JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   46   47   48   49   50   51   52   53   54

109
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
KİMİN ÖZƏL YAŞAMINDAN SÖHBƏT GEDİR?
KİMİN ÖZƏL YAŞAMINDAN SÖHBƏT GEDİR?
İlk meyara görə, daha öncə də bildirdiyimiz kimi, icti-
mai şəxslərin özəl yaşam çərçivəsi adi vətəndaşlardan 
daha dardır. Şəxsin məşhurluğu ilə özəl yaşam 
dairəsinin genişliyi arasında tərs mütənasiblikdən də 
söhbət gedə bilər. Adi vətəndaşın şəxsi qüsurlarını 
açıqlamaq özəl yaşam hüququnun pozulması sayılsa 
da, vəzifə sahibinin və ya məşhur birinin qüsurlarını 
açıqlamaq olar. Əslində, “Media Çağı„nda xalqın 
qavraması baxımından önəmli şəxsləri ünlü şəxslərdən 
fərqləndirmək çətinləşib. “Celebrity” deyilən və 
dolanışığını hər hansı sahədə üstün bacarığıyla 
deyil, özəl yaşamıyla qazanan Paris Hiltonun adıyla 
simvollaşmış bir fakt var. Başqa kateqoriyalı ünlülərin 
də buna yaxın kimliyi ola bilər. Özəlliklə səhnə-kino-
musiqi dünyasındakı məşhurların çoxu özəl yaşamlarını 
media vasitəsilə kütlələrə açmaq məcburiyyətində 
qalırlar. Burada bütövlükdə bir danışılmış döyüşdən, “al 
gülüm, ver gülüm„ oyunundan söhbət gedir.
Təbii ki, bu oyunu oynayanların, ya da oynadığı 
düşünülənlərin özəl yaşam hüququna etirazdan 
yararlanmaq haqqı qalmır. Sıradan vətəndaşa rəva 
görülməyən “ifşa” burada məşhurluğun bədəli 
sayılacaq. İstər-istəməz, sual ortaya çıxır: Ünlü və 
önəmli şəxslərin özəl yaşam sahəsi tamam yox olurmu? 
Məntiqə görə bunun bir hüdudu var. Özəlliklə onların 
yaxınları, tutalım, uşaqları üçün həssas məqamları 
gözardı etmək mümkün deyil.
İstimai kimlikləri üzündən özəl yaşam çərçivəsi xeyli 
daralanların başında, heç şübhəsiz, siyasət adamları 
gəlir. Media ağırlıqlı demokratiyalarda belələrinin 
etiraz haqqı yoxdur: onlar olduqları mövqeyə öz 
istəkləriylə gəliblər və bundan ötrü ödəyəcəkləri bir 
bədəlin də özəl yaşam olacağının fərqinə varmağa 
məcburdurlar. Belə adamların gücünün ictimai ərkə 
dayanması və xərclədikləri pulun ictimai vəsait olması 
ictimaiyyətin “gerçəkləri” öyrənmə hüququnu daha 
keçərli edir. Başqalarına necə yaşamaları barədə 
nitqlər söyləyən bir siyasət adamı xalqın gözündən 
düşməmək üçün sınaqlara sinə gərməlidir. Cəmiyyət 
onlara – seçib başa keçirdiyi insanlara adi insani 
zəifliklərsiz – üstün varlıqlar kimi yanaşır. Siyasət 
adamlarını nəzarətdə saxlamaq öhdəliyi olan media 
boş yerə onların hər bir nöqsanını üzə çıxarmır və 
bunun üzərində dayanmır ki?!.


110
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
HANSI BİLGİLƏRDƏN SÖHBƏT GEDİR?
HANSI BİLGİLƏRDƏN SÖHBƏT GEDİR?
Özəl yaşamın müəyyənləşdirilməsində buna aid 
bilginin ictimai nəticələri ilə bağlı meyara gəlincə… 
Burada belə bir düşüncə keçərlidir: demokratik 
sistemlərdə bəzi şeylərin bilinməsi sistemin işləməsi 
baxımından yararlıdır. Əgər təməl etik meyarlardan biri 
gerçəkləşdirilən yayımın kimlərəsə haqsız yerə zərər 
verməsidirsə, bunun tam tərsindən də söhbət gedə 
bilər. Yəni bir şeyin bilinməməsi cəmiyyət baxımından 
zərərli ola bilər. “İctimai yarar”, ya da “ictimai mənafe” 
anlayışları məhz bu kontekstdə qarşımıza çıxır.
Bəzi bilgilər ilk baxışda özəl yaşam çərçivəsinə aid kimi 
görünsə də, yuxarıdakı düşüncəyə görə yayımlana 
bilər. Məsələn, bilginin yayımlanmaması ədalətin öz ye-
rini tutmasını əngəlləyirsə, cəmiyyət düzəni zədələnir. 
Məlumatı yaymamaq suçluların cəzadan qaçmasına və 
ya günahsız insanların cəzalandırılmasına yol açırsa, 
medianın vəzifəsi bu məlumatı açıqlayıb-yaymaqdır. 
Hətta ictimai sağlamlıq baxımından təhlükə yaradanda 
da belə davranmaq doğrudur. Donuz qripinə tutulmuş 
bir xəstəylə bağlı bilgilər sağlamlığa dair adi bilgilərdən 
fərqlidir, eynən başqa yoluxucu xəstəliklərdə olduğu 
kimi. Təbii ki, bənzər bilgilərin necə veriləcəyi də 
həssaslıq tələb edən bir mövzudur.
“Özəl yaşam” kimi “ictimai fayda” anlayışının da 
hüdudlarını müəyyənləşdirmək çətindir və bunu hər 
olayda ayrıca dəyərləndirmək lazımdır. Bu anlayışın 
da hüdudları məkana və zamana görə dəyişə bilər. 
Hər necə olsa da, bəlli durumların bu kateqoriyaya aid 
olunduğu bütövlükdə qəbul edilir. 
Məsələn, “BBC yayım prinsipləri bələdçisi” özəl yaşam 
çərçivəsinə bunları aid edir:
• “bir suçun ifşası, ya da ortaya çıxarılması; 
• ciddi antisosial davranışların ifşası; 
• sui-istifadə və ya ədalətsizliyin ifşası; 
• ciddi yetərsizlik, yaxud pozuntunun açıqlanması; 
• xalqın sağlamlıq və güvənliyinin qorunması; 
• hər hansı fərd, ya da qurum tərəfindən edilən 
açıqlama, ya da hərəkətin xalqı yanıltmasının 
önlənməsi; 
• ictimai rəyi maraqlandıran mövzularda insanların 
daha şüurlu qərar verməsinə yararlı olan bilgilərin 
açıqlanması” (BBC, 2005).
Buna bir misal göstərək: 
• birinin bir qohumunu adam öldürməyə 
yönləndirəcək məktubu, başqa baxımlardan çox özəl 
olsa da, qoruna bilməz;
• uşaqlarına qarşı aşırı şiddət işlədən atanın zorakılığı 
evin içində baş versə də, ictimaiyyətin bunu bilmək 
hüququ var;
• tibb elminin qəbul etmədiyi müalicə üsullarının 
qapalı qapılar arxasında belə təklif olunması, ya da 
tətbiqi xəbərdir
• önəmli bir vəzifəyə namizədliyini irəli sürən şəxsin 
suçları ilə (və təbii ki, məhkumluğu ilə) bağlı bilgilər 
onun kimliyini öyrənməyə ehtiyac duyan ictimaiyyət 
üçün artıq özəl yaşam çərçivəsinə aid edilə bilməz.
Bir başqa deyimlə, ictimai fayda və ya ictimai yarar 
anlayışı media etikasının təməlini oluşduran “doğruları 
doğru biçimdə söyləmək“ və “azadlıqları qorumaq”la 
“başqalarına zərər verməmək” anlayışları arasında 
bir balans yaratmağı hədəfləyir. Bu balansın yaranıb-
yaranmadığını hər olayda ayrıca dəqiqləşdirmək 
gərəkdir.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə