JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

99
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
İMPROVİZƏLƏR, KEÇİD-SÖZLƏR VƏ ÖTÜRMƏLƏR 
İMPROVİZƏLƏR (AD-LIBS), KEÇİD-SÖZLƏR (BUMPS, 
TEASES) VƏ ÖTÜRMƏLƏR (TOSSES) 
1980-ci illərdə beynəlxalq televiziya təcrübəsində 
“xoşbəxt söhbət” adlanan bir fenomen yayılmışdı. 
Aparıcılar (əsas və hava-idman aparıcıları) arasında 
“şirin” dialoqlar bəzən xəbərlərin özündən çox olurdu. 
Bu cür bağlayıcı keçidlər aparıcıları izləyiciyə daha da 
yaxınlaşdırmaq məqsədi daşıyırdı.
İndi bağlayıcı-keçidlər üçün daha lakonik formalardan 
– improvizələrdən, keçid-sözlərdən, az sonralar və 
ötürmələrdəndən yararlanırlar. Bir sıra redaksiyalarda 
bunlar bir-birinə oxşar,  bir-birini əvəz edə bilən 
anlayışlar olsa da, onları arasında müəyyən fərqlər var. 
İmprovizələr (ab-libs) - dən vaxt limiti çox qısa, hara-
dasa 20 saniyə olduqda, istifadə edirlər. Xəbərin so-
nuna doğru efir rejissoru son oxu materialının əvəzinə, 
aparıcıdan improvizə verməyi tələb edir.
Azsonralar (bumps və ya teases) demək olar ki, 
improvizələrlə eynidir, incə bir nüans fərqi var - 
məsələn, aparıcıya deyilir: “A blokunu bitir, reklama 
keç ümumi bir bumpla”. Aparıcı səsləndirir: “Az sonra 
studiyaya qayıdırıq. Bizimlə qalın”.
Aparıcı sonrakı blokun hansı xəbərlə başlandığını, 
yaxud oxunan xəbərin son qaynar xəbər olduğunu 
və yaxud daha sonra bağlantı olacağını bilmirsə, bu, 
ən rahat keçiddir,  belə situasiyalarda “az sonra” ən 
optimal çıxış yoludur.
Proqramiçi anonslar, tizerlər (teases)  daha güclüdür. 
Tizer izləyiciyə daha sonrakı blokda olacaqlara nəzər 
atmağa, daha sonra efirə gedəcək xəbər haqqında 
məlumat almağa imkan yaradır. Bu keçidlərin hər biri 
qısa “Bizimlə qalın”dan yaxşıdır. Yaxşı düşünülmüş 
tizerlər reklamdan sonra izləyicinin proqrama 
dönməyinin qarantıdır, bu ssenari planında müxtəlif 
yerlərdə yerləşdirilmiş dadlı “tikələr”dir (özü də bu 
tizerlər artıq xəbər xəritəsində qeyd olunmalıdır ki, 
prodüser hansı materiallara tizer verəcəyini öncədən 
bilsin). Tizer xəbər istehsalının önəmli və lazımlı 
elementidir.
Ötürmələr, tosslar daha sadədir. İdman, yaxud hava 
durumu aparıcısı öz seqmentinə keçdikdə istifadə 
olunur, onlar ssenarisizdir, yəni öncədən yazılmır. 
Telesuflyorda sadəcə, qeyd olunur – İDMANA KEÇİD. 
Aparıcı xəbəri oxuyub bitirir, telesulfyorda  KEÇİD 
qeydini görür və idman şərhçisinə tərəf dönərək 
proqramı ona ötürür. Reklam pauzasında idman, yaxud 
hava durumu aparıcıları əsas aparıcıya onların blokuna 
keçmək üçün ideyalar verə bilərlər. Bu, sadəcə, 
improvizəyə oxşasa da, toss aparıcılar arasında  keçid 
üçündür. İmpovizələr daha çox efir vaxtını doldurmaq 
üçün nəzərdə tutulur.
Bir də həmişə diqqətdə saxlamaq lazımdır ki, hər iki 
seqment xəbər buraxılışı efirə getməzdən az öncə 
tam formalaşır və həmin gün baş verən olaylardan 
asılı olaraq blokun vaxtı kəskin azala və ya arta bilər. 
Məsələn, vacib bir olay baş verən gün hər iki blok 
birdən-birə 30- 45 saniyə qısala bilər. 
Daha sakit günlərdə isə, bu bloklara daha çox vaxt 
ayrıla bilər. Onda proqramın aparıcısı idman və hava 
durumu blokunun aparıcıları ilə daha uzun və daha 
sərbəst söhbət, improvizə edə bilər.


100
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ TEXNİKİ 
ELEMENTLƏRİ
Təsəvvur edin ki, xəbər aparıcıları və daha iki digər  
hava və idman aparıcıları həftənin beş günü bi-
zim gözlərimiz önündədirlər. Televiziya kanalının 
menecerləri öz kanallarına auditoriyanın inamını 
qazanmaq, nüfuz gətirmək və proqramın “üzünü” 
yaratmaq məqsədilə yaxşı, peşəkar aparıcılar dəvət 
edirlər. Bu aparıcıların şəkilləri bilbordlarda yerləşdirilir
ictimai yerlərdə adamlar onları tanıyaraq yaxınlaşırlar. 
Yəni aparıcılara televiziya kanalı maddi yatırımla yanaşı, 
həm də emosional sərmayə də qoyur. Buna görə də 
efirdə, məsələn, iki aparıcılı xəbər proqramıdırsa, 
verilişin xəbər meneceri, redaktorları hər iki aparıcının 
bərabər olaraq efirdə görünmələrinin qayğısına 
qalmalıdırlar. Bunun üçün cavabdeh əməkdaşlar 
xəbər xəritəsini lazımdırsa, iki dəfə yoxlamalıdırlar. 
Elə alınmamalıdır ki, aparıcının biri yeddi, o birisi iki 
xəbər səsləndirsin. Bir nüansı da nəzərə almalısınız 
ki, tərkibində çoxlu mürəkkəb tələffüzlü xarici sözlər 
və adlar olan mətn daha təcrübəli aparıcının “payına” 
düşməlidir. Bütünlükdə siz xəbər meneceri olaraq, 
aparacıların bərabər, balanslı olaraq efirdə görünməsini 
nəzarətdə saxlamalısınız. 
Fon kadrları 
Bir çox xəbər menecerləri fon kadrlarından qaçırlar, 
amma onlardan yerində və ardıcıllığı gözləyərək 
istifadə olunsa, effekt elə video materialların 
doğurduğu qədər güclü ola bilər. Xəritə və qrafiklər 
səslənən mətni zənginləşdirir. Əgər siz çox da məlum 
olmayan bir ərazidə qatarın qəzaya uğradığı yerin 
xəritəsini verir və qəza yerini ulduzla işarəliyirsinizsə, 
bu izləyiciyə olayın yeri haqqında əlavə məlumat 
verir. Bu xəritədə sizin auditoriyanıza yaxın olan, heç 
olmasa, bir coğrafi obyektin, şəhərin, qəsəbənin  adı 
olmalıdır. Əgər kanalınızın qrafik dizayner, yaxud 
rəssamı varsa, belə bir kadrı yaratmaq asandır, sadəcə, 
ona tapşırığı e-maillə yollayırsınız və xəbər buraxılışı 
efirə gedənədək artıq qrafika sizdə olur. Belə qrafikləri 
əldə etməyin digər yolu isə bu tipli informasiyanı, 
xəritələri hansısa milli, yaxud beynəlxalq İnternet 
resurslardan yükləməkdir (təbii ki, müəllif hüququ qo-
runan və pulsuz qaynaqları nəzərdə tuturuq). Məsələn, 
Google Earth belə xəritələri yükləmək və onları fon 
kadrı kimi istifadə etmək üçün yaxşı resursdur.
Canlı bağlantılar 
Texniki baxımdan televiziya kanallarının olay yerinə 
canlı bağlanmaq imkanları yaranandan sonra 
xəbərçilərin qarşısında belə bir dilemma durur: hansı 
hallarda canlı yayım önəmlidir və hər imkanda canlı 
bağlantı yaratmaq lazımdır? Məsələn, Bakı-Sumqayıt 
yolunda davamlı olaraq axşam 18:00-dan 21:00-dək 
yaranan uzun yol tıxacını canlı bağlantı ilə göstərmək 
nə dərəcədə vacibdir? Yaxud bizim yerli kanallardan 
birinin hava məlumatı aparıcısının hər buraxılışda 
elə o televiziya kanalının damından canlı bağlantıya 
girməsi xəbər buraxılışına nə rəng qatır? Bu aparıcı 
öz-özünə sual verirmi ki, mənim burada nə işim 
var? Canlı bağlantı – hansısa yeni bir şeyi izləyiciyə 
göstərmək ehtiyacından yaranmalıdır. Digər tərəfdən 
xəbər menecerləri əmin olmalıdırlar ki, onların olay 
yerindəki jurnalistləri bu bağlantını gerçəkdən maraqlı 
və lazımlı edə biləcəklər. “Ekranda gördüyünüz 
kimi biz Parisin Eyfel qülləsinin önündəyik”, yaxud 
yerli kanalın gənc jurnalistinin Bakıda keçirilmiş 
Formula-2016 yarışlarından şəhər eyvanlarından 
birindən apardığı səriştəsiz (bax. 
www.youtube.com/
watch?v=DnXyNsT7-t4)
 bağlantılar yumşaq desək, 
aktual deyil. Ona görə də xəbər meneceri olaraq bir 
neçə şeydən tam əmin olduqdan sonra canlı bağlantıya 
qərar verin.
Canlı bağlantıya o zaman ehtiyac olur ki, 
JURNALİSTİN iştirakı əlavə 
1. İnformasiya verilir,
2. Xəbərə emosional rəng qatılır, 
3. Olayın təkrarsız atmosferi izləyiciyə ötürülür,
4. Hansısa tarixi bir an əbədiləşdirilir. 
UNUTMAYIN: Canlı bağlantıya gedən jurnalistin 
peşəkarlığına əmin olmalısınız. Jurnalist situasiyaya 
hakim olmalıdır, situasiya jurnalistə deyil. 
Gerisayımlar 
Texniki baxımdan buraxılışın efirə getməyinin vacib 
anlarından biri də düz vaxtında efirdə olmaqdır. Bu 
həm veriliş başlayıb-qurtararkən, həm də reklamdan 
efirə qayıtma zamanı önəmlidir. Çünki texnologiyaların 
inkişafı ilə efir axışını xüsusi bilgisayarlar nəzarətdə 
saxlayır, ona görə də tam təyin edilmiş vaxtda efirə 
• Xəbər proqramı aparıcılarının efirdə görünmə  balansı
• Fon kadrları (Still pictures)
• Canlı bağlantılar (Live shots)
• Gerisayımlar (Back timing)
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ TEXNİKİ ELEMENTLƏRİ


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə