JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə54/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   46   47   48   49   50   51   52   53   54

114
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
MEDİA NİYƏ CƏMİYYƏTİN HƏR KƏSİMİNİ TƏMSİL ETMƏYƏ MƏCBURDUR?
MEDİA NİYƏ CƏMİYYƏTİN HƏR KƏSİMİNİ TƏMSİL 
ETMƏYƏ MƏCBURDUR?
Mediadan toplumun müxtəlif 
kəsimlərini, fərqli aidiyyət 
biçimlərini, ən ümumi anlamıyla 
“fərq”i təmsil etməsini gözləməyin 
səbəbləri çox da qarışıq deyil. 
Başda televiziya olmaqla kütləvi kommunikasiyanın 
istər dövlətin əliylə yürüdülən ictimai yayımlarda, 
istərsə özəl kəsimlərin gerçəkləşdirdiyi özəl yayımlarda 
ayrı-seçkiliyi müzakirə mövzusuna çevirməsi təbiidir. 
Bu zaman həmin mövzuyla bağlı problemlərin 
dartışılması mediadan cəmiyyətin hər kəsiminə 
eyni məsafədə durmasını tələb edir və bunun 
haqlı səbəbləri danılmazdır. Televiziya və ya digər 
medianı, sadəcə, “ticari fəaliyyət” kimi anlayaraq bu 
fəaliyyyətdən doğan problemlərin etik məsuliyyətdən 
kənarda qalacağını düşünmək mümkün deyil. Üstəlik, 
bəsit  ticari fəaliyyətdə də kimlərisə kənarlaşdırıb 
incidən ayrı-seçkiliyə yer yoxdur. Bu, hər şeydən öncə, 
media qurumlarının cəmiyyətə açıqladığı öhdəliklərdə 
də əksini tapır. Məsələn, söhbət “xəbər”dən gedirsə, 
media qurumları hər kəsimə bərabər məsafədəki 
ən doğru və ən dolğun xəbərçiliyi özlərinin 
gerçəkləşdirdiyini iddia edir və buna uyğun izləyici 
marağı umur. Belə vəd, öhdəlik və iddia “hər kəsimə 
bərabər məsafə” təməlinə söykənən bir haqq axtarışını 
da mümkün saydırır və nəticədə, bunların “həqiqiliyini” 
izləyicilərin  sorğulamasına imkan yaradır.
Bununla birlikdə, mediadan eyni münasibət um-
maqla bağlı gözlənti və legitimlik axtarışları hüquqi 
anlamda da bir haqq doğmasını ifadə etmir. Çünki vəd, 
yaradılan gözlənti və bunun sonucunda qarşıya çıxan 
xəyal qırıqlığı avtomatik şəkildə hüquq çərçivəsinə 
girə bilməz. Mediada təmsil olunmaqdan gözlənilən 
bərabər münasibət və bərabər məsafə yayımçılıq 
sahəsini tənzimləyən qanunlarla bağlı digər qanunlarda 
özünə dəlil tapır. Sözügedən izləyici gözləntiləri isə 
yalnız qanuni tənzimləmələrin gerçəkləşdirilməsini 
gərəkdirən insani, vicdani və etik  təməl kimi 
anlaşılmalıdır.


115
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ AYRI-SEÇKİLİKDƏN QAYNAQLANAN PROBLEMLƏR
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ AYRI-SEÇKİLİKDƏN 
QAYNAQLANAN PROBLEMLƏR
Televiziya xəbərləri müxtəlif sosial-iqtisadi və sosial-
mədəni təbəqəyə məxsus izləyicilərin yaşadıqları 
toplumdan və bütövlükdə dünyadan xəbərdar olmaq 
üçün yararlandıqları ən təməl qaynaqlardan biridir. 
Üstəlik, bu qaynaqdan yararlanmaq nə zəhmət, nə də 
pul istəyir. Belə üstünlükləri səbəbindən televiziya 
xəbərləri çap mediası və ya digər xəbər qaynaqlarına 
nisbətən daha təsirlidir. Telexəbərlər bütün dünya 
barədə təsəvvür yaradır və ya mövcud təsəvvürləri 
dərinləşdirir. Demək, televiziya xəbərçiliyində yol 
verilən ayrı-seçkilik qat-qat böyük auditoriyanı əhatə 
etdiyindən bir haqq pozuntusuna yol açır və bu po-
zuntunun zərərli nəticələri demokratik bir cəmiyyət 
həyatı baxımından daha güclü və daha geniş şəkildə 
üzə çıxacaq. Bu səbəblərdən televiziya verilişlərində 
yer alan ayrı-seçkilik formalarına qarşı hansı etik 
məhdudiyyətlərin qoyulması gərəkdiyini düşünərkən 
ilk öncə televiziya xəbərçiliyinə diqqət yetirmək 
qaçılmazdır. Televiziya verilişlərinin cəmiyyətin gözardı 
edilən kəsimlərinə yönəlik çox tipik bəzi ayrı-seçkilik 
formaları var. Bunları, ən ümumi şəkildə,  dörd qrupa 
bölə bilərik:
I qrup: Yox sayılan və ya çox az yer verilənlər
Televiziya xəbərləri bu halda cəmiyyətin  bəlli 
kəsimlərini, yaxud bəlli keyfiyyətləri olan adamları 
gözardı edərək onları yox sayır. Böyük yayım 
quruluşlarının xəbərçilik fəaliyyətinin lap üzdən 
araşdırılması da göstərir ki, ayrı-seçkiliyə məruz qal-
maq baxımından “incik” durumlardakı şəxs və qruplar 
ya xəbərlərdən tam kənar tutulur, ya da onlara çox 
məhdud və əksər hallarda ayrı-seçkiliyi qoruyacaq 
şəkildə yer verilir. Məsələn, televiziya xəbərçiliyi daxili 
və xarici siyasət baxımından bir ölkədəki “azlıq”ların 
yaşadıqları problemləri ya görməzdən gəlir, ya da bu 
problemlərə nadir hallarda, həm də üzdən toxunur.
II qrup: Bəd xəbər mövzusuna çevrilənlər
Ayrı-seçkiliyə uğramaq baxımından üstün mövqe 
tutmayan adam və ya qruplar televiziya xəbərlərində 
işıqlandırılarkən, əsasən, mənfi təsir bağışlayacaq 
biçimdə görünürlər. Məsələn, “Travestitlər Taksimdə 
dincliyi pozurlar”,  “Homoseksual müəllim “çatlaş„dığı 
hər iki gənclə əlaqəyə girdi”, “Əsassız soyqırım 
iddialarını puça çıxaran veb (web) səhifəsindən rahatsız 
olan ermənilər pornoqrafik və söyüşlü elektron 
məktublarla bu səhifəyə qarşı  çirkin hücuma keçdilər”, 
“Cənub-şərqli xırda-xuruş oğrusunun atası da vaxtilə 
məhkum edilibmiş” kimi giriş cümlələri bütövlükdə 
xəbərə neqativ məzmun hopdurur. Əlbəttə, burada 
problem belə mövzularda xəbər hazırlamaqda 
deyil, problem odur ki, sözügedən şəxs və qruplar 
xəbərlərdə, adətən, yalnız mənfi yönləri ilə yer 
alırlar. Başqa sözlə, televiziya xəbərlərində bacarıqlı 
və sayğıoyadan homoseksuallara, travestitlərə, və 
qadınlara çox az hallarda yer verilir. Bu kəsimləri 
mənfiləşdirən və daim qanun pozanlar kimi qələmə 
verən xəbərlərin önə çəkilməsi çox yayılmış bir meylə 
çevrilib. 
III qrup: Ayrı-seçkilik salan keyfiyyətlərlə birlikdə 
xatırlananlar
Pis qələmə verilən qrupların xəbər predmetinə 
çevrilmə  biçimlərinin ayrı-seçkiliyə uğramalarına 
səbəb olan durumla heç bir bağlılığı yoxdur. Di 
gəl, həmin xəbərlərdə həmişə o qrupa mənsubluq 
vurğulanır. Məsələn: “Kredit borcu üzündən ruhu 
sarsılan yəhudi işadamı, yoldaşının iki yaşındakı 
qızını girov götürüb əvəzində böyük miqdarda pul 
istədi”. Yəhudiliyin belə davranışa nə dəxli var? Təbii 
ki, yoxdur, ancaq xəbərdə istifadə edilən dil gerçək 
həyatda ayrı-seçkiliyə uğrama olasılığı daha yüksək 
olan yəhudilərlə bağlı mənfi stereotipləri qabardır, belə 
təsəvvürləri daha da möhkəmləndirir.
IV qrup: Nifrətli çıxışları inkişaf etdirənlər 
Nifrətli çıxışlar, daha öncə detallı şəkildə 
toxunduğumuz kimi, həm bütövlükdə mediada, 
həm də özəlliklə televiziya xəbərçiliyində zaman-
zaman təkrarlanan etikadankənar və məsuliyyətsiz 
bir xəbərçilik növüdür. Nifrətli çıxışları körükləyən 
xəbərlər, çox vaxt, ölkə gündəminə ani olaraq girən 
və sensasiya özəlliyi də olan xəbərlərdir. Bir anda 
bütün bülletenlərə yol tapan belə xəbərlər ictimaiyyət 
arasında da qızğın dartışma və qütbləşmə doğurur. Ən 
çox ehtiyac duyulan bir zamanda medianın soyuqqanlı 
dəyərləndirmələri və məsafəli yanaşmaları unutmasına 
yol açan nifrətli çıxışın linç, talan və şiddətlə müşayiət 
edilən etiraz aksiyaları və qarşıdurma şəraitiylə 
sonuçlanması çox vaxt qüvvə tətbiqinə də səbəb olur.


116
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: SEÇKİ KAMPANİYALARI
TELEVİZİYA XƏBƏRÇİLİYNDƏ ETİK PROBLEMLƏR: 
SEÇKİ KAMPANİYALARI
Seçki kampaniyaları gedişində 
xəbər mediasının kampaniyaya 
qatılan partiyalara yervermə 
biçimləri xəbərçilik etikası 
baxımından müxtəlif dartışmalarda 
önəmli yer tutur. 
 
Bu proseslə bağlı detallı-ayrıntılı bir dartışmaya 
girmədən öncə plüralist-liberal demokratiyalarda 
medianın və özəlliklə xəbər mediasının siyasi, iqtisadi 
və mədəni formalaşmadakı yer və rolunu qavramaq 
gərəkdir. Kampaniya prosesi bu böyük məsələnin bir 
bölümü olsa da, etik dartışmalar baxımından önəmli 
prosesdir. “Söhbət hansı önəmdən gedir?” sualını 
belə cavablamaq olar: bu dönəmdə siyasət və media 
münasibətlərində, daha dəqiq söylənsə, birlikdəliyində 
qarşılaşdığımız təməl problemlər doyum nöqtəsinə 
çatır və tam üzə çıxır.
Seçki kampaniyalarının əhatə etdiyi proses bəlli 
siyasi rejimlərdə bir-birindən fərqlənsə də, zamanca 
məhdudlaşdırılmış prosesdir. Müəyyənləşdirilən zaman 
hüdudlarında mediadan gözlənən odur ki, seçkiyə 
qatılan tərəfləri, mümkün qədər, balanslı və tərəfsiz bir 
biçimdə işıqlandırsın. İdeal variant odur ki, bir-biriylə 
yarışan partiyaları seçicilərə tanıdasan, onları gələcək  
layihələr barədə bilgiləndirəsən. Beləcə, seçicilərin öz 
çıxarları baxımından doğru qərar vermələrinə yardımçı 
olmaq mümkündür.
Kampaniya dönəmində siyasi partiyalar və namizədlər 
seçicilərdə özləri haqqında əlverişli təsəvvür yaratmağı 
hədəfləyən bir yarışa baş vururlar. Bu zaman aşağıdakı 
vasitələrdən faydalanırlar:
• reklam lövhələrindən;
• qəzetlərə verilən reklam elanlarından;
• bayraq və şüarlarla bəzənmiş açıq mitinqlərdə 
gerçəkləşdirilən nitq və çıxışlardan və bunların xəbər 
proqramlarında yer almasından;
• televiziya kanallarında partiya üzvləri və alim, jurna-
list kimi simvolik seçkin şəxslərin qatıldığı dartışma  
proqramlarından;
• İnternet mühitində tanıdılmaqdan. 
Kampaniya dönəmi hüquqca bərabərlərin yarışı 
kimi görünsə də, maliyyə qaynaqları, bu qaynaqları 
toplamaq, yönləndirmək və onlardan istifadə imkanları 
baxımından qeyri-bərabərlərin yarışıdır. Azlıqların 
mənafeyini qoruyan və təmsil edən partiyalar bu 
yarışda ən əlverişsiz durumda olanlardır. Belə əlverişsiz 
vəziyyətdə xəbər mediası onların yardımına gəlməlidir. 
Di gəl, yaşanan təcrübə və xəbərhazırlama biçimlərini 
gözdən keçirəndə məlum olur ki, xəbər mediası 
iqtidarda olan, parlamentdə yer tutan və üzvləri icra 
orqanlarında vəzifə daşıyan partiyalara daha çox za-
man ayırır, parlamentə düşə bilməyən partiyaları isə 
sanki görməzdən gəlir.
Seçki kampaniyalarını işıqlandıran və ictimai 
müzakirələri formalaşdıran kanallar dedikdə media, 
kütləvi kommunikasiya vasitələri, məlumat və şərhləri 
tirajlandırıb xalqa çatdıran kommunikasiya mühiti 
ağla gəlir.  Ən çox satılan qəzet və dərgilər, ən çox 
baxılan televiziya kanalları seçki kampaniyalarında 
dartışmaların qurulduğu, biçimləndiyi, əks 
arqumentlərin səsləndiyi, təməl qırılma nöqtələrinin 
üzə çıxdığı yerlərdir. Seçicinin səsvermə zamanı 
necə davranacağını, adətən, belə dartışmalar 
müəyyənləşdirir. Günümüzdə siyasi quruluş me-
diaya bağlıdır. İctimai dartışmaların daşıyıcısı olan 
media siyasi quruluş və siyasi mədəniyyət içində 
siyasi çıxışların söylənib yayıldığı yerdir. Bu qarşılıqlı 
bağlılıq münasibətləri, zaman-zaman, siyasi prosesə  
görə, medianı bir muxtariyyət və direktiv, qanun və 
əsasnamələrlə birbaşa yönləndirmək durumuna salsa 
da, bəzi durumlarda medianın özü nisbi müstəqillik 
mövqeyindən siyasi quruluşu istiqamətləndirə 
bilir. Birinci hala antiterror qanununu, ikincisinə işığı 
yandırıb-söndürmə aksiyalarını yönləndirərək dönəmin 
koalisiya hökumətinə təsir göstərmə formasını misal 
göstərə bilərik.
Beləcə, ənənəvi etika anlayışının dayandığı son 
prinsipi sorğulamağa yol açılır. Söhbət balanslılıq 
prinsipindən gedir. Balans güdən xəbərçilik tərzi 
medianın gündəmə gətirdiyi hər hansı bir prob-
lem və mövzu haqqında fərqli tərəflərin baxışını 
diqqətə yetirmək deməkdir. Bu prinsip obyektivlik 
və tərəfsizliyə ehtiyac duyan problemləri aradan 
qaldırmağa yönəlik – yol göstəricisinə, yol nişanına 
bənzər bir prinsip kimi yozulmalıdır. Məqsəd müxtəlif 
baxışları daha geniş əhatə və təmsil etməkdir. Ancaq 


117
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: SEÇKİ KAMPANİYALARI / TAPŞIRIQLAR / ƏDƏBİYYAT
siyasəti xəbərləşdirmə prosesinə hakim olan,  xəbər 
qaynaqlarına xəbər hazırlamaq haqqı tanıyan və 
jurnalisti qismən təsir altına salan anlayış və təcrübələr 
balanslı xəbərçiliyi qəbul etmir. Bu gün hansı kanalın 
xəbər bülletenini açsanız, ya da hansı qəzetin ilk 
səhifəsinə göz gəzdirsəniz, balanslılıq prinsipinə sadiq 
bir xəbər tapmaq mümkün deyil.
Mövzu/problemi hədəfləyən xəbərçilik balanslılıq 
prinsipiylə bütünləşərsə, demək, demokratik 
mədəniyyət içində ictimai müzakirəyə zəmin 
hazırlayan bir anlayışın önə çıxarılmasından söz aça 
bilərik. Ancaq burada vurğulanması gərəkən önəmli 
bir mövzu “balanslılıq“ prinsipinin hansı mənada 
anlaşılmasıdır. Problemləri əks qütblər içində ələ 
alan, cəmiyyətdəki qarşıdurmaları  körükləyən, 
demokratik dialoqu çıxmaza salan bir anlayış olması 
gərəkən “balanslılıq” anlayışı deyil. Ələ alınan, 
1. Çaplı, B. Medya ve Etik, Ankara: İmge Yayınevi, 2002
2. Çaplı, B. ve H. Tuncel (der.) Televizyon Haberciliğinde Etik. Ankara: Fersa, 2009
3. Taş, Oğuzhan. Gazetecilik Etiğinin Mesleki Sınırları: Profesyonellik, Piyasa ve Sorumluluk. 
İstanbul: İletişim Yayınları, 2012
xəbərlənən problemlə bağlı mümkün qədər bütün 
müxtəlif tərəflərin baxışlarını diqqətə yetirən bir 
anlayış mənimsənməlidir. İdealda hələ partiya 
kimi təşkilatlanmayanların, vətəndaş cəmiyyəti 
quruluşlarının və xəbərdə toxunulan problemdən 
birbaşa təsirlənənlərin (fəhlələrin, ev xanımlarının, 
şagird və tələbələrin, işsizlərin və b.) düşüncələrini də 
əks etdirilməlidir.
Balanslı xəbərçilik olay/fakt xəbərçiliyi deyil, mövzu/
problem (ingiliscəsi “issue”) xəbərçiliyidir. Jurnalist 
araşdırar, önəmli problemi vurğulayıb diqqətə yetirər
fərqli çözüm təkliflərinə yer ayırar və baxışları təmsil 
olunanların sırasını genişləndirməyə can atar. Bu tərz 
xəbərçilik biçimi öz auditoriyasını ictimai, iqtisadi, si-
yasi problemlər haqqında bilgiləndirir və çözüm yolları 
barədə düşündürür.
TAPŞIRIQLAR
1. Media etikasında neçə əsas səviyyə var?
2. Media insanları sadəcə əyləndirməlidir, yoxsa düşündürməlidir? 
3. “Şəxsi həyat” anlayışı harada başlayır və harada bitir?
4. Xəbərçilik peşəsini gerçəkləşdirən insan və qurumlarla qurulan maddi ilişkilərin sərhədi nə olmalıdır?
5. Media niyə bütün kəsimləri təmsil etməlidir?
6. Seçkilər zamanı mediadan necə bir xəbərçilik gözlənilir?
ƏDƏBİYYAT


118
Bülent Çaplı (1958) Adana İqtisadi Ticari Elmlər Akademiyasının Jurnalistika və İctimaiyyətlə 
Əlaqələr Məktəbinin məzunudur. Magistratura təhsilini Utah Dövlət Universitetində 
alıb. Elmlər doktorudur. Fulbright və Chevening proqramlarının təqaüdçüsüdür. Dr. Çaplı 
Mançester və Florida Universitetlərində araşdırmalar aparıb. Bir tədqiqatçı və müəllim kimi 
maraq dairəsi yayım mediası, media siyasəti, medianın siyasi iqtisadiyyatı, media etikası və 
sənədli filmlərdir. B. Çaplı sadalanan mövzularda xeyli sayda kitab müəllifi, sənədli filmlərin 
rejissorudur. O, Türkiyədə çoxsaylı mükafatlara layiq görülüb. Prof. Çaplı Türkiyə siyasi 
tarixinə həsr olunmuş, mükafat qazanmış “Halef”, “İsmet Paşa”, “12 Mart” and “Demir Kırat” 
kimi sənədli televiziya fimlərinin həmprodüseri və rejissorudur. Bilkənt Universitetinin 
professorudur. 
Nüşabə Hüseynli  (1973) f.ü.f.d, Əməkdar jurnalistdir. 20 illik jurnalistik fəaliyyəti çap və 
televiziya jurnalistikası ilə bağlıdır. Bir çox beynəlxalq simpozium, qurultay və konfransların 
məruzəçisi və iştirakçısı olub. BSU-da (2009-2016) Yeni media və kommunikasiya 
texnologiyaları kafedrasında baş müəllim kimi çalışıb. “Space” televiziyasında redaktordur. 
Xatirə Hüseynova (1977) bakalavr və magistr dərəcələrini BDU-nun jurnalistika fakültəsində 
alıb, f.ü.f.d., dosentdir. BDU (2001-2011) və BSU-da (2011-2016) televiziya və radio 
jurnalistikasından dərs deyib. Bir dərs vəsaitinın, 3 proqram və 20-dək elmi məqalənin 
müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 
İnformasiya təminatı sektorunun müdiridir.


119
Aynur Kərimova (1970) BDU-nun jurnalistika fakültəsini bitirib, f.ü.f.d., dosentdir.
Fəaliyyət sahələri yayım jurnalistikası, media analiz, media menecmentdir. Azərbaycan  
Televiziyasında xəbər aparıcısı,  mətbuatda köşə yazarı kimi işləyib. İyirmi ildir Bakı Dövlət 
Universitetində  televiziya jurnalistikasını tədris edir. BDU-nun Jurnalistika fakültəsində 2016-
ci ildə ilk dəfə olaraq onlayn radionu və müasir televiziya studiyasını qurub. 2012-ci ildən  
BDU-nun Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasına rəhbərlik edir.
Zeynal Məmmədli (1953) ixtisasca jurnalistdir, BDU və MDU-da təhsil alıb. AzTV-də (1976-
81), BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında (1981-2012) işləyib. Bir sıra efir 
və çap mediasının formalaşmasında menecer, məsləhətçi, redaktor və prodüser kimi çalışıb. 
Media, onun peşəkar, hüquqi və etik problemləri haqqında 20-dən çox müəllif və tərcümə 
kitabının müəllifidir. “Qızıl qələm” və Zərdabi mükafatlarının daşıyıcısıdır. Hazırda media 
eksperti kimi müstəqil fəaliyyət göstərir.
Lamiyə Vəzirova (1974) Bakıda 8 saylı məktəbi qızıl, BDU-nun Filologiya fakültəsini qırmızı 
diplomla bitirib. AzTV-də (1995-2008), “Mir” Dövlətlərarası Teleradio Şirkətində (2009-2013), 
BSU-nin Jurnaistika fakültəsində (2006-2016) illərdə çalışıb.  Televiziya jurnalistikasına dair 
bir çox elmi məqalələrin müəllifiidir. 2016-cı ildə milli “Uğur” mükafatına layiq görülüb. CBC 
kanalında analitik verilişlərin müəllifi və aparıcısıdır. 


-
rici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda jurna-
yazılmış 4 dərslikdən biridir. Yerli və xarici mütəxəssislərin 
-
ali məktəb tələbələri, media professionalları və jurnalistlər 
üçün nəzərdə tutulmuşdur.
Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı 
-
nun aliliyini qorumağı nəzərdə tutan müqaviləni - İnsan 
Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında 
Avropa Konvensiyasını imzalayıblar. Avropa İnsan Hüquqları 
Məhkəməsi üzv dövlətlərdə konvensiyanın tətbiq edilməsinə 
nəzarət edir.
www.coe.int
vətəndaşı  üçün daha ədalətli və təhlükəsiz dünyada sülh, 
etməsi üçün qurumlar yaradıblar. Onlardan ən əsası Avropa 
(milli hökumətləri təmsil edən) və Avropa Komissiyasıdır 
(ümumi Aİ maraqlarını təmsil edən). 
http://europa.eu
AZE

Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə