JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə52/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   46   47   48   49   50   51   52   53   54

111
VI BÖLÜM
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: XƏBƏR 
QAYNAGIYLA MADDİ MÜNASİBƏTLƏR
Xəbərçinin pul, ya da hər hansı 
hədiyyə qarşısında bilgi satın 
alması, yaxud xəbər hazırlaması 
doğru sayılarmı? Reportyor 
peşəsini gerçəkləşdirərkən ayrı-
ayrı şəxs və ya qurumlarla quru-
lan maddi münasibətlərin hansı 
hüdudu olmalıdır? Bu hüdud qa-
nunla müəyyənləşdirilməlidir, yox-
sa öz qərarın yetərlidir?
 
Bənzər suallar, əslində, ictimai sonucları baxımından 
bir-birinə bağlı, amma xəbərçilik peşəsinə xas proseslər 
baxımından haçalanan iki ayrı durumun dartışılmasını 
gərəkdirir. Birinci durumda xəbərçi xəbərə mövzu və 
ya tərəf olan adamların maddi qarşılıqlı bir mənafe 
güdməsinə yol açırsa, ikinci durumda hazırlanan 
xəbərin qarşılığında xəbərçinin özünün bir çıxar 
güdməsindən söhbət gedir.
Xəbərçilərin xəbər hazırlamaq üçün tərəf və ya 
şahidlərə pul təklif etmələri xəbərçilik peşəsi 
baxımından problem yaratmasının təməl səbəbi buna 
“xəbərin doğruluğu” prinsipinə zərər verəcək bir 
fəaliyyət kimi baxılmasıdır. Sözügedən olayın şahid 
və ya tərəfləri öz hekayətlərini mediaya daha yüksək 
qiymətə “satmaq” üçün olub-bitən barədə yanlış 
məlumat verə, yaxud olayı şişirdə bilərlər. Bənzər hal-
lar olayla bağlı başladılacaq və ya davam etməkdə olan 
məhkəmə çəkişməsinə mənfi təsir göstərəcək.
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: XƏBƏR QAYNAGIYLA MADDİ MÜNASİBƏTLƏR


112
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: BÖHRAN XƏBƏRÇİLİYİ
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: 
BÖHRAN XƏBƏRÇİLİYİ
“Böhran” anlayışı gözlənilməz və ani bir biçimdə 
inkişaf edən, müxtəlif şəkildə həyatın gündəlik axarını 
kəsintiyə uğratma və mövcud cəmiyyət düzənini 
pozma potensialı daşıyan bir olay, ya da olaylar silsiləsi 
mənasına gəlir. Savaş, terror, basqın, xəstəlik, iqti-
sadi darboğaz, siyasi çaxnaşma, təbii fəlakət və qəza 
kimi böhran durumları fərqli ictimai, iqtisadi, siyasi 
və mənəvi faktlar çeşidli biçimlərdə iç-içə keçərkən 
görünür.
Məsələyə xəbərçilik təcrübəsi və hakim xəbər 
dəyərləri çərçivəsindən baxanda böhran durumlarının 
hər zaman güclü bir ticari potensial daşıdığı gözə 
çarpacaq. Milli və beynəlxalq siyasətdəki savaş, terror, 
basqın, girovgötürmə kimi böhran durumları tamaşaçı 
marağını körükləmək, şiddət və aksiya görüntüləriylə 
bəzənmiş baxınaqlı bir hekayət yaratmağa uyğun 
bir xəbər materialıdır. Bənzər şəkildə sel, zəlzələ, 
qasırğa kimi təbii fəlakətlər xəbərçilərə fərdi dramlar 
hazırlamaqla izləyicini yönləndirməyə, səfalət, itki 
və zavallılıq dolu diqqətçəkici əhvalatlar hazırlamağa 
imkan verir. Panikanı - özünüitirmə duyğusunu 
körükləyən xəbərlər yoluxucu xəstəliklərin törətdiyi 
təlaş və qorxunu artırır. Dünya, ya da milli iqtisadi 
böhranlarından elə yazmaq olar ki, maliyyə bazarında 
qiymətlər bir anda yüksəlsin. Bundan ötrü, sadəcə, 
iqtisadiyyatda insan amilini gözardı etmək yetər. Bu 
baxımdan böhran xəbərçiliyi sanki medianın toplum 
qarşısında məsuliyyətinə bağlanan gərilmiş sapdır. Sapı 
gərildən bir tərəfdə böhran durumunu açıqlamaq və 
gələcəklə bağlı qeyri-müəyyənlik duyğusunu ortadan 
qaldırmaq üçün  gərəkli bilgi, yorum-yozum və analizə 
duyulan ictimai ehtiyac, digər tərəfdənsə böhranı kom-
mersiya xəbəri hazırlamaqdan ötrü fürsət bilənlərdir. 
Medianın öz ictimai borcunu yerinə yetirməsinə, bəlkə 
də, daha çox ehtiyac duyulan bu şərait, bu ortam 
xəbərin ictimai funksiyalarını iflic durumuna sala bilər.
Böhran xəbərçiliyi ilə bağlı problemlərin xəbər 
mediasının kommersiya marağı və gözləntilərindən 
qaynaqlandığını söyləmək olar. Amma bu, xəbərçilik 
etikasının imkan və hüdudlarını dartışmaq baxımından 
yetərli deyil. Böhran (1) ictimai fayda və insani dəyərlər 
baxımından ictimai qurumlardan da hissolunacaq 
təşəbbüslər, (2) xəbərçilərə gərəkli bilgi axınının doğru 
biçimdə yönəldilməsini, (3) ictimaiyyətlə mümkün 
qədər kəsintisiz ünsiyyət üçün prosesə qatılanların 
qarşılıqlı təsirini tələb edir. Belə yanaşma özəlliklə 
terror və basqın kimi birbaşa məqsədi ictimai qarışıqlıq 
yaratmaq olan durumlarda daha böyük önəm daşıyır.
Bir nəticə olaraq, böhran durumlarında xəbərçilərin 
necə davranmaları gərəkdiyinə dair bəzi məqamların 
üzərində dayanmağa dəyər. Özəlliklə terror, 
basqın və girovgötürmə kimi durumlarda güvənlik 
güclərinin  əməliyyatlarını təhlükəyə atacaq detalların 
verilməməsinə xüsusi diqqət yetirilməli, xəbər üçün 
bilgi toplarkən güvənlik güclərinin və təcili yardım 
heyətlərinin işinə maneçilik törədilməməlidir. Olay 
yerindən gələn hər bilgi bəlli bir dəyərləndirmə 
süzgəcindən keçirilməli, gizli məlumatların müm-
kün təsir və nəticələri gözdən qaçırılmamalıdır. 
Məsələn, əməliyyatlar sırasında güvənlik güclərinin 
simsiz xəbərləşməsindən əldə edilən bilgilərdən 
yararlanmaq və ya simsiz danışıqları yayına vermək, 
şahidlərin anlatdıqlarını təsdiqlətmədən yaymaq, 
olay qurbanlarına dair təsdiqlənməmiş bilgi və 
gizli məlumata dayanaraq xəbər hazırlamaq, olayı 
törədənlərin kimlik, məqsəd və tələbləri barədə gü-
manlar da nəticə etibarilə təhlükə doğura bilər. Canlı 
yayımda xəbərə diqqət çəkmək üçün terrorçularla 
canlı telefon bağlantısı qurub, olayın parçası halına 
gəlməkdən də qaçmaq lazımdır. Belə böhranlı durum-
larda, gərəkərsə, yayımı dayandırmaq səlahiyyətindən 
yararlanacaq yetkili şəxslərin vəzifə başında olması 
vacibdir. Arxiv materiallarından istifadə edərkən bunun 
bilinməsinə və anlaşılmasına nail olmaq, tamaşaçı 
diqqətindən sui-istifadə etməmək, arxiv materiallarının 
aşırı şiddət və fəlakət görüntülərindən arınmasına 
ayrıca diqqət yetirmək lazımdır.
Olay yerində çalışan xəbərçilər böhran qurbanları, 
zərərçəkənlər və onların yaxınlarıyla söhbətlərinə də 
ayrıca diqqət yetirməlidirlər, çünki bu da problemli 
məqamlardan biridir. Faciəli olayı yaşamış, şahidlik 
etmiş, ya da yaxınları belə durumla üz-üzə qalmış 
adamlara sual verərkən dərdlərinə sayğı duymaq və 
yaşadıqları olay ucbatından onların çox tez inciyə 
biləcəkləri gerçəyini unutmamaq lazımdır. Eyni şəkildə 
münasibət bildirmək istəməyənlərin də fikrinə sayğı 
duyulmalı, belələri danışmağa məcbur edilməməlidir. 
Xəbərçilər olaya baxışlarını bildirməyə razılaşanlara öz 
məqsəd və kimliklərini açıq bir şəkildə anlatmalıdır.
Böhran 
durumlarında fikri 
öyrənilən öncəlikli 
qaynaqlardan biri 
də mütəxəssislərdir. 
Ancaq bəzən 
mütəxəssis fikri 
də sensasiyalı bir 
tərzdə diqqətə 
yetirilir. Bu zaman 
xəbərdə böhranla 
bağlı informasiya 
ehtiyacını ödəmək 
əvəzinə qorxu, 
sarsıntı və təlaşı 
artıran bir üslub 
hakim olur. 
Sıx rastlaşılan 
problemlərdən 
biri də mövzuya 
fərqli yanaşan 
mütəxəssislərin 
canlı yayımda 
qarşı-qarşıya 
gətirilməsi və bu 
zaman mübahisə və 
baxış haçalanmasına 
dayanan bir 
dartışma 
ortamına zəmin 
hazırlanmasıdır. 
Buradakı ziyanlı 
məqam heç də 
mütəxəssislərin 
fərqli baxışları 
deyil. Onlar, əlbəttə, 
müxtəlif baxış, 
fikir və təklifləri 
dəstəkləyə və 
bunları qarşılıqlı 
dartışa bilər. 
Ancaq xəbərçilər 
unutmasınlar ki, 
mütəxəssis sözü 
ictimai rəydə 
çaşqınlıq yaratmağı 
deyil, əksinə, 
fakt və olayları 
aydınlaşdırmağı 
hədəfləyir.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə