JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə43/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

93
V BÖLÜM
ikili vətəndaşlığı olan şəxsdir.Ekspertlər bildirir ki, 
terror aktının məhz Türkiyə-Israil, Türkiyə-Rusiya 
münasibətlərinin düzəlməsi ərəfəsində olması təsadüfi 
deyil. Türkiyənin köhnə dostları ilə gərginliyin aradan 
qaldırılması istiqamətində atdığı addım deyəsən bəzi 
qüvvələri ciddi narahat edib. 
* * *
SUJET-İSTANBUL,- 4.30  
* * *
KADR BAŞSAĞLIĞI Prezident İlham Əliyev hadisə 
ilə bağlı Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 
başsağlığı məktubu göndərib. Terror aktı nəticəsində 
çox sayda insanın həlak olması və yaralanması 
xəbərindən  sarsıldığını bildirən dövlət başçısı deyib ki, 
bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dün-
ya üçün dəhşətli bir bəlaya çevrilən terrorizmə qarşı 
mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, 
birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri 
hesab edir.Prezident İlham Əliyev həlak olanların 
ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin 
hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. 
* * *
KADR ƏRDOĞAN PUTİN İstanbul teraktına görə 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı 
verənlər arasında Rusiyalı həmkarı Vladimir Putin də 
var. Liderlər arasında 40 dəqiqəlik telefon danışığı 
da olub. Türkiyə Prezident Administrasiyasının 
məlumatına görə, prezidentlər birgə  görüş barədə 
razılığa gəliblər. Görüş sentyabrın 4-5-də Çində 
keçiriləcək.Rusiya prezidentinin mətbuat katibi Dmitri 
Peskov da danışıqların məhsuldar nəticələrə səbəb 
olacağını açıqlayıb. Peskov bildirib ki, Kreml rəhbəri 
Nazirlər Kabinetinə Türkiyə ilə ikitərəfli iqtisadi-
ticari əməkdaşlığın bərpası istiqamətində danışıqlara 
başlamağı tapşırıb. Bununla yanaşı hökumətə 
Türkiyəyə qarşı qoyulan sanksiyaların aradan 
qaldırılmasına dair göstəriş verilib. 
* * *
KADR NYU YORK İstanbul terrorundan sonra hava 
limanlarında  təhlükəsizlik tədbirləri gücləndirilib.Ən 
xırda detal belə diqqətdə saxlanılır.  Nyu-York aeropor-
tu terror təhlükəsi ilə əlaqədar boşaldılıb. Con Kennedi 
hava limanının terminallarından birində  şübhəli paket 
aşkarlanıb. Hava limanının giriş və çıxışları qapadılıb, 
nəqliyyatın hərəkəti dayandırılıb. Çanta kənardan idarə 
edilən qurğu vasitəsilə partladılıb. 
**
PƏRDƏ
KADR SƏRƏNCAM Prezident İlham Əliyev Gəncəyə 
yağan yağışlar nəticəsində əhaliyə dəyən ziyanın 
aradan qaldırılması ilə bağlı tədbirlər haqqında 
sərəncam imzalayıb. Bu məqsədlə Gəncə Şəhər İcra 
Hakimiyyətinə Prezidentin ehtiyat fondundan beş 
milyon manat ayrılıb. 
TƏQDİMAT.  Moskvada erməni terrorizminin 
qurbanlarına heykəl ucaldıla bilər. Bu məqsədlə 
Moskva meri Sobyaninin adına imzatoplma 
aksiyası keçiriləcək.  Bu barədə Erməni tarixi ilə 
bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi 
araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 
açıqlama verib. Kuznetsov bildirib ki, “20-ci yüzillikdə 
transmilli ermәni terrorunun tarixi” adlı kitabı artıq 
İsveçdə ingilis dilində çapdan çıxıb. Alim kitabın 
hazırlanma prosesində bir çox manelərlə üzləşib. 
* * *
SİNXRON -KUZNETSOV-   1.20       
* * *
KADR ERMƏNİ TERRORU. Erməni terrorunun 
tədqiqatçıları Qubada olub. ABŞ-ın Tennesi Texnologi-
yalar Universitetinin sosiologiya və siyasi elmlər 
fakültəsinin professoru Maykl Günter, fransalı 
tədqiqatçı İv Benar və digər elm adamları əvvəlcə 
Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. 
Daha sonra ziyarətçilər Quba kütləvi məzarlığı barədə 
ətraflı məlumatlandırılıb. Bildirilib ki, 2007-ci ilin 
aprelində aşkarlanan kütləvi məzarlıqda əksəriyyəti 
uşaq, qadın və qocalar olan 400-dən çox insanın 
sümükləri tapılıb.
* * *
SİNXRON- ERMƏNİ TERRORU - 1  QUBA
* * *
KADR SƏFİR Azərbaycan ABŞ-ın Ermənistandakı 
keçmiş səfiri Con Evansın adını arzuolunmaz şəxslər 
siyahısına salacaq.Buna səfirin Ermənistanın işğal 
etdiyi Dağlıq Qarabağ ərazisinə qanunsuz səfəri 
səbəb olub. Xarici işlər nazirliyinin mətbuat katibi 
Hikmət Hacıyev bildirib ki, bu, növbəti təxribat 
əməlidir”.Nazirlik rəsmisinin sözlərinə görə, Con 
Evans ABŞ erməni lobbisinin diktəsi altında və 
müəyyən maliyyə maraqları müqabilində bu qərəzli 
addımı ilə xüsusilə indiki həssas durumda qəsdən 
vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir.Səfir 
olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


94
V BÖLÜM
ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil 
etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin 
maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol 
verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir 
vəzifəsindən geri çağrılıb.
* * *
15
PƏRDƏ
* * *
KADR QƏTL Kürdəmirdə qətl hadisəsi baş verib. 
Hadisə rayonun İslam Məmmədov küçəsindəki ev 
53-də qeydə alınıb. Kürdəmir sakini 33 yaşlı Mətləb 
Nizamov aralarında yaranan ailə münaqişəsi zəmnində 
atası 61 yaşlı Əflatun Nizamova bıçaqla xəsarət yetirib. 
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa 
da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı 
xeyli qan itirdiyindən dünyasını dəyişib. Bıçaqlanan 
Əflatun Nizamov münaqişə zamanı içkili vəziyyətdə 
olub. Faktla bağlı araşdırma aparılır.
* * *
KADR ÇAQALLAR  Xaçmazda günün günorta 
çağında çaqqallar kənd sakininə hücüm edib. Hadisə 
rayonun Niyazabad kəndində qeydə alınıb. 77 yaşlı 
Qızbəst İmaməliyeva günorta saatlarında həyətdə 
cücələri yemləyərkən yıtıcıların hücumuna məruz 
qalıb. Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi 
Xəstəxanasına çatdırılıb. 
* * *
SİNXRON-ÇAQALLAR-  1  
* * *
TƏQDİMAT. İsmayıllı sakininin sürüsü isə yırtıcıların 
yox, avtomobillərin hücumuna məruz qalıb. Yaylağa 
köç edən qoyunları avtomobil vurub. 100-ə yaxın 
xırdabuynuzlu heyvan tələf olub. 
SUJET-QƏZA-    2    
* * *
TƏQDİMAT.  Bir neçə gündür ölkə gündəmindən 
düşməyən Ağdaşdakı naməlum varlıqlarla bağlı 
araşdırma hələ ki nəticəsiz qalıb. Yuxuları ərşə çəkilən 
sakinlər təşviş içindədilər. 
* * *
SUJET-NAMƏLUM VARLIQ-    2.20    
TƏQDİMAT.  Şamaxılı fermerlərin gözləntilərini 
isə təbiət puça çıxarıb. Bu il Şamaxıda 1632 hektar 
ərazidə üzüm əkilib.  Amma yığım zamanı çatanda 
fermerlər başqa mənzərə ilə qarşılaşıblar. Əziyyətllə 
əkib becərdikləri məhsul zay olub. Min bir dərdin 
dərmanı olan üzüm indi özü dərdə düşüb.  
* * *
SUJET-ÜZÜM-     2.30  
* * *
11.30
PƏRDƏ
* * *
TƏQDIMAT - Ümumdünya Səhiyyə Təşkilatının 
məlumatına əsasən, müxtəlif ölkələrdə hər 1 milyon-
dan 1000 nəfərində xroniki böyrək çatışmazlığı var. 
Azərbaycanda isə 3044 hemodializ müalicəsi alan 
xəstə var. Bu xəstələr 35 hemodializ mərkəzində 
dövlət vəsaiti hesabına müalicə alırlar.
* * *
SUJET-DİALİZ-   1.40  
* * *
TƏQDİMAT: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri 
Səlim Müslümov əmin edir: Ləğv olunan Dövlət Sosial 
Təminat Xidmətinin işçiləri məşğulluq orqanlarında 
yerləşdiriləcək. Dövlət Sosial Təminat Xidmətindən 
çıxacaq işçi qüvvəsinin böyük əksəriyyəti məşğulluq 
orqanlarında işlərini davam etdirə biləcəklər. 
SİNXRON-SƏLİM-  50  
* * *
TƏQDİMAT:Onlar da bu gün iş tapmaq ümidi ilə 
sərgiyə gəldilər. Bakı Biznes Universitetində “Kariyera-
da ilk addım” şüarı ilə keçirilən əmək yarmarkasında 
məzunlara iş imkanları yaradılıb. 50 müəssisədən 240 
vakansiyanın təqdim edildiyi təhsil sərgisi  gənclərin 
işlə təmin olunmasına və uğurlu karyera qurmağına 
hesablanıb.
SUJET-SƏRGİ-     2.10      
* * *
TƏQDİMAT. Uzun müddət fasilədən sonra nəşri 
dayandırılan “Elm və həyat” jurnalı yenidən fəaliyyətə 
başlayıb. Nəşrə başladığı ilk vaxtdan  elmi biliklərin 
təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə