JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə35/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

75
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
Hansı KİV-də verilməsindən asılı olmayaraq, xəbərləri 
redaktə edərkən bu dəyərlər əsas götürülməlidir: 
Redaktə zamanı diqqətdə saxlanmalı dəyərlər
Faktlı olmaq xəbərləri yazarkən, fikirlərə deyil, faktlara 
üstünlük vermək deməkdir. Bu, həm də jurnalistin 
dəqiq, səliqəli və autentik, yəni əslinə uyğun olmaq, 
faktları öz qaydasında almaqla yanaşı, məhz gərəkli 
faktları əldə etmək məcburiyyətidir.
Vicdanlı olmaq yalan və uydurmaya yol verməmək 
deməkdir. Heç bir halda faktları yanlış göstərmək 
olmaz və səhvlər həmişə düzəldilməlidir.
Qərəzsiz olmaq öz maraqlarını, inanclarını, yaxud 
meyllərini anlamaq və nəzarətdə saxlamaq deməkdir. 
Xəbərləri işıqlandıran zaman heç vaxt qərəzli 
münasibətə yol vermək olmaz.
Dolğun olmaq çalarları, deyiliş tərzini, təcrübə və 
duyğuları nəzərə almaqla ilkin tarixçəni, konteksti, 
balansı və perspektivi əks etdirmək deməkdir. 
Balanslı yanaşmaq hakim baxış bildirilən zaman 
bütün əks, fərqli və ya tamamlayıcı fikirlərin də 
xatırladılmasıdır.
Ardıcıl olmaq jurnalist peşəsinin normalarına həmişə 
sadiq qalmaq deməkdir. Yayım rəhbərləri, prodüser 
və reportyorlar, proqram aparıcıları öz baxışları ilə 
üst-üstə düşüb-düşməməsindən asılı olmayaraq, daim 
faktlı və vicdanlı, qərəzsiz və dolğun, həm də balanslı 
məlumatlandırmaya dəstək verməlidirlər. Üstəlik, 
gerçək mənada peşəkarlıq bütün bu qaydaların ardıcıl 
tətbiq edilməsini şərtləndirir (11; səh.)
Telexəbərin redaktəsi onun son montaj forması 
deməkdir. Görüntü və səsin, sözlük və danışıq tərzinin 
ayrıca gözdən keçirilməsi, etik meyarlar da daxil 
olmaqla, peşəkarlıq tələblərinin qorunması seyrçilərlə 
ünsiyyətin saxlanmasında önəmli rol oynayır. Redaktə 
və montaj zamanı öncədən müəyyənləşdirilmiş və 
bəyənilmiş qaydalara ciddi əməl edilməsi peşəkarlığın 
danılmaz göstəricilərindən sayılır. Bu baxımdan TV 
təcrübəsinə dayanaraq hazırlanmış bəzi “Rəhbər 
qaydalar”la tanışlıqda fayda var. 
Jurnalist necə yazmalı və necə danışmalıdır?
• Aydın yaza bilmək və danışmaq üçün öncə haqqında 
söz açdığın olayı anlamağa çalış. Özün anlamadan, 
başqalarına necə anladacaqsan?
• Olayı ardıcıl anlatmağı öyrən, çünki olayın sonundan 
əvvəlinə, əvvəlindən ortasına adlasan, oxucunu-
seyrçini-dinləyicini çaşdıra bilərsən (məqsədin elə 
budursa, onda işində ol...). Məntiqi seyrçidən yox, 
özündən um!
• Nə baş verdiyini anlamaqda auditoriyaya yardım 
et! İnsanlar heç də hər şeyi xatırlamır və ya hər şeyi 
bilmirlər. İndi diqqət yetirdiyin problem əvvəllər baş 
vermiş olayı yada salmadan anlaşıqsız görünəcəksə, 
ərinmə — qısaca xatırlat! 
• Jarqonlara çox meyl etmə, amma onlardan 
yararlanmaqdan da çəkinmə (bir şərtlə ki, bu zaman 
jarqonları ədəbi dildə açıqlamaq yadından çıxmasın)! 
Bu işdə saç ağartmış jurnalistlərin fikrincə,“elmi-
texniki, bürokratik və ya hər hansı başqa jarqondan 
qaçmağı məsləhət görənlər yanılırlar. Bir az jarqon 
hətta faydalıdır və auditoriyaya əvvəllər onlar üçün 
qapalı olan sahəyə baş vurmaq, mütəxəssislərin, 
məsələn, siyasətçilərin dilini daha yaxşı bilmək imkanı 
yaradır”. Üstəlik, jarqonlardan istifadə, özəlliklə 
TV-də jurnalistə nəyi və ya kimisə acılamaqdan həzz 
alan teleseyrçilərin də ruhunu oxşamaq şansı verir. 
Bu baxımdan bəzən jarqonlardan faydalanmaq olar, 
sadəcə, onların mənasını adi danışıq dilində açıqlamaq 
vacibdir.
Bu yerdə Rusiyanın tanınmış hüquq müdafiəçisi Valeri 
Abramkinin başına gələn bir əhvalat çox ibrətverici 
görünür: o, həbsxanada öz kamera yoldaşlarına 
ölkə Konstitusiyasının müdafiəsinə qalxdığına görə 
həbsə atıldığını heç cür anlada bilmirmiş. Ana qanu-
nun maddələri məhbuslara o qədər anlaşıqsızmış ki, 
dustaqlardan kimsə: “Demək, səni həqiqət axtardığın 
üçün bura salıblar, -” deməsəymiş, heç kəs Abramkinin 
nədən “yatdığını” anlamayacaqmış.
• Evfemizmlərdən qaç! Jarqonlar, slenqlər səni 
asanlıqla olayın gerçək təsvirindən uzaqlaşdıra 
bilər. Düzdür, evfemizm ədəbsiz sözləri əvəzləməyə 
qadir kimi görünür. Misal üçün, “alt paltarı”ifadəsini 
işlədərkən məhz nəyi nəzərdə tutduğunu bilirsən. 
“Təbii ehtiyaclar”, “insanların hər gün getdiyi 
yer”, “uşaqların anası”, “aciz nökəriniz”, “məlum 
vəziyyətdəki qadın” və s. deyimlər də “mədəni 
sözlük”dən götürülüb. Jurnalistlər, özəlliklə danışıq 
dilinə meylli olmağa məhkum efir reportyorları 
evfemizmlərdən nə qədər uzaq olsalar, o qədər 
yaxşıdır. Uzaqbaşı, “acı gülüş”effekti yaratmaq 
gərəkəndə belə “mədəniləşdirilmiş” sözlərdən ya-
rarlanmaq mümkündür. Eyni zamanda, tutalım, “alt 
paltarı”nı detallaşdırmaq, çoxlarının gözündə ədəbsiz 
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ


76
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
görünmək də yersizdir. Xəbərlər və debatlar çox geniş 
auditoriyaya üz tutduğundan nə nəzakət aclarının, nə 
də açıq-saçıqlıqdan bayılanların və söyüş hərislərinin 
nazını çəkməyə dəyər. Ölçü-biçili və toxtaq sözlər hələ 
heç bir jurnalistə üzqarası gətirməyib.
• “Əlahəzrət fakt”, yəni təsdiqlənmiş bilgilər hansı 
yolu göstərirsə, o yola çıxmaq lazımdır. Dəqiqlik – 
xəstəlik dərəcəsində xırdaçılığa yol vermək mənasına 
gəlmir (Azərbaycan TV-lərində kriminaldan bəhs edən 
xəbərlər həm görüntü, həm də sözlük baxımından ifrat 
ayrıntılarla doludur). İstər duyğulara qapılmaq, istərsə 
duyğusuzluğa yuvarlanmaq eyni dərəcədə yanlış sayıla 
bilər. Hər hansı qəddar davranışı diqqətə yetirmək 
üçün əldə əsas olmalıdır. Bunsuz, xəbərlədiyin olayın 
mahiyyətini anlamaq, “nə baş verir?” sualını cavab-
lamaq çətinləşməli, bəlkə də, mümkünsüz sayılmalıdır. 
• Yararlandığın ifadə və deyimlərin tam aydın olub-
olmamasını yoxla. Özəlliklə TV-də çalışan jurnalist 
çox canlı danışmalı və üstəlik, sanki seyrçini gözlədiyi 
yerə aparıb onun gözləmədiyini göstərməlidir. Bu 
üsuldan kortəbii faydalanma, çünki jurnalist hər şeyin 
bilincində olmalıdır.  
• Öz ağlını və zəngin söz ehtiyatını göstərmə, ibarəli 
danışma. Unutma ki, sənin işin olayı xəbərləmək, 
olub-bitənlərə insanların qərar verməsinə şərait 
yaratmaqdır. Deyimlərinin“dildaxili” tərcüməyə 
ehtiyacı qalmamalıdır.
• Sadə yazmaq və aydın danışmaq bayağılığa yuvar-
lanmaq demək deyil. “Elə deməyəndə seyrçi anlamır” 
sayaq bəhanələr öz auditoriyanı “cahil” adlandırmaq 
mənasına gəlir. Məhdud sözlük və bəsit dil heç də 
sadəlik deyil.
• Hər problemə fərqli yanaş və onun xarakterinə 
uyğun sözlərdən yararlan.
• Qəlibləşmiş sözləri işlətmə. Qəlib sözlər deyərkən, 
həmişə qulaqları döyən, çox işlənməyi ucbatından 
diqqəti yayındıran və sanki anlamsızlaşan sözlər 
nəzərdə tutulur. Misal üçün, “qeyd etdi” əvəzinə 
(yerinə görə) “vurğuladı” və ya“dilə gətirdi” sözlərini 
işlətsən, daha faydalıdır (ta o vaxtacan ki, həmin sözlər 
də “nimdaşlaşmasın”). Qəlib sözləri sezib-seçmək üçün 
“bu söz çox işlənmir?” sualına “hə” cavabı verməniz  
yetərlidir.
• Alınma sözlərə diqqət yetir. Köhnəlmiş və ya 
anlaşılması çətinlik yarada biləcək sözləri Azərbaycan 
türkcəsinin öz sözləri ilə əvəzləməkdən çəkinmə. 
“Nöqteyi-nəzər” əvəzinə “baxış, yaxud “baxış bucağı”, 
“alternativ” əvəzinə “seçənək”, “seytnot” (söhbət 
şahmatdan getmirsə) əvəzinə “darmacal”, “miraj” 
əvəzinə “ilğım” yazmaqla nəsə itirməkdən çox, nəsə 
qazanırsan. 
• Sifətlərdən və sanki öz axarında işlənən deyimlərdən 
qaç (“böyük” layihə, “nəfəskəsən” sərgi, “qəddar 
cinayət”, “dəhşətli yol qəzası”, “göydələn bina”, “uğurlu 
şirkət”, “ağılalmaz hesabat” və s.).
• Göz önündə olan, əksər insanların bildiyi “məlum 
həqiqət”ləri təkrarlamaqdan çəkin. Bakıdan söhbət 
düşəndə Qız Qalasına və ya Nizaminin heykəlinə 
diqqət yetirməsəniz də, olar. Parisin Eyfel qülləsi və 
ya qadın geyimləri,  Londonun dumanlı havası və ya 
Biq Ben saatı, İstanbulun Aya Sofiyası və ya Bosfor 
körpüsü haqqında gəlişigözəl və yıpranmış deyimlərə 
nə ehtiyac var? Birbaşa olaya keç.
• Dəb sözlərdən, gəzərgi deyimlərdən qaç. “Rəğmən” 
və ya “bahəm” sözlərini niyə işlədirsən? Bir Britaniya 
qəzetinin “Üslub soraqçası”nda deyiləni sən də un-
utma: “Bir sözdən bərk yapışmağınız dəbdə olan bütün 
müəlliflərin həmin sözə meylindən irəli gəlirsə, ya o 
sözü dəyişin, ya oxu dairənizi, ya da işinizi”. Sən işini 
dəyişmək istəyirsən?
• Və bütün durumlarda özünü doğruldan məsləhət: 
yeni suallar yaratmağı yox, köhnə suallara yeni cavab-
lar tapmağa can at. Məsələn, “çox faydalı layihə” və 
ya “üstün zövqlü insanlar” deyərkən nəyi nəzərdə 
tutursan? Layihənin “çox” və ya “az faydalı” olmasını 
kim müəyyənləşdirir? İnsanları “üstün” və “aşağı” 
zövqlülərə ayırmağın hansı meyarları var? Ən yaxşısı, 
konkret misallar gətir ki, kimin necə olduğuna seyrçilər 
qərar versin. Tutalım, “müsahibim ağıllı adamdır”ın 
yerinə, “o, siyasətşünaslıq namizədidir” demək 
yetərlidir. “Bu ucaboy konstruktor”un yerinə “boyu 1 
m 80 sm-i keçən konstruktor” söyləmək qat-qat dəqiq 
olar və yanlış qiymətləndirmələrə əsas verməz.
• İnsanı diksindirib-hürküdən və ya çimçəşdirən olay-
lardan söhbət gedirsə, öz nitqində sərt təsvirlərə yol 
vermə. Nəyin necə baş verdiyini qoy görüntü və olayın 
təbii səsləri açıqlasın.
• Komik məqamlar da yaşanan faciəli olaydan söz 
açsan, qoy bu barədə görüntü və olayın axarı məlumat 
versin. Sən nə güldür, nə də ağlat!..  
      


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə