JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə45/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

97
V BÖLÜM
KADR GÖYÇAY FƏSAD Göyçayın  sel suyu altında 
qalan kəndlərində bərpa işləri aparılır.Rayonun 
Yekəxana, Qaraməryəm kəndlərində suyun uçurub 
dağıtdığı piyada  körpüləri bərpa olunur. Yollara çınqıl 
döşənərək, düzəldilir.Artıq yaşayış məntəqələrinə 
elektirik enerjisinin, təbii qazın verlişi bərpa olunub. 
Göyçayda  sakinlərə məxsus ev quşları, meyvə ağacları, 
xırda buynuzlu heyvanları sel aparıb. 
* * *
TƏQDİMAT. Bəzən isə , insanların  laqeydliyi təbii 
fəlakətə yol açır. Elə Tovuzda olduğu kimi.Üstəlik 
aidiyyatı qurumların biganəliyi vəziyyəti daha 
acınacaqlı edir. 
* * *
SUJET- KANALLAR  3.10  TOVUZ
* * *
TƏQDİMAT. Siyəzən sakinlərinin də aidiyyatı 
qurumların diqqətinə ehtiyacı var.Baxmayaraq ki 
onların dərdinə dərman olmaq istəyənlər tapılıb. Ancaq 
bu, Eynibulaq kəndinin bulaq yanğısını söndürməyə 
yetməyib. 
* * *
SUJET-EYNİBULAQ-    2.30  SİYƏZƏN
* * *
TƏQDİMAT: Bir vaxtlar məktəblərdə şagirdləri vahid 
formada görməyin həsrətini çəkənlər vardı. Amma 
son bir neçə ildə məsələ həllini tapdı. Valideynlər indi 
deyəcəyimiz xəbər ürəyinizcə olmaya bilər.Amma  
diqqətiniz bizdə olsun 
SUJET-MƏKTƏBLİ FORMASI-     2.10    
KADR QONAQLAR-Formula1 Bakı qran prisinə 
hazırlıqlar son mərhələsinə qədəm qoyub. Təşkilat 
komitəsindən bildiriblər ki, Bakı qran prisində 
ən böyük sürət həddi də qeydə alına bilər. 
Artıq nümayəndə heyətləri, pilotların bir hissəsi 
paytaxtımıza gəlib. Xarici kütləvi informasiya 
vasitələrinin nümayəndələri də Bakıdadır. 
SİNXRON- QONAQLAR -       1.10   
**
TƏQDIMAT - Formula 1 Avropa qran prisi 
yaxınlaşdıqca həyəcan da artır. Yarışlar ərəfəsində 
sıxlığın qarşısını almaq və piyadaların rahat gediş-
gəlişini təmin etmək üçün bəzi avtobuslar xətdən 
çıxarılıb, bir neçəsinin isə istiqaməti dəyişdirilib.
SUJET-FORMULA-     3.10       BAKI
**
31
SON
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


98
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
ƏSAS XƏBƏR
ƏSAS XƏBƏR
Gəlin təsəvvür edək ki, yerli xəbər buraxılışlarında 4 
blok var. Bloklar bir- birindən reklamla ayrılır; beləliklə, 
buraxılışın axışı A bloku, reklam, B bloku, reklam, C 
bloku (adətən idman), reklam və sonuncu D bloku. 
İdmanı hesablamasaq, cəmi üç blokumuz qalir – A,B,D.  
Birinci blok əsas xəbərlə başlanır. Bu xəbərin formatı 
telepaket, canlı bağlantı, yaxud mətn ola bilər. Bu 
xəbərin öndə gəlməsi öz-özlüyündə izləyiciyə onun 
daha vacib olduğunu deyir.  
Auditoriya üçün hansı xəbərin daha vacib olduğunu 
qərara almaq asan deyil, bəzən bir necə materialda, 
birinci sıraya layiq “qışqıran” – cəlbedici kadrlar, 
xəbərlər olur.
Lid xəbəri seçdikdən sonra adətən bir çox redaktor-
lar yerdə qalan xəbərləri bloklara uyğun sıralayırlar. 
Məsələn, bütün səhiyyə ilə bağlı xəbərləri B blokuna 
atmaq olar, amma region əhəmiyyətli üç qısa oxu 
xəbəri A blokunun sonunda –  “Regionda” adı ilə 
qruplaşdırmaq olar.
Bu və ya digər materialın olum ya ölüm qərarı məhz bu 
planlama mərhələsində qəbul olunur. Tutalım, hansısa 
təhsil haqqında materialın vaxtından kəsib o qiymətli 
20 saniyəni böyük yol qəzası materialının vaxtına əlavə 
etmək ya etməmək? Hava haqqında məlumatı da B 
blokunun sonuna əlavə etmək olar, amma bu zaman 
ondan öncəki material diqqətlə seçilməlidir. Məsələn, 
uşaqlara qarşı zorakılıq barədə məlumatdansa, kənd 
təsərrüfatı ilə bağlı rəqəmlərlə yüklənməmiş bir mate-
rial daha yerinə düşər.
A və B bloklarından fərqli olaraq, D blokunun elə 
bir sərt xəbər kontenti yoxdur. Bunun əvəzinə
D blokunda əyləncəli xəbərlər, uşaqlarla bağlı və 
auditoriyaya yaxşı təsir edəcək emosional parçalar, 
keçiriləcək ictimai tədbirlərin, məsələn, hansısa 
festivalın anonsu və s. materiallar yerləşdirmək olar. D 
blokunun belə kontentinin iki sadə səbəbi var: birincisi 
bu tip materiallar operativ material deyil və onlardan 
hər hansı birisini buraxılışın ümumi görünüşünə təsir 
etmədən proqramdan çıxartmaq olar. İkincisi, bu 
xəbərlər aparıcıya imkan verir ki, proqramı yüngül 
notlarla yekunlaşdırsın. 
Dünya təcrübəsindən
Zirvələr-vadilər prinsipi (Peaks and Valleys)
Xəbər industriyasında çox istifadə olunan bir format 
da belə adlanır: P&V. 
Bu ad illərdir ki, mövcud olsa da, xəbərçilərin 
əksəriyyəti bu termini eşitməsələr də, özlərindən 
xəbərsiz ondan yaxşıca bəhrələnirlər. 
Bu formatda hər bir seqment, yaxud blok ayrıca mini-
xəbər buraxılışı kimi yıqılır. Amma bu o demək deyil 
ki, hər bölümün özünün hava, idman və iqtisadiyyat 
bölümü var, bu formatda hər seqmentdə digər daha 
az əhəmiyyətli xəbərlərdən əlavə bir yaxşı və güçlü re-
portaj və ya paket yerləşdirilir. Hər seqmentin reklama 
qədər hissəsində də bir güclü material yerləşdirilir.
Zirvələr-vadilər formatının konsepsiyası odur ki, 
önəmli materialları müxtəlif seqmentlərə səpələməklə 
siz auditoriyanın marağını mümkün qədər çox saxlamış 
olursunuz. Əgər siz bütün vacib materiallarınızı 
öndə yerləşdirirsinizsə, proqramın ortasına doğru 
buraxılışınız öz auditoriyasını itirə bilər, daha pisi isə 
auditoriyanız kanalı dəyişə bilər. Buna görə önəmli 
materiallarınızı bütün proqram boyu “səpələməlisiniz”. 
Həm də bir vacib məqamı da unutmayın ki, hava 
haqqında məlumat xəbər buraxılışının diqqətcəkiçi 
hissəsidir. İzləyicilərin çoxu boynuna alır ki, yerli 
xəbərləri daha çox sonda verilən hava məlumatına 
görə izləyirlər.
Zirvələr-vadilər formatının tərəfdarlarının əsas prinsipi 
budur: reklama qədərki vaxtda yalnız hava məlumatı 
yerləşdirməklə deyil, daha güclü material verməklə 
izləyicini bu proqramı sonadək izləməyə sövq etmək! 
İdeya budur: əgər birinci seqmentdə izləyicini cəlb 
etmək alınmırsa, o biri seqmentdə cəlb edə bilərsən!
Əgər bunu etməyi bacarırsınızsa, siz buraxılışınızın 
hər seqmentində güclü materialla zirvəyə qalxmış, 
reklam hissəsində isə vadiyə enmiş olursunuz, beləcə  
buraxılış boyu zirvələr vadiləri, vadilər zirvələri əvəz 
edir. 
Bu nəzəriyyə digər klassik yanaşmadan fərqlənir. 
Radiodakı klassik nəzəriyyəyə əsasən, auditoriyaya 
ən yaxşı və aktual xəbərləri buraxılışın əvvəlində, 
daha az vacib və daha az maraqlı xəbərləri isə sona 
yaxın vermək lazımdır. Bu erkən xəbər buraxılşları 
üçün önəmlidir, adətən reklam daxil bu buraxılışlar 
15 dəqiqə davam edir. Çevrilmiş piramida üsulu kiçik 
həcmlərdə effektlidir, çünki hər gecə bir güclü xəbər 
tapmaq çətindir.
Xəbər prodüserləri hələ də izləyicini ənənəvi yayım 
tərzi ilə ekran önündə saxlamağa çalışsalar da, nəzərə 
almaq lazımdır ki, hər icmanın özünün maraqlı olduğu 
mövzular var. Amma istənilən halda, kiçik informasiya 
bazarlarında bu formatla eksperiment etməyə dəyər. 
Yaradıcı yanaşma həmişə maraqlıdır.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə