JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə44/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

95
V BÖLÜM
rol oynayan jurnalda müxtəlif sahələrə aid məqalələr 
yer alır. 
SUJET-ELM TƏHSİL-  3         BAKI
* * *
SAĞOLLAŞMA...Sonda bir daha Atatürk hava 
limanındakı dəhşətli terrora qayıtmaq istərdik. Bu 
kadrlar  həmin terrorun ,acının sadəcə lentə alınan 
bir hissəsidir.Puç olan xəyallar,yarımçıq qalan ümidlər 
və bir ömür boyu göynədəcək yaralar. Bəli ,bu, öz 
cənnətləri üçün dünyanı cəhənnəmə çevirənlərin, 
böyük güclərin intriqasının  nəticəsidir.  BİR DƏ 
KADRI VERƏK
* * *
TƏQDİMAT. Nə qədər ağrılı olsa da, böyük hüznlə 
qeyd etməliyik ki, terror insanların həyatının bir 
parçasına , biz xəbərçilərin isə gündəminə çevrilib. 
Mənsubiyyətindən asılı olmayaraq hədəf kim seçilirsə 
-seçilsin terror bir dəhşətdir. Biz bu dəhşətə YOX 
deyirik. Başın sağ olsun TÜRK XALQI!!!  
* * *
SON
Nümunə 3
Region TV 
20.30
SƏLMİNƏ ƏLƏKBƏRLİ
SALAMLAŞMA
ANONS
* * *
-15 iyun Azərbaycanın yeni tarixinin başladığı 
gündür...Ölkədə Milli Qurtuluş Günü qeyd olundu...
00.31.00.36.Bu sevinci bu gün 350 ailə yaşadı...Amn-
istiya aktının icrasına başlanıldı... 
-Prezidentlərin Sankt -Peterburq görüşü nələri vəd 
edir...02.10.02.15...Ekspertlər “Bu gün”ə danışdılar...
-Fransızlar təşviş içindədir....Böyük Britaniya Parisə 
polis göndərir.. 
-00.18.00.21 Eyni bulaqlıların bulaq dərdi nəinki 
saata heç sutkaya da sığmır...
-Valideynlər məktəbli forması üçün ayırdığınız pulu 
artırın...1Cİ SİNX..
- Formula Leyla ST-up-axırıncı 
* * *
SALAMLAŞMA. Azərbaycan xalqı  artıq 23 ildir 
ki,qurtuluş sevincini yaşayır. Bu gün  350 nəfər isə 
ikiqat qurtuluş sevinci yaşadı. Türkiyədə polis bölməsi 
növbəti dəfə hədəf alındı.Vaxtında terrorun kökünü 
kəsə bilməyən Avropa indi həyəcan içərisindədir.
Belçika mətbuatı bir qrup İŞİD üzvünün Avropada 
silahlı terror hücumu törətmək üçün yola çıxdığını 
yazır.TTV bu və ya digər xəbərlərlə dünya gündəmini 
izlədi. Bizim seçdiklərimiz anonslardan bəlli olacaq. 
Axşamınız xeyir...  
* * *
TƏQDİMAT -  28 May – Respublika Günü 
münasibətilə qəbul edilən “Amnistiya elan edilməsi 
haqqında” qərar layihəsinin icrasına  başlanılıb. 
Həbsxanalardan bu gün çıxan məhkumların ümumi 
sayı 350-yə yaxındır. Millət vəkili, Heydər Əliyev Fond-
unun prezidenti Mehriban Əliyevanın təşəbbüskarı 
olduğu layihə ümumilikdə 10 minə qədər insanı əhatə 
edir. 
* * *
SUJET-AMNİSTİYA-   2.20   BAKI
* * *
KADR ƏFV ŞƏKİ Şəkidə də amnistiya aktı icra olunub. 
Şəki Penitensiar müəssisəsindən  5 nəfər məhkum 
azadlığa buraxılıb. Bu münasibətlə keçirilən mərasimdə 
çıxış edənlər azadlığa çıxanları təbrik edib və onlara 
bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıblar. 
* * *
SİNXRON-ƏFV-      50 ŞƏKİ
* * *
TƏQDİMAT: Azərbaycan xalqının taleyində böyük 
əhəmiyyət kəsb edən elə günlər var ki, həmin tarixdə 
onun gələcək həyatını müəyyənləşdirən böyük 
başlanğıcların əsası qoyulub.Bunlardan ən önəmlisi 15 
iyundur.Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 
bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər 
üçün çox əzizdir.
* * *
SUJET QURTULUŞ 
 
4.20 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


96
V BÖLÜM
KADR PREZİDENT QƏBUL Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti 
Prezident İlham Əliyevin Avropa Şurası Parla-
ment Assambleyasının Monitorinq Komitəsinin 
həmməruzəçiləri Sezar Florin Predan və Stefan 
Şennak ilə keçirdiyi görüşdə müzakirə olunub.Iki 
tərəfli əməkdaşlıqdan söz açan qonaqlar “Məhkum 
olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” 
Azərbaycan Prezidentinin Sərəncamının və Amnistiya 
aktı haqqında Qanunun qəbul edilməsinin Avropa 
Şurası tərəfindən alqışlandığını deyiblər. Ölkəmiz ilə 
Avropa Şurası arasında uzun illər səmərəli və konstruk-
tiv əməkdaşlığın həyata keçirildiyini bildirən Prezi-
dent İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal 
üzvlərindən biri olduğunu diqqətə catdırıb.  
* * *
TƏQDİMAT Bizi yaxın vaxtlarda sülhün, yoxsa 
müharibənin gözlədiyini Sankt Peterburq görüşündə 
müəyyənləşdirmək mümkün olacaq. Rusiya, 
Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-
də gözlənilən görüşünü şərh edən politoloqlar hesab 
edir ki, Sarqsyan daha vaxt udmaq üçün bəhanə gətirə 
bilməyəcək. Indi vasitəçilyi üzərinə götürən Rusiya 
da görür ki, konstruktivlik əldə edilməsə, böyük bir 
müharibə baş verə bilər. Ətraflı Nicat Qafuroğlunun 
süjetində.
* * *
SUJET-PREZİDENTLƏRİN GÖRÜŞÜ-       3.10   BAKI
* * *
KADR MDB RUSİYA MDB-yə üzv dövlətlərin Müdafiə 
Nazirləri bu gün  Rusiya paytaxtında bir araya gəldi. 
Moskvada quruma üzv dövlətlərin Müdafiə Nazirləri 
Şurasının 70-ci yubiley iclası keçirilib.Toplantıda qu-
ruma üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq 
Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik 
müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və 
“Beynəlxalq Hərbi Oyunlar 2016”-nın keçirilməsi 
məsələlərinə baxılıb.İclasda çıxış edən Rusiyanın 
müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu gün insanlıq 
üçün başlıca təhlükə beynəlxalq terrorçuluqdur.MDB 
ölkələrinin əsas vəzifəsi də beynəlxalq terrorçuluğun 
öz ərazilərində yayılmasının qarşısını almaqdır. 
Nazir deyib ki, bunun üçün qurum üzvləri səylərini 
birləşdirməlidir.Yubiley iclasında Azərbaycanı müdafiə 
naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.
KADR PESKOV. Rusiyadan Türkiyəyə cavab gəldi.
Rəcəb Tayyib Ərdoğanın  Putinə məktubunu şərh 
edən Rusiya prezidentinin mətbuat katibi Dmitri 
Peskov bildirib ki, bu, ənənəvi protokol göndərişidir. 
Bu məktuba cavab vermək tələb olunmur”.Rusiya 
rəsmisinin  sözlərinə görə, ölkələr arasındakı 
mürəkkəb diplomatik münasibətlər heç vaxt məktub 
mübadiləsinin kəsilməsi üçün bəhanə olmur.Bu arada, 
Rusiya səfirinin Türkiyənin dövlət başçısı Rəcəb 
Tayyib Ərdoğanın bu axşam Prezident iqamətgahında 
verəcəyi iftar mərasiminə qatılacağı gözlənilir.
* * *
KADR NAZİR Fransızların başı əməli-başlı qarışıb.Bu 
ölkənin baş nazir Manuel Vals Fransada yaxın vaxtlarda  
yeni terror aktlarının törədilə biləcəyini açıqlayıb. 
Hökumət başçısı deyib ki, Rəsmi Paris öz fəaliyyətini 
bu ölkəyə yaymağa çalışan İŞİD terror təşkilatına qarşı 
mübarizə aparmalıdır. Bir yandan terror təhlükəsi 
digər tərəfdən Avropa Çempionatı zamanı azarkeşlərin 
davası Fransa rəhbərliyini çaş-baş salıb.  Çempionatda 
iştirak edən İngiltərə Uelslə oyun ərəfəsində Fransaya 
əlavə polis qüvvəsi göndərəcəyini açıqlayıb. Bununla 
bağlı İngiltərə hökuməti qərar qəbul edib.Rəsmi 
London hər hansı insidentin baş verməməsi üçün bir 
qrup polisin Lansa səfərbər olunacağını bildirib. Böyük 
Britaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, lazım 
gələrsə bu ölkənin Fransadakı səfirliyinin əməkdaşları 
da polisə kömək edə bilərlər.  Bu ,arada Fransanın 
Rusiyadakı səfiri Jan-Moris Riper bu ölkənin  Xarici 
İşlər Nazirliyinə çağırılıb. “Bildirilib ki, Avro-2016-da 
Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin 
gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir 
edə bilər.
* * *
KADR UKRAYNA DAVA. Ukrayna Ali Radasında 
deputatlar əlbəyağa olublar. Davaya millət vəkili 
Vladimir Parasyukun “Müxalifət blok”unun üzvü 
Dmitriy Kolesnikovun çıxışının qarşısının güc hesabına 
alması səbəb olub. Kolesnikovun məruzəsi Lvov şəhəri 
merinin fəaliyyətinə həsr edilib. O, şəhərdəki anti-san-
itar mühitdən və sakinlərin etiraz aksiyalarından söz 
açıb. Parasyuk isə bu çıxışı təmsil etdiyi regionun daxili 
işlərinə müdaxilə kimi qiymətləndirib. Ali Radanın 
spikeri Andrey Parubiy isə Kolesnikovun çıxışını tənqid 
edərək, onu “Rusiya təbliğatı” adlandırıb. İNTERŞUM 
* * *
18
PƏRDƏ
13
**
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə