JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə47/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

101
daxil olub, efirdən çıxmaq, reklam bloklarına girib-
çıxmaq dəqiq olmalıdır. Əks halda sizin reklam 
blokunuz yarıda kəsilər, aparıcı sözünü bitirməzsə, 
proqram axışı xaosla bitər.
Belə problemlərlə üzləşməmək üçün xəbər meneceri 
zaman limitini diqqətlə izləməlidir. Cünki aparıcılar 
bəzi yerlərdə yanıla, bəzi girişləri daha uzun və ya 
daha qısa edə bilər, ona gorə də xəbər buraxılışının 
menecmenti, istehsalı çətindir. Əgər üstəlik buraxılışda 
material azdırsa, zamanı doldurmaq da lazım olur. 
Yaxud buraxılış çox uzundursa, arada nəyi isə ixtisara 
salaraq dəqiq vaxt çərçivəsində qalmaq lazım gəlir. Bax 
belə situasiyalarda – verilişi vaxtında  bitirmək üçün 
redaksiyanın bilgisayar sistemində gerisayma deyilən 
vaxt ölçməsi tətbiq olunur.
Redaksiya bilgisayarı avtomatik olaraq hər blokun 
sonuna nə qədər qaldığını dəqiq göstərir, mənfi 
işarəsi isə onu göstərir ki, veriliş lazım olandan uzun 
gedir. Dəqiq vaxtı hesablamaq üçün belə edin. 
Proqramın ümumi vaxtini götürün və buradan reklam 
bloklarının vaxtını çıxın.Yerdə qalan zaman sizin bütün 
materiallarınıza verilən vaxtdır. Əksər hallarda bu 
təqribən 12, 15 dəqiqə olur. Hər materialın vaxtı + 
aparıcının girişlərini də hesablayın. Beləliklə, dəqiq 
vaxtı öyrənərək bu çərçivədən çıxmamağa çalışın.
• Xəbər spikeri 
• Ankorman, aparıcı
Jurnalistlərin, reportyorların, prodüserlər və yaradıcı 
qrupun digər üzvlərinin ağır və gərgin işinə baxma-
yaraq, telekanalın xəbər xidmətinin reputasiyası 
çox boyuk ehtimalla buraxılışın ön xəttində olan 
aparıcısından asılı olur. Yaxşı xəbər aparıcısı kanalın 
reytinqini qaldıra bilər, pis aparıcı isə çəkilən zəhmət 
və xərclərə baxmayaraq, reytinqi sala bilər... Ona görə 
də xəbər kanalları həmişə İSTEDADLI VƏ XARİZMALI 
aparıcı axtarışındadır. 
Nəzərə almaq lazımdır ki, xəbər buraxılışları ilə digər 
proqramların arasında çatdırılma üslubunda böyük 
fərqlər var. Xəbərlər bir qayda olaraq, digər proqram-
lardan daha rəsmi tonu ilə seçilsə də, indi telejur-
nalistikada xəbərlərin başqa proqramlar kimi, daha çox 
insana yönəli olması tendensyası izlənilir. 
Qeyd olunduğu kimi,  xəbər buraxılışını təqdim 
etməyin iki üslubu var. 
Birincisi xəbərin, sadəcə, aparıcı (spiker, newsreader, 
presenters) tərəfindən, ikincisi isə xəbərin ankormən 
(anchorman, ancorperson) tərəfindən çatdırılması.
Anchorman şəxsi nüfuzu və xarakteri ilə tanınan, 
olaylara şərh verməyə mənəvi haqqı olan, xarızmalı bir 
jurnalistdir. Onun dedikləri və bölüşdükləri də izləyici 
üçün maraqlı olmalı, onu inandırmalıdır. 
Newsreaderin məqsədi, fokusu yalnız və yalnız 
xəbərlərdir, onun şəxsiyyəti və şəxsi keyfiyyətləri isə 
arxa plandadır. 
 “Anchorman” termini Amerika jurnalisti Uolter Kron-
kayt (Walter Cronkite) adı ilə bağlıdır. Britaniyada isə 
daha çox newsreader,  newscaster terminlərinə üstün-
lük verilir. Bu okeanın o tayındakı, bütün dünyanın 
yamsıladığı, aparıcı üslubu ilə fərqi göstərir. Daha sadə 
desək, britaniyalı aparıcılar daha ciddi və özünü bir 
qədər aralı tutan, soyuq, olaylara  öz şəxsi fikirlərini 
heç vaxt qatmayan kimi görünürlər, onların amerikalı 
həmkarları isə ciddi olsalar da, dostcasına durur və 
təqdim etdiyi xəbərləri şərh edirlər. 
Azərbaycan gerçəkliyində uzun bir zaman kəsimi 
xəbər bülletenləri adətən diktorlar (Sovet dönəmindən 
qalmiş bir ifadədir, hazır mətni efirdə səsləndirən 
adam anlamına gəlir) oxuyurdular. Diktorlar mətnə 
və bütünlükdə kontentə heç bir halda müdaxilə edə 
bilməzdilər. Adətən xəbər aparıcıları kanalın daxili 
siyasətindən asılı olaraq mətni tərtib edə, süjetlərə 
təqdimatı yazıb hazırlaya, düzümlə bağlı fikirlərini 
redaktorla bölüşə bilərlər. Azərbaycan teleməkanı 
bülletenlərini xəbər aparıcıları, xəbər spikerləri 
ilə izləyicisinə təqdim edir. Burada əsas problem 
telexəbər arenasında yaddaqalan, ictimai fikirdə 
xüsusi nüfuzlu aparıcıların olmamasıdır. Müstəqillik 
dönəmi televiziya məkanı aparıcı kimi gənc jurnalistləri 
izəyiciyə təqdim edirdi (bu həm də maddi baxımdan 
kanallar üçün daha ucuz idi), ilk mərhələlərdə audi-
toriyada ciddi qavrayış diskomfortu yaradırdı. İzləyici 
20-25 yaş arası xəbər spikerinə inam hiss etmirdi. 
Tam anlaşılandır – bu yaşda jurnalistin auditoriyasına 
nələrisə deməyə, hansısa vacib mesajları ötürməyə, 
sadəcə, mənəvi haqqı olmaya bilər. Zaman geçdikcə 
bu gənclər orta yaş dönəminə girdilər, efir təcrübəsi 
qazandılar, daha peşəkar görünməyə başladılar.  Amma 
təəssüf ki, auditoriyanın sevgisini qazanan, hər sözü 
inam və hörmət doğuran ankormanlar yetişmədi. 
Amma gəlin baxaq görək, bütün bu keyfiyyətləri bir 
yerə cəmləyərək yaxşı ankorman qazanmaq olarmı? 
Super ankormanın fotorobotunu yaratmaq qeyri-
mümkündür. Sən yaxşı reportyor ola bilərsən, gözəl 
mətnlər yaza, onları isti bir səslə oxuya da bilərsən. 
Hətta  gözəgəlimli də ola bilərsən. Amma bu hələ 
o demək deyil ki, izləyici səni ankormən kimi qəbul 
edəcək. Ankorman olmaq üçün səndə müəmmalı, sirli 
bir X-faktor olmalıdır.
Ankormana 
verilən tələblər
• Mənəvi haqq
• Şəxsiyyət, 
individuallıq
• İnam 
• Peşəkarlıq
• Aydın ifadə 
üslubu
• Xoş, 
ürəyəyatan səs
• Səmimilik, 
istilik, 
• Yaxşı xarici 
görünüş
Lamiyə Vəzirova
CBC kanalında 
analitik verilişlərin 
müəllifi, aparıcısı
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ TEXNİKİ ELEMENTLƏRİ


102
XƏBƏR OXUNUŞU TEXNİKALARI
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR OXUNUŞU TEXNİKALARI
Oxunuş sürəti 
Həmkarlarınızdan xahiş edin sizə oxu sürətinizi 
ölçməkdə kömək etsinlər. Bunun üçün 10 müxtəlif 
mətn secirsiniz və hər mətndən yalnız 60 saniyə 
oxuyursunuz. Hər dəfə bir dəqiqə bitən zaman 
mətni oxumağı da bitirirsiniz və bu müddət ərzində 
oxuduğunuz sözləri sayıb qeyd edirsiniz. Beləcə, on 
mətn oxuduğunuz üçün 10 nəticə əldə edəcəksiniz. 
Orta sürətinizi tapmaq üçün bu 10 nəticəni üst-üstə 
gəlib əvvəl 10-a, sonra isə 60-s bölün. Alınan rəqəm 
sizin bir saniyədə oxu sürətinizi göstərəcək. Tutaq ki, 
10 oxuduğunuz mətndə 125, 126, 119, 123, 118, 120, 
122, 126, 118 və 117 nəticələrini almısınız. Toplayırıq, 
alınır 1214. 10-a bölürük, 121 alınır, onu da 60-a 
bölməklə orta oxu sürətinizi alırıq –  2 s/söz.
Artıq bir dəfə oxu surətinizi bildikdən sonra hər mətni 
nə qədər vaxta oxuyacağınızı ölçə biləcəksiniz. Təbii 
ki, siz hər mətndə neçə söz olduğunu hesablamaq 
çox uzundur, sətirləri saymaq daha rahatdır. Yaxşısı 
budur ki, mətndəki sözləri kompüterdə “Söz hesabı” 
əməliyyatı vasitəsilə hesablayasınız. Yox, əgər mətnin 
elektron variantı yoxdursa, onda aşağıdakı üsul 
köməyinizə çata bilər. 
Öncə standart ssenari planının 50 sətrində neçə söz 
olduğunu hesablayın. Və onu 50-ə bölün. Bu sizə 
hər sətirdə təqribən nə qədər söz olduğunu verəcək. 
Məsələn, ssenarinizin 50 sətrində deyək ki, 600 söz 
var, demək, hər sətrə təqribən 12 söz düşür. İndi 
siz hər sətri oxumağa nə qədər vaxt sərf etdiyinizi 
hesablaya bilərsiniz. Məsələn, əgər sizin oxu sürətiniz 
2 s/saniyədirsə, ssenarinizin hər sətrində təqribən 
12 söz varsa, siz bir sətri 6 saniyəyə oxuyacaqsınız 
(12-ni 2-yə vurursunuz). Hər ssenaridəki sətirlərin 
sayını bilməklə, həmin mətni oxumağa nə qədər vaxt 
lazım olduğunu dəqiq biləcəksiniz. Məsələn, 8 sətirlik 
materialı 48 saniyəyə oxuyacaqsınız. (8 vurulsun bir 
sətri oxuma sürətinizə, yəni 6-ya). Bu hesabladığınız 
rəqəmi vərəqin sağ küncünə qeyd edin. Sonda bütün 
bu rəqəmləri toplayaraq, hər material üçün aradakı 
fasiləyə daha 2 san. əlavə etməklə, bütövlükdə 
materialın oxunuşuna nə qədər vaxt sərf edəcəyinizi 
dəqiq hesablamış olursunuz. Kiçik bir məsləhət – son 
cümlələr əgər yarıdan azdırsa, onları saymayın. Yalnız 
yarıdan çox və ya bitmiş cümlələri hesablayın. Təbii ki, 
hesablamaq üçün sizə kalkulyator lazım olacaq, amma 
zəhmət çəkməyə dəyər. Siz öz oxu surətinizi dəqiq 
bildikdən sonra buraxılışı neçə dəqiqəyə oxuyacağınızı 
rahat öyrənəcəksiniz. İllər keçdikcə və təcrübəniz 
artdıqca səhifəyə nəzər salmaqla onu nə qədər vaxta 
oxuyacağınızı anında təyin edə biləcəksiniz.
Öz oxu sürətini, 
yaxud buraxılışın 
aparıcısının oxü 
sürətini bilmək 
çox vacibdir.
Bir sətiri necə 
saniyəyə 
oxuduğunuzu 
bilməklə siz 
buraxılışın 
mətninə nə 
qədər vaxt lazım 
gələcəyini hesab-
laya bilərsiniz.
Oxu surəti 
saniyədə/söz-lə 
ölçülür, aşağı 
templi nitq üçün 
2 s/söz, bəzi 
dillərdə 3.5 s/
sözdür .
Nəfəs
Xəbər aparıcıları, yaxşı üzgücülər kimi, nəfəslərinə 
nəzarət edə bilməlidirlər. Düzgün nəfəsalma səsə 
zənginlik və məxmərlik verir. 
Düzgün nəfəs alma üçün yadda saxla!
• Tam şaquli vəziyyətdə, ya da yüngülcə irəli 
meyillənmiş vəziyyətdə əyləşin
• Döş qəfəsiniz qabarıq olmalıdır
• Ayaqlarınızı çarpazlaşdırmayın
• Qısa-qısa, kəsik-kəsik, ağciyərlərin ucu ilə yox, 
dərindən, qarın boşluğundan nəfəs alın
• Oxumağa bazlamazdan əvvəl dərindən nəfəs alın
• Studiyada o yan-bu yana qaçmayın! Təngnəfəslik sizə 
mane ola bilər!
• Mətni oxumazdan əvvəl ssenariyə baxıb, uzun 
cümlələri, fasilələri özünüz üçün qeyd edin.
Telesuflyor
Telesuflyor aparıcıya göz təmasını pozmadan mətni 
oxumağa imkan verir. Bu cihaz ( ona “autocue” və ya 
“prompter” də deyilir) kameranın önünə quraşdırılan 
bir başlıqdan ibarətdir. Kameraman başlığın arasından 
çəkiliş apardığı zaman aparıcı yuxarıdan aşağı hərəkət 
edən mətni oxumaq imkanı qazanır. Mətnin “axışı” 
aparıcının istəyinə və danışıq sürətinə uyğunlaşdırılır. 
Başlıq birbaşa obyektivə taxıldığından elə təsəvvür 
yaranır ki, aparıcı sanki seyrçilərin gözünə baxıb danışır 
( 4, səh. 69) 
Telesuflyordan yararlanarkən bunları unutmayın:
• Gözlərinizi ekranın ortasına zilləyin;
• Sözləri oxuyarkən gözlərinizi soldan sağa və daha 
sonra da geriyə gəzdirməyin;
• Mətni öz  sürətinizlə oxuyun. Subtitr (altyazı) 
operatoru aparıcının oxu tempinə uyğun olaraq mətnin 
“axışını” tezləndirib-yavaşıdacaq;
• Mətnin “axışını” nəzarətdə saxlamaq üçün aparıcının 
texniki imkanı var;
• Mətni öncədən həm kağızda, həm də disk şəklində 
altyazı operatoruna verin və
hansı formatda çalışacaqlarına göz qoyun;
• Mətni diskə yazıb altyazı operatoruna verərkən 
söyləyəcəyiniz sözlərən başqa bütün qeydləri silin


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə