JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə48/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

103
TAPŞIRIQLAR
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
TAPŞIRIQLAR / ƏDƏBİYYAT
Yekun tapşırıq. Layihə
Öncə qeyd olunduğu kimi, xəbərləri eyni cür seçib-
sıralayan iki eyni xəbər meneceri ola bilməz. Eyni gün 
və eyni vaxt efirə gedən müxtəlif xəbər buraxılışlarını 
izləsəniz, buna əmin ola bilərsiniz. Əgər dominant olay 
yoxdursa, xəbərlər və onların düzümü kanaldan kanala 
çox fərqlənir.
Bu tapşırığı yerinə yetirmək üçün təsəvvür edin ki, 
siz avqust ayının ortası, 6-da efirə gedəcək xəbərlərin 
menecerisiniz. 
Səhər saat 9-da keçirilən redaksiya toplantısı 
zamanı verilən xəbərləri A, B və D bloklarında 
yerləşdirəməlisiniz. Nəzərə alın ki, B blokunun sonunda 
idman və D blokunun sonunda isə hava məlumatlarını 
verməlisiniz. Bundan əlavə, xəbərlərin hamısından da 
istifadə etməyə borclu deyilsiniz, hansısa xəbərləri 
buraxılışa salmaya bilərsiniz. Beləliklə, xəbərləriniz 
bunlardır.
1. Səhiyyə üzrə ixtisaslaşmış jurnalistdən – 1.15 
saniyəlik piylənmə haqqında material.
2. Fiçə fayllarınızdan – Bələdiyyədə saat 7-də yeni 
məktəb binasına yer ayrılmaqla bağlı müzakirələr 
keçirilir. Bununla bağlı müəyyən arxiv kadrlarınız var, 
həmçinin şıfahi xəbər, ya VO, ya VOSOT, ya paket, ya 
canlı bağlantı verə bilərsiniz.
3. Xəbər agentliyindən – Statistika Komitəsinin 
açıqlamalarına əsasən, sizin bölgənin əhalisinın gəlirləri 
9 % artıb, ölkə üzrə əhalinin gəlirlərini artımı keçən il 
ərzində 4% olub.
4. Xəbər agentliyindən – Bütün ölkə üzrə ev tikintisinin 
sayı aşağı düşüb. Sizin bölgə və ya şəhər bu güzgüdə.
5. Operatorunuzdan – Səhər tezdən baş vermiş yanğının 
görüntüləri, bütün ev yanıb, dağıntı var, yaralanan və 
ölən yoxdur.
6. Digər bir operatorunuzdan – Yeniyetmə kibrit 
çöplərindən böyük bir ev modeli hazırlayıb və bu model 
yerli ticarət mərkəzinin sərgi salonunda nümayiş etdirilir. 
Nümayişdən əldə olunan pullar uşaq evinə veriləcək.
7. Fiçə fayllarınızdan – Saat 3-də hava limanı rəsmiləri 
uçuş zolağının genişləndirilməsi ilə bağlı müzakirələr 
keçirəcək. Siz olayı işıqlandırmaq üçün oraya çəkiliş 
komandası göndərə bilərsiniz.
8. Redaksiyaya edilən zəng – təqribən 20 nəfərdən 
ibarət yerli fəal yaxınlıqdakı parkın sökülməsi ilə bağlı 
etiraz aksiyası keçirməyi planlaşdırır. 
9. Xəbər agentliyindən – İsti temperatur hələ də qalır. 
Ötən həftə boyu sürən istilər nəticəsində bölgədə 120 
nəfər  xəstəxanaya yerləşdirilib. İstilərə gorə son 6 həftə 
ərzində 9 adam dünyasını dəyişib.
10. Bir reportyorunuzdan – Qəbul imtahanları 
yekunlaşıb, 1.05 saniyəlik reportaj.
11. Digər bir reportyorunuzdan – 15 nəfər universitet 
tələbəsi Britaniyaya yay məktəbinə yola düşur.
12. Fiçə fayllarınızdan – Kənd Təsərrüfatı Nazirliyi yerli 
fermerlərə kömək məqsədilə bölgədə açıq qapı günləri 
keçirir.
13. Polis hesabatından – ötən gecə bir gənc qız itkin 
düşüb, qızın valideynləri polisə müraciət ediblər.
14. Xəbər agentliyindən – Əhalinin Sağlamlıq və Rea-
bilitasiya Mərkəzi isti havada sağlamlığı qorumaqla bağlı 
vərəqələr yayır.
15. Faksdan – “Azərsu” sakinlərdən isti havalarla 
əlaqədar bağları suvararkən suya qənaət etməyi xahiş 
edir.
1. Bir gün ərzində İnternetdən dünya siyasi arenasında baş verən önəmli xəbərləri izləyin, bunların 
içərisindən beynəlxalq xəbərlər bloku üçün 3 xəbər seçin və onlara başlıqlar hazırlayın.
2. Bir xəbər saytından xəbər buraxılışınız üçün materiallar seçin və onları sıralayın.
3. Bir telexəbər buraxılışını əvvəldən sonadək izləyin, qeydlər götürün və qeydlərinizin əsasında bir buraxılışın 
xəbər xəritəsini tərtib edin.
4. Xronometrajı 45 saniyə olan görüntüsüz telexəbər mətni tərtib edin.
5. Müəllimin verdiyi xəbərlər əsasında xəbər buraxılışınız üçün başlıqlar yazın.
1.Broadcast Journalism Tecniques of Radio and Televison News, 6th Edition. By Peter Stewart, Ray Alexander. Focal Press, 2008
2.Məhərrəmli Q., Şıxlı E., Jurnalistika terminləri lüğəti. Bakı, Altun Kitab, 2016
3.Məmmədli Z. A-dan Z-ya xəbər. Bakı, 2009 
4.Məmmədli Z. Televiziya proqramlarının hazırlanması. Bakı, 2012
ƏDƏBİYYAT


104
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
ÜMUMİ PRİNSİPLƏR
ÜMUMİ PRİNSİPLƏR
• Mediaetikanın ümumi prinsinləri hansılardır?
• Özəl yaşam dairəsinə nələr daxildir?
• Özəl yaşam dairəsinin hüdudları zamana və məkana 
görə necə dəyişə bilər?
• Xəbər qaynağı ilə maddi münasibətlər müm-
kündürmü?
• Böhran xəbərçiliyində hansı etik aspektlər 
gözlənilməlidir?
• Media niyə cəmiyyətin hər kəsimini təmsil etməyə 
məcburdur?
• Ayrı-seçkilikdən qaynaqlanan problemlər hansılardır? 
Mediada çalışan insanlar, özəlliklə jurnalistlər, TV və 
radio proqramı hazırlayanlar gündəlik işlərində daha 
çox əxlaqi dilemmayla – ikiləşməylə üzləşirlər. Bu 
dilemmalar, adətən, o vaxt qarşıya çıxır ki, jurna-
list düşdüyü durumda “filan şeyi edim, ya etməyim?” 
deyərək öz sualına cavab axtarır. Məsələn, qəzetdə 
şübhəli şəxslərlə suçluların tam adını vermək olarmı?  
Qurbanların, şahidlərin və pozuntu və ya cinayəti 
xəbərləyənlərin adını yazmaq olar, ya yox? Həmin 
insanlar adlarının getməsini istəmirlərsə, onda necə? 
İşin içində tanınmış insanlar da varsa, hansı davranış 
düzgün sayılar?
İnsanları nə zaman, hansı durumlarda qorumalısınız? 
Məsələn, onlarla görüşərkən, yaxud teleşouda bunu 
necə edəcəksiniz?
Bir jurnalist kimi özünüzü hər yerdə və hər zaman 
tanıtmalısınızmı? Nə vaxt gizli kameradan yararlana 
bilərsiniz?
Jurnalistlər və teleproqram hazırlayanlar bilgi 
qaynaqlarının kimliyini nə dərəcədə gizləyə və ya hansı 
hallarda sənədləri istintaq orqanlarına verməkdən 
boyun qaçıra bilərlər?
Diqqətlə seçilən bir qrup müxbirin hərbi 
əməliyyatlardan xəbər hazırlaya bilmələri üçün bəzi 
ordu hissələrinin içinə yerləşdirilməsi anlamına 
gələn “qoşulmuş jurnalistika” (ingiliscəsi “embed-
ded journalism”dir. Türkiyədə eyni mənanı daşıyan 
“iliştirilmiş gazetecilik”, Rusiyada “встроенная 
журналистика” ifadəsindən yararlanırlar – red.) 
şərtlərinə əməl etmək nə dərəcədə ağlabatandır? Belə 
müxbirlərin görüb-bildikləri hər şeyi açıqlamağa ixtiyarı 
yoxdur. Bu halda həmin jurnalistika nə dərəcədə azad 
və müstəqil sayıla bilər? Bütövlükdə isə bir başqa sual 
da ağla gəlir: tutalım, idmandan, turizmdən, modadan 
və s.-dən yazan jurnalistlər hansı dərəcədə azad və 
müstəqil çalışa bilərlər? 
Tutalım, baş məqalədə İnternet bağlantılarından və ya 
reklam bannerindən yararlanarkən onlayn jurnalistika 
yeni əxlaqi dilemmalar doğurmazmı? Və yaxud dərc 
edilmiş yazıların arxivlənməsi yeni problemlərlə yanaşı, 
həm də jurnalistikanın hüdudlarına dair yeni suallar or-
taya çıxarmazmı? Vətəndaş jurnalistikası da jurnalistika 
sayıla bilərmi? Bloqqerlər də jurnalistdirlərmi? Hər kəs 
jurnalistdirmi? Bəs yaxşı, tutalım, xəbər qaynaqlarını 
qorumaq kimi peşə tələbləri necə olsun? İnternetdə 
keçərli meyarlar adi qəzetlər üçün də keçərli sayıla 
bilərmi? Və ya bunun tam tərsi –  ənənəvi medianın 
etik qaydaları onlayn bir qəzet, ya da bir TV, yaxud ra-
dionun veb (web) səhifəsi üçün də keçərli ola bilərmi?
Media etikası bu və buna bənzər problemlərlə üzləşir. 
Bütün bunlar – etik qaydaların məcburi sayıldığı 
media məkanı və Kütləvi Kommunikasiya Vasitələrinin 
fəaliyyəti ilə bağlı sistemli düşüncə biçiminin ortaya 
qoyulmasını qaçılmaz edir. Kütləvi Kommunikasiya 
Vasitələriylə yayılan informasiya da ortaya çıxan 
problemləri çözməyə imkan verən belə, amma daha 
özəl etik qaydaların hazırlanmasına tələbat yaradır.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə