JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə39/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

84
V BÖLÜM
XƏBƏR BURAXILIŞININ TEMPİ 
XƏBƏR BURAXILIŞININ YIĞILMASI 
XƏBƏR BURAXILIŞININ BAŞLANĞICI 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞININ TEMPİ / XƏBƏR BURAXILIŞININ YIĞILMASI / XƏBƏR BURAXILIŞININ BAŞLANĞICI 
Xəbər buraxılışında materialların düzümündə doğru 
tempi seçməlisiniz. Temp deyərkən izləyicinizə 
təqdim etdiyiniz materialın xronometrajı, uzunluğu və 
çatdırılma tonu nəzərdə tutulur.
Bəzi materialların məzmunundan irəli gələn sürətli 
tempi var. Məsələn, yanğın haqqında reportaj adətən 
qısa cümlələrlə yazılmalı, sadə fikirləri çatdırmaq 
üçün dəqiq, sürətli aydın sözlər işlənməlidir. Təbii ki, 
bu materialın tempi sürətli olacaq. Müqayisə üçün
hansısa siyasi qarşıdurma ilə bağlı material götürək.  
Burada daha mürəkkəb ideyaları çatdırmaq üçün daha 
uzun cümlələr, daha mürəkkəb sözlər tələb olunur 
və reportajın templə özü də daha çox vaxt tələb edir. 
Olayın özü daha ağır templərlə və daha uzun zaman 
kəsimində çatdırılma tələb edir.
Uzun, mürəkkəb materiallar buraxılışın tempini 
ləngidir, bununla da izləyici marağını “kütləşdirir”. 
Əksinə, çoxlu qısa, kəskin templi reportajlar isə bu 
templə gedən materialı izləməyə macal tapmayan 
seyrçini çaşdırır. 
İdeal xəbər buraxılışında izləyicinin marağını özündə 
saxlaya bilmək üçün temp variasiyalarla çatdırılmalıdır, 
Buraxılışın düzümünün təməl prinsiplərini bildikdən 
sonra, siz buraxılışda materialların və proqramın xəbər 
başlıqları və reportaj kimi komponentlərinin düzülüşü 
haqqında fikirləşə bilərsiniz. Xəbər buraxılışları 
müəyyən mənada qəzet səhifələrinin yayım ekvivalenti 
Başlanğıc, ilk kadrlar hər bir xəbər buraxılışının vacib 
hissəsidir. O, izləyicinin sizə baxıb-baxmayacağını 
müəyyən edir. Giriş reportajın önəmli hissəsi olduğu 
kimi, başlanğıc elementləri də xəbər buraxılışının çox 
vacib hissəsidir. Əgər bu hissə izləyicinizə darıxdırıcı 
gələcəksə, onun davamını izləməyə sadəcə səbri 
çatmayacaq. Əgər siz buraxılışınızın başlığı üçün iki 
eyni güclü reportajdan birini seçmək dilemması ilə 
üz-üzə qalmısınızsa, daha dramatik olanını seçin. 
İlk reportajınız kifayət qədər cansıxıcıdır, cəlbedici 
yəni dəyişən sürətlər bir-birini əvəz etməlidir. Sürəkli, 
ağır materiallardan sonra tamaşaçıya imkan vermək 
lazımdır ki, nəfəsini dərsin. 
Praktikada uğurlu balans və tempə nail olmaq üçün 
nə etməliyik? Siz materiallarınızı vaciblik dərəcəsinə 
görə qiymətləndirərək düzməlisiniz. Bundan sonra 
materialları yenidən gözdən keçirərək əmin olmalısınız 
ki, balans və temp siz istədiyiniz səviyyədədir.
Məsələn, siz qərarlaşdıra bilərsiniz ki, bu buraxılış 
uçün üç ciddi siyasi mövzuda – vergilər, sığorta, 
partiyadaxili konflikt barədə vacib materialınız var. 
Özünüzə sual verin:“Mənim seyrçilərim buraxılışın 
başlanğıcında bu materialları izlədikləri ilk üç dəqiqədə 
nə düşünəcəklər?” Əgər fikirləşirsinizsə, onlar 
darıxacaqlar, bu bölümə bir qədər temp vermək üçün 
bir küçə savaşı haqqında reportaj əlavə etmək necə 
olar? Düzdür, siz partiyadaxili konflikti dördüncü 
verəcəksiniz, amma ondan öncə savaş haqqında 
dinamik material yerləşdirərək tempi dəyişməklə bu 
reportaja yeni həyat vermiş olacaqsınız.
sayila bilər. Fərq odur ki, televiziyada vaxt daha 
məhduddur, bütün elementlər zaman xətti, vektoru 
üzərində yerləşdirilməlidir. Buna görə də siz ən effektli 
düzümü seçməlisiniz.
deyilsə, siz ona yeni nəfəs verin. Cümlələrinizi qısa və 
lakonik, çatdıracağınız ideyaları isə aydın və sadə yazın. 
Hərçənd siz hər bir materialınızı yaxşı işləməlisiniz, 
amma ilk xəbərinizə, birinci veriləcək materialınıza 
xüsusi diqqət ayırmalısınız. Çünki izləyicinizin buraxılış 
haqqında təəssüratı ondan asılıdır.


85
V BÖLÜM
XƏBƏR BURAXILIŞININ BAŞLIQLARI
Süjetlərinizin ardıcıllığını təyin etdikdən sonra bül-
leteniniz üçün başlıqlar yazmaq gərəkir. Xəbər 
başlıqları sizin buraxılışın menyusu, həm də vacib 
strukrur elenementidir. Başlıqlar izləyiciyə nələri 
göstərəcəyini və bəzən də onun marağını çəkmək 
üçün intriqaedici, cırnadıcı informasiyanı çatdırır. 
Bu, izləyicinin nəyi baxıb, nəyi eşidəcəyi haqqında 
aparıcının təqdimatı olan ümumi bir xəbərçilik üslubu-
dur. Bunun müxtəlif televiziya kanallarında müxtəlif 
cür gerçəkləşdirilməsinə baxmayaraq, bütün dünyada 
başlıqlarla bağlı təməl qayda belədir – başlıq jurna-
listin izləyiciyə nəyə baxacağı haqqında məsləhəti, 
“təlimat”ıdır.
Jurnalistika nə qədər də dinamik fəaliyyət olsa da, 
başlıqların yazılmasına verilən tələblər uzun illərdir 
ki, dəyişməzdir – yaxşı başlıq ya cırnatmalı, ya 
şirnikləndirməli, ya vəd verməlidir. Başlıqlar elə bil 
ki, kitabdakı fəsillərin adıdır. YAXŞI TELEBAŞLIQ 
QIŞQIRIB BAĞIRARAQ DEMƏLİDİR: “BUNA BAX 
VƏ BUNU DİNLƏ! QAÇIRSAN, BİR DAHA GÖRƏ 
BİLMƏYƏCƏKSƏN”.
Adətən buraxılışınızın ən önəmli materialları uçün  
başlıqlar yazmalısınız. Bu, uç dəqiqəlik qısa buraxılış 
uçün lazım deyil, amma daha uzun buraxılışlar üçün 
başlıqlar vacibdır, çünki izləyiçi nə tip xəbərlərlə tanış 
olacağını bilmək istəyəcək. 
Seyrçi başlıqlara əsasən, qərara alacaq ki, bu xəbər 
buraxılışına baxacaq, ya yox. Demək, başlıqlar 
materialınızı seyrçiyə “satmaq” üçün ən güclü alətdir. 
Öndə gələn ən vacib iki-üç və daha sonra gələn bir 
ya iki dramatik süjet üçün başlıqlar hazırlamaq yaxşı 
praktikadır. Bəzi televiziya kanalları son material üçün 
də başlıq hazırlayırlar. Burada da kanalın məqsədi 
dəyişmir: izləyicini sona kimi ekran qarşısında sax-
lamaq.
Nəzərə alın ki, dramatik olay haqqında elə başlıq 
yazmalısınız ki, detallara girmədən olay barədə, 
sadəcə, eyham çatdırasınız. Hər şeyi başlıqda versəniz, 
izləyici materialın özünə baxmaya da bilər. Eyham 
vurmaq, informasiyanı tam verməmək yumoristik 
olaydan xəbər verəndə ən yaxşı üsuldur. İngiliscə belə  
başlıqla “teasers” deyirlər, yəni “cırnadan” başlıqlar. Bi-
zim praktikada buna xəbər anonsları, “proqram öncəsi 
anons (məsələn, bugünkü proqramda biləcəksiniz ki...+ 
görüntülü-səsli xəbər lidləri)” ( 1, səh. 171)  da deyilir.
Məsələn, yanacağın qiyməti qalxırsa, heç vaxt 
yazmayın ki, benzini qiyməti daha 20 qəpik qalxdı, 
bunu eşidən izləyici ya kanalı dəyişəcək, ya da gedəcək 
öz iş-gücünün dalınca, çünki artıq başlıqda siz lazım 
olan bütün informasiyanı vermisiniz. Amma yazsanız ki, 
“Avtomobil sahibləri benzindoldurma məntəqələrinə 
gələrkən bir zərbə ilə qarşılaşalaşacaqlar!!!” izləyici 
xəbərlərinizi izləmək istəyəcək: əcəba, nə zərbə?
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ BAŞLIQLARI
Təsvir
Mətn
1. Ekranda meydanın 
görüntüləri
2. Bakıxanov kör-
püsünün görüntüləri
3. Ekranda İsfar Sar-
abski
1. Bu gün Kiyevdə Ali  
Radaya seçkilər günü 
təyin olunub.
Bu, Radanın önündə 
artıq ikinci gündür 
nümayış edən 
vətəndaşlardır, onların 
tələbləri nədir?
2. Bakıxanov 
körpüsündə baş 
vermiş avtomobil 
qəzası səbəbilə burada 
artiq iki saatdır uzun 
tıxac yaranıb.             
3. Ünlü cazmen 
İsfar Sarabski 
Fransada ona təqdim 
olunan mükafatı 
alarkən Azərbaycan 
musiqisindən danışdı.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə