sualına detallı-ayrıntılı bir cavab vermədən 
daha öncə də qısaca söz açdığımız bir şeyi xatırlayaq: 
Demokratiyalarda özəl yaşamın qorunması kimi ən 
təməl haqqın digər haqlarla ziddiyyət yaratdığı durum-
lar ola bilər. Bu ziddiyyətə dair ən çox xatırladılan misal 
xalqın gerçəkləri öyrənmə haqqı ilə cəzalandırılacaq 
vətəndaşların ədalətli mühakimə hüququ arasındakı 
potensial ziddiyyətdir.
Televiziyada gedən xəbərlər məhkəmə araşdırması 
prosesinə təsir göstərərsə, ortaya bəzi geridönməz 
sonuclar çıxa bilər. O üzdən, bir çox yerdə 
ikinci haqq daha önəmli sayılıb, məhkəməyə aid 
xəbərlərdə media azadlığına zidd təsir bağışlayan 
ayrı-ayrı məhdudiyyətlər qoyulub. Kameraların 
məhkəmə salonlarına alınmaması, suçlananların bəlli 
mərhələyədək tam adlarının verilməməsi və bizdə 
çox əməl olunmasa da, ibtidai istintaqın gizliliği bu 
məhdudiyyətlərdən bəziləridir.
Bu mövzuyla bağlı mübahisələr heç bir ölkədə 
bitməyib, axı  xalqın özünü daha yaxşı idarə edə 
bilməsi üçün aramsız və dolğun bilgiləndirilməsi 
demokratiyanın vazkeçilməz şərtlərindən biridir. 
Bu səbəbdən televiziya xəbərçiləri media azadlığı 
dairəsinin mümkün qədər genişlənməsini istəyir və 
məhdudiyyətlərlə razılaşmırlar. Azadlıq dairəsinin 
mümkün qədər genişlənməsinə səy göstərmək 
demokratik ölkələrdə xəbərçilərin etik öhdəliklərindən 
biridir, çünki birbaşa işlərini yaxşı görüb-görməməklə 
bağlıdır. Media axtaracaq, araşdıracaq, görüntüləyəcək 
və ictimai rəyi bilgiləndirəcək. Bu, onun vəzifəsidir.
Amma-ancaq-lakin… Bəs medianın xalqa bildirməsi 
gərəkən mövzu özəl yaşam dairəsinə girirsə, onda 
necə? 
Yeri gəlmişkən, sağlamlıqla bağlı məlumat adi hallarda 
özəl yaşam çərçivəsində qorunduğuna görə, önəmli bir 
siyasətçinin ölümcül xəstəliyə tutulduğunu da yazmaq 
olmaz? Bəs bu siyasətçi önəmli biri deyilsə, o zaman 
necə? Yaxud bu adam siyasətçi yox, kino aktyordursa? 
Və ya siyasətçinin yaxın adamıdırsa? Ya da bu adam 
xəstəliyinin bilinməsini özü və özəlliklə istəyirsə, onda  
nə olacaq?
Özəl yaşama aid qanun və peşə prinsiplərinin tələbləri 
olsa da, hər olayı öz özəllikləri kontekstində ayrıca 
dəyərləndirmək ən doğru yol kimi görünür. “Özəl 
yaşam„ arqumentini keçərsiz sayıb xəbərə yayımda yer 
vermək qərarı alarkən nələrə baxılmalıdır? Baş verən 
olayla bağlı hansı suallara mütləq cavab tapılmalıdır?
Mövzuyla 
dərindən 
maraqlananlar, ən 
azı, bu sualların 
cavablanmasını 
zəruri sayırlar:
• Özəl yaşama 
dair bilgilərə 
çatarkən hansı 
məqsəd güdülür?
• Bu məqsəd haqlı 
və önəmlidirmi?
• 
Özəl yaşam 
çərçivəsini aşaraq 
əldə ediləcək 
bilgi o məqsədə 
yetişməyə imkan 
verirmi?
• Özəl yaşam 
hüdudlarının 
aşılması bu amacın 
gerçəkləşməsi 
üçün yeganə 
və ya ən yaxşı 
yoldurmu?
• Özəl yaşam 
çərçivəsinə 
aid bilgilərə 
çatma üsullarına 
dair hansı 
məhdudiyyətlər 
var?
• Bu bilgilər əldə 
edildikdən sonra 
nə olacaq? Onlar 
nə qədər zaman 
və necə qoruna-
caq? 
Əslinə qalsa, 
bütün olay-
larda özəl yaşam 
dairəsiylə bağlı 
son qərara təsir 
göstərəcək iki 
təməl meyardan 
danışa bilərik:
1) Sözügedən 
adamın kimliyi ilə 
bağlı meyar;
2) Sözügedən 
bilginin ictimai 
nəticələri ilə bağlı 
meyar.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə